Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
"20 Yanvar Şəhidi" fəxri adı
20 Yanvar Şəhidi fəxri adı — 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün təsis edilmiş fəxri ad. == Məzmun == "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. "20 Yanvar şəhidi" fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar."20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir.
"20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 149 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
"Şəhidlər Xiyabanı" stansiyası
"Şəhidlər Xiyabanı" stansiyası — Bakı funikulyorundakı 2 stansiyadan biri; Dağüstü parka çıxır. == Tarixi == 1960-ci il mayın 5-də istifadəyə verilmişdir.
15 iyul Şəhidlər Körpüsü
Boğaziçi körpüsü və ya Bosfor körpüsü (türk. Boğaziçi Köprüsü, Boğaz Köprüsü; ing. Bosphorus bridge, First Bosphorus Bridge) — Bosfor boğazı üzərindən salınan ilk asma körpü. Körpü İstanbulun Avropa və Asiya hissələrini birləşdirir.Körpünün uzunluğu 1560 metr, əsas aşırımın uzunluğu 1074 metr, körpünün eni 33 metr, suyun üstündə dayaqların hündürlüyü 165 metr, yoldan ötən hissədən suyun səthinə qədər 64 metrdir.Hər gün körpüdən təxminən 600 000 sərnişin daşıyan 200 000-dən çox nəqliyyat vasitəsi keçir. Uzunluğuna görə körpü dünyada 13-cü yerdədir. Körpüdən geçiş pulludur, piyada keçişi isə qadağandır (körpüdən özünü atıb intihar etməyə cəhd göstərənlərin sayının çoxluğu üzündən). Osmanlı İmperatorluğu dövründən bəri boğazı körpü ilə keçmək fikri Boğaziçi körpüsünün inşasına qədər illər ərzində tez-tez gündəmə gəlmişdir. Cümhuriyyətin ilk illərində varlı bir iş adamı olan Nuri Demirağ körpü üçün fərdi layihələr hazırladı və 1931-ci ildə San Fransiskoda Qızıl Qapı körpüsünü inşa edən Bethlehem Polad Şirkəti üçün bir layihə çəkdi. Demirağın həyata keçirilməyən layihəsindən başqa, 1951-ci ildə bir alman şirkəti tərəfindən hazırlanan bir layihə də reallaşmadı. == Körpünün tikintisi == Dövlət 1953-cü ildə edilən bir araşdırmadan sonra körpünün inşasında maraqlı oldu.
20 Yanvar Şəhidi fəxri adı
20 Yanvar Şəhidi fəxri adı — 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün təsis edilmiş fəxri ad. == Məzmun == "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. "20 Yanvar şəhidi" fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar."20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir.
20 Yanvar Şəhidi fəxri adı alanların siyahısı
"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 149 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.
20 Yanvar şəhidlərinin siyahısı
Bu siyahı Qara Yanvar faciəsinin qurbanlarını ehtiva edir. Siyahıda 155 nəfər yer alır və onlardan 149 nəfərə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir. == Şəhidlərin siyahısı == == Biblioqrafiya == Черный январь. Баку — 1990: документы и материалы.- Баку: Азернешр, 1990.- 288 s. Rafiq Səməndər. Şəhidlər. Bakı: Gənclik, 1990.- 448 s. Qulu Kəngərli. Qara yanvar şəhidləri.- Bakı: Gənclik, 1992.- 312 s. 20 Yanvar faciəsi və rabitəçilər.- Bakı: Nurlan, 2003.-95 s.
Abbas Qasımov (20 Yanvar şəhidi)
Abbas Qasımov (tam adı: Abbas Şəmməd oğlu Qasımov; 10 iyun 1966, Balıqlı, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Abbas Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR, Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat etmişdir.1988-ci ilin aprelində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Köçmə zamanı evlərinin əşyaları yüklənmiş "Kamaz" maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, həmin maşında olan Abbas təsadüf nəticəsində sağ qalmışdır.Heç yerə işə düzələ bilmədiyindən müxtəlif yollarla günəmuzd çalışırdı (vaqon boşaltmaq, yük daşımaq, fəhləlik). 2 qardaşı, bir bacısı olmuşdur. Subay idi. == Qanlı Yanvar faciəsi == Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu[1] ilə evdən çıxmışdır. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar. Abbas yaralanmış, təxminən saat 3-də Respublika xəstəxanasına gətirilmişdir. O vaxt xəstəxananın işıqları söndürüldüyündən, üzərində cərrahiyyə əməliyyatı şam işığında aparılmışdır.
Abbas Qasımov (şəhid)
Akif Məhərrəmov (şəhid)
== Həyatı == Akif Məhərrəmov 6 yanvar, 1972-ci ildə Azərbaycanda anadan olub. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmət keçmək üçün Rusiyanın Kalininqrad şəhərinə gedir. O Rusiyada xidməti yarımçıq qoyaraq, Azərbaycana qayıdır. O zaman Rusiyada xidmət məcburi idi. Akif Məhərrəmov torpağlarımızın erməni tapdağlarından azad etmək üçün döyüşür. 16 iyul, 1994-cü ildə Tərtər istiqamətində qəhrəmancasına həlak olur. 22 yaşında müqəddəs zirvəyə ucalan Akif Məhərrəmov, ikinci fəxri xiyabanda dəfn olunub.
