Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vampirlərin Şəfəqi
Vampirlərin Şəfəqi (Frostbiten) — vampirlər haqqında çəkilən ən məşhur kinofilmlərdən biri. İkinci dünya müharibəsinin sonların yaxın şərq cəbhəsində yolunu azmış bir qrup SS alman əsgərləri izlərinə düşmüş ruslardan canlarını qurtarmaq üçün qarlı bir meşəyə üz tuturlar. Burada tapdıqları tərk edilmiş bir daxmaya sığınan əsgərlər buranın vampir məskəni olduğunu öyrəndikdə artıq iş-işdən keçmiş olur. Bu müəmmalı hadisədən uzun illər sonra isə ixtisasca həkim olan Annika adlı biri və onun 17 yaşlı qızı Sega çox uzaq­larda İsveçin şimalındakı bir kəndə köçürlər. 30 gün boyu qaran­lıqda qalacaq olan bu kiçik şimal qəsəbəsində həyat kəndin gəncləri adi bir səhvlik nəticəsində vampirlərə çevrilməyə başladıqda qorxulu bir kabusa çevriləcəkdir.
Mumiyanın şəfəqi
Mumiyanın şəfəqi (ing. Dawn of the Mummy) — 1981-ci ildə istehsal olunmuş "Mumiya" haqqında qorxu filmi janrında çəkilən filmlərdən biridir. Üç axtarışçı Misir sərasına gəlirlər. Partlayış nəticəsində yerin üstü partladılır. Bu zaman onlar səhranın daxilinə gedirlər. Onlar burada çoxlu qızıl əvəzinə yalnız Mumiya tapırlar. Həmin müddətdə Nyu-Yorkdan jurnalistlər bura gəlmişlər. Bu zaman işıqlanma nəticəsində qəbirdə və qəbrin yanına yerləşən bütün Mumiyalar oyanırlar. Mumiyalar Misir əhalisinə ciddi təhlükə törədirlər. Mumiyanın sübhü — Internet Movie Database saytında.
Səfəvi
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Məhəmməd Səfəvi
Xacə Məhəmməd Səfəvi — Səfəvi sülaləsinin üzvü və şahzadələrdən biri. Xacə Məhəmməd Səfəvi Səfəvi ordeninin rəhbəri Şeyx Cüneydin (1447-1460) oğludur. O, Şeyx Cüneydin çərkəz əsilli cariyədən olan oğludur. Onun ögey və böyük qardaşı olan Şeyx Heydər atası Şeyx Cüneyddən sonra Səfəvi ordeninin rəhbəri olmuşdur. Məhəmməd Səfəvinin qardaşı oğlu olan Şah İsmayıl (1501-1524) isə Səfəvi dövlətinin əsasını qoymuşdur. Məhəmməd Səfəvinin Xacə Cəmşid adlı bir digər qardaşı da olmuşdur. O, Şeyx Heydərin cənubi Dağıstana olan yürüşü zamanı həyatını itirmişdir. Məhəmməd Səfəvinin yaşayan yeganə bacısı Şahpaşa Xatun Məhəmməd bəy Talışla evlənmişdir. Məhəmməd bəy Talış Xalxaldan idi. Sonradan Şah I İsmayılın ən yaxın komandanlarından birinə çevrilmiş və onun hakimiyyətə gəlməsində mühüm rol oynamışdı.
Nəvvab Səfəvi
Seyyid Nəvvab Səfəvi və ya Müctəba Mirluhi (farsca: سید نواب صفوی; 9 oktyabr 1924 – 18 yanvar 1956, Tehran, Pəhləvilər İranı[d]) — İran ruhanisi, İslam fədailəri partiyasının qurucusudur. Onun qurduğu İslam fədailəri qrupu Şah hökumətini dəstəkləyən siyasətçilər başda olmaqla məşhur olan iranlıların öldürülməsindən məsuliyyət daşıyırdı. Şəhid Nəvvab Tehrani Səfəvi 1924-cü ildə Tehranda, Haniabad şəhərində çox nəcib və inanclı ailə olan Seyid Müctəba Tehraninin ailəsində dünyaya gəlir. İbtidai dini təhsilini Abadanda alır. İbtidai təhsilini onda olan fitri istedad səbəbi ilə 7 ilə bitirən Seyid Nəvvab elə illər olurdu ki, bir il ərzində iki ilin təhsil nəticəsinə uyğun bilgi əldə edə bilir. Buna görə də o 10 illik təhsilini 7 ilə başa vuraraq təhsilinin davamı üçün İran-Alman sənət məktəbinə yollanır. Peşə məktəbini bitirdikdən sonra İranda neft şirkətlərindən birində işə düzələn Seyid Nəvvab bir gün iranlı bir şəxsi ayaqları altına salaraq döyən bir ingilisin özbaşnalığını seyr edincə buna susqun baxan iranlılara üzünü tutub: ”Siz çox səviyyəsiz adamlarsınız. Sizin qardaşınızı döyən İngilisə elə baxırsız ki, güya günahkar iranlıdır və o da İngilis torpağındadır. Hansı ki, onun günahi iranlı olmaqdan başqa bir şey deyildir”. Onun bu sözündən sonra İran fəhlələri ayağa qalxır və etiraza başlayırlar.
