Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bayram Şəmmədov
Bayram Şəmmədov (d. 20 mart 1996) — Azərbaycanlı uşu sandaçı. 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Bayram Şəmmədov 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Bayram Şəmmədov, 1/4 final mərhələsində İordaniya idmançısı Yazeed Həsənain üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə Türkiyə idmançısı Əli Ay üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Foroud Zəfəriyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. == İstinadlar == == Xarici keçidlər == "Həbib Nurməhəmmədovun tələbəsini nokauta salan azərbaycanlı KİMDİR? – FOTOLAR/VİDEO". KONKRET.az (az.). 2022-04-07.
Şəmmədli
Şəmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Şəmmədli Goranboy rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Məmməd
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Kosa Məmməd
Kosaməmməd, Kənizək, Batikyan, Aşağı Qanzak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-şərqdə Kəvər çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Aşağı Qanzak olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Kənizək formasında qeyd edilmişdir. Toponim ləqəb bildirən kosa sözü ilə Məmməd şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur. == Əhalisi == 1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır.
Məmməd Xeyirov
Məmməd Bəy oğlu Xeyirov (1925, Susayqışlaq kəndi, Xaçmaz rayonu, Azərbaycan SSR – 2008, Bakı şəhəri, Azərbaycan) — görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru (1975), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) müxbir üzvü. Məmməd Xeyirov 1925-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini fizika ixtisası üzrə bitirmişdir. 1964-cü ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1975-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. O, 1941–1944-cü illərdə Xaçmaz rayon orta məktəbində fizika və riyaziyyat fənlərindən dərs demişdir. 1949–1951-ci illərdə Azərbaycan Dövlət Universietinin Rentgen-struktur analiz laboratoriyasında laborant, baş laborant və laboratoriya müdiri vəzifələrində işləmişdir. 1951–1957-ci illərdə Bakı Rabitə Elektrotexnikumunda fizika və riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. M.Xeyirov elmi fəaliyyətə 1957-ci ildə Azərbaycan Dövlət Neftçıxarma İnstitutunda böyük mühəndis vəzifəsində başlamışdır. Görkəmli alim, bu institutun Litologiya laboratoriyasının nəzdindəki Süxurların fiziki üsullarla tədqiqi bölməsində axtarış-kəşfiyyat quyularından kern nümunələrinin rentgen quruluş təhlili ilə tədqiqatlar aparmışdır. Həmçinin o, "Azəbaycan neft təsərrüfatı" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Məmməd Xəlilov
Məmməd Rza oğlu Xəlilov (9 sentyabr 1917, Yelizavetpol – 9 oktyabr 1976, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1965–1976), Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı, Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru. Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir. 1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir. 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur. Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir. O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur. Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat etmişdir.
Məmməd Xələfov
Məmməd Süleyman oğlu Xələfov (20 oktyabr 1922, Dördçinar, Qaryagin rayonu – 12 aprel 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın əməkdar hüquqşünası. Məmməd Xələfov 1922-ci ilin 20 oktyabrında Füzuli rayonunun Dördçinar kəndində dünyaya gəlib. Atası dövrün bəylərindən Hacı Süleyman repressiya qurbanı olub. Gəncədəki 20 nömrəli dəmir yolu məktəbini qızıl medalla bitirdi, amma universitetə qəbul olunub ali təhsilini davam etdirmək ona dərhal müyəssər olmadı. Gənc Məmməd Xələfovu 1940-cı ildə ordu sıralarına çağırdılar. Hərbi xidmətdə olduğu vaxtda isə XX əsrin ən böyük fəlakətlərindən biri — İkinci Dünya müharibəsi başlandı. Məmməd Xələfov onda cəbhənin ən ağır bölgəsində — Stalinqradda döyüşürdü. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb hərbi hospitalda yerləşdirildi. Sol qolundakı dərin çapıq ömrünün sonuna qədər o dəhşətli illərdən xəbər verirdi. Sağaldıqdan sonra Gəncəyə qayıtdı, şəhərdəki 28 nömrəli məktəbə hərbi rəhbər təyin olundu.
