Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qumluca
Qumluca (lat. Arenaria) — qərənfilçiçəklilər sırasının qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. Brewerina A.Gray Cernohorskya Á.Löve & D.Löve Gooringia F.N.Williams Gouffeia Robill. & Castagne ex Lam. & DC. Spergulastrum Michx.
Yumurta
Yumurta – qida məhsulu və həyat mənbəyi. Dünyanın heç bir mətbəxi qədim zamanlardan yumurtasız deyildir. İnsanlar yumurta ilə qidalanmağa o qədər qədimdən başlayıblar ki, bəlkə də bu onların ilk qida məhsullarından biri olmuşdur. Qədim insanlar bir çox quşların iri və xırda yumurtalarını oğurlayaraq istifadə edirdilər. Qədim Misirdə insanlar qutanın yumurtasını Tanrı yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə növbətçi durduğun müddətdə yumurta yemək qadağan edilmişdir. Çində indiki dövrümüzə qədər qıcqırdılmış yumurtaların resepti saxlanılır, hansı ki, bu qərb insanlarına açıqlanmır. Beləliklə yüz illik, yaxud min illik yumurtalar gilin, duzun, samanın və başqa inqridentlərin də tərkibində uzun müddət qalmaq bacarığına malikdir. Yüz illik yumurtaların sarı hissəsi qara–yaşıl rəngə boyanır, ağı isə qəhvəyi rəngə çevrilir. Bütün bu qarışım ammonyak kimi iy verməsinə baxmayaraq Çinlilər bunu sevir.
Duruca
Duruca — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Duruca — Oğuz rayonu ərazisində dağ. Duruca — Qax rayonu ərazisində çay. Duruca çayı (Şəki) — Şəki rayonu ərazisində çay. Durcaçay — Qəbələ rayonu ərazisində çay.
Quruca
Quruca (lat. Gnaphalium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Yumruq
Yumruq — əlin barmaqlarının bağlanması ilə alınan forma.
Osman Yumruğu
Osman Yumruğu adası — Urmiya gölünün şərq sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən İrannın Şərqi Azərbaycan ostanı ərazisinə daxildir. Adada məskunlaşma yoxdur. Bitki örtüyündən belə məhrumdur. Ada göl səthindən 10 metr yüksəkliyə ucalır. Gölün sahəsi 0,1 km² yaxındır. Gölün qurumasına qədər «Dünyanın ən kiçik» ikinci adası statusuna malik idi. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Hazırda ada adi bir daş göbələyə çevrilmişdir. Adadan əvvəllər quşlar dayanacaq yeri kimi istifadə edirdilər.
Yumrubaş soğan
Yumrubaş soğan (lat. Allium sphaerocephalon) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Yumrudaş (Çaldıran)
Yumrudaş (fars. يومري داش‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (48 ailə).
Yumurcak TV
Yumurcak TV Türkiyədə yayımlanan Samanyolu Qrupunun uşaq kanalıdır.
Yumurta (anatomiya)
Yumurta və ya yumurta hüceyrə — döllənmə və ya partenogenez nəticəsində yeni bir orqanizm kimi inkişaf edən dişi reproduktiv hüceyrə. Yumurtaların ölçüsü çox fərqli ola bilər: siçan yumurtasının diametri təxminən 0,06 mm olduğu halda, Afrika dəvəquşusu yumurtasının diametri 15,5 sm-ə çata bilər. Yumurtalar ümumiyyətlə sferik və ya oval şəklindədir, lakin onlar da uzanır, məsələn həşəratlarda, miksin və ya mul balığı. Oologiya — heyvanların, əsasən də quşların yumurtalarının öyrənilməsinə həsr olunmuş zoologiya şöbəsidir.
Yumurta (dəqiqləşdirmə)
Yumurta – qida məhsulu və həyat mənbəyi.