Akif Əliyev (şəhid)
Əliyev Akif (15 mart 1973 – 7 oktyabr 1992, Ağdərə, Ağdərə rayonu) – şəhid. == Həyatı == Əliyev Akif Yasim oğlu, 15 mart 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda doğulmuşdur. 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunmuşdur. 20 noyabr 1991-ci ildə Milli Orduya könüllü getmişdir. Sıravi əsgər 702-ci hərbi hissənin avtomatçısı idi. 07.10.1992-ci ildə Ağdərə rayonununda həlak olmuşdur. Bakı şəhərinin Bakıxanov qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. == Mənbə == Azərbaycan Respublikası Xatirə Kitabı, 3-cü cild, Bakı, 2003. səh.581.
Anar Nağıyev (şəhid)
Anar Sahib oğlu Nağıyev (30 oktyabr 1989; Gəncə, Azərbaycan SSR – 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Anar Nağıyev 1989-cu il oktyabrın 30-da Gəncə şəhərində anadan olub. 1996-2000-ci illərdə Samux rayonunda Alıuşağı kənd tam orta məktəbində, 2000-2007-ci illərdə isə Qazax rayonunda S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1-ci nigahdan bir qızı və bir oğlu, 2-ci nigahdan isə 25.01.2021-ci il təvəllüdlü Anara adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Anar Nağıyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Anar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nağıyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.
Anar Quliyev (şəhid)
Anar Quliyev — Azərbaycanlı şəhid. == Həyatı == Anar 1974-cü ildə Gədəbəy rayonunun Zamanlı kəndində anadan olmuşdur. 1991-ci ildə orta məktəbi fərqlənmə ilə bitirmişdir. 1993-cü il noyabrın 9-da Anar ordu sıralarına yola düşür. 23 mart 1993-cü ildə Çıldıran uğrunda ağır döyüşlər gedirdi. Erməni ordusu strateji mövqeyi əldən verməmək üçün əllərindən gələni edirdi. Azərbaycan ordusunun əsgərləri də qəhrəmanlıqla döyüşürdülər. Tədricən üstünlük ordumuzun tərəfinə keçirdi. Hücum da dönüş yaranmışdı. Anar və yoldaşları qələbənin tezliklə qazanılacağına əmin idilər.
Aqil İsmayılov (şəhid)
Aqil Ənvər oğlu İsmayılov (16 iyun 1968, Dəllər Cırdaxan, Şamxor rayonu – 1994, Gədəbəy) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ Müharibəsi şəhidi. == Həyatı == Aqil İsmayılov, 16 iyun 1968-ci ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1986-cı ildə orduya çağrılmış, Penza vilayətində hərbi qulluqda olmuşdur. Ordudan tərxis olunduqdan sonra yenicə təşəkkül tapmış Azərbaycan Milli Ordusu sıralarına yazılaraq vətənin müdafiəsinə yollanmışdır. 1994-cü il iyulun 4-də Gədəbəy rayonunun Qalakənd kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Evli idi. Bir qızı və bir oğlu var.Dəllər Cırdaxan kəndinin mərkəzi küçəsi onun adını daşıyır.
Arad şəhidləri
Arad şəhidləri (mac. Aradi vértanúk) — 1848–1849-cu illər Macarıstan inqilabı yatırıldıqdan sonra 6 oktyabr 1849-cu ildə Aradda edam edilən Macarıstan ordusunun 13 generalı. == Tarixi == Macarıstan inqilabı 1848-ci ildə başlamışdır. 1849-cu ilin yazında macar qoşunları Macarıstan krallığının bütün ərazisinə nəzarəti ələ keçirmiş, 14 apreldə dövlət məclisi Habsburq sülaləsini Macarıstan taxt-tacından məhrum edən və Macarıstanın müstəqilliyini elan edən fərman qəbul etmişdir. Layoş Koşut ölkənin dövlət başçısı elan edilmiş, lakin Rusiyanın müdaxiləsi ilə hər şeyi dəyişmişdir. 21 iyun 1849-cu ildə feldmarşal İvan Paskeviçin komandanlığı altında Rusiya ordusu Macarıstanın şərq rayonlarına soxulmuş, eyni zamanda Avstriyadan yeni hücum dalğaları başlamışdır. 10 – 11 avqust 1849-cu ildə Macarıstan hökuməti daha əvvəl diktator səlahiyyətlərini general Artur Görgeyə təhvil verərək istefa vermişdir. Koşut və yoldaşları Osmanlı imperiyasına köçmüşdür. 13 avqustda, Vilaqosda Görgey Macarıstan ordusunun təslim olduğunu elan etmiş və rus qoşunlarının mərhəmətinə təslim olmuşdur. 17 avqustda Arad, 26 avqustda Munkaç təslim edilmişdir.