Məmməd Yaqubov
Məmməd Haqverdi oğlu Yaqubov (2 fevral 1941, Culfa rayonu, Milax)— azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor. Məmməd Haqverdi oğlu Yaqubov 1941-ci il fevralın 2-də Culfa rayonunun Milax kəndində anadan olub. 1957-ci ildə Naxçıvan şəhər 1 nömrəli orta məktəbi bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1965-ci ildən BDU-da çalışır. 1966-cı ildə «Bir sinif inteqro-diferensial tənliklərin həllərinin davamı və dayanıqlığı haqqında» mövzusunda fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə isə «Paylanmış parametrli sistemlərdə optimal sürüşgən rejimlər və optimallıq üçün zəruri şərtlər» mövzusunda fizika-riyaziyyat elmləri doktoru dissertasiyasını müdafiə etmişdir. Məmməd Yaqubov 1996-cı ildən indiyədək BDU-nun mexanika-riyaziyyat fakültəsinin idarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiridir. 100-dən artıq elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib.
Məmməd Zamanlı
Məmməd Çıraqov
Məmməd İsa oğlu Çıraqov (21 iyun 1938, Qoçulu, Lüksemburq rayonu – 15 fevral 2022) — Geologiya-mineralogiya elmlər doktoru, BDU Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, professor. 21 iyun 1938-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. 8 illik məktəbi Qoçuluda, orta məktəbi Arıxlıda bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1962 ci ildə kristalloqrafiya ixtisası üzrə Universiteti bitirmişdi. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda Xudu Məmmədovun rəhbərlik etdiyi kristallokimya laboriyasında işə başlayır. 1965-ci ildə aspiranturaya qəbul olmuş, SSRİ Elmlər Akademiyasının Sibir Şöbəsinin Qeyri-üzvi Kimya İnstitutuna göndərilmişdir. 1969-cu ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə etmişdir. Geologiya-Mineralogiya sahəsi üzrə elmi dərəcə almışdır. 1969 cu ildə Bakıya qayıdıb EA-nın Qeyri-üzvi və Fizika-Kimya İnsitutunda işə başlayıb. SSRİ EA Sibir şöbəsində aspiranturanı bitirib.
Məmməd İbrahim
Məmməd İbrahim (24 noyabr 1966, Yevlax) — azərbaycanlı ictimai-siyasi fəal; sabiq siyasi məhbus; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, AXCP Rəyasət heyətinin üzvü. Məmməd İbrahim 1966-cı il noyabrın 24-də Yevlax şəhərində anadan olub. O, 1983-cü ildə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı orta məktəbi bitirmişdir. Elə həmin il Bakı Maliyyə-Kredit texnikumuna daxil olub. 1985-1987-ci ildə Sovet Ordusu sıralarında Krosnayarsk diyarının Kansk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Maliyyə-İqtisad Kollecini bitirib. 1989-cu ildə Yevlax şəhər İctimai İaşə Birliyində təftişçi vəzifəsində çalışmışdır. Sovet İttifaqı dağıldıqdan sonra rəsmi iş yeri yoxdur. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin (indiki AXCP) üzvü olan Məmməd İbrahim, 2012-ci ildən AXCP sədrinin müşaviri, 2015-ci ildən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvüdür. 2015-ci il sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 221-ci maddəsilə (xuliqanlıq) cinayət işi başlanıldı və şübhəli şəxs qismində saxlanıldı.
Məmməd İbrahimov
Məmməd Hüseyn oğlu İbrahimov (12 iyun 1946, Naxçıvan) — Gəncə şəhərinin baş memarı (29.04.2011) Ondan sonra baş memar Allahverdi Əliyev olmuşdur. Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilmişdir.
