Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şövqəfza Sultan
Şövqəfza Sultan (Osmanlı türkcəsi: شوق‌افزا سلطان) (d. 12 dekabr 1820 — ö. 17 sentyabr 1889) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 33-cü Osmanlı sultanı V Muradın anası. Şövqəfza Sultan 1820-ci ildə, o illərdə Rusiya imperiyasına aid olan Poti şəhərində dünyaya gəlmişdir. Atası Mehmed bəy Zaurum, anası isə ubix əsilli Cəmilə xanımdır. Ailənin ondan başqa Fatma Laleru adlı bir qızı daha vardı. Ailə bölgədə baş verən siyasi hadisələr səbəbilə İstanbula köç etmiş, hər iki qızını da Sultan Mahmudun sarayına təslim etmişdir. Sarayda Sultan Mahmudun xanımlarından Nurtab Sultanın himayəsinə verilən bacılar mükəmməl saray təhsili aldılar. 14 yaşı olanda yeni taxta çıxmış Sultan Əbdülməcidin hərəminə alındı və 1 avqust 1839-cu ildə Topqapı sarayında cütlük evləndi. Bu evlilikdən 2 övladı dünyaya gəldi.
Şövqi Bektörə
Şövqi Bektörə (d. 1888, Rumıniya – v. 18 dekabr 1961, İstanbul Türkiyə) — Krım tatarı əsilli şair, maarifçi, akademik və siyasi aktivist. Şövqi Bektörə 1888-ci ildə Rumıniyada anadan olmuşdur. 5 yaşında olarkən ailəsi Türkiyənin Əskişəhər şəhərinə köç etmişdir. Əskişehərdə ibtidai məktəbi bitirdikdən sonra gəldiyi İstanbulda bir çox Krım tatarı ilə tanış oldu. Təhsilini İstanbul universiteti İlahiyyat fakültəsində davam etdirdi. Burada tanıdığı Krım tatarları vasitəsilə qatıldığı Krım Tatar Tələbə cəmiyyətinin fəal üzvü oldu. 1918-ci ilin əvvəlində Şövqi İstanbulda Krım mənşəli Türklərdən ibarət Aktiv Gənclər Cəmiyyətinin baş katibi olaraq vəzifə yerinə yetirirdi. Mart ayında, müharibə başa çatdıqda, məhbus mübadiləsində ittiham olunan Qızıl Aypara heyəti ilə Sevastopol və Feodosiyaya yola düşdü.
Şövqi Göyçaylı
Şövqi Göyçaylı — Azərbaycanda ekoloji təhsilin əsas yaradıcılarından biri, Coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordeni laureatı. Göyçaylı Şövqi Yusifziya oğlu 1935-ci ildə Göy­çay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ADU-nin Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini bitirmişdir. 1960-cı ildə "İqtisadi coğrafiya" ixtisasında Unversitetin aspiranturasına qəbul edilmişdir. 1965-ci ildə namizədlik, 1987-ci ildə isə Sankt-Peterburq Unversitetində «Kənd əhalisinin məskunlaşması və onun yenidən qurulması» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən professordur. 1982-ci ildən BDU-də "Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasının müdiridir (2015-ci ildən bu kafedra Coğrafi ekologiya kafedrası adlanır). Ş.Y.Göyçaylının elmi yaradıcılığı əhali məskunlaşmasının nəzəri və tətbiqi problemlərinə, təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin coğrafi məsələlərinə, coğrafi ekologiyanın inkişafına və tədrisinin təkmilləşdirilməsinə yönəldilmişdir. O, 130-dan çox əsərin, o cümlədən monoqrafiyaların, dərsliyin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycanın irimiqyaslı İqtisadi və Əhali xəritələrinin həmmüəllifi və müəllifi olmuş­ dur.
