Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Okiseius yazuliensis
Okiseius yazuliensis (lat. Okiseius yazuliensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin okiseius cinsinə aid heyvan növü.
Yazı
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Yaz
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Yazı düzü
Yazı düzü — Azərbaycanın Qubadlı rayonu ərazisində Bazarçay ilə Həkəri çayı arasında yerləşən düz. Ərazidə erməni işğalına qədər heyvandarlıq, buğda, tütün və üzüm əkinçiliyi geniş yayılmışdı. Yazı düzündə XIV əsrə aid Cavanşir türbəsi yerləşir. Yazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "düz" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Qarayazı, Ağcayazı və digərləri. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ərazidə 450 m-dək enərək maili və dalğalı İncə düzünə keçir. Üçbucaq şəklindədir. Uzunluğu 30–35 km-dir. Üst Pliosenin vulkanogen–prolüvial çöküntülərindən təşkil olunmuşdur.
Bazu arteriyası
Bazu arteriyası – lat. a. brachialis böyük döş əzələsinin aşağı kənarı səviyəsində qoltuq arteriyasının ardını təşkil edir; bazunun ikibaşlı əzələsinin içəri şırımı ilə aşağı doğru gedərək mil sümüyünün səviyəsində dirsək büküşündən bir barmaq aşağı iki uc şaxəyə bölünür: mil arteriyası – lat. a. radialis və dirsək arteriyası – lat. a. ilnaris. Bazu arteriyasının dirsək çuxurunda olan hissəsinə dirsək çuxuru arteriyası – lat. a. cubitalis deyilir.
Bazu kələfi
Bazu kələfi lat. plexus brachialis dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə lat. pars supraclavicularis və körpücükaltı hissə lat. pars infraclavicularis. Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr — lat. fasciculi lateralis, medialis et posterior. Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər.
Bazu sümüyü
Bazu sümüyü (lat. Os humerus) — yuxarı ətraflara aid çiyin və dirsək oynaqlarının təşkilində iştirak edən uzun lüləli bir cüt sümük. Bazu sümüyü cismdən ya diafizdən, proksimal (yaxın) və distal (uzaq) olmaqla iki başcıqdan ya epifizdən ibarətdir.
Fazu Əliyeva
Fazu Əliyeva (5 dekabr 1932, Xunzax rayonu, SSRİ – 1 yanvar 2016, Mahaçqala, Dağıstan, Rusiya) — Sovet, rus və avar şairəsi, Dağıstan Respublikasının Xalq şairəsi (1969), nasir və publisist. Dağıstan və rus ədəbiyyatının inkişafına əhəmiyyətli töhfə vermiş şəxsdir. Bundan əlavə insan hüquqları fəaliyyəti ilə məşğul olmuşdur. İki Şərəf Nişanı və iki Xalqlar Dostluğu Ordenləri ilə təltif olunmuşdur, habelə bir sıra xarici ölkələrin fəxri mükafatlarına layiq görülmüşdür. == Bioqrafiya == Kiçik yaşlarından şeir yazmağa başlayır və artıq məktəb illərində əsl şair sayılır. Fazu əsərlərini avar və rus dilində yazır. On yeddi yaşlı Fazunun şeirləri ilk dəfə 1949-cu ildə Bolşevik Qori qəzetində, daha sonra "Komsomolets Daqestana" qəzetində və avar dilində nəşr olunan "Drujba" jurnalında nəşr edilmişdir. O dövrdə tənqidçilər parlaqlığı və qeyri-adi istedadı ilə istedadlı şairə və yazıçıya artıq heyran qalmışdılar. Fazu Əliyeva səmimiyyətlə inanırdı ki, şeir insanı təmizləyir, onu daha parlaq, daha mehriban və daha ülvi edir. 1954–1955-ci illərdə Fazu Əliyeva Dağıstan Qadın Pedaqoji İnstitutunda təhsil alır.
Kazu Naoki
Kazu Naoki (d. 23 mart 1918) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mixi yazı
Mixi yazı — Eramızdan əvvəl III minilliyin ortalarında Şumerlərin istifadə etdikləri yazı mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Gil lövhəcik üzərində yazmaq çətin idi, ona görə də ucu şiş çubuqla gili basıb onun üstündə kiçik cib şəklində cızıqlar çəkməyə başladılar. Qədim yazi növlərindən biridir. Vətəni Şumerdir. Mixi yazinin mənbəyi ideoqrafik yazı olmuşdur. Eradan əvvəl 4-cü minilliyin sonundan etibarən şumerliler müəyyən anlayışları bildirmək üçün daş və ya çiy gil üzərində basma üsulla çəkilmiş mixabənzər xətlərin kombinasiyalı şəkillərindən istifadə etmişlər. Mixi yazi kitabələrinin oxunmasina ilk dəfə alman alimi Q. Qrotefend başlamiş (1802), sonralar İngilis alimi Q. Roulinson, İrland alimi E. Xinks, Fransiz alimləri J. J. Oppert, Ş. Virollo, Alman alimi X. Bauer və s. bu işi davam etdirmişlər.
