Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəfəran
Zəfəran (lat. Crocus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqlar kökətrafınada yerləşərək rozet əmələ gətirir. Yazın əvvəllərində çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü −18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır.
Şərəban
Şərəban — üstü açıq at arabası, yarıyumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan bu şərəbanla sərnişin daşınması adətən yaz, yay və qismən payız mövsümlərində yerinə yetirilir.
Kətəban
Kətəban — e.ə. I minilliyin əvvəllərindən b.e. I–II əsrlərinə qədər mövcud olmuş qədim Cənubi Ərəbistan (qədim Yəmən) padşahlığı. Bu, səbailər, məinlilər, həzrəmövtlülər, himyarlılar və əvsanlılar ilə birlikdə qədim Yəmənin altı qədim Cənubi Ərəbistan krallığından biri idi. == Coğrafiya == Kətəban Bəyhan vadisi ətrafında mərkəzləşmişdi və paytaxtı Timnə şəhəri idi. Kətəbanın qonşuları şimal-qərbdə və qərbdə səbailər, cənubda əvsanlılar və şərqdə həzrəmövtlülər idi. Kətəbanın ərazisi maksimum dərəcədə cənub-qərbdə Babül-Məndəb, şimalda Ramlat-əs-Sabataym və şərqdə Həzrəmövtün qərb sərhədlərinə qədər uzanırdı.
Adi zəfəran
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. == Satışı == Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.
Gözəl zəfəran
Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır.
Zəfəran (1976)
Zəfəran (Sabunçu)
Zəfəran — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zəfəran qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1930-cu illərin əvvəllərində təşkil edilmiş zəfəran sovxozunun fəhlələri üçün salınmışdır. 1965-ci ildən Zəfəran adlanmışdır. Oykonim zəfəran bitkisinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Qəsəbə Bilgəh qəsəbəsi yaxınlığında yerləşmişdir.
Zəfəran (dəqiqləşdirmə)
Zəfəran — süsənkimilər fəsiləsinə aid bitki cinsi. Zəfəran (Sabunçu) — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Zəfəran (Qəzvin) — İranda kənd. Zəfəran (film, 1976) — film.
Zərəbaş (Əbhər)
Zərəbaş (fars. زره باش‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 406 nəfər yaşayır (90 ailə).
Zəfəran (film, 1976)
Piter Zeyeman
Piter Ziman (25 may 1865[…] – 9 oktyabr 1943[…], Amsterdam[…]) — Oksford, Gettingen, Strasburq, Qlazqo, Brüssel və Paris Univesitetlərinin fəxri doktoru, dünya şöhrətli fizik, Fizika üzrə Nobel mükafatı laureatı. == Həyatı == Piter Zeyeman 1865-ci ildə Hollandiyanın Zonnenmayr kəndində, din xadimi ailəsində dünyaya gəlmişdir. Gəncliyində latın və yunan dillərini öyrənmiş Ziman elmi tədqiqatlara maraq göstərmiş və 1885-ci ildə Leyden universitetinə daxil olmuşdur. Orada məşhur fiziklər Hayke Kamerlinq-Onnes və Hendrik Lorensin rəhbərliyi altında elmi fəaliyyətlə məşğul olmuşdur. Yüksək səviyyədə elmi təcrübə aparmaq bacarığı ona 1892-ci ildə Harlem Elmi Cəmiyyətinin qızıl medalını qazandırmış və bir il sonra doktorluq elmi dərəcəsi almasına təkan vermişdir. == Fəaliyyəti == Zimanın əsas təcrübə sahəsi maqnetizm və işıq hadisəsinə aid idi. Piter Zimanadək yalnız iki maqnit-optik halı bilinirdi. Bunların biri şotland fiziki Kerr, digəri isə ingilis alimi Maykl Faradey tərəfindən kəşf edilmişdi. Ziman isə işığın özünü deyil, mənbəyini tapmaq üçün bir sıra təcrübələr aparmışdır. Onun əsas məqsədi 1860-cı illərdə Maksvell tərəfindən yaradılan, daha sonra Lorensin inkişaf etdirdiyi elektromaqnit nəzəriyyəsinin araşdırılması idi.