Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vergili
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, İtaliya[d], Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" == Həyatı == Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. == "Ekloqlar" == Bu Vergilinin ilk kitabıdır.
Yengicə
== Kəndlər == === Azərbaycan kəndləri === Yengicə (Qəbələ) — Qəbələ rayonunda kənd. Yengicə (Şərur) — Şərur rayonunda kənd. Sırt Yengicə — Qəbələ rayonunda kənd. === Ermənistan kəndləri === Yengicə (Dərələyəz) — Keşişkənd rayonunda kənd. Yengicə (Vedi) — Vedi rayonunda kənd. Yengicə (Zəngibasar) — Zəngibasar rayonunda kənd. === İran kəndləri === Yengicə (Azərşəhr) — Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında kənd Yengicə (Barıq) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd Yengicə (Bukan) — Yengicə (Əcəbşir) — Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanında kənd Yengicə (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanında kənd Yengicə (Sayınqala) Yengicə (Sumay-i Şimali dehistanı) Yengicə (Vərzəqan) — Şərqi Azərbaycan ostanının Vərzəqan şəhristanında kənd Yengicə-i Sadat (Mərənd) Yengicə (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Yenilik
Yenilik — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Alberiko Centili
Alberiko Centili (14.1.1552, San-Cenezio – 19.6.1608, İngiltərə, Oksford) — italyan hüquqşünası, sonsxolastika dövrü nümayəndəsi və beynəlxalq hüquq üzrə mütəxəssis. == Həyatı == Təhsilini Peruca şəhərindəki universitetdə almışdır. Dini təqiblərə məruz qalaraq, İtaliyadan İngiltərəyə qaçmışdır, Oksfordda mülki hüquqdan dərs demişdir. Beynəlxalq hüquqda xalqlar hüququnu təbliğ etmiş, qall adətlərinə (mos gallicus) qarşı italyan adətlərini (mos italicos) müdafiə etmişdir. Bu mənada onu “xalqlar hüququnun atası” adlandırırlar. Qanunların şərhi məsələləri ilə də məşğul olmuşdur. == Əsərləri == Aşağıda adı sadalanan bütün əsərlər müasir dövrümüzdə çap olunub və ya yenidən dərc edilmişdir. De Iuris Interpretibus Dialogi Sex. Torino 1937. De Legationibus Libri Tres.
Atnalı yengəci
Atnalı yengəci (lat. Limulus) — atnalı yengəcləri fəsiləsinə aid heyvan cinsi.
Kokos yengəci
Kokos yengəci; Hindqozu yengəci (lat. Birgus latro) — Buğumayaqlılar tipinin, birgus cinsinə aid heyvan növü. Bu növə daxil olan canlıların yetkin fərdləri quru həyat tərzi keçirir. Kokos yengəcləri əsasən Sakit okeanın qərb hissəsinin və Hind okeanının tropik adalarında yayılmışdır. Onların əti qida kimi istifadə edilir. == Adı == Növ adı olan lat. latro «quldur» mənasını verir. Bu buğumayaqlı canlı həm də "Palma oğrusu" adlandırılır. Səbəb isə onun keçmişdə kokosun içini yeməkdən ötrü palma ağacından hindqozunu kəsmək qabiliyyətinə olduğu düşünülürdü. Üstəlik onların kokosların qabıqlarını sındırmaları düşünülürdü.
Sevgili canan
Sevgili canan — 1943-cü ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin Sənsiz qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romans. == Yazılma tarixi == Bəstəkar bu əsəri yazmağı II Dünya Müharibəsindən əvvəl düşünmüşdü. Əsər Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinə hazırlıqla bağlı yazılıb. 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Bəstəkar bəstələyəcəyi vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı. Lakin bəstəkar yalnız iki romans bəstələyir "Sənsiz" və "Sevgili canan". Farsca yazılmış “Sevgili canan” qəzəlini dilimizə Mirvarid Dilbazi çevirib uyğunlaşdırmışdır. Bu qəzəl romansı öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa ediblər.
