Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yoxan
Yo Xan - türk, monqol və altay mifologiyasında yeraltı ilahı. Yox Xan da deyilir. Yeraltını qoruyar. Yox olmanı işarələr. Doqquz qat olan yeraltını (cəhənnəmi) idarə edər. Qaranlıqlar içindədir. Kimsəyə görünməz. Yaşadığı yer Uluqayının köklərinin altındadır. Oğlunun adı isə So Han'dır. == Etimologiya == (Yo/Yox/Yoğ) kökündən törəmişdir.
Yoxa çörəyi
Yoxa çörəyi (az.-əbcəd یوخا چؤرَگی‎) — Azərbaycan türklərinin ənənəvi çörəklərindən biri ki Azərbaycan Respublikası və Güney Azərbaycanın bir çox yerlərində o cümlədən Qəzvin, Təbriz və Qaradağ bölgələrində hazırlanır. == Lazım olan ərzaqlar == 5 stəkan ağ un 3 stəkan şəkər 3 yemək qaşığı qatı yağ Lazım olan miqdarda su == Hazırlanma qaydası == Un, şəkər və yağı xəmir və su ilə qarışdırıb, xəmiri otaq temperaturunda 10 saat dincəlməyə qoyun. Sonra xəmiri xüsusi çubuqlarla açıb və hamarlaşdırmaqdan sonra, sac üzərində bişirin.
Yoxa çıxmış təyyarələrin siyahısı
== “İl-14P” == 1959-cu il dekabr ayının 13-də Aeroflota məxsus “İl-14P” sərnişin təyyarəsi Kabuldan havaya qalxaraq Daşkəndə doğru istiqamət götürdü. Onun göyərtəsində 25 sərnişin və 5 nəfər də gəmi heyəti vardı. Təyyarə Özbəkistanın Termez şəhərindəki hava limanına qısa eniş etdi və sonra yenidən havaya qalxdı. Amma Hissar dağ silsiləsi üzərindən uçarkən “İl-14P” ilə əlaqə kəsildi. Dərhal təyyarənin yoxa çıxması ilə bağlı axtarışlara başlanıldı. “İl-14P” -nin qəzaya uğraması ehtimal edilən bütün ərazilər qarış-qarış axtarıldı. Lakin təyyarənin izinə rast gəlmək mümkün olmadı. Üstündən 5,5 ay ötəndən sonra, 1960-cı il iyun ayının 2-də “İl-14P”-nin qalıqları təsadüfən hadisə yerinin yaxınlığından uçan vertolyot tərəfindən aşkar edildi. Dərhal bu barədə müvafiq qurumlara məlumat verdilər. Hadisə yerinə gələn axtarış qrupu tərəfindən müəyyən edildi ki, “İl-14P” məlum olmayan səbəblərdən dağa çırpılıb.
Bolad
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri. == Həyatı == 1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi. === Səfir kimi === ==== Arqun xan dövrü ==== 7 Aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu. ==== Keyxatu xan dövrü ==== 1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü.
Boxan
Bo Xan - monqol və buryat mifologiyasında Uryanxay boyunun atası olan adam. Böyük bir döyüşçüdür. Bir nur içində müqəddəs bir dağın təpəsinə enən ilk yoldaşı və torpaqdan çıxıb gələn ikinci yoldaşı nəsillərinin ortaya çıxmasını təmin edər. Bunlar Oğuz Kağanın iki yoldaşını tapmasını xatırlatmaqdadır. == Etimologiya == (Bog / Boğ) kökündən törəmişdir. Bolmaq (olmaq) və boğmaq mənası daşıyır. Monqol və kalmık dilində Bö (Böğö) şaman, Bogd / Bogdan isə övliya mənalarını verər, bu sözlərlə əlaqəli ola bilər. Yenə monqolcada Boh güləşçi deməkdir. Tunqus dilində "Buguca" totem deməkdir.
Boyad
Uzunboyad — Şabran rayonunda kənd. Sincanboyad — Şabran rayonunda kənd.
Noxud
Noxud (Cicer arietinum L. ) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Soxan
So Xan - türk, monqol və altay mifologiyasında qaranlıq ilahı. Yerin altında yaşayır, Yo Xanın oğludur. == Etimologiya == (So/Sog) kökündən törəmişdir. Soyuqluq, görməzlik bildirən bir köktür. Soğmak feli, məğlub etmək və üzmək mənaları ehtiva edir. Soyuq sözüylə də əlaqədardır.