Arzu Əliyev (şəhid)
Arzu Yaqub oğlu Əliyev (1963, Padar, Vartaşen rayonu – 15 dekabr 1990, Cəmilli) — Qarabağ müharibəsində Oğuz rayonunun ilk şəhidi. == Həyatı == Arzu Əliyev 1963-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olmuşdur. Padar kənd orta məktəbini bitirdikdən sonra Mərdəkan polis məktəbində təhsil almışdır. Padar kənd orta məktəbini bitirdikdən sonra Mərdəkandakı polis məktəbinə daxil olmuşdur. Burada təhsilini başa vurmuş, bir müddət Bakı və Sumqayıt şəhərlərinin polis şöbələrində çalışmışdır. Daha sonra Şəki şəhər milis şöbəsində işləməyə başlamışdır. == Hərbi xidməti == === Qarabağ müharibəsində iştirakı === 1990-cı ilin dekabrında Arzu Əliyev Şəki Daxili İşlər şöbəsindən Əsgəran rayonunun Cəmilli kəndinə göndərilmişdir. Yoldaşları ilə birgə bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Dekabrın 15-də Cəmilli kəndindən Şuşanın Kosalar kəndinə doğru hərəkət edərkən yolun İstisu deyilən ərazisində pusquda duran ermənilər onları qəfil atəşə tutmuş, cəsur el oğlumuzla birlikdə yeddi döyüş yoldaşı da şəhid olmuşdur. Onun döyüş yoldaşlarından biri əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov idi.
Asif Qəribov (şəhid)
Asif Səxavət oğlu Qəribov (10 sentyabr 2000, Əli-Bayramlı – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Qəribov 2000-ci ilin sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. 2008-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Subay idi. == Hərbi xidməti == Asif Qəribov 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan İkinci Qarabağ müharibəsində Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, 30 sentyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Qəribov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Asif Rüstəmov (şəhid)
Rüstəmov Asif Rüstəm oğlu (5 avqust 1956, Keştazlı, Ağdam rayonu – 10 sentyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Rüstəm oğlu Rüstəmov 1956-cı ilin avqust ayının 5-də Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açmışdır. Kənd orta məktəbini bitirdikdən sonra, Rusiya Federasiyasının Kirov vilayətinə əsgəri xidmətinə göndərilib. Hərbi xidmətini başa vurduqdan sonra, bir müddət rusiyada qalıb. 1980-ci ilin ortalarında Ağdama qayıdıb. Burada tikinti sahasində çalışıb və pəhləvan kimi də ad-san qazanıb. Qarabağ muharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yola düşüb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə iştirak edib. 1992-ci il sentyabr ayının 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və boya-başa çatdığı Keştazlı kəndində dəfn olunub. Üç övladı və dörd nəvəsi var.
Asif Rəhimov (şəhid)
Asif Rəhimov — 21 oktyabr 1974-cü ildə anadan olmuşdur. Asif Rəhimov Qarabağ müharibəsinin iştirakçısıdır. 20 aprel 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Həyatı == Asif Rəhimov 21 oktyabr 1974-cü ildə anadan olmuşdur. == Şəhidlik zirvəsi == Asif Rəhimov 7 noyabr 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Asif Rəhimov 1994-cü ilin 20 aprel tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunmuşdur. == Ailəsi == Subay idi.
Ayaz Quliyev (şəhid)
Ayaz Quliyev — 1 may 1967-ci ildə Azərbaycanın Şamaxı rayonunun, Cəyirli kəndində anadan olmuşdur. Ayaz Quliyev Qarabağ müharibəsinin iştirakçısıdır. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur. == Həyatı == Ayaz Quliyev 1 may 1967-ci ildə Azərbaycanın Şamaxı rayonunun, Cəyirli kəndində anadan olmuşdur. Hacıqabul rayonunda ailə həyatı qurmuşdur. Ayaz Quliyev Hacıqabulda tikinti idarəsində işləmişdir. == Şəhidlik zirvəsi == Ayaz Quliyev 15 iyul 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Ayaz Quliyev Ağdamın Qərvənd və Şelli kəndlərində döyüşlərdə iştirak etmişdir. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur Qobustan rayonunda dəfn olunmuşdur. == Ailəsi == Ailəli idi.
Azad Mirzəyev (şəhid)
Azad Mirzəyev (tam adı: Azad Əliheydər oğlu Mirzəyev; 22 yanvar 1961, Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 22 yanvar 1961-ci ildə Lənkəranda anadan olmuşdur. Xalq Təsərrüfatı İnstitutununu bitirmişdir. Nəsimi Rayon İctimai İaşə idarəsində fəhlə işləmişdir.Subay idi. == Qanlı Yanvar faciəsi == Yaşadığı evində eyvandan içəri keçərkən aldığı güllə yarasından yerindəcə həlak olmuşdur. Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, İnşaatçılar prospekti, ev 28a, mənzil 29. == Xatirəsi == Keçmiş Salyan kazarması yaxınlığında adına küçə var.