Qafqaz səfəri
Fransız yazıçısı Aleksandr Düma tərəfindən yazılan səyahətnamə. Aleksandr Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Rusiya imperiyası ərazisində olmuşdur . Səyahətinə Peterburqdan başlayan A. Düma daha sonra Moskva, Qazan, Saratov və Həştərxandan keçməklə Qafqaza gəlmiş, burada bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd , Quba , Bakı, Şamaxı və Nuxada olmuşdur. A. Düma Nuxadan Tiflisə , oradan da Potiyə getmişdir . O, Potidən gəmi ilə İstanbula, oradan da Marselə getmişdir. Vətənə qayıdan yazıçı səfər yaddaşını " Qafqaz Səfəri " adlı əsəri ilə oxucuları ilə bölüşüb . Bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunmuşdur. "Qafqaz səfəri" əsərinin fransızca ilk nəşrində A. Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları verilmişdir. "Qafqaz səfəri" əsəri ümumilikdə 68 fəsildən ibarətdir. Əsər boyunca AZƏRBAYCANLILARDAN Tatarlar olaraq bəhs edilir.
Səfəvi Astrabadı
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi. Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər. 1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər.
Səfəvi Gürcüstanı
Səfəvi Gürcüstanı və ya Gürcüstan vilayəti — Səfəvi imperiyasının indiki Gürcüstan ərazisində yerləşən vilayətlərindən biri. Vilayət əsasən imperiyaya tabe etdirilmiş iki şərqi Gürcüstan krallıqlarından - Kartli və Kaxetidən, qismən də Mesxeti atabəyliyi torpaqlarından təşkil edilmişdi. Tiflis şəhəri bu vilayətin inzibati mərkəzi olmaqla birlikdə, həm Kartli çarlarının taxtının yerləşdiyi yer, həm də vilayətdəki Səfəvi hakimiyyətinin əsas dayaq məntəqəsi idi. Bura da həmçinin önəmli Səfəvi zərbxanalarından biri də yerləşməkdə idi. Bölgədəki Səfəvi hakimiyyəti müxtəlif zamanlarda Baqrationi sülaləsindən olan kraliyyət ailəsi nümayəndələrinin taxt-taca təyin edilməsi və ya taxt-tacdan məhrum edilməsi yolu ilə tənzimlənirdi. Bəzi vaxtlarda bu hakimlər şiəliyə də keçirdi və onlar xan ya da vali kimi təyin edilirdilər. Şərqdəki gürcü krallıqları XVI əsrin əvvəllərində Səfəvi imperiyasına tabe etdirilmişdilər, bu zaman onların hökmdarları din dəyişdirməmişdi. Şah İsmayılın dövründə Tiflisdə qızılbaş ordusu saxlanılırdı, lakin iki tərəfli münasibətlər əsasən ənənəvi vassallıq prinsiplərinə əsaslanmaqda idi. XI Davud (David) 1562-ci ildə Kartli taxtına Səfəvi şahı I Təhmasib tərəfindən təyin olunmaqla birlikdə, Səfəvi şahları tərəfindən bu vəzifəyə təyin edilmiş ilk gürcü kralı oldu. Onun bu təyinatı təxminən iki əsirdən çox davam edəcək Səfəvi hakimiyyətinin simvolu hesab edilə bilər.
Səfəvi Kürdüstanı
Səfəvi Kürdüstanı və ya Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi — Səfəvi imperiyasında mövcud olmuş bəylərbəyliklərindən və ya inzibati vahidlərindən biri. Ərazisi tarixi dövrlər ərzində siyasi və hərbi yeniliklərə görə dəyişmişdir. 1501-ci ildə yaranan Səfəvi imperiyası sürətlə ətraf ərazilərə yayılmaqda idi. Bu yayılma nəticəsində 1508-ci ildə o dövrki Kürdüstan ərazisinin yerli hakimi Səfəvi hökmdarı I İsmayılın ali hakimiyyətini qəbul etdi. Kürdüstan Səfəvi imperiyasına daxil olan 5 inzibati vahiddən biri idi və vali tərəfindən idarə edilirdi. Bu vali demək olar ki, müstəqil hakim idi. Vali çox zaman yerli hakim ailələrdən birinə aid olmaqla birlikdə, muxtariyyət üçün gəlinmiş kompromisə əsasən şah tərəfindən seçilirdi. Buna baxmayaraq, onlar irsi şəkildə hökmranlıq edirdilər. Nadir hallarda bölgə valiləri vilayətə dəxli olmayan yerlərdən olan şəxslərdən təyin edilirdi. Belə hallar çox zaman problemə səbəb olurdu.
Səfəvi Luristanı
Səfəvi Luristanı — Səfəvi imperiyasının qərbdə yerləşən inzibati vahidlərindən biri. Bu bölgənin ərazisi müasir İran İslam Respublikasının İlam ostanı və Luristan ostanlarının ərazilərinə uyğun gəlir. Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi. Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi. Vali çox zaman yerli əsilzadə ailələrindən biri olur və şah tərəfindən təyin edilirdi, lakin buna baxmayaraq, valiliyin irsi ötürülməsi geniş yayılmışdı. Vilayət özü də öz növbəsində 3 daha kiçik inzibati vahidə bölünürdü - Xavə, Sadmarə və Xürrəmabad. Xürrəmabad özü birbaşa vilayətin hakimi tərəfindən idarə edilirdi. XII əsrin sonlarından etibarən Kiçik Luristan Xurşidi sülaləsi tərəfindən idarə edilirdi. XVI əsrdən etibarən Luristan deyə adlandırılan bölgə təqribən İranın müasir İlam ostanı və Luristan ostanlarının ərazilərinə uyğun gəlir. 1501-ci ildə yaradılmış Səfəvi imperiyası genişlənərək 1508-ci ildə Luristan bölgəsini də özünə qatmışdır.
