Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yuxuların yozumu
Yuxuların yozumu (alm. Die Traumdeutung‎) — böyük Avstriya alimi, psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freydin əsas əsərlərindən biridir. İsteriya problemlərilə məşğul olan alim yuxugörmələri də müşahidə etdiyi hadisələr sırasına daxil etmişdir. Onun nəzəriyyəsinə görə yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Yəni həyata keçməyən arzular çox zaman şüur sahəsindən çıxaraq qeyri-şüur sferasına keçir, orada qalaraq insanın davranışına təsirlərini davam etdirir. Şüura daxil olmaq istəyən sıxışdırılmış arzular şüuri təsəvvürlərlə mübarizəyə girərək, yuxugörmə, gündüz xəyalları və s. kimi hallarda onlara qalib gəlir. Ona görə də, yuxuları düzgün yozmaqla insanın qeyri-şüuri təəssüratları barədə mühakimə yürütmək olar… Ziqmund Freydin bu məşhur kitabı dəfələrlə nəşr olunduğu üçün haqlı olaraq XX əsrin ən məşhur bestsellerlərindən biri hesab olunur.
Bizim əsas yolumuz (film, 1928)
Bizim əsas yolumuz tammetrajlı sənədli filmi rejissor Aleksandr Makovski tərəfindən 1928-ci ildə çəkilmişdir. Azdövlətkinoda istehsal edilmişdir. Kinolent Bakı istehlak kooperasiyasının əldə etdiyi nailiyyətlərdən söz açır. == Məzmun == Kinolent Bakı istehlak kooperasiyasının əldə etdiyi nailiyyətlərdən söz açır. Burada kooperativin ticarət, istehsalat və mədəni-maarif işi göstərilir.