Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərbəli
Zərbəli — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı talışların orand tayfasının Zərbəlilər tirəsinin məskunlaşması ilə bağlıdır.[mənbə göstərin] == Toponimikası == Zərbəli oyk. Cəlilabad r-nunun Qarakazımlı i.ə.v.-da kənd. Dağətəyi düzənlikdədir. Keçmiş adı Zərbəlibəylikənd olmuşdur. Yaşayış məntəqəsi Zərbəli bəy adlı şəxsə məxsus maldar ailələrin oturaqlaşması nəticəsində yaranmış və həmin bəyin adı ila adlanmışdır. Sovet dövründə oykonimin tərkibindəki bəyli sözü ixtisar edilmiş, kəndin adı bir müddət Zərbəlikənd, XX əsrin 30-cu illərindən isə Zərbəli kimi işlənmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 409 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Mərhəmət zərbəsi
Mərhəmət zərbəsi (fr. coup de grâce; fransız: [ku də ɡʁɑs] ( dinlə)) — ağır yaralanan bir insanın və ya heyvanın əzabını sonlandırmaq üçün edilən ölüm zərbəsi. Mərhəmət zərbəsi bəzi hallarda özbaşına tibbi yardım məntəqəsinə çata bilməyən, ağrılı ölüm və iztirablara məhkum olanların istəyi ilə və ya onların razılığı olmadan öz əsgərləri tərəfindən həyata keçirilir. Mərhəmət zərbəsi təkcə soyuq silah ilə vurulan zərbə deyil, həm də eyni əsaslarla edilən odlu silahdan atış adlandırıla bilər.
Zərbəli Qafarov
Zərbəli Vidadi oğlu Qafarov (13 iyun 1990, Gəncə – 8 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zərbəli Qafarov 13 iyun 1990-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2006-cı ildə Gəncə şəhər M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. == Hərbi xidməti == Zərbəli Qafarov 2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, 2008–2010-cu illərdə xidmətini Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində sıravi əsgər kimi etmişdir. Zərbəli Qafarov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Zərbəli Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, Tərtər və Goranboy rayonları istiqamətində vuruşmuşdur. Zərbəli Qafarov 8 oktyabr 2020-ci ildə Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. == Təltifləri == (15.
Zərbəli Qurbanov
Zərbəli Qasım oğlu Qurbanov (1932, Nərimanlı, Basarkeçər rayonu – 2003, Bakı) — Amasiya rayon Partiya Komitəsinin birinci katibi (1981-1985), "Sovet Ermənistanı" qəzetinin redaktoru (1985–14.01.1989) == Həyatı == Zərbəli Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Naxçıvan Pedaqoji Məktəbini, Kənd Təsərrüfatı İnstitutunu, Universiteti, Ali Partiya Məktəbini bitirmişdir. Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ali Sovetin deputatı, Ali Sovet sədrinin müavini olmuşdur. Zərbəli Qurbanov 1981-1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ildən sonra isə "Sovet Ermənistanı"nın redaktoru olmuşdur. 12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur. 1998-ci ildən ömrünün sonuna kimi Prezident aparatının işlər idarəsində çalışmışdır. 2003-cü ildə Bakı şəhərində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Ələkbərli Əziz. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı. (Sənədlərin dili ilə).
Zərbəli Səmədov
Zərbəli Mirzağa oğlu Səmədov (1 yanvar 1908, Bakı – 4 oktyabr 1979, Bakı) — Azərbaycan SSR əməkdar müəllimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1968). == Həyatı == Zərbəli Mirzağa oğlu Səmədov 1 yanvar 1908-ci ildə Bakı şəhərində doğulmuşdur. Bakıda pedaqoji məktəbi (1927) və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (1941) bitirmişdir. 1929 ildən Bakı məktəblərində (1945-ci ildən ömrünün sonunadək Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli orta məktəbdə) Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Rus məktəblərinin 9-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinin (1958 – 1978), "Rusca – azərbaycanca danışıq kitabı"nın (1964, 1969), "8-ci sinifdə ədəbiyyat dərsləri" metodik vəsaitinin (1971) müəlliflərindən biridir. Lenin ordeni, 2 "Şərəf nişanı" ordeni və medallarda təltif olunmuşdur. Zərbəli Mirzağa oğlu Səmədov 4 oktyabr 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Əqrəb zərbəsi
Əqrəb zərbəsi — futbolda fiziki fənd. 1995-ci ildə Kolumbiya milli futbol komandasının qapıçısı Rene İquitanın imza atdığı qeyri-adi zərbə futbol tarixinin ən yaddaşlarda qalan məqamlarından hesab olunur.
