Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yusifabad
Yusifabad (Çaldıran) —
Adilə Yusifova
Adilə Niyazi qızı Yusifova — Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq namizədi alimlik dərəcəsini almış professor. == Həyatı == 1956-cı il iyul ayının 30-da Bakı şəhərində anadan olmuşdur. 1975-1980-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində, professor C. Hacıyevin sinfində təhsil almış, təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1992-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. == Pedaqoji fəaliyyəti == 1975-1999-cu illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda konsertmeystr, nəzəriyyə fənnlərindən dərs demişdir. 1991-ci ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında müəllim, 2006-cı ildən dosent, 2012-ci ildən professor vəzifəsində çalışır. == Əsərləri == Adilə Yusifova fortepiano ilə orkestr üçün konsert (1980), fleyta və fortepiano üçün üç miniatür (1981), qoboy və fortepiano üçün "Triptix" (1981), Azərbaycan xalq rəqs işləmələri (1981), kamera orkestri üçün beş konsert pyesi (1984), "Milli naxışlar" (1993), İ. Tapdıq və B. Vahabzadənin sözlərinə uşaq xoru, kvartet və fortepiano üçün "Bahar nağılı"-7 hissəli kantata (1993), fleyta və fortepiano üçün "Unudulmuş duyğu" pyesi (1994), simli kvartet, səs, klarnet və fortepiano üçün "Biz eyni səma altındayıq" (1997), tar və fortepiano üçün "Alov" fantaziyası (2003), R. Mirzəyevanın sözlərinə "Qadın obrazlarının siluetləri" süitası (2003), (2007), truba, violin və fortepiano üçün "Reqtaym ruhunda" (2007), soprano, tenor və fortepiano üçün "Nənə çin sandığında" süitası (2009), fortepiano üçün "İthaf" (Cövdət Hacıyevə həsr olunub (2012), R. Mirzəyevanın sözlərinə səs, simli kvartet, qoboy, balaban və fortepiano üçün "Xəyallarımdakı şəhər" fantaziyası (2014) və s. əsərlərini yazmışdır. Bundan əlavə bəstəkar N. Kərimovla birlikdə rus dilində "Azərbaycanda peşəkar təhsilin salnaməsi (1985–1995-ci illər)", musiqi təhsil ocaqlarının tələbələri üçün "Azərbaycan xalq melodiyalarının işləməsi və aranjimanı", "Azərbaycan bəstəkarlarının işləmələri" adlı kitablar, Azərbaycan və rus dillərində "Soltan Hacıbəyov.
Asiyət Yusifova
Asiyət Nəcməddin qızı Yusifova (5 dekabr 1923, İlisu, Zaqatala qəzası[d] – 20 dekabr 2022, İlisu, Qax rayonu) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, Qax Rayon Komitəsinin birinci katibi və ikinci katibi, Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1923-cü ildə İlisu kəndində kəndli ailəsində doğulmuşdur. İlisu kənd orta məktəbini və 1952-ci ci ildə Şəki ikiillik Müəllimlər İnstitutunu 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir. 1942-ci ildə İlisu kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1949-cu iləsək müəllim olaraq çalışmışdır. 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. == Siyasi fəaliyyəti == Asiyət Yusifova 1950–1952-ci illərdə ildə Qax Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifəsini tutmuşdur. 1952-ci ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində şöbə müdiri, 1954-cü ildən rayon qəzetinin redaktoru, eyni zamanda Qax Rayon Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildən 1959-cu ilədək Azərbaycan KP MK-da təlimatçı vəzifəsində çalışmışdır. Asiyət Yusifova 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində əvvəlcə ikinci katib, sonra isə birinci katib vəzifəsinə seçilmişdir.
Dinarə Yusifova
Dinarə Yusifova (13 yanvar 1958, Qutqaşen) — Azərbaycan aktrisası. == Həyatı == 13 yanvar 1958-ci ildə Qəbələdə anadan olub. Dinarə Yusifova rejissor Fərhad Yusifovun bacısıdır. == Filmoqrafiya == Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: qonaq Arxadan vurulan zərbə (film, 1977) Aşkarsızlıq şəraitində...
Lalə Yusifova
Lalə Yusifova 16 oktyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın təqaüdçü bədii gimnastıdır. == Karyera == Yusifova 2009-cu ildə azyaşlılar üçün Beynəlxalq yarışlarda iştirak edib. 2010-cu ildə Yeniyetmələr arasında Avropa çempionatında topla hərəkətlərdə gümüş medal qazanıb və qısa müddətdə Minsk qrupunun Minskdə keçirilən 2011 Avropa Gənclər Çempionatında bürünc medal qazanıb. 2012 Bədii gimnastika üzrə Berlində keçirilən "Qran-pri" turnirində iki medal qazanıb. Gürz ilə hərəkətlərin finalında 27,4 xal toplayaraq ikinci, lent ilə kombinasiyanı finalda yerinə yetirəndən sonra isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 2013 Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb. O, təsnifat mərhələsini aşaraq finalda halqa ilə hərəkətlərdə 3-cü olub. Digər finalda - topla o 7-ci, çoxnövçülükdə isə 8-ci yeri tutub. 2014-ün sentyabrın 3-də , hələ 18 yaşı tamam olmamış karyerasını bitirib.
