Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yelisey
Bu böyük peyğəmbərin adı Qur`anda iki dəfə gəlib, bir dəfə "Ə`nam" surəsinin 86-cı ayəsində, bir dəfə isə "Sad" surəsinin 48-ci ayəsində. Qabaqda qeyd olunduğu kimi, bütün müfəssirlər və tarixçilər onu İlyasın şagirdi və canişini bilirlər. Tövratda ibri olduğuna görə onun adı Yəşədir. Amma ərəb dilində ona Yəsə deyirlər. Müfəssirlərin nəzərinə görə, o Uxtubun oğludur. "Qamusi-müqəddəs"də isə onu Şafatın oğlu bilirlər və Abil Mühəvvələdə sakin oldu. Nuhu təsdiqləyirlər. "E`lami-Qur`anda" "Kitabe-padşahan" kitabının on doqquzuncu fəslində nəql olunur: İlya (deyəsən həmin İlyas) öz səfərində Yəsə ilə rastlaşır. Yəsə yer şumlayırdı. İlya Yəsəyə dedi ki, gəl mənimlə gedək.
Müqəddəs Yelisey
Müqəddəs Yelisey (Qafqaz Albanlarının dilində: 𐔴𐔾𐔼𐕐𐔰) və ya Eqişe (erm. Եղիշե) - Ənənəvi olaraq Qafqaz Albaniyasına xristianlığı yayan ilk həvari kimi qəbul edilən müqəddəs. Müqəddəs Yelisey ilə bağlı əfsanənin “Albaniyanın tarixi”ndə iki versiyası var. Hər iki versiyada Müqəddəs Yeliseyin Kişdə ilk kilsənin əsasını qoyduğu, Yerusəlimdə İsanın qardaşı, Həvari Yaqub tərəfindən Albaniyanın ilk patriarxı kimi təqdis olunduğu qeyd edilir. Lakin versiyalar əfsanənin davamı ilə bağlı məsələdə fərqlənir. Bu versiyaya əsasən Eqişe Müqəddəs Faddeyin tələbəsi idi. Müqəddəs Faddeyin maskutlar tərəfindən şəhid edilməsindən sonra Yerusəlimə qayıdaraq, hadisə barədə digər həvarilərə danışıb və orada Yerusəlimin ilk patriarxı, İsa Məsihin qardaşı Həvari Yakov tərəfindən təyinat almışdı. Daha sonra Yerusəlimdən İrana oradan da maskutların ölkəsinə gəlir və öz təbliğatına Çolada başlayır, oradan Uti vilayətindəki Soğarn şəhərinə gəlir. Soğarnda çoxlu şagird yığır və çoxunu dinə gətirir. 3 şagirdindən biri şəhid edilir, digər ikisi Yeliseyi tərk edir.
Yelisey çölləri
Şanzelize prospekti və ya Şanzelize Bulvarı (Fransız dili: Avenue des Champs-Élysées; qısaca Şanzelize, Champs-Élysées), Fransanın paytaxtı Paris in məşhur bir prospektidir. Parisin ən gözəl prospekti olaraq göstərilməkdədir və Fransızlar aralarında dünyanın ən gözəl bulvarı deyə xitab edərlər. Adını Yunan mifologiyasında cənnət olaraq göstərilən Elysion düzənliklərindən götürmüşdür. Şanzelize Parisin şimal qərbində, 8. bölgəsində var. Luksor Obeliski tapıldığı Concorde Meydanından başlar və Arc da Triomphe abidəsinin tapıldığı Charles də Gaulle Meydanında bitər (köhnə adı Ulduz Meydanı). 1950 metr uzunluğundakı bulvarın ilk kilometri düz, ikinci kilometri isə yoxuşludur. Genişliyi isə 70 metrdir. Yol boyu düz xəttli olduğu üçün sırasıyla Louvre Sarayı, Arc da triomphe du Carrousel, Tuileries Bağçası və Luksor Obeliski və bir az qərbdə Paris xaricində qalan Arche də la Défense düzülər. Fransız səlahiyyətlilər bu düz xəttli yola Axe Historique adını vermişlər.
