POLAD

is. [ fars. ]
1. Dəmir ərintisi ilə karbondan ibarət gümüşü-boz metal. Polad ərintisi. Paslanmayan polad.
2. Poladdan qayırılmış, poladdan hazırlanmış. Polad rels. Polad dirək.
3. məc. Çox güclü, qüvvətli şey haqqında. Polad əzələ.
– Birdir bu dünyada rəngi, qabarı; Tarixi yaradan polad əllərin! S.Vurğun.

// məc. Möhkəm, yenilməz, sarsılmaz. Polad iradə.
POQONLU
POLADƏRİDƏN

Digər lüğətlərdə