Yumurta (hüceyrə)
Yumurta hüceyrə (lat. ovum (ovulum BNA)) — heyvanlarda, ali bitkilərdə və bir çox canlılarda dişi qameti, insanda qadın cinsiyyət hüceyrəsi, spermatozoidlə mayalanaraq ziqota əmələ gətirir. İnsan yumurta hüceyrəsinin diametri təqribən 150 mkm-dir. Yumurta hüceyrə sitoplazması — ooplazma qidalı maddə yumurta sarısı ilə zəngindir. Yumurta hüceyrə ovogenez nəticəsində yaranır. Mayalanmış yumurta hüceyrəsindən — ziqotadan rüşeym inkişaf edir. Yumurta hüceyrə spermatozoidlərdən formaca böyükdür. Yeni doğulmuş qızların hər yumurtalığında 400000-ə qədər yetişməmiş yumurta hüceyrə olur. Onlardan ancaq 350–500 ədədi yetişə bilir.
Yumurta döyüşdürmə
Yumurta döyüşdürmə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. ==Yalan məlumat Yumrta döyüşdürmə oyunu Novruz bayramının çərşənbələrindən başlamış oğlan uşaqları və cavanlar tərəfindən icra olunan oyun-əyləncələrdən biridir. Bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə bu oyun oynanılmağa başlayır. Yumurta döyüşdürmə oyununda həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur. Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurub bərk-boşluğu yoxlanılır. Bu, "yumurtanı dadma" adlanır. Bilinəndə ki, döyüşdürülən yumurtalardan biri diğərininkindən bərkdir, boş olan yumurtanın sahibi, ona: — Əy, vurum, — deyir. "Əy, vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi, bu günlərdə yaşayan həmin adət əyləncəli bir səhnəyə çevrilir: Kimin oyun yumurtası çox sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi sevinir. Bu oyunda hiylə və məharət qalib gəlir: "Sən tut, mən vurum", "Bunu mən tuturam, onu sən tut", "Gəl yumurtaları dəyişib, vuraq", "Gəl dadışaq", "Yox, sənin yumurtan ziyilidir" və s.
Yumurta qoyan
Yumurta qoyan — çoxalma növü olaraq, embrion əmələ gəlməsi ana bətnindən kənarda yumurta daxilində əmələ gəlirlər. Mayalanmış yumurtalardan balalar yumurta daxilində gedən proseslər nəticəsində əmələ gəlir. Yeni balalar yumurta qabığını yararaq oradan çıxırlar. Yumurta qoymaqla çoxalan canlılara misal: cücülər, balıqlar, molyusklar, sürünənlər (böyük əksəriyyəti) və bütün quşlar yumurta ilə çoxalır. Məməlilərdən isə birdəliklilərə aid iki növ yumurta ilə çoxalır. Dinozavrlarda yumurta qoymaqla çoxalırmışlar.
Yumurta salatı
Yumurta salatı (ing. Egg salad) — göyərti, baharat və yumurtanın mayonezlə qarışdırılması ilə hazırlanan salat. Yumurta salatı doğranmış qatı qaynadılmış yumurta, mayonez, xardal, xırtıldayan kərəviz və soğan, duz, qara bibər və bibərdən hazırlanan bir salat növüdür. Soyuq qidalar əlavə etməklə salatı zənginləşdirmək olar. Donuz basdırması, bibər, pendir, xiyar və soğan kimi qida məhsullarını əlavə etmək olar. Rusiya və SSRİ zamanı oliviye salatı olaraq da bilinirdi.
Yumurta yazmaq
Yumurta yazmaq — Azərbaycan folklorunda bir dəbdir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazmadır. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.
Yumurta maşını
Yumurta maşını — Braziliyada sahibkarlıq növüdür və aşağı gəlirli məhəllələrdə çoxlu miqdarda yumurtanın aşağı qiymətə, adətən Kombi tipli səsgücləndirici ilə təchiz edilmiş avtomobil vasitəsilə satışı ilə xarakterizə olunur.
Yumurta (film)
Yumurta — 2003-cü ildə Ramiz Həsənoğlunun rejisorluğu ilə çəkilmiş komediya filmi.