Səfəvi Qəndəharı
Səfəvi Qəndəharı və ya Səfəvi imperiyasının Qəndəhar vilayəti — Səfəvi imperiyasının Qəndəhar şəhərinin ətrafından ibarət, şərqdə yerləşən vilayətlərindən və Xorasan inzibati bölgəsinin 4 əyalətindən biri. Qəndəhar özü də daha kiçik inzibati vahidlərə bölünmüşdü. Onlar bu bölgələr idi: Bost-Qeresx, Zəmindavar, Duki, Çutiyali, Qərmsir-e Qəndəhar, Guriyan və Həzaraların tayfa bölgəsi. Sonuncuya Qalat bölgəsi də daxil idi. Böyük Moğol imperiyası ilə Səfəvi imperiyasının münasibətləri Şah İsmayıl dövründə müttəfiqliyə əsaslanırdı. Əmir Teymurun soyundan gələn Moğol sülaləsi babalarının Orta Asiyada yerləşən taxtını geri qaytarmaq istəyirdi və bunun üçün Səfəvi imperiyası ilə birlikdə fəaliyyət göstərirdi. Şah Təhmasib dövründə isə, ortaq özbək düşmənlərinin mövcudluğuna baxmayaraq, böyük siyasi və iqtisadi mərkəz olan Qəndəhar şəhərinə hakimlik uğrunda mübarizə başlandı və şəhər əldən-ələ keçdi. Şah Təhmasib Qəndəharı geri qaytarmaq üçün 1537-ci ildə yürüşə başladı. Qəndəharın moğol hakimi Xacə Kalan müqavimətsiz şəhəri qızılbaşlara təslim etdi. Şah Budaq xan Qacarı şəhərin hakimi təyin etdi, lakin 1538-ci ildə Moğol padşahı Hümayunun qardaşı Mirzə Kamran qoşunla Qəndəhara gələrək qızılbaşları oradan sıxışdırdı.
Səfəvi Xuzistanı
Səfəvi Xuzistanı və ya Xuzistan vilayəti — Səfəvi imperiyasının cənub-qərbində yerləşən və müasir Xuzistan ostanı ilə ərazi baxımından üst-üstə düşən inzibati vahidlərindən biri. Bölgənin qədim adı "Xuz torpağı" mənasına gələn Xuzistan sözüdür. Bu söz bölgədə eradan əvvəl III minillikdən məskunlaşan və eradan əvvək 539-cu ildə əhəmənilərin gəlişinə qədər mövcud olmuş qədim Elam dövlətindən gəlmişdir. Səfəvi imperiyasının Osmanlı imperiyasının təsirini azaltmaq üçün şiə ərəb tayfalarını bölgəyə dəvət etməsindən sonra regionun qərb hissəsi Ərəbistan olaraq bilinməyə başladı. İranşünas Rudi Mattheyə görə, Şah I Abbasın (1587-1629) hakimiyyəti dövründə ad dəyişikliyi baş vermişdir. Digər vilayət adları olan Kürdistan, Luristan kimi Ərəbistan sözü də milli mənaya malik deyildi. Bir qədər sonra bütün Xuzistan vilayəti Ərəbistan olaraq bilinməyə başladı. Bu dəyişikliyin nə zaman baş verdiyi bəlli deyildi. Rudi Mattheeyə görə, ilk dəfə Əfşarlı hökmdarı Nadir şahın (1736-1747) hakimiyyəti dövründə bu baş vermişdir. İranşünas Hüşəng Çehabi bunun XVIII əsrin ikinci yarısında baş verdiyini bildirir.
Səfəvi dövləti
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Səfəvi imperiyası
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Səfəvi incəsənəti
Səfəvi dövrü incəsənəti — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvilər dövlətinin incəsənəti. Bu, kitab və memarlıq baxımından incəsənətin yüksək səviyyəsi idi; bu dövrdə həmçinin keramika, metal, şüşə və bağlar baxımından da diqqət çəkirdi. Səfəvilər dövründə Azərbaycanda məişət keramikası və kaşı məmulatı istehsalı inkişaf etmişdi. Keçmişdə memorial məqsəd dağıyan türbələr Səfəvilər dövründə tamamilə dini mahiyyət kəsb edirdi. XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatdı və sənaye əhəmiyyəti qazandı. Dövrün miniatür rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühüm rol oynadı. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb oldu. XVI əsrin ikinci yarısından Cənubi Azərbaycanda inkişaf edən əfşan, ləçək-turunc, gülbəndlik kompozisiyaları Şimali Azərbaycan şəhərlərindəki toxucular tərəfindən mənimsənildi. Səfəvi sülaləsinin hakimiyyətinin təməlləri XIV əsrin əvvəllərində yaradılmış Səfəviyyə ordeni ilə atılmışdı. Ordenin əsasını Şeyx Səfiəddin Ərdəbili qoymuş və ona öz adını vermişdi.