Qabriel Kazu
Qabriel Kazu Rossato Yanaqu (9 iyun 1999-cu ildə anadan olub) — Qabriel Kazu kimi də tanınan, Braziliya Çempionatı təmsilçilərindən olan Luverdense klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya futbolçusudur. Qabriel Kazu Braziliyanın U-20 millisi ilə Fransada keçirilən 2017 Tulon Turnirində iştirak etmişdir. O, İndoneziya millisi ilə görüşdə 45-ci dəqiqədə İqoru əvəz etmişdir. Həmin görüşdə Braziliya rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.
Yaku Meyte
Yaku Meyte (11 fevral 1996-cı ildə Parisdə anadan olub) — Ridinq klubundan icarə əsasında Liqa 1 təmsilçilərindən olan Sojo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. Meyte öz peşəkar karyerasında debütünü PSJ klubu ilə 9 aprel 2016-cı ildə etmişdir. O, 91-ci dəqiqədə Liqa 1 komandalarından olan Genqam klubu ilə qarşılaşmada Jan-Kevin Oqustini əvəz etmişdir. Həmin görüşdə PSJ Genqama səfərdə 2-0 hesabı ilə qalib gəlmişdir. 29 iyul 2016-cı ildə Meyte İngiltərə klublarından olan Ridinq klubu ilə üç illik müqavilə imzalamışdır. Meyte Ridinq klubu ilə debütünü 9 avqust 2016-cı ildə EFL Kubokunda Plimut Arqli klubuna qarşı oyunda etmişdir. Meyte klubu ilə ilk qolunu isə 21 yanvar 2017-ci ildə Çempionşip görüşündə Derbi Kauntri klubu ilə oyunda vurmuşdur. Həmin görüşdə Ridinq rəqibinə 3-2 hesabı ilə məğlub olmuşdur. 7 iyul 2017-ci ildə Meyte Liqa 1 təmsilçilərindən olan Sojo klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Meyte Fransada anadan olmuşdur.
Yasu şəlaləsi
Yasu şəlaləsi (安の滝, Yasu no taki) – Yaponiyanın Akita prefekturasının Kitaakita şəhərinin Ani rayonunda yerləşən şəlalə. Yoneşiro çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Şəlalənin iki səviyyəsi var. Böyük hissəsi 60 metr hündürlükdən, kiçik hissəsi 30 metr hündürlükdən tökülür. Səviyyələr arasında birinci şəlalənin töküldüyü kiçik gölməçə yerləşir və gölməçəni asanlıqla ayaqla keçmək olar.
Yazı lövhəsi
1. Yazı lövhəsi (clipboard) – Microsoft Windows, Apple Macintosh və OS/2 əməliyyat sistemlərində nəzərdə tutulmuş xüsusi yaddaş resursu. "Yazı lövhəsi"ndə, ora sonuncu köçürülmüş informasiya hissəsinin nüsxəsi saxlanılır. Verilənlərin "yazı lövhəsi"ndən cari proqrama ötürülməsi yapışdırma (PASTE) əməliyyatı vasitəsilə aparılır. "Yazı lövhəsi"nin köməyilə informasiyanı bir proqramdan başqasına da ötürmək olar. "Yazı lövhəsi" vasitəsilə köçürülmüş verilənlər statik olur və sonrakı dəyişiklikləri özündə əks etdirmir. Tut: SCRAP; Bax: CUT AND PASTE, DYNAMIC DATA EXCHANGE. 2. Planşet-bloknot – əsas giriş qurğusu işıq-qələm olan kompüter. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. EN Перевод на английский How does the Clipboard work with SwiftKey Keyboard for Android?
Yazı makinası
Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Yazı masası
Yazı masası — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır.
Yazı sistemi
Yazı sistemi bir dildə olan elementləri və identifikasiya olunan vəziyyətləri təmsil etmək üçün istifadə olunan simvollar sistemidir.