Azad Rzayev (şəhid)
Azər Əliyev (şəhid)
Azər Elnur oğlu Əliyev (21 mart 2001; Kürdşaban, Göyçay, Azərbaycan — 7 noyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Əliyev 21 mart 2002-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 2019-cu ildə orta məktəbi bitirən şəhid Azər Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olmuş, əsgərlik yaşına çatdığına görə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmışdı. == Hərbi xidmətləri == Azər Əliyev xidmət zamanı tankçı peşəsinə yiyələnmişdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Azər Əliyev Füzulinin azad edilməsində savaşıb. Azər Əliyev 30 sentyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Göyçayda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Şəhid Mədani Universiteti
Azərbaycan Şəhid Mədəni Universiteti (fars. دانشگاه شهید مدنی آذربایجان‎‎) - Şərqi Azərbaycan ostanının Təbriz şəhərində yerləşən universitet. 1987-ci ildə yaradılmış bu universitet daha çox sadəcə Azərbaycan Universiteti adlandırılır. Bakalavr və magistr dərəcələrində ümumilikdə 7500 nəfər tələbə təhsil alır. Universitetdə əsasən mühəndislik, təməl elm sahələri, ədəbiyyat və teologiya tədris edilir."Research Gate"nin son reytinq cədvəlində görə 1716,47 bal toplamışdır. == Tarixi == Bu universitet 1987-ci ildə Tehran Tərbiyət Müəllim Universitetinin Təbrizdəki filialı kimi yaradılmışdı. Bu Tehrandakı pedoqoji universitetin Təbrizdə filialını yaratmaqda məqsəd İran İslam Respublikasının təhsil siyasətinin lisey və texniki məktəblərə tədbiqinə yardım etmək olmuşdur. 1988-ci ildə universitet Təbriz Tərbiyət Müəllim Universiteti adı altında müstəqil universitet oldu. Bir müddət sonra universitetin adı Azərbaycan Tərbiyət Müəllim Universiteti olaraq dəyişdirildi. 2012-ci ildə İranın təhsil siyasətinin dəyişməsi nəticəsində universitetin təhsil təyinatı da dəyişdirildi və o, ümumi təhsil verən universitetə çevrildi.
Bayram Məmmədov (şəhid)
Məmmədov Bayram Məhəmməd oğlu (22 mart 1970, Minkənd, Laçın rayonu – 7 iyun 1992) — "Vətən uğrunda" medalı ilə təltif edilmiş döyüşçü. == Həyatı == 22 mart 1970-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulmuşdur. Minkənd orta məktəbini bitirmişdir. 1988–1990-cı illərdə əsgəri xidmətini Rusiya Federasiyasının Orenburq vilayətindəki qapalı hərbi hissədə keçmişdir. 20 fevral 1990-cı ildə Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olmuş, torpaqlarımız uğrunda mücadilə aparmışdır. 1992-ci il iyunun 7-də qəhrəmancasına həlak olmuşdur. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. == Təltifləri == Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamı ilə Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində və xidməti vəzifələrin yerinə yetirilməsində şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Məmmədov Bayram Məhəmməd oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Laçın rayonunun Minkənd kənd orta məktəbinə Bayram Məhəmməd oğlu Məmmədovun adı verilmişdir.
Şahi
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Şəhid
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. == İslam dinində şəhidlər == İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə).Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
ARB Şəki
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51,54 və 32-ci kanallardan ölkənin 70% -dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Ən yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Respublika telekanalları arasında ən güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları da məhz "Kanal-S"-dədir. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Abbas (Şəki)
Abbas (əvvəlki adı: Abbaskənd) — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Göynük kənd inzibati-ərazi vahidi tərkibindəki Abbaskənd kəndi Abbas kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim Abbas (Şəxs adı) və kənd topokomponentlərindən düzəlib, "Abbas adlı şəxsə məxsus yaşayış məntəqəsi" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 575 nəfər təşkil edir ki, onun da 286 nəfəri kişi, 289 nəfəri isə qadındır.
Aran (Şəki)
Aran — Azərbaycan Respublikasının Şəki rayonunun Şəki kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Aran kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 501 nəfər təşkil edir ki, onun da 242 nəfəri kişi, 259 nəfəri isə qadındır.
Baqqal (Şəki)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Cəfərabad (Şəki)
Cəfərabad — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib. Antropotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır. .
Cəyirli (Şəki)
Cəyirli — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Şəki yaylasındadır. Etnotoponimdir. == Əhalisi == Kəndin əhalisi 2046 nəfər təşkil edir ki, onun da 1039 nəfəri kişi, 1007 nəfəri isə qadındır. .