Sosial yenilik
Sosial innovasiya — əhalinin müxtəlif tipli sosial tələbatlarına cavab verən yeni strategiyaları, konsepsiyaları, ideyaları və təşkilatları özündə ehtiva edir. Hazırda internet vasitəsi ilə sosial innovasiyaların tətbiqi məsələsi daha aktualdır, belə ki, internet sosial innovasiyaları həyata keçirmək üçün ən ucuz və sürətli vasitə hesab olunur. Buna görə də internet əsaslı sosial innovasiyaları dəstəkləyən müxtəlif tədbirlər bütün dünyada keçirilməkdədir, bunlardan ən məşhuru Sosial Yeniliklər Düşərgəsidir. Sosial innovasiyalar hazırda cəmiyyətdə e-dəyişikliklər tətbiq etməklə müxtəlif proseslərin internet və rəqəmsal alətlər üzərindən daha asan və ucuz yollarla həyata keçirilməsinə xidmət edir.
Sırt-Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır. Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Sırt Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır. Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Yengicə (Azərşəhr)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.190 nəfər yaşayır (599 ailə).
Yengicə (Barıq)
Yengicə (fars. ینگجه‎) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (43 ailə). Əhalisi etnik azərbaycanlıdır və azərbaycan dilində danışır.
Yengicə (Bostanabad)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (78 ailə).
Yengicə (Bukan)
Yengicə (fars. ينگي كند‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (73 ailə).
Yengicə (Dərələyəz)
Yengicə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1964-cü il fərmanı ilə adı dəyişdirilib Qandzak qoyulmuşdur. == Tarixi == Rayondakı Qnişik kəndindən 3–4 km şimal-şərqdə, Daşxaç dağının yaxınlığında yerləşirdi. Kənd XIII əsrdən xatırlanır və kəndin VIII–IX əsrdə mövcud olduğu göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yenicə kimi, Qafqazın 5 verstlik xəritəsində Yengicə formasında qeyd edilmişdir. == Toponimi == 1946-cı ildə kənd Qanzak adlandırılmışdır. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. İlk dəfə 1728-ci ildə adı çəkilir. Keçmişdə Yengicə (türk dillərində yengitəzə, yeni) və Yenicə dedikdə oturaq kənddən bir qrup ailənin (yaxud bir nəsilin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə nəzərdə tutulurdu.Yengicə (və Yenicə) adlandırılan belə məntəqə ana kəndin tərkib hissəsi olaraq qalırdı və vergini də birlikdə verirdi. Relyef əsasında yaranan toponimdir.
Yengicə (Heris)
Yengicə (fars. ينگجه‎) - Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşinin Qərbi Bedustan dehestanında yerləşən kənd. 11 avqust 2012-ci il tarixinin zəlzələdən ziyan görmüş kəndlərdəndir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (31 ailə).
Yengicə (Həştrud)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 311 nəfər yaşayır (79 ailə).
Yengicə (Marağa)
Yengicə (fars. ‎‎‎ينگجه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,460 nəfər yaşayır (350 ailə).
Yengicə (Meşkinşəhr)
Yengicə (fars. ينگجه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (41 ailə).
Yengicə (Miyanə)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 334 nəfər yaşayır (73 ailə).
Yengicə (Nəmin)
Yengicə (fars. ينگجه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (6 ailə).
Yengicə (Qəbələ)
Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yengicə kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yengicə Yenicə oykoniminin fonetik şəklidir. Yenicə və Yengicə adlanan kəndlər əhalinin müəyyən hadisə ilə (əsasən torpaq çatışmamazlığına görə) əlaqədar ana kənddən köçüb kənar yerdə yeni məntəqə salması nəticəsində yaranmışdır. Oykonim "yeni kənd" mənasındadır. == Tarixi == == Coğrafiyası və ilqimi == Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 520 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və meyvəçilik təşkil edir. Kəndin ərazisində 22 sentyabr 2014-cü ildə "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksi istifadəyə verilmişdir. Ərazidə əvəzsiz müalicəvi su olduğundan "Yengicə isti su sağlamlıq və istirahət kompleksi" istifadəyə verilib.
Yengicə (Salmas)
Yengicə (fars. ينگجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 524 nəfər yaşayır (107 ailə).
Yengicə (Sayınqala)
Yengicə (fars. ‎ينگجه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (59 ailə).
Yengicə (Sərab)
Yengicə (fars. ينگجه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 585 nəfər yaşayır (129 ailə).
Benqali
Benqal dili — Hindi dillərindən biridir. Banqladeş Xalq Respublikasının və Hindistanın Qərbi Benqaliya ştatının rəsmi dövlət dilidir. Bu dildə bütölükdə 175 milyon əhali danışır. İki əsas dialektə bölünür: qərb dialekti (Navadvip bölgəsinin əsas dialekti), şərq dialekti (Dəkkə bölgəsinin dialekti). Benqal dlinin özünün xüsusi yazısı vardır. Cins kateqoriyası yoxdur, bu dildə 4 hal vardır. Mübtəda ilə xəbərin uzlaşması (həm şəxsə, həm də nəzakət formasına görə) geniş yayılıb. Söz sırası: mübtəda, tamamlıq, xəbərdir (MTX).
