NOXUD

is. bot. Paxlalılar fəsiləsindən girdə dənəli birillik bostan bitkisi. Noxud əkmək.
// Həmin bitkinin bişmişdə istifadə edilən dənələri. Bozbaşa noxud tökmək.
□ Noxud boyda (qədər) – çox az, kiçik, cüzi şey haqqında.
[Kərbəlayı:] Əgər sizdə bir noxud qədər ağıl olaydı… H.Nəzərli.

Etimologiya

  • NOXUD Farscadan alınmış sözdür. Türk dillərində onun müqabilində burcaq kəlməsi işlədilib. Alınma noxud doğma burcaq kəlməmizi sıradan çıxarıb
NOXTALANMAQ
NOXUDDAN
OBASTAN VİKİ
Noxud
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Badam noxud
Noxud dənyeyəni
Noxud dənyeyəni lat. Bruchus pisorum L.-Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir. Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir. Kürəni-boz rəngdə sıx tükcüklərlə örtülmüşdür. Bığcıqların nəhayəti xeyli yoğundur. Qanadüstlüyü qısa olduğundan qarıncığı tam örtmür. Üzərində qara-qonur və ağ ləkələr vardır. Bığcıqlar, pəncələr və ön ayaq baldırlarının əsası kürəni rəngdədir. Ön döşün yan tərəflərində tükcüklər arasında çətin seçilən iki ədəd mahmız vardır. Yumurtası sarı kəhrəba rəngdədir, nisbətcə iridir.
Noxud mənənəsi
Noxud mənənəsi-(lat. Acyrthosiphon pisum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Noxud mənənəsi bütün mənənələr içərisində ən iri növdür. Qanadsız bakirə dişi fərdlərin bədəni 4–4,5 mm-dir. Yayıla bilən dişi fərdlərin bədənləri isə 5 mm uzunluğundadır. Dişilərin bədəni yaşıl, gözləri isə qırmızı-qonurdur. Bunların bığcıqları bir cüt alın şişkinlikləri üzərində yerləşir və bədəndən xeyli uzundur. Şirə borucuqları uzun, quyruqcuğu isə ağımtıldır. Qanadlarında olan xarici damarlar və gözcüklər yaşıl rənglidir. Noxud mənənəsinin yumurtası əvvəlcə göy-yaşıl, sonra isə qara rəngdə olur.
Noxud sıyığı
Noxud sıyığı — Suda bişirilmiş noxudlara qaymaq, yağ və ədvalardan istifadə edərək hazırlanır. Noxudlu sıyıq əsas yemək ola bilər. Ona çox vaxt soğan, qara istiot da əlavə edirlər. Qarniyer kimi üzərinə balıq və ətdən istifadə edirlər. O dietik yeməkdir. Yüksək koloriliyi və tutumu ilə seçilir. Çox vaxt idmançılar tərəfindən istifadə edilir. Vegeteriyanlar isə ondan ağardıcı və ət əvəzləyicisi kimi istifadə edirlər. Orta əsirlərdən Polşada o mal əti ilə hazırlanır. Məlumdur ki, III Sigizmund onu çox bəyənirdi.
Noxud çuxuru
Noxud çuxuru — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı və digər el şənliklərində uşaqlar tərəfindən oynanılan oyunlardan biridir. Bu maraqlı oyun ev şəraitində keçirilir. Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sinini dövrəsi boyunca bir- birinin yanında, qumun üstündə kiçik çuxurlar qazılır... Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şeir deyirlər: Oyunda üç və üçdən artıq oyunçu iştirak edə bilər. Oyunçulardan biri payına düşən çuxurlardan birinin noxudlarını saat əqrəbi istiqaməti üzrə qonşu çuxurlara bir- bir salır. Növbə ilə ikinci və üçüncü oyunçunu da bunu təkrar edir. Kimin axrıncı noxudu oyunçuların çuxurundakı tək sayda (1,3,5) olan noxudların üzərinə düşürsə, o oyunu udmuş hesab olur.