Məmməd İrəvanlı
Məmməd (İrəvanlı) Cəfərov - aşıq Məmməd (İrəvanlı) Cəfərov 1894-cü ildə İrəvan quberniyasında Keşişkənddə anadan olmuşdur. O, öz tərcümeyi-halında yazır: “1904-10-cu illərdə muzdurluqla yaşamışam. 1910-1914-cü illərdə Ukraynanın Tuva vilayətində su kəməri tunelində işləmişəm... 1914-1917-ci illərdə Bakıda Musa Nağıyevin neft buruqlarında fəhlə işləmişəm... 1917-1920-ci illərdə erməni-Azərbaycan savaşında Bakıdan İrəvana getdim. Orada da yaşamaq mümkün olmadı. 1920-1926-cı illərdə Gədəbəy mahalında yaşamışam...” Didərginlik həyatı yaşadığı bu illərdə aşıq Məmməd Cəfərov dərdini saza söyləmiş, onunla həmdərd olmuş, yaşayış yerini dəyişmiş, Ağdamın Qərvənd kəndində məskunlaşaraq həm təsərrüfatla məşğul olmuş, həm də aşıq sənətini özünə peşə seçmiş, el şənliklərində çalıb-oxumuşdur. Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Məmməd İsgəndərov
İsgəndərov Məmməd Əbdül oğlu (4 (17) dekabr 1915, Eyvazlı, Zəngəzur qəzası – 28 may 1985, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Nazirlər Sovetinin 6-cı sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi. Məmməd İsgəndərov 1915-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. Ailədə beş qardaş olublar: Süleyman, Kərim, Səlim, Xanlar və Məmməd. 1919-cu ildə ermənilər kəndə hücum edəndə Süleyman erməni gülləsinə tuş gəlib. M. İsgəndərov 1929-cu ildə Bakıya gələrək Sabir adına Pedaqoji məktəbə daxil olub və Xanlıq kənd orta məktəbində bir müddət dərs dedikdən sonra 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunda mühəndis-geoloq ixtisasına yiyələnərək, neft mədənlərinin birində işə düzəlib. 1953-cü ildə Bakı ŞPK-nın 1-ci katibi seçilib. 1959-cu ildə Nazirlər Sovetinin sədri təyin olunub. 1961-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. İki çağırış (1961–1969-cu illər) ali qanunverici orqana başçılıq edib. O həm də elm sahəsində böyük nailliyətlər qazanıb.
Məmməd İskəndərov
Məmməd Salman oğlu İskəndərov (30 dekabr 1908, Urud, Zəngəzur qəzası – 20 may 1965, Bakı) — tarixçi, tarix elmləri namizədi, ictimai xadim, Ümumittifaq Kommunist (bolşevik) Parityasının Mərkəzi Komitəsi yanında Marksizm – Leninizm İnstitunun Azərbaycan filialının direktoru, Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun direktoru. Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İskəndərov 1909-cu il 30 dekabr tarixində anadan olub. 1947-ci ildə ekstern yolu ilə V.M.Molotov adına İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1947–1950-ci illərdə o, ÜK (b)P MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasına daxil olmuş və orada "S.M.Kirov Azərbaycan bolşeviklərin rəhbəri kimi (1920–1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1965-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. M.S.İskəndərov 1937-1941-ci illərdə Vedi rayon partiya komitəsinin birinci katibi, Kommunist (bolşevik) Partiyasının Mərkəzi komitəsinin sənaye şöbəsinin müdiri, 1941-ci ilin mart ayında Ermənistan K(b)P MK-nin katibi seçilmiş və 1943-cü ilə kimi bu vəzifədə işləmişdi. 1946-cı il 10 fevral tarixində 2-ci çağırışdan SSRİ Ali Sovetinin deputatı seçilib. 1943-1947-ci illərdə Ermənistan K(b)P MK katibinin müavini və MK-nin şöbə müdiri vəzifələrində çalışmışdır. 1950-ci ildə M.S.İskəndərov Azərbaycana göndərilmiş və həmin ilin sentyabr ayında Azərbaycan K(b)P MK bürosunun qərarı ilə, ÜK (b) P MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının direktor müavini, 1951-ci ilin aprelin 19-dan isə institutun direktoru təyin edilmişdir (1951–1952). O, 1951-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunun "Marsizm-leninizm" kafedrasının müdiri vəzifəsində işləmiş, eyni zamanda Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutuna rəhbərlik etmişdir.