Qaldırılmış yumruq
Qaldırılmış yumruq və ya sıxılmış yumruq həmrəylik və dəstək simvolu kimi istifadə olunur. Həmçinin də ittifaq, güc, itaətsizlik və ya müqaviməti ifadə etmək üçün salam kimi də istifadə olunur. 1917-ci ildə Dünya Sənaye İşçiləri (IWW) tərəfindən qaldırılmış sağ yumruq loqo kimi istifadə edilmişdir. Bununla belə, 1936-1939-cu illərdə baş verən İspaniya vətəndaş müharibəsi zamanı respublikaçı qruplar tərəfindən salamlama simvolu kimi istifadə edilmiş və “Xalq Cəbhəsi salamı” və ya “antifaşist salamı” kimi tanınaraq populyarlıq qazanmışdır. Sağ yumruq salamı daha sonralar bütünlükdə Avropa miqyasında solçular və antifaşistlər arasında yayılmışdır. Qrafik simvol 1948-ci ildə Meksikada inqilabi sosial mübarizələri inkişaf etdirmək üçün incəsənətdən bir vasitə kimi istifadə edən mətbəə olan Taller de Gráfica Popular tərəfindən populyarlaşdırılmışdır. Rəssam və fəal Frank Cieciorkanın Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi üçün sadələşdirilmiş versiya hazırladıqdan sonra onun istifadəsi ABŞ-da 1960-cı illərdə yayılmışdır. Bu versiya daha sonralar Tələbələr tərəfindən Demokratik Cəmiyyət və Qara Güc hərəkatı üçün istifadə edilmişdir. Qaldırılmış sağ yumruq La Luttenin davam etdiyi 1968-ci ilin may üsyanı zamanı hazırlanmış təbliğat afişalarında müntəzəm formada istifadə olunmuş, sıxılmış yumruğun başında bir fabrik bacası təsvir edilmişdir.
Qanlı yumruq
"Qanlı yumruq" (ing. Bloodfist) — Don Vilsonun filmlərindən biridir. Ceyk Rey qardaşının qətlini araşdırmaq üçün Manilaya gəlir. Lakin burada qanunsuz olaraq kikboks yarışları keçirən Muay Tay orqanizasiya ilə qarşılaşır. Ceyk Rey həyatını qurtarmaq və qardaşının qisasını almaq üçün turnirdə mübarizə aparmalıdır... Qanlı yumruq — Internet Movie Database saytında.
Uğruca (Duzluca)
Uğruca — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kəndin adı 1928-ci il qeydlərində Oğruca kimi qeyd olunur.
Meymun Yumruğu (personaj)
Lord Meymun Yumruğu və Lord Monti Fiske (ing. Monkey Fist) - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Əsl adı Montqomeri (qısaldılmış forması: Monti) Fiske-dir. Döyüş sənətləri ustasıdır. Ən qəti düşmənləri Ron Stoppabl və Kim Possibldır. Montqomeri Fiske əslən Britaniyadandır. Çəkisi 59 kq-dır. Montqomeri Fiske əvvəllər arxeoloq vəzifəsində çalışırdı. Nobel mükafatı laureatına layiq görülmüşdür. Əsas tədqiq sahələri meymunların artefaktları idi.
Qumluca (quş cinsi)
Yumrular (cizgi filmi)
Yumrular və ya Gülməcələr (rus. Смешарики) — rus cizgi serialı. Cizgi serial Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir. Serial yumru və gülməli antropomorfik heyvanların macəraları haqqındadır. Serial 3 sezondan və 240 bölümdən ibarətdir. Hər bölüm 6 dəqiqə 30 saniyədən ibarətdir. Bəzi seriyalar iki hissəyə bölünür, "Əcdad effekti" bölümü isə üç hissədən ibarətdir. Əsas seriala "Yumrular: Pin-kod" və "Yumrular: əlifbalar" ("Əlifbalar" serialı bir neçə yerə bölünür "Oxu əlifbası", "Davranış qaydaları əlifbası" və s.) seriallar artırılmışdır.
Yumurta (film, 2003)
Yumurta — 2003-cü ildə Ramiz Həsənoğlunun rejisorluğu ilə çəkilmiş komediya filmi.