Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəyərək
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Zeyrek məscidi
Pantokrator Monastırı Kilsəsi və ya Zeyrek Məscidi — (yun: Μονή του Παντοκράτορος Χριστού Rom: Mori tu Padokratoros Hristou) — İstanbulun Zeyrek ərazisində yerləşən Şərqi Roma dövrünə aid dini bir binadır. Kilsə bir araya gələn üç ayrı şapeldən ibarətdir. Ayasofyadan sonra İstanbulda sağ qalan ən böyük köhnə kilsədir. Cənubdakı ilk kilsə II İohan Komnenosun həyat yoldaşı Macarıstanlı İrina tərəfindən XII əsrin birinci rübündə tikilmişdir. Arvadının ölümündən sonra, imperator kilsədən daha şimalda ikinci bir kilsə tikdirir və nəhayət onları birləşdirmək üçün üçüncü bir kilsə inşa edildi. İstanbulun zəbtindən sonra burada ilk mədrəsə açıldı. Müdərrisi Zeyrek Məhəmməd Ağa idi. Fatih Kompleksi ilə yeni mədrəsələrin inşası başa çatdıqda, buradakı mədrəsələr bağlandı və bina məscidə çevrildi. Hazırda yalnız cənub hissəsi məscid kimi istifadə olunur. Qızıl buynuza baxan bir təpədə teraslarla düzülmüş geniş bir ərazidə tikilmişdir.
Dəyənək
Dəyənək — hüquq-mühafizə orqanlarının cinayətkarlara və hüquq pozucularına qarşı istifadə etdiyi vasitə. Müxtəlif dövrlərdə orqan əməkdaşları bu vasitənin taxta və plastik maddələrdən düzəldilmiş növlərindən istifadə ediblər. Hal-hazırda isə dünya ölkələrindən əsasən bəlkidilmiş rezin maddədən olan növü daha çox yayılıb. Bir çox inkişaf etmiş ölkələrin qanunlarında bu vasitənin, uşaqlara, hamilə qadınlara, yaşlılara, fiziki əlilliyi olan insanlara istifadəsi qadağan edilmişdir. Lazım gəldikdə istifadə olunan bu vasitədən bədənin boyun və baş hissəsinə vurulmağı qəti-qadağan olunur.
Gəmərək
Gəmərək (türk. Gemerek) — Sivas ilinin ilçəsi.
Sədərək
Sədərək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Kənd 2003-cü ilə qədər eyniadlı rayonun mərkəzi idi. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Sədərək qəsəbəsi kənd statusuna aid edilmiş və Sədərək kəndi adlandırılmış, Sədərək qəsəbə inzibati ərazi dairəsi Sədərək kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirilmişdir. Sədərək düzündə yerləşir. Sədərək adı haqqında toponimikada müxtəlif fikirlər mövcuddur. Oykonimi sedars (fars. “119 dara”), rang (fars. “yüz rang”), Sagt'ay (“Dədə Qorqud” qəhrəmanlarından biri), Quxur Sadd (vaxtila Sədərək da daxil olmaqla Naxçıvan erazisi belə adlanırdı) sözləri ilə əlaqələndirirlər. Lakin son tədqiqatlara görə, toponim ərəb dilindəki saddr (düşərgə) sözü və -ak şak.-sindən ibarətdir.
Əkərək
Kəndlər Əkərək (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Əkərək — Syunik vilayətinin Vayotsdzor qəzasında, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd. Əkərək (Karbi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Əkərək (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Əkərək — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. Əkərək (Qafan) 1 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək 2 — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Əkərək (Meğri) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd. Çaylar Əkərək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Əkərət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Əyrək
Əyrik — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Qarabağ silsiləsinin yamacındadır. Əyrik, Əkərək, Aqaraq, Akarak variantlarında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, oykonim mənşəcə şumer dilinə aid olan aqar/akar (əkin yeri, əkilən sahə) sözü ilə bağlı olub, "sahibkar mülkü", "sahibkar təsənüfatı" mənasındadır. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Dəmirçi (Sədərək)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Şərur düzündə yerləşir. == Əhalisi == Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) == İdman == 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dəyənək müharibəsi
Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi. Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir. Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dəyənək müharibəsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Heydərabad (Sədərək)
Heydərabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda qəsəbə. == Statusu == Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Heydərabad qəsəbəsi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Heydərabad qəsəbəsi Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Heydərabad qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə 1970-ci illərdə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 23 mart 2000-ci il tarixli qərarı ilə Sədərək kəndindən ayrılmışdır. Bunun nəticəsində qəsəbə müstəqil idarə vahidi halına gəlmişdir. Ermənistanla sərhəddə yerləşdiyinə görə, dəfələrlə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən silahlı hücumlara məruz qalmışdır. 1992-ci ildə artilleriya mərmiləri ilə qəsəbə darmadağın edilmişdir. Bu səbəblə qəsəbə əhalisi məcburi köçkün olmuşdur. Məcburi köçkünlər Sədərək kəndində və Naxçıvanın digər bölgələrində məskunlaşmalı oldular. 1997-ci və 1998-ci illər arasında bərpa edilərək inşaat və yaxşılaşdırma işləri edildi və yeni ofis binaları, ictimai müəssisələr, ticarət mərkəzləri və s.