Səfəvi mətbəxi
Səfəvi mətbəxi - Səfəvilər dövlətinin yaranmasından süqutuna qədər (1501-1736) mövcud olan mətbəx mədəniyyəti. Səfəvi dövrünə aid olan və hicri qəməri 1389, miladi tarixi ilə 2010-cu ildə “Süruş” nəşriyyatında işıq üzü görmüş iki kulinariya risaləsinin çap edilib. Farsca yazılmış hər iki risalə əslən əfşar türklərindən olan görkəmli İran alimi İrəc Əfşar tərəfindən nəşrə hazırlanmış və “Aşpəziyi-doureyi-Səfəvi” (“Səfəvi dövrünün aşpazlığı”) adlı kitabda yayınlanmışdır. İ.Əfşar kitaba “İşarə” adlanan ön söz yazmışdır. İranlı alim əvvəlcə aşpazlıq sənəti haqqında ərəbcə və farsca qaynaqlara dair müxtəsər məlumat vermiş, daha sonra isə nəşr etdirdiyi iki risalə barədə düşüncələrini oxucularla bölüşmüşdür. Ön sözün ardı olaraq yazdığı “İşarəyə əlavə” adlı bölümdə araşdırmaçı Şərq mətbəxinə dair qaynaqlar haqqında məlumatına bəzi dəqiqləşdirmələr və əlavələr etmişdir. Bunun ardınca İ.Əfşar özünün hazırladığı “Əski aşpazlıq biblioqrafiyası” adlı bölümü nəşr etdirmiş, burada fars və ərəb dillərində yazılmış aşpazlıq risalələrinin, kulinariya üzrə klassik mənbələrin və onlara dair müasir araşdırmaların siyahısına yer vermişdir. Daha sonra isə tədqiqatçı Səfəvi dövrünə aid hər iki aşpazlıq risaləsinin mətnini dərc etmişdir. Kitab şərhlər və göstəricilərlə təchiz olunmuşdur. “Karnamə dər babi-təbbaxi və sənəti-an” (“Aşpazlıq və onun sənəti haqqında iş kitabı”) və ya qısaca olaraq “Karnamə” adlandırılan ilk risalənin müəllifi I Şah İsmayıl dövrünün (1501-1524) aşpazı Hacı Məhəmməd Əli Bavərçi Bağdadidir.
Səfəvi sülaləsi
Səfəvilər (az-əbcəd. صفوی‌لر‎, fars. صفویان‎ səfəviyan) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər. İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi. Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu. Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.
Səfəvi təriqəti
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncə Sünniliyә etiqad etsələr də, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur. Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl Xətai Təsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).
Səfəvi xanədanı
Səfəvilər (az-əbcəd. صفوی‌لر‎, fars. صفویان‎ səfəviyan) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər. İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi. Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu. Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.
Səfəvi şahları
Səfəvi şahı titulu 1501-ci ilin payızında I İsmayılın Cabanı və Şərur döyüşlərində qələbə qazandıqdan sonra Təbrizi tutub özünü şah elan etməsi ilə qəbul edilmiş və 1736-cı ildə Nadirin şah olmasından sonra bu sülalənin əlindən çıxmışdır. Bu siyahıda Səfəvi sülaləsindən olan şahların adları xronoloji ardıcıllıqla verilmişdir. Siyahıda həmçinin şahın adı, atasının adı, portreti, dövlət bayrağı, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir. II Təhmasibin 1732-ci ildə Nadir xan tərəfindən şahlıq taxtından endirilməsindən sonra Səfəvi sülaləsinin hakimiyyəti faktiki olaraq sona çatmışdı. Lakin ən azından hüquqi olaraq 1736-cı ilə qədər hakimiyyətdə qalan Səfəvi sülaləsi 1736-cı ildə tamamilə hakimiyyətdən uzaqlaşdırıldı və Nadir xan özünü şah elan etdi. Lakin 1747-ci ildə onun ölümündən sonra imperiyada daxili müharibələr kəskinləşdi və Əfşar sülaləsindən olan şahlar bir-birini əvəz etməyə başladı. 1748-ci ilin oktyabrında Nadir şahın gənc nəvəsi Şahrux hakimiyyətə gətirildi. İki aydan sonra Nadirin qardaşının oğlu İbrahim özünü şah elan etdi. Lakin məğlub edildikdən sonra qaçmağa məcbur oldu. Məşhəd şəhərinə girməyə çalışan İbrahimi şəhərdə olan Seyid Məhəmməd şəhərə buraxmadı.
Təbuk səfəri
Təbuk yürüşü — Təbuk müharbəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharbə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi. İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi.
Səfəvi monarxları
Səfəvi şahlarının siyahısı
Səfəvi ordusu
Səfəvi imperiyasının ordusu — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvi dövlətinin ordusu. Səfəvi imperiyasının ordusunun təməli dövlətin yaradılmasından daha əvvəlki dövrdə qoyulmuşdur. Səfəvi ordeni zamanından mövcud olan müəyyən ordu sistemi dövlətin yaradılması uğrunda mübarizənin başladılması, dövlətin yaradılması, möhkəmlənməsi, genişlənməsi ilə paralel formada təkmilləşmişdir. Səfəvi ordusunda əsaslı islahat Şah I Abbasın adı ilə bağlıdır. Onun ordudakı islahatlarının əsas məqsədi qızılbaş əmirlərinin özbaşınalıqlarının qarşını almaq, vahid mərkəzdən idarə olunan güclü ordu yaratmaq və itirilmiş torpaqları geri qaytarmaq idi. == Səfəvi ordusunun yaradılması == Səfəvi ordusunun əsasını imperiyanın ilk şahı I İsmayıl (1501–1524) qoymuşdur. Bu prosesin əsası 1500-cü ildə, yəni Gilanda bir bölgə olan Lahicanda gizlənən İsmayılın artıq açıq fəaliyyətə başlamaq qərarına gəlməsi ilə qoyulmuşdur. Azərbaycana gedərkən ordu toplamış və Rəştə çatdığı zaman 450, Taroma çatdığı zaman isə 1500 döyüşçüsü olmuşdur. Yaydan etibarən artıq İsmayılın ətrafında 7 mindən artıq döyüşçü toplanmışdı. Bu ordunun demək olar ki, hamısı türk tayfalarından ibarət idi.