Şövqi Hüseynov
Hüseynov Şövqi Ərəstun oğlu (9 avqust 1972, Cəlilabad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının (2002) və Kalmıkiyanın RF (2016) Əməkdar artisti, "Qızıl Dərviş"(2006) və "Zirvə" (2015) mükafatları laureatı , "Stanislavski" medalı laureatı (2015). Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən həm də dublyaj fəaliyyəti ilə məşğuldur. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrın aktyorudur. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. İranda, Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada, Belarusiyada, Şri-Lankada, Makedoniyada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Şövqi Novruzov
Şövqi Novruzov(tam adı:Novruzov Şövqi Heydər oğlu; 3 may 1937, Bakı) — ədəbiyyatşünas və jurnalist. Novruzov Şövqi Heydər oğlu 3 may 1937-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsini, 1966-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun(indiki Ədəbiyyat İn-tu) aspiranturasını bitirmişdir. 1969-cu ildə filologiya elmləri namizədi olub. Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında (indiki "Azərbaycan Milli Ensikolpediyası" Nəşriyyatı) böyük elmi redaktor, redaksiya müdiri (1966–70), Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent əvəzi (1970–74), "Azərbaycan kommunist" jurnalının baş redaktor müavini (1981–1991). ""Dirçəliş" jurnalının, "Ana vətən" qəzetinin (1992–93) baş redaktoru (1991–93), Baş Sosial İdarəetmə və Politologiya İnstitunun baş müəllimi (1993–99) olmuşdur. Mətbuat tarixinə dair tədqiqatı, elmi-publisistik məqalələri var. Azərbaycan SSR— "Qızıl qələm" mükafatı laureatı (1979). Azərbaycan SSR— əməkdar jurnalisti (1988). Naxçıvan Ensiklopediyası.
Şövqi İsmayılzadə
Şövqi Əfəndi
Şövqi Əfəndi Rəbbani — bəhailər onu yeni İlahi dinin Mühafizi olaraq qəbul edirlər. Əbdül-Bəha Abbasdan sonra dinin Vəlisi (Vəliyyi Əmrullah), Mühafizi təyin olunmuşdur. Əbdül-Bəhanın süudu ilə Bəhai Erasının Qəhrəmanlıq və ya Həvvarilik dövrü sona yetdi. Şövqi Əfəndinin "Allah yaxından keçir" kitabında "Allahın məst etdiyi qəhrəmanlar Qalaktikası" adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək "öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatına əlavə təkan" vermişdilər. Əbdül-Bəhanın yazılı olaraq qoyduğu Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Şövqi Əfəndi Rəbbani Bəhai dininin Mühafizi təyin edilirdi. Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır.
Əhməd Şövqi
Əhməd Şövqi (ərəb. أحمد شوقي‎; 1868[…], Qahirə – 23 oktyabr 1932 və ya 13 dekabr 1932, Qahirə) — Ərəb əsilli Misir şairi. Qarışıq bir türk, ərəb, çərkəz, kürd və yunan köklərindən ibarət kübar bir ailədə anadan olub .Şair əslən Misirli olmayıb. Babası Əhməd Şövqi Məhəmməd Əli dövründə Misirə gəlmişdir və Səid Paşanın dövründə gömrük katibi vəzifəsinə qədər yüksəlmişdir. Ondan sonra ana tərəfdən babası Əhməd Həlim İbrahim Paşanın dövründə Anadoludan Misirə köçmüşdür. İbrahim Paşa onu sarayındakı yunan əsilli “Temzar” xanım ilə evləndirmişdir. Əhməd Həlim xədiv İsmayılın xüsusi vəkili olmuş və öləndən sonra xədiv bu vəzifəni onun dul qadınına ötürmüşdür. Şairin tərbiyəsi ilə yunan nənəsi məşğul olmuşdur. Hələ İbrahim paşanın dövründən Əhməd Şövqinin saray ilə əlaqəsi olmuşdur. Xədiv İsmayılın dövründə o, üç yaşında idi.
Sovana
Sovana — İtaliyanın Toskana regionunda şəhər.
Dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. == Hazırlanma qaydası == Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Kovğa
Kovğa — təndirdə çörəkbişirmə işlərində istifadə edilən, dəmir materialdan hazırlanmış, bir ucu qarmaqşəkilli alət. Qulpunun uzunluğu 70-80 sm olan kovğanın digər ucu ərsin olur. Təsadüfi hallarda isə koğa ayrı, ərsin də ayrı hazırlanır. Kovğadan bir çox kəndlərimizdə hal-hazırda da geniş istifadə olunur ki, bu da həmin alətlərin Azərbaycan xalqının məişətində uzun müddət işlədildiyini göstərir.
Sovla
Sovla — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Sovla oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəzi tədqiqatçılar oykonimi ərəb dilindəki sofla (asağı) sözü ilə əlaqələndirir və ehtimal edirlər ki, kənd coğrafi mövqeyinə, Kür çayının asağı axarına yaxın olan ərazidə yerləşdiyinə görə bələ adlandırılmışdlr. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1113 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sovqat (1942)
Filmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir. Filmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir. 1942-ci ildə iki film birləşdirilmişdir. Quruluşçu rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov Ssenari müəllifi: İmran Qasımov, Ənvər Məmmədxanlı Quruluşçu operator: Əsgər İsmayılov, Seyfulla Bədəlov Quruluşçu rəssam: Əlisəttar Atakişiyev Səs operatoru: İlya Ozerski Rejissor assistenti: Məmməd Əlili Filmin direktoru: Teymur Hüseynov Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski Rəşid Atamalıbəyov Mirmahmud Kazımovski Möhsün Sənani İsmayıl Əfəndiyev Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Sovqat Məmmədova
Sovqat Məmmədova (1931, Bideyiz, Nuxa rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1931-ci ildə Azərbaycan SSR Nuxa rayonunun Bidəiz kəndində (indiki Şəki rayonunun kəndi) anadan olub. Ölüm ili məlum deyil. 1948-ci ildən — briqada rəhbəri, 1953-cü ildən Şəki rayonunun Lenin adına kolxozunda kolxozçu olmuşdu. 1949-cu ildə 3 hektar sahədən hər hektardan 20,1 sentner olmaqla məhsul əldə etmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1950-ci il 17 iyun tarixli fərmanı ilə 1949-cu ildə yüksək tütün məhsulu əldə etdiyinə görə Məmmədova Soqat Baba qızı Lenin ordeni və "Oraq və çəkic" medalı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Aşıq Şivğa
Aşıq Şivğa (əsl adı: gürc. ლუკა ბერიძე – Luka Beridze; 1838 və ya 1860, Gürcüstan – 1906 və ya 1907, Gürcüstan) — XIX əsr Gürcüstan aşıq–şairi. == Həyatı == Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir. Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir. Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir. Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir. Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır. Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.
Dalğaqanad sovka
Göybaftalı sovka
Müxtəlifrəngli sovka
Sovla bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çəhrayı sovka
Şüalı sovka
Ətli dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Ətsiz dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Sovqat (film, 1942)
Filmdə müharibə illərində arxa cəbhədə çalışan zəhmət adamlarının üzərinə düşən ağır sınaqlardan, onların döyüşçülərimizə köməyindən söhbət gedir. Filmdə rejissorların hələ 1939-cu ildə yarımçıq qoyduqları "Ayna" filminin kadrlarından istifadə edilmişdir. 1942-ci ildə iki film birləşdirilmişdir. Quruluşçu rejissor: Hüseyn Seyidzadə, Niyazi Bədəlov Ssenari müəllifi: İmran Qasımov, Ənvər Məmmədxanlı Quruluşçu operator: Əsgər İsmayılov, Seyfulla Bədəlov Quruluşçu rəssam: Əlisəttar Atakişiyev Səs operatoru: İlya Ozerski Rejissor assistenti: Məmməd Əlili Filmin direktoru: Teymur Hüseynov Leyla Bədirbəyli (Leyla Cavanşirova kimi) — Ayna Ələsgər Ələkbərov — Ayaz Əzizə Məmmədova Rza Darablı Əhməd Qəmərlinski Rəşid Atamalıbəyov Mirmahmud Kazımovski Möhsün Sənani İsmayıl Əfəndiyev Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Gümüşü başlıqlı sovka