Yanıqlı
Yanıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Yanıqlı kənd inzibati ərazi dairəsində kənd. 7 mart 2012-ci ildə Əhmədabad, Avdal və Qoçdərə kəndləri Yanıqlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Əhmədabad kəndi olmaqla Əhmədabad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonimin etimologiyası haqqında üç fikir mövcuddur. Yerli əhalinin məlumatına görə, kənd monqol istilası zamanı (XIII əsr) dağıdılıb yandırılmış Xavər Zəmin adlı şəhərin yerində salındığı üçün belə adlanmışdır. Zəyəmçayın üstündəki xan körpüsü həmin şəhərin qalıqlarından hesab edilir. Bəzi tədqiqatçılara görə, kənd susuz (yanıq) ərazidə salındığına görə belə adlandırılmışdır. Bəzi tədqiqatçılar isə oykonimin Yanqılı variantına əsaslanaraq onu "yeni kənd, təzə kənd" kimi izah edirlər. == Tarixi == === Tarixi abidələri === Yanıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın hər iki sahilində, Cınqıldağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Aslanov Babək Sakit oğlu (1994-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Hüseynov Emin Fərmayıl oğlu (1990-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Lenqli
Lenqli (ing. Langley) — ABŞ-nin Virciniya ştatında Feyrfek dairəsində şəhər. Mərkəzinin şəhərdə olması səbəbiylə MKİ üçün metonimiya olaraq istifadə edilir. MKİ xaricində, digər mərkəzlər; Turner-Fairbank Magistral Araşdırma Mərkəzi (Turner-Fairbank Highway Research Center), Federal Magistral Rəhbərliyi (Federal Highway Administration), Milli Parklar Xidmətinə bağlı hindi hazırlayan Klod Mur Koloniya Təsərrüfatı (Claude Moore Colonial Farm) qurumlarına məxsusdur.
Vəngli
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Tarixi == Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Vəngli kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Əzgili
Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Təhsil == 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Beqqer dərgili
Bəndili (Çaypara)
Bəndili (fars. بندلي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (23 ailə).
Gürcü xəngəli
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.
Memarlıq tənqidi
Memarlıq tənqidi və ya memarlığın tənqidi, ümumiyyətlə bir bina haqqında onun tarixi prosesdəki əhəmiyyətini tədqiq edən və ya özünəməxsusluğunu vurğulayan və ya əhəmiyyətli bir sahədə və ya məqsədlə həyata keçirilməsinə dair bir yazı və ya fikirdir. İnkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə çıxan bir çox qəzetdə, incəsənət və memarlığın işıqlandırıldığı hissələrdə memarlıq tənqidinə də yer verilir. Bu, ümumiyyətlə qəzetlərin incəsənət hissəsində olsa da, bəzi hallarda əmlak hissələrində və ya digər hissələrində də ola bilər. Ada Louise Huxtable qəzetlərdə memarlıq tənqidçisi kimi fəaliyyətə başlayan ilk şəxslərdən biri olmuşdur. 1963-cü ildən ABŞ-nin New York şəhərində çıxan beynəlxalq əhəmiyyətli bir qəzet olan New York Times üçün məqalələr yazmağa başlamışdır. 1930–1950-ci illər arasında Lewis Mumford, əsasən memarlıq tənqidi istiqamətindəki əsərlərini New Yorker jurnalında yazmışdır.
Meyreki yanğını
Meyreki dövrünün böyük yanğını (yap. 明暦の大火, - Meireki no taika) — 2 mart 1657-ci ildə Yaponiyanın paytaxtı Edoda (indiki Tokio) baş verən yanğın. Furisode yanğını kimi də tanınan bu yanğın Meyreki İmperatorluğunun hakimiyyətinin 3-cü ilində baş vermişdir. 3 gün boyunca davam edən yanğında 100 min adamın öldüyü ehtimal edilir.
Moskva yanğını
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. == Mənbə == Madariaga, "Ivan the Terrible", 266.