Sefey (bürc)
Sefey (lat. Cepheus) — göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Əlderamindir. Sahəsi 589 kv. dərəcədir ki, sahəsinə görə 27-ci yerdədir.
Şəfili
Şəfili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Şəfili kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çarxana kəndi mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntəqəsi şəfili nəslinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə şəfililər maldarlıqla məşğul olan kiçik elat kimi təsvir olunurlar. Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin mərkəzi yolla arası 3 km-dir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 206 nəfər əhali yaşayır. Kənddə 53 təsərrüfat var. Kəndə mavi yanacaq verilir. Yeni tikintilər aparılır.
Habsburq-Səfəvi ittifaqı
Habsburq-Səfəvi ittifaqı — XVI əsrdə Osmanlı dövlətinə qarşı Habsburq sülaləsi ilə Səfəvi dövləti arasında qurulmuş ittifaq. == İlk əlaqələr == Şah İsmayılın hakimiyyəti dövründə ilk dəfə onunla V Karl və Macarıstan kralı II Ludviqlə Osmanlı dövləti əleyhinə ittifaq qurulması üçün fikir mübadiləsi edildi. Sonradan I Karl (Karlos) adı ilə İspaniya kralı olan V Karl ittifaq təklif etmək üçün Səfəvilər dövlətinə 1516 və 1519-cu illərdə elçi göndərir. Həmçinin də II Ludviq Maruni keşişlərindən olan Petrus de Monte Libanonu 1516-cı ildə eyni məqsədlə Səfəvi sarayına göndərir. Bu elçilərə dəqiq cavabın verilmədiyi güman edilir, lakin 1523-cü ildə Şah İsmayıl latınca yazıb, Petrus de Monte Libano vasitəsiylə V Karla göndərdiyi məktubda ona Osmanlı əleyhinə ittifaq təklif edirdi. Bu məktub 1524-cü ilin martında V Karl Burqosda olan zaman ona verilmişdi. Mənbələrdə dəqiq məlumat olmasa da, V Karlın bunu prinsip olaraq qəbul etdiyi düşünülür. Lakin 1524-cü ildəŞah İsmayılın ölməsi itifaqın qurulmasına mane oldu. == Osmanlı-Səfəvi müharibəsi == 1529-cu ilin fevral yının 18-də V Karl Osmanlıların Vyananı mühasirəyə almasından sonra təlaşa düşdü. O, Toledodan Şah İsmayıla elçi göndərdi, lakin Şah İsmayıl artıq 1524-cü ildə vəfat etmiş, onun yerinə isə oğlu Şah Təhmasib keçmişdi.
Şəfili bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zöhrə Vəfayi
Zöhrə Vəfayi — (1953, Təbriz, İran - 2004, Təbriz, İran) Əslən Azərbaycanın Güneyindən olan yazar, şair, jurnalist, ictimai xadim. == Həyatı == Təbriz xalq məşəti, xalq sənətinin tədqiqatçılarından olan Zöhrə Vəfayi 1955-ci ildə Təbriz şəhərinin Əmirbağı məhəlləsində doğulmuşdur. Zöhrə Vəfayinin atası Gəncədə anadan olmuş, 7 yaşında olarkən sosialist inqilabı ərəfəsində ailəsi ilə birlikdə Təbrizə köçmək məcburiyyətində qalmışdılar. Özünün verdiyi məlumata görə, onun babası vaxtilə Gəncədə parça, kəlağayi fabriki işlətmiş, məlum hadisələrdən sonra fabriki bağlayıb Təbrizə qayıdaraq burada çalışmışdır. Parça, fərş işinə yenidən Təbrizdə başlayan ailə güzəranlarını bununla yaxşılaşdırmağa çalışmışdır. Zöhrə Vəfayi 6 yaşında olarkən Əmirbağda ilk mədrəsə təhsilini almış, daha sonra iki ayrı-ayrı mədrəsələrdə 3 il ardıcıl olaraq təhsilini davam etdirmişdir. Hələ kiçik yaşlarından ədəbiyyat, xüsusilə folklora böyük maraq göstərmiş, sərbəst yazılar, məqalələr yazmaqla ilk ədəbi axtarışlara qoşulmuşdur. Özünün qeyd etdiyinə görə, bəzən varlı uşaqlarına inşalar hazırlamış, hətta gənc qızlara aşiqanə məktublar yazmaqda da köməklik göstərmişdir. Zöhrə Vəfayi hələ mədrəsədə təhsil aldığı illərdə divar qəzetlərinə yazdığı məqalələri ilə yaşıdlarından seçilmişdir. O, 1975-ci ildə Tehran Universitetinə daxil olmuş, yeni mühit, yeni dostlar onun həyatında mühüm rol oynamışdır.