Məmməd İsmayıl
İsmayıl Mürşüd oğlu Məmməd (1 noyabr 1939, Əsrik Cırdaxan, Tovuz rayonu) — Azərbaycan şairi. M. İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlmişdir. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini,2013-cü ildə Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor ünvanı almışdır. 1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə "C. Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983–1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988–1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır. 1989–1993-cü illərdə Xalq hərəkatında iştirak etmiş və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərmişdir. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışmışdır. 1995–1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərmişdir. 1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğuldur. 14 yaşından bədii yaradıcılıqla məşğuldur.
Məmməd Şeyxzamanov
Məmmədrza Şeyxzamanov (4 avqust 1915, Yelizavetpol – 25 yanvar 1984, Bakı) — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1974). Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918–20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər.
Məmməd Şirzad
Şirzadov Məmməd Firudin oğlu— (d.23 may 1946, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi) - rəssam-boyakar. 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür. 1968-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. 1990-cı ildə Saratov Dövlət Unversitetini bitirmişdir. 1995-ci ildən Türkiyədə yaşayır, Afyon Universitetinin incəsənət fakültəsində çalışır. Naxçıvanda, Bakıda, Tiflisdə, Moskvada, Almaniyada, Finlandiyada, Türkiyənin İstanbul, Ankara, İzmir, Trabzon şəhərlərində fərdi yaradıcılıq sərgiləri açılmışdır. Məmməd Şirzadın yaradıcılığında portret, peyzaj janrları xüsusi yer tutur. Rəssamın qədim Naxçıvan torpağı ilə bağlı silsilə tabloları var. Türkiyə etüdləri də xüsusi diqqət çəkir.
Məmməd Əfəndiyev
Məmməd Əfəndiyev — professor, APİ Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı (1934-1936), ADU Riyazi analiz kafedrasının müdiri (1935-1965), Azərbaycanın görkəmli maarifçisi Rəşid bəy Əfəndiyevin oğludur. Məmməd Rəşid oğlu Əfəndiyev 5 oktyabr 1887-ci ildə Şəkidə anadan olmuşdur. 1908-ci ildə Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra bir müddət Tbilisi şəhərində müəllim işləmiş, sonra Şəki şəhərindəki gimnaziyada müəllim və direktor vəzifəsində çalısınışdır.1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o, Bakı şəhərində riyaziyyat üzrə ali pedaqoji kursların təşkilatçısı olub. 1930-cu ildə Lenin adına APİ-də riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışmışdı. M.Əfəndiyev APİ-də Riyaziyyat və təbiyyat elmləri fakültəsinin dekanı (1934-1936), ADU-da Riyazi analiz kafedrasının müdiri (1935-1965), professor dərəcəsinə layiq görülmüşdür. Milli Azərbaycan Tarixi Muzeyin fondlarında şəxsi əşyaları, fotoşəkilləri, tarixi sənədləri mühafizə edilir. 1943-cü ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 1945-ci ildə professor elmi adı almışdır. Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını ilk dəfə Əfəndiyev işlətmişdir. O, ilk dəfə riyazi analiz, analitik həndəsə və riyaziyyatın tədrisi metodikası fənlərindən Azərbaycan dilində mühazirələr oxumuşdur. Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını Azərbaycanda ilk dəfə Əfəndiyev işlətmişdir.
Məmməd Əhmədov
Məmməd Əhmədov (mühəndis) — mühəndis. Məmməd Əhmədov (əmək qəhrəmanı) — Sosialist əməyi qəhrəmanı.