Yazı dəsti
Yazı dəsti (yaxud şrift ailəsi) — ölçü, qalınlıq (məsələn, incə-qalın), maililik (məsələn, maili), genişlik (məsələn, dar) və s.ə görə fərqliliklər ehtiva edən letterinq dizaynı nümunəsi. Bu fərqliliklərin hər biri bir şrift deməkdir. Hal-hazırda minlərkə yazı dəsti mövcuddur və gün keçdikcə də yeniləri yaranmağa davam edir. Yazı dəsti incəsənəti və dizaynlarının istehsalı yazı dizaynı, yazı dəsti dizaynerləri isə yazı dizaynerləri adlanır və dizaynerlər, adətən, hərftökən emalatxanalarda işləyirlər. Hər bir yazı dəsti müxtəlif qliflər — hər biri ayrı-ayrılıqda bir hərf, rəqəm və yaxud digər işarə olan simvollar kolleksiyasıdır.
İeratik yazı
İeratik yazı (q.yun. ἱερατικά, hieratiká— keşişə aid olan) — qədim Misirdə istifadə edilən kursiv yazı sisteminə verilən ad. Bu, e.ə. III minillikdə baş tutan inkişafından e.ə. I minilliyin ortalarında demotik yazının yüksəlişinə qədər həmin dili yazmaq üçün istifadə olunan əsas yazı olmuşdur. İeratik yazı ilk növbədə papirus üzərində qamış qələmlə mürəkkəblə yazılmışdır. II əsrdə ieratik termini ilk dəfə yunan alimi İsgəndəriyyəli Klement tərəfindən bu qədim Misir yazı sistemini təsvir etmək üçün istifadə edilmişdir. Termin yunan dilindən "kahin yazısı" deməkdir (Şablon:Lang-grc-koi). Buna səbəb yazı üslubunun həmin dövrdə, səkkiz yarım əsrdən çox müddət ərzində ieratik ənənəvi olaraq yalnız dini mətnlər və ədəbiyyat üçün istifadə olunurdu. İeratik həm də "müqəddəs şəxslərin və ya idarələrin və ya onlarla əlaqəli" mənasını verən bir sifət kimi qəbul edilir.
Ayzu Universiteti
Aizu Universiteti — Yaponiyanın Fukuşima prefekturasının Aizuvakamatsu şəhərində dövlət universiteti. Universitet kompüter mühəndisliyi və ingilis dilinin tədrisi üzrə ixtisaslaşıb. == Tarixi == Aizu Universiteti 1993-cü ildə Yaponiyada kompüter elmləri və mühəndislik üzrə ixtisaslaşan ilk universitet olaraq, geniş tətbiqlərə malik yüksək perspektivli bir elm sahəsi kimi təsis edilmişdir. == Akademik strukturu == Universitet bakalavr və magistratura səviyyələrində kompüter elmləri, həm aparat, həm də proqram təminatı sahəsində təhsil üzrə ixtisaslaşmışdır. Tələbələrin 24 saat kompüterdən istifadə etmək imkanı var. Bundan əlavə, kompüterlər 3 ildən bir dəyişdirilir, buna görə də mövcud olan kompüter avadanlığı həmişə ən son texnologiya ilə yenilənir. Kompüter elmləri ilə yanaşı, ingilis dilinin tədrisi də Aizu Universitetinin mühüm aspektidir. Universitet rəsmi olaraq 2 dillidir və bütün rəsmi görüşlər və yazışmalar tərcümə olunur. Professorların təxminən 40% xaricdən — Vyetnam, Hindistan, Cənubi Koreya, Kanada, ABŞ, Rusiya və Çin kimi ölkələrdən gəlir. Çoxmillətçiliyin bu səviyyəsi universitetin ən fərqli xüsusiyyətlərindən biridir.
Yaz Xan
Yaz ağçiçəyi
Yaz ağçiçəyi (lat. Leucojum vernum) - ağçiçək cinsinə aid bitki növü.
Yaz baharotu
Yaz fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Yaz yastıqotu
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.
Yaz mandraqorası
Yaz mandraqorası (lat. Mandragora vernalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Qazı-qazı
Qazı-qazı – Qədim tarixə malik Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz və Kəngərli rayonlarında ən çox yayılmış və sevimli oyunlar sırasına daxildir. Sinələri səviyyəsində əlləri ilə bir-birindən tutaraq sıraya düzülən kişilərdən ibarət bu yallı dəstəsinin önündə əlində çubuq tutan yallıbaşı, sıranın sonunda isə ayaqçı durur. Yallıbaşının və ayaqçının əllərindəki çubuq "Günahkarı" cəzalandırmaq üçündür. İfaçılar bu rəqsi lovğalıqla "qazılana-qazılana" ifa edirlər. Asta, orta və iti hissələrdən ibarət yallıda yallıbaşının etdiyi hərəkəti yallının ifaçıları da təkrar etməlidir. Əks təqdirdə hərəkətləri yerinə yetirməyən ifaçı çubuqla cəzalandırılır.