BUFF

buff1

n 1. camış gönü; 2. d.d. insan dərisi; to strip to the ~ lüt soyundurmaq

buff2

adj camış gönündən hazırlanmış

buff3

v zərbəni udmaq, zərbəni amortizasiya etmək

BUDGETARY
BUFFALO
OBASTAN VİKİ
Bernar Buffe
Bernar Büffe (fr. Bernard Buffet; 10 iyul 1928[…], IX arondisman, Sena[d] – 4 oktyabr 1999[…]) — fransız rəssamı. == Həyatı == Bernar Büffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. О, "Fəxri Legion", "İncəsənət və Ədəbiyyat" ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Büffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 1999-cu ildə 71 yaşında intihar edib. == İstinadlar == == Xarici keçidlər == Musee Bernard Buffet Artnet.com Portrait of Bernard Buffet by Reginald Gray. Paris 1963.
Buffalo
Buffalo, Baffalo (İngilis tələffüzü ilə: bʌfəloʊ) — ABŞnin şərq bölgəsində Nyu-York ştatının qərbində; Eri gölünün şərq sahillərində, Niagara çayının ağızında Fort Eirik, Ontario, Kanada şəhərinin qarşısında qurulmuş bir şəhərdir. Buffalo "Eri qraflığının" inzibati mərkəzidir. Əhalisi 259,4 min (aqlomerasiyada 1134,0 min; 2012). Kanada ilə sərhəddə, Eri gölünün ş. qurtaracağında, Niaqara çayının mənbəyində (onun sağ sahilində) yerləşir. Böyük Göllərdə mühüm liman (dəniz gəmilərini qəbul edə bilir), avtomobil və dəmir yolları qovşağı, beynəlxalq "Buffalo-Niaqara" aeroportu, metropoliten. Buffalonun yerində ilk məskən 1758 ildə Fransa kolonistləri tərəfindən salınmışdı (1759 ildə britaniyalılar onu yandırmışdılar). 19 əsrin əvvəllərində burada hollandların Yeni Amsterdam məskəni yaranmışdır; 1808 ildən Buffalo adı ilə Niaqara dairəsinin mərkəzi olmuş, 1813 ildə İngiltərə-Amerika müharibəsi (1812–14) zamanı ingilis qoşunları tərəfindən yandırılmış, sonra yenidən inşa edilmişdir. 1832 ildə şəhər statusunu almışdır. Buffalonun sürətli iqtisadi inkişafı Böyük gölləri Qudzon çayı vasitəsilə Nyu-Yorkla birləşdirən Eri kanalının (1825) tikintisi ilə başlamışdır.
Buffalo əsgərləri
Buffalo əsgərləri (ing. Buffalo soldier) - 1867 - 1896-cı illərdə Amerika Birləşmiş Ştatlarının qərbində hindilərə qarşı döyüşmüş afrikalı şəxslərə verilən ləqəb. Bu əsgərlər ağ dərili zabitlərə tabe idi. Buffalo əsgər adını qara dərililərə hindilər vermişdilər.
Buffavento qəsri
