Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsgər Yevtıx
Əsgər Qədirbəyeviç Yevtıx (rus. Аскер Кадербечевич Евты́х; 25 sentyabr 1915, Xatukay[d], Şimali Qafqaz diyarı[d] – 14 noyabr 1999) — adıgey yazıçısı. Əsgər Qədirbəyeviç Yevtıx 25 sentyabr 1915-ci ildə Kuban vilayətinin (indiki Adıgeya) Xatukay kəndində kəndli ailəsində anadan olmuşdur. O, 1938-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Yevtıx 1939-cu ildən Böyük Vətən müharibəsi başlayana qədər Moskvada Dövlət Teatr İnstitutunda müəllim işləmişdir. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. Yevtıx 1941-ci ildən Qızıl Ordu sıralarında xidmət etmiş, 1942-ci ildən isə "Qələbə uğrunda" qəzetinin ədəbi əməkdaşı olmuşdur. O, 1943-cü ildən Qara Dəniz Donanmasının siyasi idarəsinin yazı qrupunun üzvü olmuş, Qafqaz, Odessa, Krım, Yassko-Kişinyov uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Yevtıx II dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilmişdir.
Natalya Sedıx
Natalya Sedıx (rus. Ната́лья Евге́ньевна Седы́х; d. 10 iyul 1948, Moskva, RSFSR, SSRİ) — Rus teatr və kino aktrisası, balerina, fiqurlu konkisürən. Natalya Sedıx 10 iyul 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. Onun karyerasının maraqlı tarixçəsi var. Belə ki, bir dəfə balaca Natalya televizorda beynəlxalq fiqurlu konkisürmə yarışına baxarkən çexoslovakiyalı idmançı İndra Kramperovanın çıxışı ona çox təsir edir. Valideynlərindən xahiş edir ki, onu da fiqurlu konkisürmə dərnəyinə yazdırsınlar. Amma yaşı az olduğundan onu dərnəyə götürmək istəmirlər. Bundan çox təsirlənən 4 yaşlı Natalya birdən cəsarətli addım ataraq xalçanın üstünə çıxır və elan edir: “Qarşınızda İndra Kramperova çıxış edir”. Balaca Natalya elə hərəkətlər göstərir ki, hamı təəccüblənir.
Yetmiş yeddi
Yetmiş yeddi — say sistemində ədədlərdən biridir. Yetmiş altıdən sonra, yetmiş səkkizdən əvvəl gəlir. Yetmiş yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7, 11 və 77 ədədlərinə qalıqsız bölünür.
Perdix perdix
Boz kəklik (lat. Perdix perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin kəklik cinsinə aid heyvan növü. Erkək və dişi fərdin rəngi oxşardır. Başı qonur, boynu boz, beli və qurşağı qəhvəyi-bozdur. Dimdiyi zəifdir, gözlərinin ətrafı pas rəngli tüklə örtülüdür, qanadları gödək, dairəvi, quyruğu qısadır. Qarın hissəsində şabalıdı rəngdə, nal şəklində ləkə vardır. Bədəninin yanlarında açıq-qəhvəyi rəngli köndələn yerləşən zolaqlar vardır. Dimdiyi boz, ayaqları yaşıl. Avropa və Asiyada yayılıb. Azərbaycanın Şimal-Şərqində yayılması Dağıstan sərhəddinə qədər uzanır, Cənub-Şərqdə Şabranda qurtarır, Böyük Qafqazın cənub ətəklərində Şəki rayonu ərazisindən başlayıb Şamaxıya qədər uzanır, Mingəçevir su anbarının ətrfarındakı bozqır qurşağından Ağstafa rayonu ərazisinə qədər uzanır, Naxçıvanın Nehrəmdağ ərazisində də yayılıb.
Perdix
Kəklik (lat. Perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Yerdiç
Yerdiç — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayondakı Qoytul kəndinin yaxınlığında, Arpaçayın sahilində yerləşir. Kəndin cənubunda qədim qala və qəbiristanlığın qalıqları var. "İrəvan əyalətinin icmal dəftəri"ndə Ərdiş formasında qeyd edilmişdir. Kənddə 1831-ci ildə 70 nəfər, 1873-cü ildə 167 nəfər, 1886-cı ildə 234 nəfər, 1897-ci ildə 382 nəfər, 1904-cü ildə 298 nəfər, 1914-cü ildə 327 nəfər, 1916-cı ildə 403 nəfər, 1919-cu ildə 127 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sentyabr-oktyabr aylarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və İrandan köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Azərbaycanlılar yurdlarına indiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra, 1924-cü illərdə qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–49-cu illərdə azərbaycanlılar deportasiya olunmuşdur. Toponim türk dilində işlənən "yer, torpaq, ölkə" mənasında işlənən yer (er) sözü ilə "kənar" mənasında işlənən dış, diş (diç) sözünün birləşməsində əmələ gəlib "kənarda olan yer, yaşayış məntəqəsi" mənasını ifadə edir.
Yetmiş
Yetmiş — say sistemində ədədlərdən biridir. Altmış doqquzdan sonra, yetmiş birdən əvvəl gəlir. Yetmiş ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 5, 7, 10, 14, 35 və 70 ədədlərinə qalıqsız bölünür.
Vetrix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Yetim
Yetim — Atası-anası, yaxud atası və ya anası ölmüş şəxs.
Lyrurus tetrix
Lyrurus tetrix (lat. Lyrurus tetrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tetra cinsinə aid heyvan növü.