Ərbəyin günü
Ərbəin günü (ərəb. الأربعين‏‎‎ qırxıncı gün) şiəlikdə, hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. İmam Hüseynin müqəddəs məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilmişdir. Ərbəin günündə dünyada ən böyük anma mərasimləri keçirilir. Məhz 2010-cu ildə Ərbəin günü münasibətilə 15 milyon insan Kərbəlaya gəlmişdir. == Qriqori təqvimində Ərbəin günü == Ərbəin günü Qəməri təqvimi ilə müəyyən olunduğu üçün Qriqori təqvimi ilə fərqlər mövcuddur və ildən ilə dəyişilir.
Penalti zərbəsi
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur. Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.
Hava zərbəsi
Hava zərbəsi və ya hava hücumu — hava gəmisi ilə həyata keçirilən hücum əməliyyatı. Hava zərbələri dirijabllar, hava şarları, döyüş təyyarələri, hücum təyyarələri, bombardmançılar, hücum helikopterləri və dronlar kimi uçan aparatlar tərəfindən endirilir. Rəsmi tərifə düşmənin hava hədəfləri də daxil olmaqla bütün növ hədəflər daxildir. Yenə də, populyar istifadədə bu termin adətən xalça bombardmanı kimi daha böyük, daha ümumi hücum əvəzinə quru və ya dəniz obyektinə taktiki (kiçik miqyaslı) hücuma daraldılır. Hava hücumunda istifadə edilən silahlar birbaşa atəş edən təyyarələrə quraşdırılmış toplardan və pulemyotlardan, raketlərdən və hava-yer raketlərindən, müxtəlif növ hava bombalarına, sürüşən bombalara, qanadlı raketlərə, ballistik raketlərə və hətta lazer silahları kimi yönəldilmiş enerjili silahlara qədər dəyişə bilər. Yaxın hava dəstəyində hava zərbələri adətən quru qoşunları və artilleriya taktikasından əldə edilən kəşfiyyatla koordinasiya üçün yerdə təlim keçmiş müşahidəçilər tərəfindən idarə olunur.
Azərbaycansayağı künc zərbəsi
Azərbaycansayağı künc zərbəsi — 1994-cü ildə Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılan və futbolda istifadə olunan taktiki gediş. == Tarixi == Azərbaycansayağı künc zərbəsi Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb. Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur. Vaqif Sadıqov ilk dəfə Azərbaycansayağı künc zərbəsini 1994-cü ildə Neftçi klubunun baş məşqçisi olduğu vaxtda Bərdənin Pambıqçı klubu ilə görüşdə tətbiq etmişdi. Həmin oyunda Neftçinin futbolçuları Bəxtiyar Musayev və Mirbağır İsayev künc zərbəsinin yerinə yetirilməsində iştirak etsələr də, topa toxunmamış, son nöqtəni rəqibin cərimə meydanına gələn müdafiəçi Yaşar Vahabzadə vurmuşdur. Vaqif Sadıqov baş məşqçisi təyin olunandan sonra da bu üsuldan istifadə etdi. Bu oyun elementinin uğurlu tətbiqi sayəsində 1997-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi Türkmənistanla yoldaşlıq matçından qalib ayrılmağı bacarmışdı. Belə ki, yerinə yetirilən künc zərbəsindən sonra müdafiəçi Rasim Abışov matçdakı yeganə qola imza atmışdı.
