Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xətt gəmisi (yelkənli)
Xətt gəmisi (ing. ship-of-the-line, fr. navire de ligne) — üçdorlu və üçqatlı top sıralı yelkən sinifli, ağacdan hazırlanmış gəmi. Xətt gəmisi 500-5500 ton su sıxışdırma qabiliyyətli göyərtəsində 30—50 dən 135-ə qədər top yerləşən, 300-500 nəfərlik heyətə malik, XVII əsrlərdən tikilməyə başlanılmış 1860-cı illərədək dəniz döyüşlərində cinah taktikası məqsədilə istifadə olunan hərbi gəmi.
Yelkən
Yelkən — külək gücündən yararlanaraq geniş sahə oluşduracaq şəkildə yan yana dikilən və qayığın dirəyinə uyğun şəkildə taxılaraq onu hərəkət etdirən parça və ya şəritlərin hamısıdır. Bernoullinin prinsipinə görə külək istiqamətinin yelkənin üzərindəki yükünə bağlı olaraq, yelkənin bir tərəfində digərindən daha çox hava təzyiqi oluşur. Bu təzyiq fərqi qaldırma gücü yaradaraq yelkəni düşük təzyiqin olduğu tərəfə itələyir. Onurğa (vəya borda mərkəzi) yelkən üzərindəki bu yanal gücü yelkən qayığının yana yataraq irəli doğru hərəkətinə dönüşdürür. Bernoulli dənkləmi işlədilərək tapılan təzyiq fərqi, qayığa sərf olunan itkinin bir hissəsini oluşdurur. Əsil itki, momentumun qorunumu sayəsində əmələ gəlir. Külək hərəkət halındakı hava molekullarından əmələ gəlir. Bu molekullar sahib olduqları sürət və kütlə sayəsində müəyyən bir momentum ilə yelkənə çırparlar. Yelkənin qabağından girən külək, arxa tərəfindən çıxarkən momentumunun bir hissəsini qayığa yelkən vasitəsi ilə çatdırır və sürəti yavaşladır. Qayıq özü ağırlığı səviyyəsində qazandığı bu momentumu hərəkətə çevirir.
Yelkən (bürc)
Yelkən (lat. Vela) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 2.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Yelkən (qaya)
Yelkən qaya — Karasnodar diyarında təbiət abidəsi. Qaya Qara dənizin sahildə, Gelencik şəhərindən 17 km cənub-şərqdə, Praskovevka kəndinin (sahil boyu 500 metr) və Canxot (4,5 km) xutorunun yaxınlığında yerləşir. Yelkən qayası dəniz sahilində yerləşən vertikal şahid dağ mənşəli qumdaşı parçasıdır. Qaya əsas hissədən uçqun səbəbi ilə ayrılmışdır. Xarici görünüşünə görə qaya parçası düördbucaqlı yelkəni xatırladır. O üzdən yelkən adlandırılıb. Qayanın qalınlığı bir metrdən çoxdurur. Hündürlüyü 25 m, uzunluğu isə 20 m-dir. Bəzi mənbələrdə isə hündürlüyü 30 m, uzunluğu isə 25 m qeyd olunur. Qayanın dörddə üçündən çoxu sahilə perpendikulyar olaraq dənizə daxil olub.
Yelkən idmanı
Şxun ingilscə schooner sozundən olub, iki və daha artıq dor ağacı olan yelkənli gəmi deməkdir. Sürətinə və davamlılığına görə şxun digər su nəqliyyatı vasitələrindən fərqlənirdi. Onunla ancaq sabit havada dənizə çıxmaq olardı.Sonrakı dövrdə şxun daxili yanma mühərriki ilə təmin olunduğundan, onunla uzaq səfərlərə də çıxmaq mümkün oldu. Hazırda şxundan həm nəqliyyat vasitəsi kimi, həm də balıqçılıq və su idmanı oyunlarında geniş istifadə edilir. İstifadə tərzindən asılı olaraq şxunun muxtəlif formaları yaradılmışdır. Yelkənli qayıq e.ə. 2400-cü illərdə Misirlilər tərəfindən ecad edilmişdir. İlk yelkənin ləvazimatı papirusdur. Misirlilərin arxasından, Polineziyalılar kanoelərində külək texnologiyasını işlətmişdirlər. Yelkənli qayıqlar daha sonra romalılar, yunanlar, çinlilər, ispanlar, portuqallar, [fransızlar və ingilislər tərəfindən mənimsənmişdir.
Maxaon yelkənciyi
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. == Yayılması == Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Yeleni Doika
Yeleni Doika (15 noyabr 1995, Kerkira, İon adaları) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Doika, 2012 və 2016-cı ildə Yunanıstanı Olimpiya Oyunlarında təmsil etdi. Yeleni Doika birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Birləşmiş Krallığın London şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının təsnifat mərhləsində o, komanda yoldaşları ilə birgə 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Yeleni Doika 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Zoi Kontoqianni, Mixaela Metallidou və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Yeleni Xronopoulou
Yeleni Xronopoulou (d. 19 noyabr 1988; Marousi, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Yeleni Xronopoulou 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Varvara Maqnisali və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Şərqi aleksanor yelkənciyi
Şərqi aleksanor yelkənciyi (lat. Papilio alexanor orientalis) — pulcuqqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinə aid növ. Son dərəcə nadir növdür. İri və gözəl kəpənəkdir. Qanadları açıldıqda 80–85 mm-ə çatır. Sarı rəngli ön üanadlar qara ləkəli və damarlı, kənarları enli qara haşiyəlidir. Arxa qanadlarında "quyruqcuqları" var. Cənub-şərqi İspaniya, İtaliya, Cənubi Fransa, Yunanıstan (tipik formada P.Alexanor Esp.), Cənubi Qafqaz, İran, Kiçik Asiya, Orta Asiyanın cənub-qərbi (yarımnöv orientalis Rom.) Azərbaycanda Naxçıvan MR ərazisinin Araz çayı vadisindən başlayaraq dəniz səviyyəsindən 1750 m-ə qədər yüksəkliyi olan dağlar. Quru yamaclar və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələr. Mayda və iyunun əvvəllərində uçur.