Postmodernizmin tənqidi
Postmodernizmin tənqidi bəhsi keçən fəlsəfənin əks yanaşmasıdır. Postmodernizm tənqidçiləri əsasən onun mənasız olduğu, obskurtanizmi təbliğ etdiyi və nisbilikdən istifadə etdiyi fikirlərini irəli sürürlər. Ümumilikdə, bu fəlsəfənin tənqidi postmodernlə əlaqəli müxtəlif hərəkatlara hərtərəfli hücum kimi başa düşülməməlidir. Mövzuya dair çıxışlar çox vaxt postmodern fəlsəfə, arxitektura və ədəbiyyat kimi fərqli ola biləcək xüsusi sahələrə istinad edir. Bu, həmçinin postmodernizmi post-strukturizm, mədəni relyativizm və "nəzəriyyə" kimi müəyyən tendensiyalarla məhdudlaşdıra bilər. Məsələn, bir filosof postmodern kinematoqrafiya haqda müsbət fikirdə olduğu halda Fransız postmodern düşüncəsini tənqid edə bilər. Bu sahədə məşhur tənqidçilərdən sayılan Eşbi ən yaradıcı postmodern əsərlərini geniş layihələrin bütün inventarlarına hücum etmədən tənqid edir. == Fikir ayrılıqları == Filosof Noam Çomski postmodernizmin mənasız olduğunu iddia edir və düşünür ki, o analitik və ya ampirik məlumatlara heç bir şey əlavə etməz. Həqiqətən, onların nəzəriyyələrinin prinsipləri nədir? Hansı sübutlar əsasında qurulur?
Teatr tənqidi
Teatr tənqidi — Teatrşünaslıq elminin teatrın çağdaş yaradıcılığını izləyən, onun repertuarı və ya hansısa yeni tamaşası barədə operativ tənqidi-təhlili məqalələr, resenziyalar yazan qolu. == Həmçinin bax == Teatrşünaslıq == Mənbə == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. Bakı, 2017.
Tənqidi nəzəriyyə
Tənqidi nəzəriyyə (ing. critical theory) — sosial və humanitar elmlərin biliklərinə, habelə artan transdissiplinarlığa və refleksiv siyasiləşməyə əsaslanaraq, emansipasiya məqsədləri üçün cəmiyyəti və mədəniyyəti nəzərdən keçirən və tənqid edən yanaşmalar, cərəyanlar və (nəzəri) diskurslar məcmusu. Hərfi mənada "tənqidi nəzəriyyə" termini özündə tənqidə və biliyə və ya hər hansı bir sahədə mövcud vəziyyətə refleksiv münasibətə əsaslanan müxtəlif yanaşma və bilikləri toplayır, həmçinin "öz biliklərinin obyektlərinin meydana gəlməsini izah etməyə" çalışır. == Ədəbiyyat == Фурс В. Н. Социальная философия в непопулярном изложении. — Вильнюс: ЕГУ, 2006. — 184 с. — ISBN 9985-9878-0-2. на других языках Green M. Cultural studies // A Dictionary of Cultural and Critical Theory / Eds. M. Payne, J. R. Barbera. — Oxford, UK; Cambridge, USA: Wiley-Blackwell, 1998.
Tənqidi realizm
Tənqidi realizm – ədəbi cərəyan. XIX əsrin birinci yarısında Fransada romantizmlə eyni vaxtda tənqidi realizm cərəyanı da inkişaf etdi. Qısa bir vaxtda tənqidi realizmin Stendal və Onore de Balzak kimi klassikləri meydana çıxdı, Qərbi Avropada və Rusiyada realist cərəyanın inkişafına mühüm təsir göstərdi. O zaman Avropada realizmə natural məktəb də deyirdilər, əslində natura və reallıq sözləri eyni mənaya gəlirdi və bunlar sinonim terminlər idi. Realizm sözünün mənası da ilk növbədə yaradıcılığın real dünya həqiqətlərinə əsaslanması və bədii uydurmaya verilən yerin azlığı mənasını daşıyırdı. Lakin sonradan realizm termini daha artıq işlənməyə başladı. Tənqidi realizm ifadəsindəki tənqid sözü kapitalist gerçəkliyinə aid idi. Balzak kimi tənqidi realistlər insanın bədii təsvirində sentimentalizmin və romantizmin nailiyyətlərinə prinsipial bir şey əlavə etməmişdilər. Onların əsas yeniliyi burjua cəmiyyətini təhlil və tənqid etmək, insanların qüsur və problemlərini, qəddarlığını açıb göstərməklə bağlı idi. Məhz bu xüsusiyyətlər tənqidi realistlərin ədəbi tərəqqiyə verdikləri əsas töhfələr idi.