Yelisey sarayı
Yelisey sarayı (fr. Palais de l'Élysée) — Fransa Respublikası Prezidentinin Parisdəki iqamətgahı (VIII arondisman, "Faubourg Saint-Honoré" məhəlləsi, № 55). Həmçinin Fransa Nazirlər Şurasının iclasları burada, "Murat" zalında keçirilir. İyulun 14-də Fransa Milli Günü (əvvəllər Bastiliya Günü) ilə əlaqədar olaraq axşam sarayın bağlarında şənliklər keçirilir. Fransa Prezidenti Yelisey sarayında Respublika Qvardiyasının fəxri qarovul dəstəsinin qarşısında xarici dövlət başçılarını qəbul edir. Bina 1718-1722-ci illərdə memar Armand-Klod Mollet tərəfindən "Latour d'Auvergne" ailəsindən qraf Evreux və həyat yoldaşı üçün dəbli metropoliten malikanəsi kimi "regency" üslubunda tikilmişdir. 1753-cü ildə qrafın ölümündən sonra saray XV Lüdovik tərəfindən Madam de Pompadur üçün satın alındı. Bu dövrdə sarayın ərazisi genişləndirildi. Madam de Pompadurun 1764-cü ildə ölümündən sonra saray kralın uzaq qohumlarına keçdi. Bina I Napoleon dövründə ilk dəfə dövlət məqsədləri üçün istifadə edilmişdir.
Müqəddəs Yelisey bazilikası
Müqəddəs Yelisey kompleksi və ya Qala piri — Oğuz rayonunda yerləşən alban məbədi. Alban tayfalarından biri olan udinlər bu gün də Oğuz şəhərinin şərq hissəsində yerləşən qədim alban məbədindən dini sitayişlərini icra edirlər. Tuf daşlarından və əhəng məhlulundan inşa edilən və dördbucaq formasında olan bu məbəd binasının uzunluğu 7,45 metr, eni 5,55 metrdir. Məbəd daxilində ibadət üçün nəzərdə tutulmuş sahə 3,5 metr X 4,35 metr ölçüsündədir. Eni 1,1 metr, hündürlüyü 1,55 metr olan üstü yarımdairəvi tağlı qapı məbədin qərb hissəsində yerləşir. Xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilən bu məbədi udinlər Qerqets monastrı adlandırmışlar. (Qerqets udincə "Müqəddəs yer" deməkdir). 1828–1830-cu illərdə çar Rusiyası tərəfindən İrandan və Osmanlı imperiyasından Azərbaycan ərazisinə köşürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmişdir. Tarixi mənbələrə görə ermənilər məhz çar hökumətinin köməyi ilə 1836-cı ildə Alban katolikosluğunun ləğv edilməsinə nail olur. "Erməniləşdirmə" siyasəti Oğuz udinlərinin dini həyatından da yan keçmir.
Müqəddəs Yelisey kompleksi
Müqəddəs Yelisey kompleksi (Ağdərə)
Müqəddəs Yelisey monastırı
Müqəddəs Yelisey monastırı (Ağdərə)
Müqəddəs Yelisey Kilsəsi
Müqəddəs Yelisey Kilsəsi (Nic)
Müqəddəs Yelisey Kilsəsi (Nic)
Müqəddəs Yelisey adına Cotari Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen C'otari Gergeś) — Azərbaycanda kilsə. Məbəd Qəbələ rayonunun Nic qəsəbəsində yerləşir. Məbəd binası yerli daşlardan dördkünc planda inşa edilib və kiçik zəng qülləsi də var. 2006-cı ildə əsaslı bərpa olunmuş və Alban-Udi Xristian İcmasının istifadəsinə verilmişdir. Yerində əvvəllər Müqəddəs Yeliseyin şagirdi olan şəhid Vlasın qəbri və eyniadlı kapella yerləşirdi. 1823-cü ildə həmin kapella Astvatzatur Cotaniants adlı bir udi rahib tərəfindən sökülmüş və Mesrop Maştots tərəfindən yerləşdirilmiş iki mis xaç tapılmışdı. 1879-cu ildə kilsə yerli camaat tərəfindən 1000 rubla təmir edilmişdir. Restavrasiyadan əvvəl kilsədə 3 ermənicə yazı mövcud idi. Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi keşişlər siyahıya alınmışdır: Yengibar Ter-Astvatzatur Cotaniants Avetik Ohancanyan Cotatiants - 1788-ci ildə doğulub, Calut monastırında keşiş Xələtdən təhsil alıb. Kilsədə xidmət illəri 1832-1857) İohannes Cotatiants (kilsədə 1859-1885) - 1839-cu ildə dördüncü dərəcədən sekston vəzifəsinə təyin olunub.