Noxud çörəyi
Noxud çörəyi (az-əbcəd. نوخود چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramlarında hazırlanır. 100 q şəkər tozu 200 q noxud unu 100 q qatı yağ 1 çay qaşığı hil tozu 0,25 çay qaşığı püstə tozu yoxsa püstə dilimləri üstünü bəzəmək üçün İşə başlamazdan öncə şəkər tozu və noxud ununu ələndiyinizdən əmin olun. Şəkər tozu və qatı yağı böyük bir qaba töküb və elektrikli qarışdırıcı ilə qarışdırın. Mikserlə qarışdırmağa təxminən 4-5 dəqiqə davam edin. Hil tozunu noxud unu ilə qarışdırın. Sonra ələnmiş noxud ununu bir neçə addımda şəkər tozu və qatı yağ qarışığına əlavə edin. Sonra maddələri bir qaşıq və ya bir çəngəl ilə qarışdırıb və hamar olduqdan sonra əl ilə yoğurmağa başlayın. Bu şirniyyatın xəmirləri əvvəlcə yapışqandır və birləşdirici bir quruluşa sahib deyil, ancaq xəmiri yoğurduqca daha az yapışqan olaraq, yumşaq olur. Xəmir tamamilə qabın ortasına yığıldıqda və birləşdirici və yumşaq bir toxuma tapdıqda xəmir hazırdır.
Noxud şorbası
Noxud şorbası — noxudla hazırlanan şorba növü. Bir çox dünya mətbəxində noxud şorbası hazırlanır. Əsasən Pisum sativum növündən olan noxuddan hazırlanır. Noxud şorbası qədim zamanlardan hazırlanan xörəklərdən biridir. Aristofan "Quşlar" əsərində noxud şorbasının adını çəkmişdir. Kanadada sarı noxud şorbası Kvebek mətbəxinin ənənəvi xörəklərindən biridir. Kanadanın ingilisdilli bölgələrində noxud şorbası Conni çörəyi ilə servis edilir. Almaniyada donuz əti və ya sosiska ilə bişirilməsi geniş yayılıb, eləcə də, hazır noxud şorbası konservləri satılır. Niderlandda noxud şorbasının snert adlandırılan xüsusi çeşidi hazırlanır. İndoneziya və Surinam keçmiş Niderland müstəmləkələri olduğu üçün bu ölkələrdə də noxud şorbası geniş hazırlanan xörəklərdəndir.
Ucagöy noxud
Pisum elatius Bieb. (P. humile Boiss. & Noe, P. sativum L. subsp. elatius (Bieb.) Aschers. & Graebn.) Hündürlüyü (20) 30-70 (100) sm və ondan yüksək olan, gövdəsi sadə və yaxud budaqlanmış birillik çılpaq göyümtül ot bitkisidir. Yalançı zoğları iridir, yarım oxşəkilli, uzunsovdur, çox vaxt aşağı hissəsi və həmçinin yuxarısı oyuqlu dişlidir. Yarpaqları 2-3 cüt yarpaqcıqlarladır, yarpaqcıqlar yalançı zoğlardan biraz iri və ya onlara bərabərdir, elliptik və ya uzunsovdur, tamkənarlı və ya kənarları az dişlidir, aşağı yarpaqları əksinə-yumurtaşəkillidir. Çiçək saplağı adətən yalançı zoğlardan 2-3 dəfə uzundur və üzərində 1-2 ədəd çiçək olur. Tacın uzunluğu 20–25 mm-dir. Yelkən bənövşəyi və ya tünd-qırmızı rəngdədir; qanadları demək olar ki, qara tünd-bənövşəyi rəngdədir, ovaldır; qayıq tutqundur və qanadlardan biraz qısadır.
