Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İştar
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
İştar darvazası
İştar darvazası (ərəb. بوابة عشتار‎) —Babilistanda daxili şəhərin səkkizinci darvazası. İştar darvazası tərəflər üzrə nəhəng divarlarla məhdudlanmış və yarımdairəvi qövsü təşkil edir, hansı ki, divarlar boyu davam edir. Darvaza İştar ilahəsinə həsr olunmuş və kərpicdən tikilmişdir, açıq-mavi, sarı, ağ və qara şirlə örtülmüşdür. Darvazanın divarlarında və Nümayiş Yollarında təbiiyə çox yaxın olan pozalarda heyvanları təsvir edən qeyri-adi gözəllik barelyeflərdə göstərilmişdir. Kənar divarlarda təxminən şirlərin 120-yə yaxın barelyefi mövcuddur. Qapıların divarları bir sıra sirruşey və öküz təsvirləri ilə örtülmüşdür. Qapılarda heyvanların təxminən 575 təsviri vardır. Darvazanın dam və qapıları sidr ağacından istehsal olunmuşdur. Yeni ilin bayram edildiyi gündə bu tağdan Allahların surəti olan heykəllər keçirilərək nümayiş etdirilirdi.
Valeri Jiskar d'Esten
Valeri Jiskar d'Esten (fr. Valéry Giscard d’Estaing; 2 fevral 1926, Koblents, Almaniya — 2 dekabr 2020, Fransa) — 1974–1981-ci illərdə Fransa Respublikasının 20-ci prezidenti. Avropa İttifaqı Konstitusiyasının müəlliflərindən biridir. Bilderberq klubunun üzvüdür.
Benal Nevzat İstar Arıman