Məmməd Əhmədzadə
Məmməd Bahəddin oğlu Əhmədzadə (4 oktyabr 1976, Bakı) — Azərbaycanlı diplomat. Azərbaycanın Argentinada (2010—2015), Paraqvayda, Boliviyada, Uruqvayda və Çilidə (2011—2015) olan sabiq fövqəladə və səlahiyyətli səfiri. Azərbaycanın İtaliyada, Maltada və San-Marinoda olan fövqəladə və səlahiyyətli səfiri (2016—2022). Məmməd Əhmədzadə 1976-cı il 4 oktyabrda Bakı şəhərində anadan olub. Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2010-cu il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Daha sonra Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 15 mart 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Bir müddət sonra isə Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada, Uruqvayda və Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 2016-cı il noyabrın 25-də isə Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin edildiyi bütün 5 dövlətdən geri çağırıldı. Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın İtaliyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Daha sonra Məmməd Əhmədzadə, Azərbaycan Prezidenti İlham Əliyevin 2 may 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Maltada və San-Marinoda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Məmməd Əkbər
Məmməd Əkbər (tam adı: Əkbərov Məmməd Həmzə oğlu; 5 may 1909, Ordubad, Naxçıvan qəzası – 10 dekabr 1974, Bakı) — yazıçı, jurnalist, tərcüməçi. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında “Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn Bikəs şair idi, “Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı. XIX əsr Ordubad ədəbi mühitinin formalaşmasında, “Əncüməni şüəra” ədəbi məclisinin fəaliyyətində Axund Hacı Molla Hüseyn Bikəsin böyük xidmətləri olub. Balaca Məmməd ilk təhsilini Ordubad mədrəsəsində Axund Mirzə Həsənin hücrəsində almağa başlayır. Lakin həyat elə uşaq yaşlarından onu sınağa çəkir. O, 6 yaşında ikən atası Həmzə, 8 yaşında ikən anası Səltənət xanım vəfat edir. Məmməd bacısı Tərlanla ata nənəsi Gülsüm xanımın himayəsinə sığınır.
Məmməd Əlili
Əlili Məmməd Əli oğlu Əlizadə (7 noyabr 1898, Bakı – 13 iyun 1993) — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Məmməd Əlili 7 noyabr 1898-ci ildə İçərişəhərdə, kasıb ailədə doğulmuşdu. Uşaqlığı ağır keçmişdi. Ailənin dolanışığına kömək etmək məqsədilə müxtəlif işlərlə məşğul olmuşdu. Cəfər Cabbarlı ilə tanış olandan sonra həyatı dəyişmiş, C. Cabbarlı onu məktəbə cəlb etmişdi. Onların uşaqlıqda başlanan dostluğu sonralar da davam etmişdir. M. Əlilinin incəsənətə bağlılığının tarixi "Pusfilm"in Bakıda çəkdiyi "Neft və milyonlar səltənətində" filminin tarixindən, yəni 1916-cı ildən başlayır. O vaxt mollaxanada oxuyan Məmməd filmin mollaxana ilə bağlı səhnəsində şagirdlər arasında rola çəkildi. İlk vaxtlar o, teatrda suflyor, truppa müdiri, tamaşa idarəedicisi, rejissor assistenti, rejissor kimi işləmişdi. 1932-ci ildə Moskvada Malı Teatrın yardım heyətində işləyə-işləyə rejissorluq sənətinin sirlərini öyrənib.
Məmməd Əliyev
Məmməd Əliyev (dəmiryolçu) — "Şərəf nişanı" ordenli, SSRİ-nin fəxri dəmiryolçusu, Əmək veteranı. Məmməd Əliyev (coğrafiyaşünas) — coğrafiyaşünas, professor (1931), əməkdar elm xadimi (1946). Məmməd Əliyev (filoloq) Məmməd Əliyev (filosof) — fəlsəfə elmləri doktoru.