Soyad
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Yokay
Yokai (妖怪, "qəribə görünüş") Yapon folklorunda fövqəltəbii varlıqlar və ruhlar sinfidir. Yōkai sözü "cazibədar; fəlakət" və "görünüş; sirr; şübhəli" mənasını verən kancidən ibarətdir. Yokai həmçinin ayakaşi (あやかし), mononoke (物の怪) və ya mamono (魔) kimi də istinad edilir. Yokai sözün Qərb mənasında sözün əsl mənasında cinlər deyil, əksinə, davranışları pis niyyətli və ya nadinclikdən tutmuş dostluq, təsadüfi və ya insanlara faydalı ola bilən ruhlar və varlıqlardır. Yokai tez-tez heyvan xüsusiyyətlərinə malikdir (məsələn, tısbağaya bənzəyən kappa və adətən qanadlarla təsvir olunan tengu), lakin kuchisake-onna kimi xarici görünüşdə də humanoid görünə bilər. Bəzi yokaylar cansız cisimlərə bənzəyir (məsələn, tsukumoqami), digərləri isə heç bir nəzərə çarpan formaya malik deyillər. Yōkai adətən mənəvi və ya fövqəltəbii qabiliyyətlərə malik olaraq təsvir edilir, forma dəyişdirmə onlarla əlaqəli ən ümumi xüsusiyyətdir. Şəklin dəyişdirilməsi bakemono (化け物) və ya obake (お化け) kimi tanınır. Yapon folklorşünasları və tarixçiləri yokai "fövqəltəbii və ya izaholunmaz hadisələrin öz məlumatlandırıcılarına" təcəssümü kimi izah edirlər. Edo dövründə Toriyama Sekien kimi bir çox sənətkar xalq nağıllarından və ya sırf öz təxəyyüllərindən ilham alaraq yeni yokai icad etdilər.
Yomak
Yomax
Yopal
Yopal (isp. Yopal) — Kolumbiya şəhəri, Kasanare departamentinin inzibati mərkəzi. Şəhər ölkənin şimal-şərqində, Kolumbiyanın paytaxtı Boqota şəhərindən isə 387 km məsafədə yerləşir. Şəhərin sahəsi 2771 km²-dir . == Toponimi == "Yopal" adının mənşəyi "ürək" anlamına gələn hind sözü "yopo" ilə bağlıdır. Eyni adda, ərazidə böyüyən ağac növləri tanınır; şəhərin yerləşdiyi sahə yopo meşəsi ilə örtülmüşdür.
Yozat
Yozqat — Türkiyənin Yozqat ilinin inzibati mərkəzi.
Yozğad
Yozqat — Türkiyənin Yozqat ilinin inzibati mərkəzi.
Oxud
Oxud — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Oxut bələdiyyəsinə aiddir. == Ümumi məlumat və tarixi == Kənddə iki kitabxana, iki məktəb, bir bələdiyyə və kənd icra hakimiyyəti nümayəndəliyi, 1 məscid, 1 tibb məntəqəsi, iki tele ötürücü qüllə, 1 un dəyirmanı, 1 şadlıq sarayı, bir neçə artezian, iri tutumlu rabitə qovşağı fəaliyyət göstərir. Kənd əhalisinin təhsilə olan marağına və nailiyyətlərinə görə nəinki rayonda, eləcə də ölkədə məşhurdur. Hər il onlarla şagird tələbə adını qazanır. Kənd həmçinin spesifik məhəllə adları ilə də məşhurdur: Cumaylar, Həccəvlər (Hacı Cəbilər), Dırrar, Duluzlar, Dəlləklər, Barı arası, Qaralar, Doxun, Gavan, Çay qırağı, Çeylək sadağı, Kənd qırağı, Təzə kənd, Əzbəylər, Irebusaği, Ortabulaq, Dükanqabaği, Hindular məhəlləsi, Hamamyani, Əzimlər, Agalar. Mollaəhməd bulağı isə olduqca tarixi qədim bulaqlardandır. Kəndin Kiş kəndinə yaxın hissəsində iki dağın arasından alır mənbəyini. Yelbaba adlanan ziyarətgahın ərazisində olan qəbristanlıqda yerləşən ibadətxana isə XVIII əsrə məxsusdur. Bu ziyarətdə Ərəbistandan gələn dini yayan ərəblərin qəbirləri var.