Müqəddəs Yelisey kilsəsi (Kiş)
Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var. "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır. Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var. "Alban ölkəsinin tarixi"ndə göstərilir ki, "Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanda o, öz müqəddəs və sevimli şagirdlərinin (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunmuşdur. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əliylə şəhid olur.
Müqəddəs Yelisey kompleksi (Ağdərə)
Müqəddəs Yelisey monastırı (Ağdərə)
Müqəddəs Yelisey kompleksi (Oğuz)
Müqəddəs Yelisey kompleksi və ya Qala piri — Oğuz rayonunda yerləşən alban məbədi. Alban tayfalarından biri olan udinlər bu gün də Oğuz şəhərinin şərq hissəsində yerləşən qədim alban məbədindən dini sitayişlərini icra edirlər. Tuf daşlarından və əhəng məhlulundan inşa edilən və dördbucaq formasında olan bu məbəd binasının uzunluğu 7,45 metr, eni 5,55 metrdir. Məbəd daxilində ibadət üçün nəzərdə tutulmuş sahə 3,5 metr X 4,35 metr ölçüsündədir. Eni 1,1 metr, hündürlüyü 1,55 metr olan üstü yarımdairəvi tağlı qapı məbədin qərb hissəsində yerləşir. Xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilən bu məbədi udinlər Qerqets monastrı adlandırmışlar. (Qerqets udincə "Müqəddəs yer" deməkdir). 1828–1830-cu illərdə çar Rusiyası tərəfindən İrandan və Osmanlı imperiyasından Azərbaycan ərazisinə köşürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmişdir. Tarixi mənbələrə görə ermənilər məhz çar hökumətinin köməyi ilə 1836-cı ildə Alban katolikosluğunun ləğv edilməsinə nail olur. "Erməniləşdirmə" siyasəti Oğuz udinlərinin dini həyatından da yan keçmir.
Müqəddəs Yelisey kompleksi (dəqiqləşdirmə)
Müqəddəs Yelisey kompleksi (Ağdərə)
Müqəddəs Yelisey kompleksi (Şəki)
Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var. "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır. Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var. "Alban ölkəsinin tarixi"ndə göstərilir ki, "Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanda o, öz müqəddəs və sevimli şagirdlərinin (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunmuşdur. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əliylə şəhid olur.