Sefer Yetsir
Sefer Yetsir (ibranicə "Yaradılış Kitabı") — Kabbalanın ən qədim kitabıdır. Bu haqda ilk məlumat eramızın 120-ci ilinə təsadüf edir. Kabbalistlərə görə onun müəllifi İbrahim peyğəmbərdir (ə). Tarixçilər bununla razı deyillər. Onlar düşünürlər ki, bu əsər eramızın II əsrində ravvin Akkiva tərəfindən yazılmışdır. Əsərdə on mistik rəqəmin (sfirot) və yəhudi əlifbasının iyirmi iki hərfi vasitəsilə dünya, zaman və insanın yaradılışı izah olunur. Kitabda hərflər üç qrupa bölünmüşdür: üç ana hərf, yeddi ikili hərf və on iki sadə hərf. Əsərin müəllifinə görə, üç ana hərfin köməyilə dünyada hava, su, atəş, ilin üç fəsli, insan bədəninin üç üzvü – baş, qarın və sinə yaradılmışdır. Bəziləri hesab edir ki, "Sefer Yetsir" əl-kimya elmi üzrə ən qədim dərslikdir və buradakı hərflər, saylar, əslində, kimyəvi birləşmələr və reaksiyalar barədə kodlaşdırılmış məlumatlardır; zaman keçdikcə onların mənaları unudulmuşdur. "Sefer Yetsir" kitabında bürclər ilk dəfə bizə məlum olan adlarla göstərilmişdir.
Tetrao tetrix
Lyrurus tetrix (lat. Lyrurus tetrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tetra cinsinə aid heyvan növü.
Yetkin dərə
Yetkin dərə (rus. зрелая долина, ing. mature valley) — tarazlıq profili yaranmış geniş, terraslaşmış, çay dərəsi.
Yetmiş altı
Yetmiş altı — say sistemində ədədlərdən biridir. Yetmiş beşdən sonra, yetmiş yeddidən əvvəl gəlir. Yetmiş altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş beş
Yetmiş beş — say sistemində ədədlərdən biridir. Yetmiş dörddən sonra, yetmiş altıdan əvvəl gəlir. Yetmiş beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş bir
Yetmiş bir — say sistemində ədədlərdən biridir. Yetmişdən sonra, yetmiş ikidən əvvəl gəlir. Yetmiş bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yetmiş doqquz
Yetmiş doqquz — say sistemində ədədlərdən biridir. Yetmiş səkkizdən sonra, səksəndən əvvəl gəlir. Yetmiş doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yetmiş dörd
Yetmiş dörd — say sistemində ədədlərdən biridir. Yetmiş üçdən sonra, yetmiş beşdən əvvəl gəlir. Yetmiş dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş iki
Yetmiş iki — say sistemində ədədlərdən biridir. Yetmiş birdən sonra, Yetmiş üçdən əvvəl gəlir. Yetmiş iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 8, 9, 12, 18, 24, 36 və 72 ədədlərinə qalıqsız bölünür.
Yetmiş səkkiz
Yetmiş səkkiz — say sistemində ədədlərdən biridir. Yetmiş yeddidən sonra, yetmiş doqquzdan əvvəl gəlir. Yetmiş səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş üç
Yetmiş üç — say sistemində ədədlərdən biridir. Yetmiş ikidən sonra, yetmiş dörddən əvvəl gəlir. Yetmiş üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Vetrix purpurea
Purpur söyüd (lat. Salix purpurea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir.
Misbah Yəzdi
Məhəmmədtəği Misbah Yəzdi (1 yanvar 1934, Yəzd – 1 yanvar 2021, Tehran) — İranın islam alimi, müctəhid. Təqi Misbah Yəzdi hicri şəmsi tarixi ilə 1313-cü ildə İranın Yəzd şəhərində dünyaya ğəlmişdir. O, ibtidai hövzə dərslərini Yəzd şəhərində aldıqdan sonra elmini təkmilləşdirmək üçün Nəcəf şəhərinə yollanmışdır, lakin bir çox problemlər üzündən ordan ayrılıb, təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlmişdir. 1331–1339-cu illərdə İmam Xomeyninin dərslərindən, Əllamə Təbatəbainin "əl-Mizan", İbn Sinanın "Şifa" və Molla Sədranın "Əsfar" kitablarından və təqribən 15 il Ayətullah Behcətin fiqh dərsindən bəhrələnmişdir. İmam Xomeyninin sürgündən sonra, Misbah Yəzdinin imam Xomeyni ilə əlaqəsi kəsilir. Bundan sonra Misbah Yəzdi elmi araşdırmalarını İslamın ictimai məslələrinə yönəltmişdir. Nümunə olaraq cihada, məhkəməyə və İslam hökumətinə aid məsələləri göstərmək olar. Həmçinin İslam inqilabında fəal iştirak etmiş şəhid Doktur Beheşti, şəhid Bahünər və Haşimi Rəfsəncani ilə sıx əməkdaşlıq etmişdir. Bu sırada iki böyük nəşriyyat "Besət və İntiqam"ın məsuliyyətini öz öhdəliyinə almışdır. Sonralar isə "Həqqani" mədrəsəsinin idarəçiliyində Ayətullah Cənnəti, şəhid Beheşti və şəhid Quddusi ilə əməkdaşlıq etmiş, təxminən on ilə yaxın adı çəkilən mədrəsədə fəlsəfə və Quran elmlərini tədris etmişdir.
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.