Buffavento qəsri (yun. Kάστρο Βουφαβέντο, türk. Buffavento Kalesi) ― Şimali Kipr Türk Respublikasında qəsr. İnşa olunma tarixi dəqiq bilinməsə də, ən inandırıcı fərziyyə Bizans dövrünə aid olmasıdır. Qəsr Bizans və Frank memarlıq elementlərini özündə birləşdirir. Buffavento qəsri XIV əsrdən etibarən istifadəsiz qalmışdır. == Tarix == Buffavento qəsri qərbdə Müqəddəs Hilarion qəsri, şərqdə isə Kantara qəsri arasında yerləşərək Şimali Kiprin Girne dağ silsiləsində qoruyucu bir ox meydana gətirir. Qəsr xüsusilə də Kitreyadan şimal sahilinə gedən dağ keçidini qoruyurdu. Digər qəsrlərin hər ikisi Buffaventodan göründüyü üçün qəsrdən aralarındakı siqnalları ötürmək üçün istifadə edilmişdir. Qəsrlərij hər üçün Bizans dövründə birlikdə tikilsə də, istifadəyə verilmə tarixləri dəqiq bilinmir.
Buffemon
Buffemon (fr. Bouffémont) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Domon. Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 22 km şimalda, Serji belediyyənin 18 km qərbdə yerləşir.
Canluici Buffon
Canluici Buffon (it. Gianluigi Buffon; 28 yanvar 1978[…], Karrara, Massa və Karrara əyaləti[d], Toskana, İtaliya) — Peşəkar İtaliya qapıçısı, Avropanın ən yaxşı qapıçısı (2003, 2016, 2017). İtaliyanın "Parma" futbol klubunda oynayır. == Karyerası == Buffon 156 dəfə İtaliya milli komandasının formasını geyinib və bu göstəricidə liderdir. O, bir çox futbolçular, futbol mütəxəssisləri və məşqçilər tərəfindən tarixin ən yaxşı qapıçılarından biri və bəziləri tərəfindən ən yaxşısı hesab olunur. Buffon "məşhur zərbə-saxlama"sı ilə tanınır. O, 2001-ci ildə 53 milyon avroya "Parma"dan "Yuventus"a transfer olunaraq tarixdə ən baha qapıçı adına yiyələnmişdir. Buffon İtaliya A Seriyasında ən çox qol buraxmadan oyun keçirmə rekordunu da özündə saxlayır. O, həmçinin liqada ən uzun müddət qol buraxmama rekorduna da sahibdir; 2015–16 mövsümündə 12 oyundan çox, 974 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarmışdı. Buffon komanda ilə və şəxsi göstəricilərinə görə bir çox əhəmiyyətli mükafatlara sahibdir.
Circus buffoni
Circus buffoni (lat. Circus buffoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Corc-Luis Lekler de Buffon
Jorj-Lui Lekler de Büffon (fr. Georges-Louis Leclerc de Buffon; 7 sentyabr 1707[…] – 15 aprel 1788[…], Paris, Fransa krallığı) — Fransız təbiət tarixçisi, riyaziyyatçı, kosmoloq və ansiklopediya yazıçısı. 1773-cü ildə kont ünvanı almışdır. Büffonun dəyərli işləri, Jan-Batist Lamark ve Jorj Küvye də daxil olmaqla gələcək iki nəsil boyunca bir çox naturalistə təsir etmişdir. Büffon, həyatı boyu davam edən və onun ən əsas əsəri olan 44 cildlik Histoire naturelle(Təbiət Tarixi) adlı əsərini yayımlamışdır. Onun qeydlərinə və digər araşdırmalarına əsaslanan əlavə vahidlər isə onun ölümündən sonra iyirmi il müddətində yayımlanmışdır .
Corc Lui Buffon