Daşbulaq (Şəki)
Daşbulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. == Təbiəti == Yayda sərin, Qışda mülayim iqlimə malikdir == Ərazisi == Yevlax-Zaqatala yolunun üzərində yerləşir. Daşüz kəndindən 6km məsafədədir. Sağ hissədən Kiçik Dəhnə Sol hissədən Qax rayonunun kəndləri ilə həm sərhəddir == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Daşüz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Qarabağdan çıxmış ailələrin Daşbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Kəndin əhalisi 469 nəfər təşkil edir ki, onun da 246 nəfəri kişi, 223 nəfəri isə qadındır. Kənddə bir modul tipli 9 illik məktəb var.
Göybulaq (Şəki)
Göybulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Göybulaq Şəki rayonunun Cəfərabad inzibati ərazi vahidində kənd. Sərcəli dağının ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağdan gəlmiş ailələrin Göybulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kənd adını ərazidəki eyniadlı bulaqdan almışdır. Göybulaq adlı bulaqlar Tovuz və Balakən rayonlarında da qeydə alınmışdır. == Əhalisi == Kəndin əhalisi 730 nəfər təşkil edir ki, onun da 349 nəfəri kişi, 381 nəfəri isə qadındır.
Kiş (Şəki)
Kiş — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd.Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır. Erkən orta əsrlərdə Albaniyada (indiki İsmayıllı və Xocavənd rayonları ərazisində) Kiş adlı başqa obyektlər də qeydə alınmışdır.
Kosalı (Şəki)
Kosalı — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Kosalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Köhnə Şəki
1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür. 1968-ci ildən isə Nuxa şəhəri rəsmən Şəki adlanmaqdadır.
Küdürlü (Şəki)
Küdürlü — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim Azərbaycan dilinin dialektlərində işlənən kudur/kudru/kudri (quru iqlimli yer, su çıxmayan ərazi) sözündən və -lu şəkilçisindən düzəlib, ərazinin coğrafi movqeyini təyin edir. == Əhalisi == Kəndin əhalisi 472 nəfər təşkil edir ki, onun da 235 nəfəri kişi, 237 nəfəri isə qadındır.
Mohand Şəhri
Mohand Məhəmməd Fayiz əl-Şəhri (ərəb. مهند الشهري‎; 7 may 1979 və ya 17 avqust 1979, Əsir bölgəsi[d] – 11 sentyabr 2001, Nyu-York, Nyu-York ştatı) ― 11 sentyabr terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş hava quldurlarından biri. Soyadının eyni olmasına baxmayaraq, o, Amerika Hava Yolları reys 11-i qaçırqn Vail əl-Şəhri və ya Valid əl-Şəhri ilə qohum deyildi. Səudiyyə Ərəbistanı vətəndaşı olan əl-Şəhri pis göstəricilərinə görə oxuduğu məktəbdən qovulmuşdur. Daha sonra 2000-ci ildə döyüşmək üçün Çeçenistana yollandı, lakin böyük ehtimalla Əfqanıstandakı Əl-Qaidə təlim düşərgələrinə yönəldildi. 2000-ci il oktyabr ayında ABŞ tələbə vizasını aldı. Şəhri ABŞ-yə 2001-ci ilin mayında gəldi. 11 sentyabr 2001-ci ildə Şəhri Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin Dünya Ticarət Mərkəzinin Cənubi Qülləsi ilə toqquşması üçün onu qaçırtmağa kömək etdi. == Həyatı == 1979-cu il təvəllüdlü Şəhri Səudiyyə Ərəbistanının Əsir vilayətindən gələn beş hava quldurlarından biri idi, digərləri Əhməd əl-Nami, Əbdüləziz əl-Öməri və Mohand ilə qohumluq əlaqəsi olmayan Valid və Vail əl-Şəhri qardaşları idi. "Arab News"un verdiyi məlumata görə, 2000-ci ilin əvvəllərində Çeçenistana döyüşməyə getdi və ola bilsin ki, orada Həmzə əl-Qəmdi ilə tanış oldu.
Məhi Vəliyev
Məhi Cümü oğlu Vəliyev (1927, Aşağı Yağlıvənd, Qaryagin qəzası – 11 yanvar 2009, Aşağı Yağlıvənd, Füzuli rayonu) — Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenli zəhmət adamı. == Həyatı == Məhi Cümü оğlu 1927-ci ildə Aşağı Yağləvənd kəndində anadan olmuşdu. Böyük Bəhmənli kənd məktəbində natamam təhsil almışdı. Kоlxоzda işləmişdi. Kоlxоz idarə heyətinin göndərişi ilə rayоnlararası kənd təsərrüfatı kursunda оxumuşdu. 1944-cü ildə kursu tamamladıqdan sоnra, 1950-ci ilədək kоlxоzda mal və qоyun təsərrüfatı briqadiri vəzifəsində çalışmışdı. 1950-ci ildən 1953-cü ilə kimi Bakının keçmiş Lenin rayоnunda neft buruqlarında işləmişdi. 1953-cü ilin sоnunda dоğma kəndi Aşağı Yağləvəndə qayıdıb və 1980-ci ilədək pambıqçılıq təsərrüfatında sahə briqadiri vəzifəsində çalmışdı. İşləməklə yanaşı qiyabi Gəncə Kənd Təsərrüfatı Texnikumunun aqrоnоmluq şöbəsini bitirmişdi. 1980-ci ildən 1998-ci ilin sоnunadək kolxozun üzümçülük sahəsində briqadir işləmişdi.