Qaraağac (Sədərək)
Qaraağac — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaraağac kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qaraağac kəndi Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraağackənd inzibati-ərazi vahidi yaradılmışdır.
Sədərək (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Sədərək — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Sədərək rayonu — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasında rayon. Sədərək (qədim yaşayış yeri) — Sədərək nahiyəsi — Sədərək sultanlığı — Sədərək düzü — Digər Sədərək qalası — Sədərək körpüsü — Sədərək məscidi — Naxçıvan Muxtar Respublikasında məscid. Sədərək məscidi — Sədərək Ticarət Mərkəzi ərazisində məscid.
Sədərək FK
"Sədərək" — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Sədərək TM
"Sədərək Ticarət Mərkəzi" — Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri "Sədərək Ticarət Mərkəzi" 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülmüşdür. Sədərək Firmasının rəhbərliyinin dəstəyi sayəsində iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran Çexiya, Polşa kimi bir sıra xarici ölkələrin aparıcı fabrik və zavodları ilə işgüzar əlaqələr quraraq əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nəticəsində regionda qiymətlərin 30-40%-ə qədər enməsinə, Ticarət Mərkəzində dünyanın bir çox xarici ölkələrindən gətirilən yüksək keyfiyyətli malların satılmasına nail olunmuşdur. Bu gün Sədərək Ticarət Mərkəzi yalnız Azərbaycanda, deyil eyni zamanda Cənubi Qafqaz regionunda yerləşən qonşu Gürcüstan, Rusiyanın iş adamları üçün də əsas topdansatış mərkəzinə çevrilmişdir. Sədərək Ticarət mərkəzinin ərazisində təmizlik, yaşıllaşdırma və abadlıq işləri hər gün aparılır. Ticarət mərkəzinin ərazisindəki istər istehsal, istərsə də satışla məşğul olan qurumlar mövcud ekoloji standartlara uyğun fəaliyyət göstərir. Sədərək Ticarət mərkəzinin ərazisindəki çirkab sular, dünya standartlarına uyğun xüsusi su təmizləmə qurğu vasitəsi ilə təmizlənir, təmiz texniki su halına gətirilərək, ərazidəki yaşıllıqların suvarılmasında istifadə olunur. Məscid Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan Sədərək Ticarət Mərkəzinin ərazisində 2007-ci ildə tikilmişdir. Məscid əsasən işçilər üçün nəzərdə tutulmuşdur. Sədərək Ticarət Mərkəzi şərti olaraq 6 hissəyə bölünürː ELİT KORPUSU XALÇA BAZARI TİKİNTİ BAZARI I ƏRAZİ II ƏRAZİ III ƏRAZİ Sədərək Ticarət Mərkəzi ərazisində böyük miqdarda münasib şəraitli, örtüklü anbarlar fəaliyyət göstərir.
Sədərək düzü
Sədərək düzü — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində maili düzənlik. Arazboyu düzənliklərdən biri. Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur maili düzənliyindən ayrılır. Şimal-qərbdə Ağrı düzənliyi ilə birləşir, cənub-qərbdə isə Araza qovuşur. Allüvial və allüvial-provülial çöküntülərdən təşkil olunmuşdur. 800-940 m mütləq yüksəkliyə malik olan Sədərək düzü şimaldan cənuba və qərdbdən şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Üzümçülük inkişaf etmişdir.
Sədərək körpüsü
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində, Araz çayı üzərində körpü. Türkiyə ilə Azərbaycan arasında sərhəddə iki qardaş dövlət və ölkəni birləşdirir.