Məmməd Əlizadə
Məmməd (Məhəmməd) Əli oğlu Əlizadə (mart 1919, Qaradığa, Zəngəzur qəzası – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, general-mayor, Azərbaycan SSR ictimai asayişi mühafizə (1965–1968) və daxili işlər (1968–1970) naziri. Məmməd Əli oğlu Əlizadə 1919-cu ilin mart ayında Azərbaycan Xalq Cümhuriyyəti Zəngəzur qəzasının (sonralar Qafan rayonu) Qaradığa (Qaradağ) kəndində anadan olmuşdur. Bir il sonra ailəsi ilə Bakıya köçmüş, 1934-cü ildə Ramanada yeddiillik məktəbi bitirərək Lassal adına Bakı Neft Texnikumuna daxil olmuşdur. O, burada təhsillə yanaşı ictimai həyatda da fəal iştirak etmiş və 1936-cı ildə komsomol sıralarına qoşulmuşdur. 1938-ci ildə texnikumu bitirərək Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinə qəbul olunan Məmməd Əlizadə Böyük Vətən müharibəsinin başlaması səbəbilə təhsilini tamamlaya bilməmiş, üçüncü kurs tələbəsi olarkən Sovet Ordusu sıralarına qoşulmuşdur. O, Bakı zenit-artilleriya məktəbinə daxil olmuş və buranı 1942-ci ildə bitirərək Zaqafqaziya cəbhəsinin Bakıdakı Hava Hücumundan Müdafiə Qüvvələrinin zenit-artilleriya alayında taqım komandiri kimi xidmət etmişdir. Sonra isə Zaqafqaziya Hərbi Dairəsinin zenit-artilleriya alayının batareya komandiri təyin edilmişdir. Müharibə illərində, 1943-cü ildə ÜİK(b)P üzvü seçilmişdir. Məmməd Əlizadə 1947-ci ildə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra "Orconokidzeneft" trestinin 7-ci mədənində texnik-geoloq vəzifəsinə işə qəbul olunmuşdur. Həmin dövrdə yarımçıq qoyduğu təhsilini davam etdirmiş, 1948-ci ildə Azərbaycan Sənaye İnstitutunu qiyabi olaraq bitirmişdir.
Məmməd Ələkbərli
Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) (10 mart 1899, Lənkəran, Lənkəran qəzası – 7 fevral 1959, Bakı) — Azərbaycan-sovet dövlət xadimi və pedaqoqu, Azərbaycanın ilk mədəniyyət naziri (1953–1955), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1952–1953), Azərbaycan SSR maarif naziri (1947–1952). Məmməd Həmid oğlu Ələkbərov (Ələkbərli) 1899-cu ildə Lənkəranda kəndli ailəsində anadan olmuşdur. 1909-cu ildə atası Məşədi Həmidin ölümündən sonra qohumlarının himayəsində yaşamış, Lənkərandakı "Behcət" rus-tatar (Azərbaycan) məktəbində oxumuş, lakin təhsilini başa vura bilməmişdir. 1920-ci ilə qədər əmisi oğlunun balıq təsərrüfatında çalışmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəllim hazırlığı kursunu bitirərək Astraxanbazardakı (hazırkı Cəlilabad) 1-ci dərəcəli məktəbə müəllim göndərilmişdir. 1921-ci ildə Lənkəran şəhərindəki 5 nömrəli məktəbdə çalışmağa başlamışdır. Məmməd Ələkbərov 1923–1926-cı illərdə Bakıdakı Pedaqoji İnstitutda oxumuş, ali təhsilli mütəxəssis kimi Balaxanıda, Borçalının Başkeçid bölgəsində müəllimlik etmişdir. Quba qəza Xalq Maarif şöbəsinin müdiri işləmişdir. Məmməd Ələkbərov 1928-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı aparatına işə qəbul olunmuş, metodist, məsul icraçı, ibtidai və orta məktəb idarəsi rəisinin müavini vəzifələrində çalışmışdır. 1937-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutunda elmi işçisi olmuş, eyni zamanda 1939-cu ildə Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktor müavini vəzifəsinə işləmiş, 1941-ci ildə isə tamamilə bu vəzifəyə keçmişdir.
Məmməd Ələkbərov
Məmməd Ələkbərov (icra başçısı) — icra başçısı
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.