Müqəddəs Yelisey monastırı (Tərtər)
Müqəddəs Yelisey kompleksi (erm. Եղիշէ Առաքեալի վանք) və ya Yegiş Arakel Məbədi — Murovdağın ətəyində, Ağdərə rayonunun Suqovuşan və Təpəkənd kəndləri arasında yerləşən tarix-memarlıq kompleksi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kompleksə daxil olan ilk tikililərin inşası Qafqaz Albaniyasının Arşakilər sülaləsindən olan hökmdarı III Mömin Vaçaqanın adı ilə bağlıdır. Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində bu monastır haqqında deyilir: Həmin məlumatdan aydın olur ki, məbəd Ners-Mihr qardaşlığında mnsub olmuş, sonradan Qafqaz Albaniyasında xristianlığı təbliğ edərkən həlak olmuş müqəddəs həvari Yeliseyin qalıqlarının bir hissəsinin Tərtər rayonunun Talış kəndindəki Ürəkvəng monastırından buraya köçürülməsindən sonra monastır Müqəddəs Yelisey monastırı adlanrırılmışdır. Monastır kompleksinin əsas kilsə binası 1264-cü ildə köhnə kilsənin daşlarının istifadə edilməsi ilə yenidən inşa olunmuşdur. Kilsənin divarındakı inşaat kitabəsində deyilir: "Mən, arxidyakon Serob, bu müqəddəs yerdə köhnə təməl üzərində müqəddəs həvarinin şərəfinə kilsə inşa etdim. İl 704 (1264)" Monastır kompleksi mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşir. Monastırın yerləşdiyi təpənin ətrafı sıldırım qayalar və sıx meşəliklə əhatə olunmuşdur ki, bu da abidəyə yaxınlaşmanı mürəkkəbləşdirir. Təpənin kompleks yerləşən cənub tərəfi vertikal qayalıq şəklində formalaşıb, digər üç tərəfdən isə təpə möhkəm qala divarları ilə əhatə olunub.
Müqəddəs Yelisey monastırı (Çartar)
Müqəddəs Yelisey monastırı — Xocavənd rayonunun Çartar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur. İki pilonu və tağtavanı ilə Müqəddəs Yelisey kilsəsi son orta əsrlər dövrünün tipik xüsusiyyətlərinə malikdir. Altarın hər iki tərəfində, planda düzbucaqlı formaya malik köməkçi otaqlar yerləşir. Monastırın başkilsəsi daha qədim kilsənin yerində inşa edilmişdir və qədim kilsənin dəqiq inşaat tarixi dəqiq bilinmir. XII əsrə aid kitabənin məlumatına görə, bura, əyalətin ən vacib ziyarətgahlarndan biri olmuşdur. Fronton üzərindəki kitabədən isə bəlli olur ki, dağıdılmış qədim kilsənin yerində XVII əsrdə yeni kilsə tikilmişdir. Kitabədə yazılır: "Mən, ustad Qabriel bu kilsəni öz əllərimlə inşa etdim...” Monastır Çartar kəndinin cənubunda, yüksək dağlıq ərazidə yerləşir. Kompleksin yeganə kilsəsi kitabələrdə Müqəddəs Yelisey kilsəsi adlandırılır.

Müqəddəs Yelisey monastırı (Xocavənd)

Müqəddəs Yelisey Kilsəsi (Oğuz şəhəri)
Müqəddəs Yelisey Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen Gergeś, rus. Церковь Святого Елисея) — keçmişdə Şərqi Pravoslav kilsəsi və Erməni Apostol Kilsəsi kimi fəaliyyət göstərmiş, hazırda Oğuz Tarix-Diyarşünaslıq Muzeyinə ev sahibliyi edən tikili. Oğuz şəhərində yerləşir. Kilsənin tikilməsi haqqında iki fərqli nəzəriyyə mövcuddur. Bir versiyaya görə, yepiskop Pyotr Silikov tərəfindən 1822-ci ildə tikilib, lakin yerli udi etnoqraf Mixail Bejanova görə kilsəni inşa edən əcdadı İosif Bejanov idi. Buna baxmayaraq iki nəzəriyyə də tarixi və kilsənin aidliyini Şərqi Pravoslav kilsəsi olaraq qəbul edir. Gürcü tədqiqatçı Roland Topçişvilinin araşdırmasına görə, sonradan kilsə erməni kilsəsinin tabeliyinə verildi və Silikovlar ailəsinin bəzi üzvləri erməniləşdi, ehtimal ki, fərqli nəzəriyyələrin üzə çıxmasına da bu səbəb olub. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra kilsə fəaliyyətini dayandırıb. Oğuz Tarix-Diyarşünaslıq Muzeyi 19 fevral 1981-ci ildə kilsə binasında yaradılıb və hazırda 4441 eksponat saxlanılır. Fəaliyyətə başladığı ilk illərdə əsas fondda cəmi 200 eksponat vardı.