O:MA

I
(Ağdaş, Göyçay, Mingəçevir, Oğuz, Şəki)
xəmiri südlə yoğrulan və şəkər, zəfəran və müxtəlif ədviyyatla bişirilən çörək. – Bi təndir o:madan bi dənə qalmi:tdi, hamsi yiyi:ltdi; – O:manı bayramda yapallar (Şəki); – Anam o:ma göndərmişdi (Ağdaş); – O:manı bayramnan – bayrama pişirillər (Oğuz)
II
(Cəlilabad)
aşılanmış. – Yadimdədi o:ma gönin çarıği
OLUM
O:MACA
OBASTAN VİKİ
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri — (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. Əzələ şaxəsi lat. ramus musculares — armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.
Oma sümüyü
Oma sümüyü (lat. Os sacrum) — qabırğa rudimentləri ilə birlikdə beş oma fəqərələrindən təşkil olunmuşdur. Oma sümüyünün enli ucu, əsası — lat. basis ossis sacri yuxarıda sonuncu bel fəqərəsi ilə birləşərək ınə doğru çıxmış burun — lat. promontorium təşkil edir. Oma sümüyünün ensiz ucu, zirvəsi — lat. apex ossis sacri aşağıda büzdüm fəqərəsi ilə birləşmişdir. I oma fəqərəsi cisminin arxasında fəqərə dəliyi — lat. foramen vertebrale vardır ki, bu dəlik aşağı doğru oma kanalı — lat. canalis sacralis ilə birləşir.
Elmar Omarov
Eşqin Omarov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Hindistan–Oman münasibətləri
Hindistan–Oman münasibətləri — Hindistan ilə Oman arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == iki region arasında ticarət əlaqələri bir necə min illiklərdirki mövcuddur. Omanda aparılan qazıntılar zamanı Hindistanla ticarət əılaqələrinin qurulması barədə faktlar aşkarlanmışdır. Bunun b.e.ə III minilliyə qədər davam etməsi sübut olunmuşdur. 1955-ci ilin fevralında Maskat şəhərində Hindistanın konsulluğu açılmışdır. Hansı ki, 1960-cı ildə Baş konsulluq, 1971-ci ildə isə səfirlik statusu alır. 1973-cü ildə Maskata ilk Hindistan səfiri gəlir. 1972-ci ildə Oman Dehlidə səfirliyini, 1976-cı ildə isə Mumbayda baş konsulluq açılır. 2012-ci ildə Oman Hindistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına daimi üzvlük istiqamətdəki cəhdlərini dəstəkləmişdir. == Miqrasiya == Omanda 500 min hindistanlı yaşayır.
Mayumi Omatsu
Mayumi Omatsu (d. 12 iyul 1970) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Murman Omanidze
Murman Omanidze (gürc. მურმან ომანიძე; 5 noyabr 1938, Tbilisi – 2020) — Gürcüstan siyasətçisi və 1991-ci ildə Gürcüstanın Xarici İşlər Naziri. Tbilisidə anadan olan Omanidze Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1977-ci ildən 1985-ci ilədək o, "Suplmsheni" dövlət kənd təsərrüfatı şirkətinin hüquq şöbəsinə rəhbərlik edirdi və 1985-ci ildən 1989-cu ilə qədər Gürcüstan SSR Tikinti Nazirliyinin rəhbəri işləmişdir. Antisovet və müstəqil hərəkatının getdiyi zamanı Omanizde Əfqanıstan müharibəsinin gürcü veteranların təşkilatı olan Gürcüstanın Əfqanıstan İttifaqına qoşuldu, hətta 1990 — 1991-ci illərdə təşkilat sədrinin müavini olmuşdur. O, 1991-ci ilin martı ayından may ayına qədər Gürcüstan nəqliyyat nazirinin müavini kimi işləyirdi. Yeni müstəqil Gürcüstanda prezident Zviad Qamsaxurdiya tərəfindən Omanidze 1991-ci ilin avqustunda baş nazirin birinci müavini və xarici işlər naziri vəzifəsi verildi. Həmən ayda da baş nazir Tengiz Siquanın qalmaqallı istefasından sonra o, qısa müddətdə baş nazirin vəzifələrini icra edirdi. 1991-ci ilin avqustunda SSSRİ-də hərbi çevrilişi cəhdi zamanı Gürcüstan müxalifəti iddia edirdi ki, Omanidze Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvləri ilə görüşmək üçün Moskvaya yola düşmüşdü. Çevriliş cəhdi uğursuz olandan sonra, Gürcüstan rəhbərliyi bu cür ittihamları qətiyyətlə təkzib edirdi.