Künc zərbəsi (futbol)
Futbol oyunun 17-ci qaydası künc zərbəsi və ya kornerin yerinə yetirilməsi prosedurunu tənzimləyir. Künc zərbəsi oyun bərpasının üsuludur. Künc zərbəsi o vaxt təyin olunur ki, top sonuncu dəfə müdafiə olunan komandanın oyunçusuna toxunaraq yerdən və ya havadan qapı xəttini keçir və eyni zamanda 10-cu qaydaya əsasən qol qeydə alınmırsa. Futbolda künc zərbəsindən birbaşa vurulan qollar hesaba alınır. == Proseduru == Top qapı xəttini keçdiyi tərəfdən künc sektoruna, bayraq dirəyinin yanına qoyulur. Top nə qədər ki, oyuna daxil edilməyibsə, rəqib komandanın oyunçuları 9,15 m-dən (10 yard) az olmayan məsafədə dayanmalıdılar. Topa hərəkətdə olduğu və ya ona zərbə dəyildiyi zaman oyuna daxil olunmuş kimi sayılır. Zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmadığına və ya topun yenidən qapı xəttini keçməyənə qədər topa dəyə bilməz. == Pozuntular və cəzalar == Əgər zərbəni yerinə yetirən oyunçu hər hansı digər oyunçunun topa toxunmasından əvvəl topa dəyərsə, o zaman qarşı komanda təmasın baş verdiyi yerdən sərbəst zərbə vurmaq imkanı qazanır. Rəqib tərəfindən digər pozuntuların edildiyi halda, künc zərbəsi təkrarlanır.
Zeynəb Zərbəli qızı
Zeynəb Zərbəli qızı (d.1860 – ö.1942) — XIX əsrin qadın aşıqlarındandır. == Həyatı == Zeynəb Zərbəli qızı 1860-cı ildə Şirvan bölgəsində Kolanı elatının Goran obasında anadan olmuşdur. Üç oğul, bir qız anası olan Zeynəb 1942-ci ildə 82 yaşında vəfat etmişdir. Bəndəlinin həyat yoldaşı olmuşdur. İndi Bəndəliyev soyadı olanlar Bəndəlinin və Zeynəbin nəvə, nəticə və kötücələridir.. Babası Çürük İslamın yanında böyümüşdür. Zeynəbin atası da şair imiş. Onun bu sənəti seçməsində atasının böyük rolu olub. Zeynəbi çobanları İsmayıl sevsə də ailəsi onun çoban ilə evlənmək istəyinə qarşı çıxıb. Şairənin şeirlərində haqsızlıqlara qarşı üsyan motivləri özünü büruzə verir.
Sabl zərbəsi simptomu
Sabl zərbəsi simptomu (ing. En coup de sabre) – lokal sklerodermiyaya aiddir, dərinin lent şəklində qalınlaşması xüsusi ilə kəllədə. Zədələnmə dəridən sümüyə qədər keçir və X-ray sümüyün deformasiyası görünür. Uşaqlarda daha çox təsadüf edir.
11 metrlik cərimə zərbəsi
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur. Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.
Heyvandarlıq Zərbəçi Cəbhədir (1981)
Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)
Zərbəçi kolxozçuların I toplanışı (film, 1936)
Konstantinovka mərkəzi bazarına raket zərbəsi (2023)
Konstantinovka mərkəzi bazarına raket zərbəsi (ukr. Ракетний удар по Костянтинівці) — Ukraynanın Donetsk vilayətinə aid Konstantinovka şəhərinin mərkəzi bazarında, 6 sentyabr 2023-cü il tarixində, yerli vaxtla 14:00 radələrində gerçəkləşdirilmiş ballistik raket hücumu. Hücumun Rusiya–Ukrayna müharibəsinin bir parçası olaraq Rusiya Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücum nəticəsində bazarda olan 17 nəfər həlak olub, azı 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bazara hücum ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynaya rəsmi səfərə başlamasından bir necə saat əvvəl baş verib. Belə ki, Entoni Blinkenin olduğu təyyarə Kiyevə enməzdən 2 saat əvvəl bazara ballistik raketlərlə zərbələr endirilib. Ukraynanın Baş Naziri Denis Şmıqal baş vermiş raket hücumuna adekvat cavab veriləcəyini açıqlayıb.