Sədərək məscidi
Sədərək məscidi – Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində 18-19 əsrlərə aid memarlıq abidəsi. Məscid böyüklüyü, abadlığı və kitabələrinin zənginliyinə görə fərqlənir. Məscidin baş fasadında, önündə sütun başlığında taxta üzərində, birinci cərgə, ikinci cərgə və digər sütun başlıqlarında nəstəliq xətti ilə memar və xəttatların adları, Qurandan ayələr həkk olunmuşdur. Kitabələrdə bir necə tarix göstərilmişdir: hicri 1112 (1700-1701), hicri 1259 (1843), hicri 1315 (1897). Hicri 1112 il məscidin tikilmə tarixi sayılarsa, binanın hicri 1259-cu ildə əsaslı təmir olunduğunu söyləmək mümkündür. Çünki bina 18 əsr memarlıq-konstruktiv formalarını saxlamamışdır. Hicri 1315 ildə yenidən təmir işləri aparılmışdır. Hazırkı binanın memarı sədərəkli Abbasın oğlu Məhəmməd olmuşdur. Məsciddəki taxta işləri, yaraşıqlı nəbatı ornament və kitabə motivləri ilə işlənmiş sütun başlıqları sədərəkli memar və nəccar Məhəmmədə məxsusdur. 1259/1843 il tarixli kitabəyə əsasən, Təqi oğlu Məşədi Əhmədin memar Məhəmmədlə eyni vaxtda işləməsi, Məhəmmədin yüksək peşəkar memar, Məşədi Əhmədin ilə bənna olması qənaətinə gəlmək olar.
Sədərək nahiyəsi
Sədərək nahiyəsi — İrəvan əyalətinin İrəvan livasının nahiyəsi. Sədərək nahiyəsi 25 kənddən ibarət olmuşdur. Nahiyə XVIII əsrin əvvəllərində osmanlıların idarəsində olan İrəvan əyalətinin nahiyələrindən biri hesab edilir. 1728-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Sədərək nahiyəsi haqqında məlumatlar verilmişdi. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Sədərək nahiyəsində dümbülü əşirətinin Xatunkəhriz, Molla Xəlil, İsaxan, Dərəbəy, Yaqutxan, Söyüdlü, Hacı İslam, Bəy, Öküzbatır kəndlərində yaşadığı qeydə alınmışdır (1831-ci və 1842-ci illər) "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə 23 yaşayış məntəqəsini əhatə etdiyi qeyd olunur və həmin ərazidə cəmi 178 ailə yaşamaqda idi. Əhalisi etnik mənsubiyyətinə görə deyil, dini mənsubiyyətinə görə quruplaşdırılmışdı; böyük əksəriyyəti müsəlmanlar (azərbaycanlılar) idi. Sədərək nahiyəsinin illik gəliri həmin dövrün əskinasıyla 60 660 ağça təşkil edirdi.
Sədərək qalası
Sədərək qalası — Sədərək rayonu ərazisində, Sədərək qəsəbəsinin cənubunda, Araz çayına doğru uzanan Vəlidağın cənub – qərb silsiləsi üzərində Son Tunc və İlk Dəmir dövrlərinə aid (e.ə. V–IV minilliklər) qala – şəhər. Abidə 2001-ci ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala–şəhərin salındığı yüksəklik əlverişli strateji mövqeyə malikdir. Anadolu–Sədərək–Naxçıvan istiqamətindəki qədim karvan yolu buradan yaxşı müşahidə olunur və nəzarətdə saxlanılırdı. Qala divarı boyunca bir neçə yerdə daş tikinti qalıqları və zəngin mədəni təbəqə vardır. Buradan e.ə. II minilliyin II yarısı – I minilliyin əvvəllərinə aid boz, qara və açıq çəhrayı rəngli gil qab qırıqları və obsidian lövhələr əldə edilmişdir. Dağın cənub, şərq və qərb ətəklərindən aşağı terraslarda buraya çıxmaq mümkün olan bütün keçidlərin qarşısını kəsən 2,5 metr enində siklop tipli möhtəşəm müdafiə səddi ucaldılmışdır. Həmin möhtəşəm sədd 1,5 – 2 metr hündürlüyündə salamat qalmışdır.