Əhmədiməhəmməd Şəfai
Xanım Deyzinin şoferi
Xanım Deyzinin sürücüsü — Morgan Freeman, Jessica Tandy və Den Aykroydun baş rollarda oynadığı 4 Oskar nominasiyalı və 5 Oskar nominasiyasına da namizəd olmuş komediya-dram filmidir. Miss Daisy Werthan (Jessica Tandy) 1950-ci illərdə yaxşı həyat sürən, lakin özünü heç vaxt zəngin görməyən və kasıb günlərini də heç vaxt unutmayan təvazökar yaşlı bir qadındır. O avtomobil sürməkdə bəzi problemlər yaşayır; başqalarının bağlarına girir, qəzaya düşür və s. Deyzinin keçmiş müəllim olan oğlu, Boolie (Dan Aykroyd) iş yerində bacarıqlarını gördüyü Hoke (Morgan Freeman) adlı bir adamı anasının sürücüsü olaraq işə götürür. Hokedən əvvəl onlarla yalnız İdellay (Ester Rolle) ilə işləmişdirlər. Lakin Daisy sürücü istəmir, çünki Hokenin çoxlu səhvlərə yol verdiyini və pis bir insan olduğunu düşünür. Onu dəfələrlə danlayır, onunla yola getmir. Nəhayət, Hoke Deysini yaxşı sürücü olacağına inandırır. Bu arada Daisinin bilmədiyi bir şey vardır ki, o da, gələcəkdə Hokeni çox sevəcəyidir.
Tekila səhər şəfəqi
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Zərdüşt Şəfi
Zərdüşt Şəfi (19 noyabr 1986, Bum, Qutqaşen rayonu – 3 avqust 2012, Bakı) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Zərdüşt Şəfi 1986-cı ilin 19 noyabr tarixində Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. 2006-cı ildə Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və 2010-cu ildə həmin fakültənin məzunu olmuşdur. 2005-ci ildən etibarən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlamışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin 2008–2010-cu illərdə məsul katibi və fəal üzvlərindən biri olub. 2009-cu ildə Bizim Yol qəzetinin keçirdiyi sorğuya əsasən, "İlin gənc yazıçısı" mükafatı ilə təltif olunmuş, gənclərə dəstək məqsədi ilə verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin gənci fəxri adına layiq görülmüş, 2012-ci ilin 3 avqust tarixində Bakı şəhərində qan xərçəngi xəstəliyindən vəfat etmişdir. 2011-ci ildə nəşr olunan "Başqa adamlar" kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Zərdüşt Şəfizadə hekayə və essələrindən əlavə həm də bir çox şeirlərin, bir tamamlanmamış və iki yarım qalmış romanın müəllifidir. Zərdüşt Şəfinin özü barədə olan fikirləri: Zərdüşt Şəfi barədə çəkilmiş Cənab İstedad sənədli filmi.
Axund Əbdülcabbar Pişnamazzadə Şəkuyi
Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə — İslam alimi == Həyatı == Həzrət Əli məscidi məşhur mollaları ilə tanınmışdır.Onlardan biri də Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahui-Hərəmeyn" kitabını yazmışdır. Qəbri Şəkidə İmam Əli məscidinin ön tərəfindədir. == Əsərləri == "Kitabi-müsbahül-hərəmeyn" Tiflis: [s. n.], 1904 (1322 h.).- 478 s.
Vampirlərin şəfəqi (film, 2006)
Vampirlərin Şəfəqi (Frostbiten) — vampirlər haqqında çəkilən ən məşhur kinofilmlərdən biri. İkinci dünya müharibəsinin sonların yaxın şərq cəbhəsində yolunu azmış bir qrup SS alman əsgərləri izlərinə düşmüş ruslardan canlarını qurtarmaq üçün qarlı bir meşəyə üz tuturlar. Burada tapdıqları tərk edilmiş bir daxmaya sığınan əsgərlər buranın vampir məskəni olduğunu öyrəndikdə artıq iş-işdən keçmiş olur. Bu müəmmalı hadisədən uzun illər sonra isə ixtisasca həkim olan Annika adlı biri və onun 17 yaşlı qızı Sega çox uzaq­larda İsveçin şimalındakı bir kəndə köçürlər. 30 gün boyu qaran­lıqda qalacaq olan bu kiçik şimal qəsəbəsində həyat kəndin gəncləri adi bir səhvlik nəticəsində vampirlərə çevrilməyə başladıqda qorxulu bir kabusa çevriləcəkdir.
Buz dövrü: Dinozavrların şəfəqi
Buz dövrü: Dinozavrların şəfəqi (ing. Ice Age: Dawn of the Dinosaurs) - 2009-cu ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Sid öz ailəsini qurmaq istəyir. O, yumurtaları tapır. Tezliklə bu yumurtalardan dinozavr balaları çıxır. Qəzəblənmiş ana dinozavr balalarını tapır və onları Sidlə birlikdə dinozavrların yaşadığı yeraltı dünyasına aparır. Onun dostları gecikmədən Sidi xilas etməyə yollanırlar...
Seləli
Seləli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Seləli kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycanın Seləli kəndindən gəlmiş ailələr salmışlar. Keçən əsrin əvvəllərində kəndin adı Siləli, Siləyli kimi də qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində silə içərisində dəri aşılanan ağac kötüyündən düzəlmiş novçaya deyilir. 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Seləli kəndində 48 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 238 nəfər (139 nəfəri kişilər, 99 nəfəri qadınlar) əhali yaşayırdı. Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli seləli tayfasına mənsub olmuşdur.
