ÇARŞAB

İki yozumu ola bilər: a) çadırşəb (gecə çadırı və qara çadır); b) çəharşəb (dörd küncü olan, müq. et: ləçək üç künclü olur). Birinci daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÇARPAZ
ÇATAQ
OBASTAN VİKİ
Çarşab
Çarşab — qadın baş örtüyüdür. Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.

Digər lüğətlərdə