Sədərək rayonu
Sədərək rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləmdirmək, həmçinin ərazinin geostratrji mövqeyi nəzərə alınaraq 1990-cı il avqustun 28-də Azərb. SSR Ali Sovetinin fərmanı əsasında yaradılmışdır. Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir. Naxçıvandan məsafəsi — 90 km İnzibati mərkəzi: — Heydərabad qəsəbəsi Sahəsi − 160 km Əhalisi − 14 016 nəfər (01.01.2011) Əsas zirvələri: Kömürlüdağ (2065 m), Ardıc dağı (2034 m), Vəlidağ (1242 m), Əjdaha dağı (1239 m), Daşburun dağı (1239 m), Qaraburun dağı (945 m). Əsas çayları: Araz (1072 km), Qaraçay (14 km), Çapançay (12 km). Naxçıvan MR-da iri yaşayış məntəqəsi. Sədərək düzündədir. Bəzi tədqiqatçılara görə toponim ərəb dilindəki sədər (düşərgə) sözü və -ə k sözdüzəldici şəkilçisindən ibarətdir. Ehtimal ki, kənd vaxtı ilə hərbi düşəkgə olan ərazidə salınmışdır.
Sədərək sultanlığı
Sədərək sultanlığı — Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J.Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuş, Qars, İğdır və Sədərək əraziləri bir sultanlıqda birləşmişdir. Şarden yazır: “Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır”.Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər.
Sədərək döyüşləri
Sədərək döyüşləri — 1990–1993-cü ildə Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Ermənilərin Sədərəyə, ümumən Naxçıvana, Azərbaycana torpaq iddiaları 1990-cı illərdən başlamır. 1918–1920-ci illərdə Sədərək əhalisinin ermənilərə qarşı apardığı mübarizədə Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə təşkil olunmuş "Qırmızı Tabor"un böyük xidmətləri olub. Qırx nəfəri sədərəkli olan "Qırmızı Tabor"un əsas qərargahı bir müddət Sədərəkdə yerləşib. Dərələyəz və Zəngəzur dağlarına çəkilmiş daşnak dəstələri hücumları ilə Şərur əhalisini rahat buraxmayanda "Qırmızı Tabor"un döyüşçüləri 40 kilometrlik cəbhə xəttində daşnak dəstələrini susturmuşdur. Moskva və 1921-ci il oktyabr ayının 13-də imzalanmış Qars müqavilələrinə baxmayaraq, heç bir əsaslı səbəb olmadan, hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin müqavilələri qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr torpaq sahəsi Ermənistan SSR-ə verilmişdir. Nəticədə azərbaycanlı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verildi. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi.
Bəsərək (Xudabəndə)
Bəsərək (fars. بصرك‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (54 ailə).
Gül Əkərək
Gül Əkərək — Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. == Toponimkası == Gül Əkərək- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) kənd adı. XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. XIX əsrin ortalarında Vartablur, Erməni Gərgəri, Orartin və Gül Əkərək məntəqələrini əhatə edən kənd icmasının adı idi. Əsli Qul Əkərək (Qulama məxsus malikanə).
Əkərək (Karbi)
Əkərək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd., Rayon mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əyrək kimi, "İrəvan əyalətinin icmal dəftəri"ndə Əyərək, Qafqazın 5 verstlik xəritəsində Əkərək (Aqarak) kimi qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilir. XVI və XVIII əsrlərə aid tarixi mənbələrdə kəndin adının Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir. Bu da erməni siyasətinin bir formasıdır.
Əkərək (Loru)
Əkərək (erm. Ագարակ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Əkərək bələdiyyəsi"ni (erm. Ագարակ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.155 nəfərdir.
Beyrək
Bamsı Beyrək — Kitabi Dədə Qorqudda əsas personaj. Beyrək Fezullayev — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, Vətən müharibəsi şəhidi. Beyrək (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Zeybək
Zeybək bu mənaları ifadə edə bilər: Zeybəklər Zeybək (rəqs) == Həmçinin bax == Zeynəko — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Neşərək Qadınəfəndi
Neşərək Qadınəfəndi (1848, Soçi – 11 iyun 1876, Konstantinopol) — 32. Osmanlı sultanı Əbdüləzizin üçüncü xanımı. Neşərək xanım 1848-ci ildə Şimali Qafqazda — Qara dəniz sahilindəki Soçi şəhərində əslən ubix bir ailədə dünyaya gəldi. Əsl adı Nəsrin olan bu qızcığaz İsmayıl bəy Bərəkənin (d. 1812 — ö. 1876) qızı idi. Həsən bəy və Osman Paşa adlı 2 qardaşı Sultan Əbdülhəmidin ən yaxın adamları idi. Bibisi isə Osmanlı kaptanı-dəryalarından Atəş Mehmed Paşanın (ö. 1867) xanımı idi. 1859-cu ildə 4 çərkəz ailəsindən bir heyət toplandı və bölgədəki rus zülmünü Osmanlı sultanına şikayət etmək üçün İstanbula yollandı.