Semeni
Buz dövrü 3: Dinozavrların şəfəqi
Buz dövrü: Dinozavrların şəfəqi (ing. Ice Age: Dawn of the Dinosaurs) - 2009-cu ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Sid öz ailəsini qurmaq istəyir. O, yumurtaları tapır. Tezliklə bu yumurtalardan dinozavr balaları çıxır. Qəzəblənmiş ana dinozavr balalarını tapır və onları Sidlə birlikdə dinozavrların yaşadığı yeraltı dünyasına aparır. Onun dostları gecikmədən Sidi xilas etməyə yollanırlar...
Hacı Şəfi məscidi
Hacı Şəfi məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində yerləşən məscid. Məscid kəndin mərkəzində, “Karvansara” məhəlləsində yerləşən meydanın şimal tərəfində, üzü qibləyə inşa olunmuşdur. Yerli əhalinin dediyinə görə məscid kəndin mötəbər şəxsiyyətlərindən olan Hacı Şəfi tərəfindən inşa etdirildiyi üçün “Hacı Şəfi məscidi” adlanır. == Memarlıq quruluşu == Məscidin girişi cənub tərəfdəndir. Qadınlara və kişilərə aid olmaqla 2 qapısı vardır. Daxildən uzunu 17,4 metr, eni 10,7 metr (186 m²), hündürlüyü 4 metrdir. Binanın tavanı 4x2=8 dirəyin üstündə oturub. Şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə düzəldilib. == Kitabəsi == Məscid binasının bayır tərəfdən cənub divarının qərb tərəfində, təxminən 2 metr yüksəklikdə divara yaşıl rəngli başdaşı üzərində həkk edilmiş kitabə qoyulmuşdur. Kitabə güclü şəkildə aşındığı üçün mətnin tam oxunması mümkün olmamışdır.
Hər şeyi riktırlamaq
Hər şeyi riktırlamaq (ing. Total Rickall) – ABŞ elmi fantastika və qara komediya sitkomu "Rik və Morti"nin ikinci mövsümünün 4-cü, ümumilikdə isə 15-ci seriyası. Xuan Meza-Leonun rejissorluğu və Mayk Makmehenin ssenaristliyi ilə çəkilən seriya ilk öncə 16 avqust 2015-ci ildə Adult Swim vasitəsilə yayımlanmışdır. Seriya Rikin ailənin içində yaddaşla oynaya bilən kosmik parazitin məskunlaşdığını öyrənməsi ilə başlayır. Bu kosmik parazitlər insanların yaddaşına saxta xatirələr daxil edərək onlarla birgə yaşayır və çoxalırlar. Rik evi karantinaya alıb kimin parazit, kimin əsl olduğunu müəyyənləşdirməyə çalışır. == Məzmun == Smit ailəsi Cerrinin qardaşı Stiv ilə səhər yeməyi edir və Cerri elektron poçt vasitəsilə səyahət biletləri əldə etdiklərini deyir. Stiv bildirir ki, bu biletləri onlara ona burada bir il qalmasına icazə verdikləri üçün alıb. Bu zaman Rik otağa daxil olur və lazer tapançası ilə Stivin başından vurur. Bütün ailə dəhşətə düşür, lakin Stivin əsl olmadığı məlum olur.
Mirzə Şəfi Cahanşahi
Mirzə Şəfi Cahanşahi (tam adı: Mirzə Şəfi Mirzə Mehdi oğlu Cahanşahi, fars. حاجی میرزا سید مهدی مجتهد جهانشاهی‎; 1881 və ya 1882, Təbriz – 1953, İran) — İran hüquqşünası. Mirzə Şəfi Mirzə Mehdi oğlu 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra xüsusi müəllimlərin yanında təhsilini artırmışdı. Sonra fiqh, üsul, ərəb ədəbiyyatını və başqa dünyəvi elm və fənnləri öyrənmişdi.1924-cü ildə Cənubi Azərbaycanın hüquq və maliyyə idarələrində çalışmışdı. 1937-ci ildə Əliəkbər Davər ədliyyə sistemini yenidən təşkil edərkən Mirzə Şəfi Ali Məhkəmənin 8 aparıcı üzvündən biri idi. Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Şəfi Vazeh
Mirzə Şəfi Vazeh (azərb. میرزا شفیع واضح‎; 1794, Gəncə – 16 noyabr 1852 və ya 1852, Tiflis) — Azərbaycan şairi və mütəfəkkiri, xəttat, maarifçi və pedaqoq. Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirirdi. Vazeh "ifadəli, aydın" deməkdir. Tiflisdə Azərbaycan və fars dillərindən dərs demişdir. Rus pedaqoq İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatını və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" yazmışdı. Mirzə Şəfi çoxlu qəzəlllər, müxəmməslər, məsnəvilər, rübailər və s. yazmışdır. Onun şeirləri intim-lirik və satirik xarakteri daşıyırdı. Bundan başqa Vazeh poeziya tipli "Müdriklik dərnəyi"nin başında dayanırdı.