Norveç omarı
Nephrops norvegicus, Decapoda Dəstəsinden bir növ. Norveç omarı adətən Atlantik okeanı, Aralıq və Şimal dənizlərində yayılmışdır. Norveç omarı dənizin 40-250 m dərinliyində oyduğu yuvalarda məskunlaşır. Uzunluğu 18-20 sm olub, bəzən 25 sm-ə qədər çatırlar. Qəlsəməbaşlı olub, bədəninin böyük hissəsini təşkil edir. Qarın və quyruq bütövlükdə - “telson” hissəni təşkil edir. Bir cüt ön uzun ayaqlar qısqaclarla təmin olunmuşdur. Bütöv güvdə xitin zirehi ilə örtülüdür. Baş hissədə bu örtük “karpaks” adlanır. Telson trapes şəkilli olub onun uc hissəsində yelpik şəklində üzgəc yerləşir.
Omaha
Omaha (ing. Omaha) — Nebraska ştatının ən böyük şəhəri, ştatın şərq sərhədində yerləşir, Duqlas dairəsinin mərkəzidir. Missuri çayının sahilində, Platt çayının mənsəbindən təxminən 30 kilometr şimalda yerləşir. 2017-ci il ABŞ Siyahıyaalma Bürosunun qiymətləndirməsinə görə, şəhər əhalisinin 466.893 nəfərdir. Şəhərətrafı qəsəbələri ilə birlikdə şəhər, 8 dairədə yaşayan 895.151 nəfər əhalisi ilə ABŞ-nin ən böyük 60-cı şəhər aqlomerasiyasıdır. Şəhərin adı XVII əsrdən bəri müasir Nebraskanın şimal-şərqində yaşayan Omaha hindu qəbiləsindən gəlir. 2008-ci ildə Kiplinger's Personal Finance jurnalı Omaha-nı ABŞ-də yaşamaq üçün ən cəlbedici şəhərlər arasında 3-cü yerə qoydu.
Omalocline
Tayaotu (lat. Crepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Omalocline pygmaea
Crepis pygmaea (lat. Crepis pygmaea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. Hieracium pygmaeum (L.) Lam. Omalocline pygmaea (L.) Rchb.f.
Omalotheca
Omalotheca (lat. Omalotheca) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Synchaeta Kirp. Omalotheca caucasica (Sommier & Levier) Czerep. Omalotheca diminuta (Braun-Blanq.) Bartolucci & Galasso Omalotheca hoppeana (W.D.J.Koch) F.W.Schultz & Sch.Bip. Omalotheca leucopilina (Schott & Kotschy ex Boiss.) Holub Omalotheca nanchuanensis (Y.Ling & Y.Q.Tseng) Holub Omalotheca norvegica (Gunnerus) F.W.Schultz & Sch.Bip. Omalotheca roeseri (Boiss. & Heldr.) Holub Omalotheca supina (L.) DC. Omalotheca sylvatica (L.) F.W.Schultz & Sch.Bip.
Oman
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-cı il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Oman Sultanlığı
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-cı il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Oman Telecommunications Company
Oman Telecommunications Company (ərəb. الشركة العُمانية للإتصالات‎) və ya qısaca «Omantel» (ərəb. عمانتل‎) — Omanın ilk telekommunikasiya şirkəti və əsas internet xidmətləri provayderi. Oman hökuməti şirkətin səhmlərinin 51%-nə sahibdir. 2007-ci ildə Omantel «Zain Group» səhmlərinin 21.9%-ni satın almışdır. «Omantel» böyük bir beynəlxalq şəbəkəyə malikdir. Şirkət çoxlu sualtı kabel xəttinin tamamilə və ya qismən sahibidir. 2015-ci ildə şirkət ölkədə FTTx texnologiyasından istifadə etmək layihəsini açıqladı. Həmin il şirkət il keyfiyyət üzrə mükafata layiq görülmüşdür.