Yaşıl noxud
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Aşağı Noxudlu
Aşağı Noxudlu — Azərbaycan Respublikasının Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1716 nəfərdir.[mənbə göstərin] Muğan düzündədir. Kənd keçmışdə Şahsevənlərin sarıxanbəyli tayfasına mənsub Noxudlu yeri adlanan qışlaq yerində ətraf kəndlərin əhalisinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Noxudlu yaşayış məntəqəsinin Aşağı hissəsi" deməkdir. == Din == Kənddə Aşağı Noxudlu kənd məscidi dini icması fəaliyyət göstərir.
Göyərçin noxudu
Göyərçin noxudu (lat. Cajanus cajan) — paxlakimilər fəsiləsinin kayanus cinsinə aid bitki növü.
Noxudabad (Həştrud)
Noxudabad (fars. نخوداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 594 nəfər yaşayır (102 ailə).
Noxudabənzər sümük
Noxudabənzər sümük (lat. os pisiforme) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun üçvəcli sümüyə məxsus arxa səthi vardır. Bu sümük aşağı doğru çıxıqdır və bayır tərəfdə şırıma malikdir.
Noxuddağ
Noxuddağ - Babək rayonu ərazisində dağ (hünd. 1677,6 m). Nehrəm platosunun cənub-qərb kənarında yerləşən ən yüksək zirvə. Arazın sol sahilində, Gülüstan kəndindən 12 km-dək qərb-şimal-qərbdədir. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomitləri və dolomitli əhəngdaşılarından təşkil olunmuş, zirvəsi yastı kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Culfa seqmentini təşkil edən antiklinal qalxımın şimal-şərq qanadında yerləşir.
Noxuddərə (Tikantəpə)
Noxuddərə (fars. نخوددره‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (19 ailə).
Noxudmeyvəli sərvpəri
Noxudmeyvəli sərvpəri (lat. Chamaecyparis pisifera) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərvpəri cinsinə aid bitki növü. Vətəni Yaponiya, Kyuşu adalarıdır. Hündürlüyü 30 m-ə qədər olan çətiri ensiz piramidal, konusvarı, gövdəsinin qabığı hamar, qırmızımtıl-qonur rəngli ağacdır. Budaqları üfüqi şaxələnmişdir. Yarpaqlarının təpəsi sivri ucla qurtarır, tünd-yaşıldır. Lavson sərvpərisindən yarpaqlarının daha sivri olması ilə fərqlənir. Zoğlarının üst tərəfi tünd-yaşıl, alt tərəfi qonur-yaşıl rəngdədir və üzərində ağ ləkələr vardır. Qozaları Lavson sərvpərindəkilərə nisbətən daha xırda olub kürəşəkillidir, diametri 6-8 mm, sarımtıl-qəhvəyi rəngdədir, qısa saplaqlarda yerləşmişdir. Toxumları enli, şəffaf qanadlıdır və hər üzündə yaxşı görünən 5-6 qatran vəzisi vardır.
Noxudvari qəpikotu
Noxudvari qəpikotu (lat. Hedysarum vicioides) - qəpikotu cinsinə aid bitki növü.
Noxudyarpaq sofora
Sophora davidii (lat. Sophora davidii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü.
Yem noxudu
Əkin lərgəsi (lat. Vicia sativa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
Yuxarı Noxudlu
Yuxarı Noxudlu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Əkin noxudu
Əkin noxudu[mənbə göstərin] (lat. Pisum sativum) — paxlakimilər fəsiləsinə aid bitki növü.
Əliabad-i Noxuddərə (Tikantəpə)
Əliabad-i Noxuddərə (fars. ‎علي ابادنخوددره‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (31 ailə).
Noxudlu
Aşağı Noxudlu — Azərbaycan Respublikasının Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd. Yuxarı Noxudlu — Azərbaycan Respublikasının Salyan rayonunun Arbatan inzibati ərazi vahidində kənd.

Digər lüğətlərdə