Gianluigi Buffon
Canluici Buffon (it. Gianluigi Buffon; 28 yanvar 1978[…], Karrara, Massa və Karrara əyaləti[d], Toskana, İtaliya) — Peşəkar İtaliya qapıçısı, Avropanın ən yaxşı qapıçısı (2003, 2016, 2017). İtaliyanın "Parma" futbol klubunda oynayır. == Karyerası == Buffon 156 dəfə İtaliya milli komandasının formasını geyinib və bu göstəricidə liderdir. O, bir çox futbolçular, futbol mütəxəssisləri və məşqçilər tərəfindən tarixin ən yaxşı qapıçılarından biri və bəziləri tərəfindən ən yaxşısı hesab olunur. Buffon "məşhur zərbə-saxlama"sı ilə tanınır. O, 2001-ci ildə 53 milyon avroya "Parma"dan "Yuventus"a transfer olunaraq tarixdə ən baha qapıçı adına yiyələnmişdir. Buffon İtaliya A Seriyasında ən çox qol buraxmadan oyun keçirmə rekordunu da özündə saxlayır. O, həmçinin liqada ən uzun müddət qol buraxmama rekorduna da sahibdir; 2015–16 mövsümündə 12 oyundan çox, 974 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarmışdı. Buffon komanda ilə və şəxsi göstəricilərinə görə bir çox əhəmiyyətli mükafatlara sahibdir.
Giriş/çıxış bufferi
Giriş/çıxış bufferi (en. input/output buffer ~ ru. буфер ввода-вывода ~ tr. giriş/çıkış arabelleği) – giriş və çıxış informasiyalarını müvəqqəti saxlamaq üçün kompüter yaddaşının ehtiyat üçün ayrılmış hissəsi. Beləliklə, giriş-çıxış qurğuları, öz işi ilə məşğul olan mərkəzi prosessorun köməyi olmadan bu buferə tez-tez müraciət edə bilər ki, bu da bütövlükdə proqramın işini sürətləndirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Lorenzo Buffon
Lorenzo Buffon (it. Lorenzo Buffon; 19 dekabr 1929) — italiyalı futbolçu, qapıçı. Beynəlxalq futbol tarixi və statistikaları federasiyası keçirtdiyi sorğuya əsasən o, "İtaliyada XX əsrin ən yaxşı qapıçıları" siyahısında 8-ci yer tutur. == Həyatı == Lorenzo gənc karyerasını «Portoqruaro» klubunda başlıyır, sonralar isə Milanın heyətində İtaliya A Seriyasında debüt edir. Tezliklə Milanda o, əsas heyətdə yerini möhkəmləndirir, əsas qapıçısı olur və bu klubla İtaliya çempionu olur (1954-55, 1956-57 və 1958-59 mövsümlərində). İllər keçdikçə onu daha az oyuna salırlar, və Narçiso Soldanla heyətə düşmək üçün mübarizə aparır. 1958-ci ildə o, milliyə dəvət alır və ilk oyunlarından birində Fransa millisinə qarşı oyunuyur, sonunda hesab 2:2 olur. 1959-cu ildə Buffon Cenoaya keçir, amma orda yalnız bir sezon qalır və Milana geri qayıdır. 1962-ci ilin dünya çempionatından sonra o, karyerasında ən çətin vəziyyətə düşür: millidə yerini itirir və sonra «Fiorentina» komandasına ehtiyat qapıçı kimi transfer olunur. Bu klubda isə o, yalnız bir qarşılaşma keçirir, o da ki çempionatın ən axrıncı oynunda.
Tarsius buffonii
Tarsius tarsier (lat. Tarsius tarsier) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinin uzuntopuq cinsinə aid heyvan növü.
Vud-Buffalo Milli Parkı
Vud-Baffalo Milli Parkı — Kanadada yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Vud-Baffalo Milli Parkı meşə bizonlarının yaşaması və qorunması üçün 1922-ci ildə Kanadanın Şimal-qərb və Alberta ərazisində yaradılmışdır. Sahəsi 4.480.000 ha olub Kanadanın ən böyük milli parkıdır. Hazırda milli parkda 5.000-dən çox bizon yaşayır. Bura eyni zamanda durnaların əsas yumurtlama bölgələrindən biridir. Milli parkda yerləşən, dünyanın ən böyük quru deltası olan və eyni zamanda vəhşi bizonların axınına məruz qalan Piis-Atabaska deltası bioloji müxtəliflik və əhəmiyyət baxımından WHS elan edilmişdir. Milli park 1983-cü ildə YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir.
Vud Buffalo Milli Parkı

Buffalo buffalo Buffalo buffalo buffalo buffalo Buffalo buffalo
Buffalo buffalo Buffalo buffalo buffalo buffalo Buffalo buffalo. (Buffalo bizonlarının qorxutduğu digər Buffalo bizonları Buffalo bizonlarını qorxudur.) — qrammatik cəhətdən düzgün cümlədir və tez-tez omonimlərin vasitəsiylə mürəkkəb linqvistik konstruksiyalar yaratmaq üçün necə istifadə oluna biləcəyinə dair nümunə kimi təqdim olunur.