Toxa
Toxa torpağı formalaşdırmaq, alaq otlarını ləğv etmək, torpağı təmizləmək və toxum köklərini yığmaq üçün istifadə edilən qədim və çox yönlü kənd təsərrüfatı və bağçılıq alətidir. Torpağın formalaşdırılmasına bitkilərin dibinin ətrafına qrunt yığmaq, dar şırımlar açmaq və toxum əkmək üçün dayaz xəndəklər qazmaq daxildir. Bir toxa ilə alaq otları torpağın səthini qarışdırmaq və ya yarpaqları köklərdən kəsmək, torpağın köhnə köklərdən və məhsul qalıqlarından təmizlənməsini əhatə edir. Torpağı qazmaq və münbitləşdirmək üçün toxumlar kartof kimi kök bitkiləri yığmaq üçün istifadə olunur. == Növləri == Müxtəlif görünüş və məqsədlər üçün bir çox növ toxa var. Bəziləri bir neçə funksiya təklif edir, digərləri isə yalnız tək və xüsusi məqsədə malikdir. İki ümumi toxa növü var: torpağın formalaşdırılması üçün toxalar və alaq otlarını təmizləyərək torpağın "nəfəs almasını" təmin etmək üçün olan toxalar. == Tarixi == Toxalar qədim texnologiya olub, kotandan əvvəl və bəlkə də yalnız qazma çubuğundan əvvəl mövcud olmuşdu. Şumer mifologiyasında toxanın ixtirasını tanrılar şurasının başçısı Enlil hesab edirdilər. Əl toxası sülalələrəqədərki Misir sənətində təsvir edilmişdir və toxalar Hammurapi çəcəlləsi (e.ə.
Yoav
Yoav — İsrail musiqiçisi, mahnı yazarı. Həyatının çox hissəsini CAR-da keçirib. == Həyatı == Yoav-ın musiqi üslubunu müəyyən etmək çətindir: belə ki, o mahnı ifasında kantri və folku, texno və indi üslublarını qarışdırır. Yoav ancaq gitara çalır və onunla simli, zərb aləti, və hətta nəfəsli alət kimi də istifadə edir.
Yoba
Yoba (Yaponca mənası: "ikiqat diş") — əyri dişlər Yaponiyada qadın gözəlliyinin atributu hesab olunan əyri dişlər "yoba" adlanır və qızlara xüsusi gözəllik verən məqam hesab edilir. Yapon kişiləri hesab edirlər ki, yoba xanımları pişiklərə bənzədir.
Asena (soyad)
Orxan Asena — türk teatr sənətçisi. Duyğu Asena — türk jurnalist və yazıçı. Reyhan Asena Keskinci — türk aktyor.
Badam noxud
Badam noxud - konfetəoxşar Azərbaycan şirniyyatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Ebru Polad
Ebru Polad (türk. Ebru Polat; d. 1 iyun 1983, İzmir, Türkiyə) — Türkiyə musiqiçisi.
Erix (soyad)
Rafael Erix (1879—1946) — siyasətçi.
Gözəl (soyad)
Gözəl — Soyad. Abdulbari Gözəl — iş adamı, Azersun Holdinqin prezidenti. Həsən Cəlal Gözəl (1945–2018) — türk siyasətçisi və bürokrat. Tahir Gözəl (1972) — "Qarabağ" futbol klubunun vitse-prezidenti.
Yola
Yola — Nigeriyanın Adamava ştatının paytaxtı. == Adı == Şəhərin adı böyük düzənlik və ya geniş düzənlik torpaq deməkdir.
Hacılı (soyad)
Hacılı — Azərbaycanda çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Arif Hacılı — Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri. Vəkil Hacılı — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970). Ramin Hacılı — azərbaycanlı siyasi-ictimai xadim. Hacı Hacılı — Təbiət elmləri doktoru.Bu təxəllüsü olan tanınmış insanlar Asif Hacılı — Bakı Slavyan Universitetinin rektoru.