Qaradağlı (Şəki)
Qaradağlı — Azərbaycan Respublikasının Şəki rayonunun Qudula kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır. == Tarixi == XX əsrin 60-cı illərindən başlayaraq Əyriçayın üzərində suanbarı quruldu. Qaradağlı kəndində 10-dan artıq yaşayış evləri, orta məktəb və s obyektlər su anbarının altında qaldı.
Qaratorpaq (Şəki)
Qaratorpaq — Azərbaycan Respublikasının Şəki rayonunun Bolludərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Qaratorpaq qəsəbəsi Qaratorpaq kəndi hesab edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == Kəndin əhalisi 446 nəfər təşkil edir ki, onun da 236 nəfəri kişi, 210 nəfəri isə qadındır.
Qayabaşı (Şəki)
Qayabaşı — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == Kəndin əhalisi 1428 nəfər təşkil edir ki, onun da 704 nəfəri kişi, 724 nəfəri isə qadındır.
Qırxbulaq (Şəki)
Qırxbulaq (əvvəlki adı: Vayvay) — Azərbaycan Respublikasının Şəki rayonunun Orta Zəyzid kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Orta Zəyzit kənd inzibati-ərazi vahidi tərkibindəki Vayvay kəndi Qırxbulaq kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Qırbulaq olmuş, bir müddət Vayvay adlandırılmış, sonra tarixi adı bərpa olunmuşdur. == Tarixi == Bu kəndin tarixi Şəki şəhərinin tarixi kimi qədimdir. Kənddə eramızdan əvvəlki əsrlərdə ilk yaşayış məskənləri salınmışdır. Erkən orta əsrlərə (4-5 əsrlər) aid olan və hazırda zədələnmiş halda qalan Qədim Alban məbədi və onun ətrafında tapılan qəbir abidələri Qırxbulaq kəndində qədim alban tayfalarının yaşadıqlarını sübut edir. Tikinti və şum zamanı müxtəlif qəbirlərin tapılması, sel daşqınları nəticəsində torpağın yuyulması ilə üst-üstə (3 qəbir) qəbirlərin üzə çıxması kəndin ərazisində qədim insan məskənlərindən xəbər verir. Kəndin üç tərəfdən uca dağlarla əhatəyə alınması qədim insanlar üçün əlverişli yaşayış məskəninə çevrilmişdir. Sel daşqınları nəticəsində yaranan yarğanların birindən tapılmış saxsı küpün içərisindəki çoxsaylı sasani pulları kəndin Sasani dövlətinin ticarət mərkəzlərindən biri olduğunu təsdiqləyir. Tapılmış qəbir abidələri həm İslamdan əvvəlki, həm də islamdan sonrakı dövrlərə aiddir.
Sara Şahi
Sara Şahi (ing. Sarah Shahi; 10 yanvar 1980, Euless[d], Texas) — ABŞ aktrisası. == Həyatı == Sara Şahi 1980-ci ildə ABŞ-nin Texas ştatının Oles şəhərində iranlı Abbas Şahi və ispan əsilli Maxmonirin ailəsində anadan olub. O, İranda Qacarlar sülaləsinin ikinci şahı Fətəli şahın nəbibəsidir (törəməsidir). Fətəli şah 1797-ci ildən 1834-cü ilə qədər hakimiyyətdə olub. Qacar sülaləsinin əsasını qoyan Ağa Muhammədin xələfidir. Onun əsl adı Aahoo, fars dilində tərcümədə “Ahu” deməkdir. Valideynləri boşananda onun 10 yaşı olub. Yuxarı siniflərdə Triniti məktəbində sonra isə Dallas Universitetində oxuyub. Sara gözəllik kraliçası kimi karyerasına hələ yeniyetmə yaşlarında başlayıb.
Sarıca (Şəki)
Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Sarıca qəsəbəsi Sarıca kəndi hesab edilmişdir. == Tarixi == Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlicançay keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsi ilə təmin olunur. == Əhalisi == Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əhalisi kənd təsərrüfatının əkinçilik və maldarlıq sahəsi ilə məşğul olur.
Sidi-Şəmi
Sidi-Şəmi (ərəb. سيدي الشحمي‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətinin ərazisində şəhər. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin cənub-şərqindədir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 97 metrdir.Sidi-Şəmi ölkənin paytaxtı Əlcəzairdən təxminən 342 kilometr qərb-cənub-qərbdəyerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin sayı 104,498 nəfər idi.