Oman bayrağı
Oman bayrağı — Omanın Dövlət bayrağı
Oman coğrafiyası
Ərəbistan yarımadasının cənub-şərqində yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212 min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur. Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır. Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır. Ölkə ərazisinin 82 faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15 faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə qədər olan dənizsahili ovalıqlar tutur.
Oman himni
Oman dövlət himni (ərəb. نشيد السلام السلطاني‎) 1970-ci ildə təsdiq olunub və 6 noyabr 1996-cı ildə düzəliş edilib.
Oman iqtisadiyyatı
Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqtisadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır, lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi mexanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına yönəldilir. Sənaye sahələrinin yaradılması sahəsində əvvəlcə sement, ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli müəssisələrin tikintisinə "yaşıl işıq" yandırıldı. Yeni yaradılan müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu proses "omanlaşdırma" adlanır. İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq Oman rəhbərliyi öz vətəndaşları üçün "parnik şəraiti" yaratmır, yəni ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman rəhbərliyi yaxşı başa düşür ki, 40–50 ildən sonra ölkədə neft ehtiyatları tükənəcək.
Oman körfəzi
Oman körfəzi ingilisce: The gulf of Oman, Ərəbcə: خلیج عمان (Xəlic Umman),farsca:دریای عمان (Dərya-ye Omman) (Oman Dənizi) Fars körfəzi ilə Hind okeanını birləşdirən körfəzin adıdır. Bu körfəzin sahilyanı ölkələri İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləridir.
Oman milli futbol komandası
Oman milli futbol komandası — Omanın milli futbol komandası. Komanda Oman Futbol Assosiasiyası tərəfindən idarə olunur. 1930 FİFA Dünya Kubokundan 1982 FİFA Dünya Kubokuna qədər yarışlarda iştirak etməmişdir. 1986 FİFA Dünya Kubokunda iştirak üçün verdiyi ərizəni geri götürmüşdür. 1990 FİFA Dünya Kuboku oyunlarından başlayaraq 2018 FİFA Dünya Kuboku oyunlarına qədər təsnifat mərhələsini keçməmişdir.
Oman rialı
Oman rialı - Omanın pul vahidi. Oman sultanlığı 1974-cü ilin martından rialı rəsmi pul kimi istifadə edir.
Oman tarixi
Oman tarixi — Hazırda Oman Sultanlığı adlanan ərazinin tarixi. Omanın ərazisi ən qədim dövrlərdən məskunlaşmışdır. Eramızdan əvvəl IV–III minilliklərdə Omanın dəniz sahilləri Cənub-Qərbi Asiya ilə Cənubi Asiya ölkələri arasında gedən ticarətdə mühüm rol oynayırdı. E.ə. I minilliyin əvvəllərində Omanda yəməni ərəb tayfa birliklərinin hakim mövqe tutması onun Cənub-Qərbi Ərəbistan ilə əlaqələrinin möhkəmlənməsinə, dövlətin formalaşmasına və iqtisadiyyatının inkişafına təsir göstərdi, lakin VI əsrdə Sasanilərin basqınları, qonşu bədəvi tayfaların dağıdıcı hücumları Omanın tənəzzülünü sürətləndirdi. VII əsrdə Ərəb xilafətinin tərkibinə daxil edilən Oman feodal münasibətləri inkişaf edən bir dövlətə çevrildi. VIII əsrin ortalarında isə Oman (ibadilik məzhəbinin rəhbərliyi altında) müstəqillik əldə etmişdi. İbadilərin əsas fərqləndirici xüsusiyyəti hakimlərin ümumi razılıq əsasında seçilməsi idi. İbadilər silahlı çıxış və üsyandan imtina edir, dini təbliğat vasitəsilə xəlifə canişinləri ilə yaxşı münasibət saxlamağa çalışırdılar. Bu hərəkat sonradan şərqi Afrikaya da yayıldı.
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası (GFOTU) — Omanın ən böyük milli həmkarlar ittifaqları birliyi. Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası 2010-cu ilin fevral ayında yaranmışdır. Həmin vaxt 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Federasiyanın 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də var idi. İcraedici Şuranın sədri vəzifəsinə isə Saud Əli Abdulla Əl Cəbri seçilmişdir. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Oman şəhərləri
Oman şəhərləri

Digər lüğətlərdə