Növrəstə Yusifova
Növrəstə Yusifova — Qarabağ müharibəsi iştirakçısı, ilk snayper qadın. Növrəstə Yusifova 1952-ci ildə Bakı şəhərində anadan olubdur. Bakı Maliyyə Kredit Texnikumunu bitiribdir. Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çenpionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olubdur. 1992–1994-cü illərdə Qarabağ müharibəsində snayper olubdur. 1998-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edir. Hazırda cəmiyyətin 2892 üzvü var. [1] O, Azərbaycan milli ordusunun ilk snayperçi xanımlarındandır.
Validə Yusifova
Validə Cavad qızı Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru. Validə Yusifova 15 oktyabr 1916-cı ildə Şuşa, Azərbaycan SSR-də anadan olmuşdur. 1945-ci ildən başlayaraq İ. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda istilik mübadiləsi laboratoriyasına rəhbərlik etmişdir. Fərdi karbohidrogenlərin, çoxkomponentli neft emalı məhsullarının, dəniz suyu və digər duzlu məhlulların istilik mübadiləsinə, istilik fizikasına, hidrodinamikaya, həmçinin qaz və maye yanacaqların İEM-də yandırılması prosesinə aid elmi-tədqiqat işləri aparmışdır. Dəniz suyunun şirinləşdirilməsi məsələlərinə həsr olunan beynəlxalq simpoziumlarda (İtaliya, 1976; İspaniya, 1978) məruzə etmişdir.
Yusifabad (Bostanabad)
Yusifabad (fars. يوسف اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 233 nəfər yaşayır (52 ailə).
Yusifabad (Sultaniyə)
Yusifabad (fars. يوسف اباد‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,102 nəfər yaşayır (290 ailə).
Yusifabad (Xoy)
Yusifabad (fars. يوسف اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Yusifabad (Çaldıran)
Yusifabad (fars. يوسف اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (23 ailə).
Yusifabad (Şəbüstər)
Yusifabad (fars. يوسف اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 362 nəfər yaşayır (92 ailə).
Şükufə Yusifova
Şükufə Mühəddin qızı Yusupova (30 may 1954, Bakı) — Azərbaycan teatr və kino aktrisası. Şükufə Mühəddin qızı Yusupova 1954-cü il may ayının 30-da Bakıda doğulub. Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun "İnsan" dramının tamaşasında Tatyana rolunu ifa edib. Gənc aktrisa həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" və "Xoşbəxtlik qayğıları" filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov "Qılınc və qələm" (Məmməd Səid Ordubadi) tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb. Şükufə Yusupova Akademik Milli Dram Teatrında aşağıda təqdim olunan rolları ifa edib: Anyuta ("Daşqın", A. Safronov), Müttəhimin arvadı ("İstintaq", Rüstəm İbrahimbəyov), Təhminə ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Zara xanım ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sədaqət ("Büllur sarayda", İlyas Əfəndiyev), Həmidə xanım ("Sizi deyib gəlmişəm", Anar), Xavər ("İblis", Hüseyn Cavid), Gülnar ("Vaqif", Səməd Vurğun), Anna ("Həyatın dibində", Maksim Qorki), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Lüsi ("Dəfn edilməmiş ölülər", J. P. Sartr), Zəhra xanım ("Köhnə ev", Əli Əmirli), Sona Ərəblinskaya ("Mesenat", Əli Əmirli), Qadın ("Qatil", Elçin), Həsənzadənin arvadı ("Boy çiçəyi", İlyas Əfəndiyev). Aktrisa Azərbaycan Dövlət Televiziyasında N. Hacızadənin "Yaşa, ey haqq" (Ümbül banu), J. Koktonun "İnsan səsi" (Qadın), M. Normanın "Gecən xeyrə qalsın ana!" (qız) əsərlərinin teletamaşalarında oynayıb. Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq "Dörd bazar günü" (Ustanın qızı), "Ad günü" (Rəna), "1002 gecə" (Şəhrizad), "Musiqi ilə xaş" (Qadın), "Asif, Vasif, Ağasif" (ana), "Nar ağacı haqqında xatirələr" (Mədinə), "Gümüşgöl əfsanəsi" (Səidə), "Ümid" (ana) və s.
Şəhanə Yusifova
Səadət Yusifova
Səadət Yusifova (Səadət Vidadi qızı Yusifova; 1974) — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini. Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur. Səadət Yusifova Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014–2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.
Yusifabad (Mahnişan)
Yusifabad (fars. يوسف اباد‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (25 ailə).
Şəhrun Yusifova
Şəhrun Yusifova (23 mart 1984) — Azərbaycanı təmsil edən taekvondoçu. Şəhrun Yusifova 1984-cü il martın 23-də anadan olub. Şəhrun Yusifova 2005-ci ildə Riqa şəhərində (Latviya) baş tutan Avropa Çempionatının bürünc, 2006-cı ildə Bonn şəhərində (Almaniya) baş tutan Avropa Çempionatının isə gümüş medalına sahib olub.
Xatirə Yusifova
Yusifabad-i Şahmirzəkəndi (Urmiya)
Yusifabad-i Şahmirzəkəndi (fars. یوسف‌آباد شاه میرزاکندی‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (17 ailə).