Turan (Şəki)
Turan (əvvəlki adı: Orconikidze) — Azərbaycan Respublikasının Şəki rayonunun Turan qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Orconikidze qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Orconikidze şəhər tipli qəsəbə Turan şəhər tipli qəsəbə, Orconikidze qəsəbə inzibati-ərazi vahidi Turan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Əhalisi == Qəsəbənin əhalisi 2,150 nəfərdir == Din == Qəsəbədə Turan qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
Səhm
Səhm — öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. == Növləri == Səhmin iki növü vardır: Adi səhm İmtiyazlı səhmAdi səhm — sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. İmtiyazlı səhm — sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir. == Buraxılma halları == Səhmlər aşağıdakı hallarda buraxılır: Səhmdar cəmiyyətlə yaradıldıqda Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı Nizamnamə kapitalının artırılması zamanı == Xüsusiyyətləri == Səhmlərin bir neçə xüsusiyyəti var: Səhm — mülkiyyət tituludur Səhmin "mövcudluğu" müddəti yoxdur Səhmlərə bilinməzlik xasdır Səhmlərə məhdud məsuliyyət xasdır Səhmlər bölünə və birləşə bilərlər == İstinadlar == == Xarici keçidlər == Səhm nədir və necə alınır?
Şahı
Şahi—Azərbaycan Səfəvilər dövlətinin gümüş sikkəsi. == Tarixi == Səfəvilər dövlətinin yaranması Azərbaycanın qədim torpaqlarının bir bayraq altında birləşməsi demək idi. Bu gün numizmatika elminə məlum olan ilk Səfəvi sikkəsi I İsmayılın adından 1501-ci ildə zərb edilmişdi. 1510-cu ildə Şah İsmayılın özbək Seybani xanın üzərindəki qələbəsindən sonra, Xorasan da Səfəvilər sərhədlərinə qatılmış və burada da 12 İmamın və İsmayılın adından sikkələr zərb edilmişdi. Onun adından zərb olunan sikkələrin cəmi 5 ədədi təyin edilmişdi. Bunlar Astaradan və Çaykənddən aşkar edilmiş dəfinədən təyin edilmiş orta çəkiləri 1:2:4:8:16 nisbətində, yəni kvadrat nisbətində olaraq 18,71:9,37,4,68:2,34:1,02 qr. olmuşdu. Bu sikkələr şahı adlanır və 2 misqal çəkidə yəni 9,36 qr, və ya 48 noxud çəkisində olurdu. Dəyişildikdə 50 ədəd 2 misqala bərabər mis fulusa dəyişdirilirdi. Bundan başqa, 1 misqal çəkili 4,68 qramda yarımşahı – (24 noxud), dörddə bir – şahı – 2,34 qr, səkkizdə bir – şahı – 1,77 qr.
Seci
Seci− (ərəbcə: سجع), ədəbi terminlərdən biridir və nəsrdə qafiyələri ifadə etmək üçün istifadə olunur == Mahiyyəti == Seci ərəb poeziyasının ən qədim forması hesab olunur. Seci istifadə etməklə əldə edilən ritmik diskurslar poeziyanın inkişafına imkan verirdi. Seci sənəti ərəb satirasının inkişafında mühüm mərhələ hesab olunur. Seciler cahiliyyət dövründə uzun müddət poeziya olaraq görülmüşdür. == Kahin Secileri == İslamdan əvvəlki ərəb kahinləri insanları heyran etmək üçün seci-li sözlər deyirdilər: “And olsun parlaq aya! And olsun parlayan ulduza! Yağış gətirən buludlara and olsun! Səmadakı quşlara and olsun! Səyyahın yolunu tapdığı işarəyə and olsun... …Biri Necd’e, digəri isə Gavr’a getdi!
Sehr
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.Fövqəlbəşər gücləri istifadə ilə təbii prosesə müdaxilə edilməsi, təbiət qanunlarına zidd nəticələr əldə etmək üçün bəzi gizli və sirrli əməliyyatlar edilməsidir.
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. == Şeh nöqtəsi == Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.
Adi səhm
Adi səhm — səhmdar cəmiyyəti tərəfindən buraxılmış qiymətli kağız səhmdar cəmiyyətinin nizamnamə kapitalında paya mülkiyyət hüququnu təsdiq edir, cəmiyyətin idarə edilməsində iştirak etmək, ləğv edildikdə əmlakın bir hissəsini almaq hüququ verir. Cəmiyyət, habelə Səhmdarlar Yığıncağının və Direktorlar Şurasının (Müşahidə Şurasının) müvafiq qərarları qəbul edildikdə, sabit olmayan dividendlər şəklində mənfəətin bir hissəsini almaq. Bundan əlavə, mövcud milli qanunvericiliklə dividendlərin ödənilməsinə məhdudiyyətlər qoyula bilər. Beləliklə, məsələn, Rusiyada maliyyə hesabatlarında müəssisənin hesabat dövrü üçün xalis mənfəəti göstərilmədikdə və ya məhkəmə qərarları olduqda (beynəlxalq arbitraj məhkəmələri də daxil olmaqla) dividendlərin ödənilməsi qadağandır. Dividendlər imtiyazlı səhmlərin sahiblərinə faizlər ödənildikdən sonra mənfəətin qalan hissəsindən ödənilir. Adi səhmlərin sahibləri, bir qayda olaraq, səhmdarların ümumi yığıncağında səs vermək hüququna malikdirlər. Adi səhmlər üzrə dividendlərə zəmanət verilmir. Adi səhmlər fond birjasında və ya birjadan kənar satılır. Rusiyada adi səhmlərin mübadilə dəyəri çox vaxt imtiyazlı səhmlərin dəyərindən yüksək olur.