Mirzə Şəfi küçəsi
Mirzə Şəfi küçəsi (Bakı)
Məhəmməd-Şəfi Süleymanov
Məhəmməd-Şəfi Kamiloviç Süleymanov (16 dekabr 1999, Mahaçqala) — rusiyalı futbolçu, Krasnodar klubunun icarə əsasında İsrailin Hapoel Beer Sheva klubunda çıxış edən hücumçusu. 16 dekabr 1995-ci ildə Maxaçqala şəhərində anadan olub. Valideynləri Ağul rayonunun Çıraq kəndinin sakinləridir. O, Dargin mənşəlidir. 6 yaşında Mahaçqalada 2 nömrəli RSDYUSHOR-da məşqçiləri Semen Valyavsky, Mirzə Mirzəyev və Rüstəm İzbulatovla futbol oynamağa başladı. 2008-ci ildə Anapa şəhərində baş tutan "Spartak əfsanələri" turnirində Süleymanov 1996-cı il təvəllüdlü komanda üçün turnirin "ən texniki oyunçusu" seçildi. Mahaçqalada 2013-cü ilə qədər futbol oynadı. 2012-ci ildə Anji Mahaçqala FKnın Akademiyasında bir baxışdan keçirildi, amma qəbul edilmədi. 2013-cü ildə Krasnodar Akademiyasına keçdi. Rusiya Peşəkar Futbol Liqasında debütü "Krasnodar-2" üçün 12 mart 2017-ci ildə FC Anqust Nazran-a qarşı oyunda oldu.
Şəfi bəy Rüstəmbəyli
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini. Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir.
Şəfi bəy Rüstəmbəyov
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini. Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir.
Şəfi bəy Xocahanlı
Şəfi bəy Xocahanlı (1785-1847) — Qarabağ bəylərindən, Bərgüşad mahalının naibi. Şəfi bəy Fəttah bəy oğlu 1785-ci ildə Bərgüşad mahalının Xocahan kəndində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Öncə kəndlərinin kədxudası, sоnra Bərgüşad mahalının naibi оlmuşdu. Minbaşı rütbəsi daşıyırdı. Şəfi bəy mülkədar idi. Dоğma kəndlərində və başqa şenliklərdə tоrpağa yiyələnmişdi. Şəfi bəyin Əli bəy adlı оğlu vardı.
Şəfi xan Qacar
Şəfi xan Qacar (19 aprel 1853, Şuşa – 2 yanvar 1909, Sankt-Peterburq) — Qacarlar sülaləsinə mənsub şahzadə, general-mayor rütbəsinə sahib Rusiya imperiyası zabiti, Azərbaycan Xalq Cümhuriyyətinin generalı olmuş Feyzulla Mirzə Qacarın atası. Şəfi xan 1853-cü ilin 19 martında Şuşa şəhərində Bəhmən Mirzə Qacarın ikinci oğlu Cəlaləddin Mirzə Qacarla Novbahar xanımın ailəsində dünyaya gəlmişdir. İlk təhsilini ailədə almış və sonra Süvari Zabit Məktəbində təhsilini davam etdirmişdir. 1874-cü ilin 12 aprelində hərbi sahədə işləməyə başlayan Şəfi xan elə həmin ilin iyul ayının 7-də vəzifədə yüksəlmiş və İrəvan Qranadyor Polkunun ikinci komandanı olmuşdur. 1877-ci il 12 aprel-17 noyabr aralığında Rus-Türk müharibəsində iştirak etmişdir. Müharibə zamanı müxtəlif döyüşlərdə və toqquşmalarda vuruşmuşdur. Bunlara misal olaraq Ərdahanın bombalanmasını, Gelaverdi təpəliklərinin alınmasını, Ərdahanın ələ keçirilməsini, türklərin Qarsda və Melin-Keydə məğlub edilməsini, Qarsın şimalındak türklərlə toqquşmaları, Qərs-Ərəbin, Qaradağın və Muxlisin bombardman edilməsini, Qızılgüldəki toqquşmanı və Alacada döyüşünü göstərmək olar. O, həmçinin Böyük və Kiçik Yahnı döyüşlərində, Hacıvəli və Subatan kəndlərindəki döyüşlərdə, İnahtəpəsindəki süvari döyüşlərində də iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaətə görə 1877-ci ilin 1 avqustunda poruçik rütbəsinə yüksəldilmişdir. 1878-ci ilin iyul ayının 22-dən 1879-ci ilin 25 maya qədər Göytəpə döyüşündə iştirak etmişdir.
Hər şeyi bilmə
Hər şeyi bilmə (ing. Omniscience) — hər şeyi sonsuz olaraq bilmək və ya ən azından xarakter (o cümlədən düşüncələr), hisslər, həyat, kainat və s. haqqında bilinə bilən hər şeyi bilmək qabiliyyəti. Monoteizmdə hər şeyi bilmək ilahi atributlardan biri kimi Tanrıya aid edilir. Müqəddəs Kitabın Tanrını tez-tez digər adlar arasında "Mən Mənəm" kimi xatırlanır ki, bu da Onun hər yerdə mövcudluğunu və hər şeyə qadir olduğunu bildirir. Bu məfhum Quranda da yer alır ki, burada Allah Əl-Alim adlanır. Bu, "bilmək" mənasını verən "alema" felinin məsdər formasıdır. Hinduizmdə "hər şeyi bilən" (sanskr. सर्वग्य), "qüdrətli" və ya "hər şeyə qadir" (sanskr. सर्व समर्थ) və "hər yerdə olan" və ya "hər şeyi əhatə edən" (sanskr.