Alovun səsi
Alovun səsi (ing. Voice of Fire) - Abstrakt ekspressionist və Rəngli Sahə rəssamlığının görkəmli nümayəndəsi amerikan rəssam Barnett Nyumanın məşhur əsərlərindən biri.
Amerikanın Səsi
Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir." == Tarixi == Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir. == Azərbaycanca == Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır. Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır.
Arazın səsi
Arazın səsi (qəzet) — Culfa Rayon İcra Hakimiyyətinin orqanı. == Tarixi == 1935-ci ildən nəşr edilir. Müxtəlif illərdə (“Bolşevik yolu” 1935), "Zərbəçi heyvandar" (1936-1950), "Sovet Culfası" (1951-59), "Zəfər" (1959-91) adları ilə buraxılmışdır. 1991-ci ildən Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra qəzet “Arazın səsi” adı ilə nəşrə başlamışdır. Qəzet Naxçıvan Muxtar Respublikasının, o cümlədən Culfa rayonunun sosial-iqtisadi,siyasi və mədəni həyatını işıqlandırır; Azərbaycanda və dünyada baş verən mühüm hadisələr haqqında xəbərlər, ədəbi-bədii yazılar da dərc edir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 28.
Hironao Seki
Hironao Seki (関博直, Seki Hironao, 17 noyabr 1852, Toyama – 22 yanvar 1939) – "Hakuhodo" reklam agentliyinin qurucusu. == Həyatı == Hironao Seki 1852-ci ildə Yaponiyanın Toyama prefekturasının ərazisində doğulmuşdur. Seki yerli hökumət işçisi kimi işləmişdir. ABŞ-də reklam agentliyi biznesi ilə məşğul olan bir dostunun tövsiyəsi ilə 1895-ci ildə öz reklam agentliyini qurmuşdur. O, əvvəlcə təhsilə həsr olunmuş qəzetlərdə reklamlar yerləşdirməyə başlamışdır. Daha sonra isə bütün növ nəşrlərdə reklamlar yerləşdirməyə keçmişdir.Sekinin yaratdığı "Hakuhodo" reklam agentliyi Yaponiyanın ikinci ən böyük reklam agentliyinə çevrilmişdir. Seki Meyci dövrünə aid qəzet və jurnal kolleksiyasını Tokio Universitetinə bağışlamışdır. == Ailəsi == Hironaonun oğlu Hiromasa Seki 1931-ci ildə şirkətə qoşulmuş, 1945-ci ildə şirkətin vitse-prezidenti olmuşdur. O, 2002-ci ildə ölmüşdür. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Həkim səhvi
Həkim səhvi — həkimin və ya hər hansı digər tibb işçisinin peşə fəaliyyəti zamanı bilmədən səhv etməsi. Səhlənkarlıq buna aid deyil. == Hüquqi tərəfi == Qanunda "Həkim səhvi" termini yoxdur, buna görə də vəkillər, ümumiyyətlə, bundan istifadə etmirlər. Əsasən, tibbi ədəbiyyatda yayılmışdır, lakin hətta burada bu terminin ümumi qəbul edilmiş konsepsiyası yoxdur. == Təsir == Qlobal olaraq, 2013-cü ildə tibbi müalicənin mənfi təsirlərindən 142.000 insanın öldüyü təxmin edilir, 1990-cı ildə bu rəqəm 94.000 idi. 2000 Tibb İnstitutunun hesabatında tibbi səhvlər nəticəsində 44.000 ilə 98.000 arasında ölüm və ABŞ xəstəxanalarında hər il 1.000.000-dan artıq yaralanma təxmin edildi. İngiltərədə 2000-ci ildə edilən bir araşdırma hər il təxminən 2 milyard funt sterlinqə başa gələn 850.000 tibbi səhvin meydana gəldiyini aşkar etdi. 2002-ci il Səhiyyə Tədqiqatları və Keyfiyyət Agentliyi hesabatına görə, dərman səhvlərindən hər il təxminən 7000 insanın öldüyü təxmin edilmişdi. Tibbi səhvlər dünyada 10 xəstədən birinə təsir göstərir. Digər hesablamada isə hər il 180.000 insanın yatrogen zədə nəticəsində öldüyü bildirilir.
II Seti
II Seti (e. ə. XIII əsr – ən geci e.ə. 1193) — Misir fironu.
I Seti
I Seti (təq. e.ə. 1323 – təq. e.ə.