Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayram Şəmmədov
Bayram Şəmmədov (d. 20 mart 1996) — Azərbaycanlı uşu sandaçı. Bayram Şəmmədov, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Bayram Şəmmədov 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 65 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Bayram Şəmmədov, 1/4 final mərhələsində İordaniya idmançısı Yazeed Həsənain üzərində 2:0 hesablı, 1/2 final mərhələsində isə Türkiyə idmançısı Əli Ay üzərində 2:0 hesablı qələbə qazandı və yarışların həlledici, final görüşünə vəsiqə qazandı. Final görüşündə isə o, İran idmançısı Foroud Zəfəriyə 0:2 hesabı ilə məğlub oldu və və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Şəmmədli
Şəmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şəmmədli Goranboy rayonunun eyni adlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir.
Məmməd
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Kosa Məmməd
Kosaməmməd, Kənizək, Batikyan, Aşağı Qanzak — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənub-şərqdə Kəvər çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Aşağı Qanzak olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Kənizək formasında qeyd edilmişdir. Toponim ləqəb bildirən kosa sözü ilə Məmməd şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Batikyan qoyulmuşdur. == Əhalisi == 1897-ci ildə burada ermənilərlə yanaşı 16 azərbaycanlı yaşamışdır.
Məmməd (ad)
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Məmməd Abbasov
Məmməd Abbasov (tam adı: Abbasov Məmməd Cəfərqulu oğlu) — Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı. == Fəaliyyəti == === Parlamentdə === Məmməd Abbasov Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in Şərur rayonundan – 347 nömrəli Yenkicə seçki dairəsindən deputat seçilmişdir. 29 avqust 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti növbədənkənar sessiyasının 12 nəfərdən ibarət yaradılmış Redaksiya komissiyasının tərkibinə seçilmişdir. 5 mart 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti fövqəladə sessiyasının 20 nəfərdən ibarət yaradılmış Redaksiya komissiyasının tərkibinə seçilmişdir.
Məmməd Abdullayev
Məmməd Abbas oğlu Abdullayev (1903—1972) — fizika-riyaziyyat elmləri doktoru, professor. Riyaziyyat-fizika elmləri doktoru alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir. == Həyatı == Məmməd Abdullayev 1903-сü ildə Azərbaycanın Qazax rayonunun Dağ Kəsəmən kəndində mədəni ailədə anadan olmuşdur. İlk təhsilini Qazaxda alaraq, Azərbaycan Pedoqoji İnstitutuna daxil olmuş və onu fərqlənmə diplomu ilə bitirmişdir. Məmməd müəllim riyaziyyat-fizika elmləri alimlik dərəcəsi almış ilk Azərbaycan fiziklərindəndir. ADU-nun (indiki BDU) 1940-1960-ci illərdə ən görkəmli müəllimlərdən olmuşdur. O, fizikanın mexanika və molekulyar fizika bəhslərindən çox yüksək səviyyədə mühazirə oxumuş, məharətlə məsələ həllini və laboratoriya işlərini aparmışdır. Dərin biliyə malik olan Məmməd müəllim həm də əsl ziyalı idi. Onun çox sayda tələbələri akademik, müxbir üzv və professordur. Onun tələbələrindən biri olmuş Qriqori Belenki müəllimi haqqında belə demişdir: "...universitetdə bizə çox istedadlı insanlar güclü təhsil verirdilər.
Məmməd Adilov
Məmməd Musa oğlu Adilov (18 noyabr 1953, Nuxa – 16 oktyabr 2011, Şəki) — ədəbiyyatşünas alim, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru. == Həyatı == Məmməd Adilov 18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin məzunudur (1976). 1976–1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977–1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, 1981–1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib. 1982–1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor, elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993–1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995–1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir. 2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir. 1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir. İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.
Məmməd Alim
Məmməd Alim (d. 1949 – ö. 28 avqust 2014) — Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatı. == Həyatı == Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.
Məmməd Altunbay
Məmməd Altunbay (türk. Mehmet Altunbay; 1911, Yelizavetpol – 27 dekabr 1987 və ya 1987, İstanbul) — Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu. Gəncə üsyanının şahidi. Əslən Gəncə şəhərindən olan Məhəmməd Altunbəy SSRİ-yə məxsus təyyarəni əvvəlcə İrana və daha sonra Türkiyəyə qaçırmaqla bu ölkəyə mühacirət etmişdir. == Həyatı == Məmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində Zərrabi məhəlləsində Qaçaq İbrahimin evində anadan olub. Altunbayın dəqiq doğum tarixi və doğum günü məlum deyil. Atası Gəncənin Qaramusalı kəndindən olub, şəhərdə Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb. Anasının adı Bəyim olub. Məmməd gənclik illəri haqqında xatirələrində yazır: Daha sonra Altunbay Odessa Ali Hərbi Hava Məktəbinə daxil olur, 1933-cü ildə buranı bitirir. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərir, üç dəfə fəxri fərmanla təltif olunur.
Məmməd Aranlı
Məmməd Aranlı (tam adı: Ağayev Məmməd Salman oğlu; d.22 oktyabr 1922, Azərbaycan SSR, Ağcabədi rayonu — 7 oktyabr 1950, Bakı şəhəri) — Azərbaycanlı yazıçı-publisist, 1941—1945-ci illər müharibəsi iştirakçısı, 416-cı atıcı diviziyasının "Qızıl əsgər" qəzetinin məsul katibi == Həyatı və təhsili == Ağayev Məmməd Salman oğlu 22 oktyabr 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. İbtidai təhsilini burada və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş və 6 nömrəli Bakı şəhər natamam orta məktəbini bitirmişdir(1932—1935).Sonra M.Sabir adına Pedaqoji Texnikumda təhsil almışdır. O, Ədəbi fəaliyyətə şeir və hekayələrlə tələbəlik illərindən başlamışdır. == Yaradıcılıq fəaliyyəti == 1937—1938-ci illərdə "Pioner" jurnalında,1939—1940-cı illərdə isə "Azəbaycan qadını" jurnallarında çalışmışdır. Hekayələri "Yeni il", "Gənc işçi", "Ədəbiyyat" qəzetlərində, "İnqilab və mədəniyyət", "Şərq qadını" jurnallarında dərc olunmuşdur. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuşdur. Burada ədəbiyyat və dil fakültəsində təhsil aldığı dövrdə "Qara xal qız", "Gecənin qəlbi" ,"Aldanmış ümid" və digər hekayələri yazmışdır. == Döyüş cəbhələrində == 1941-ci ildə Böyük Vətən Müharibəsinə başladığından İnstitutun son kursundan cəbhəyə getmişdir. O, kiçik leytenant kimi 416-cı atıcı diviziyada xidmətə başlamışdır.
Məmməd Araz
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı. == Həyatı == Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Məmməd Arif
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 may (11 iyun) 1904, Bakı – 27 dekabr 1975, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR EA müxbir üzvü (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın SSR Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir.
Məmməd Aslan
Aslanov Məmməd Muxtar oğlu (24 dekabr 1939, Laçın, Kəlbəcər rayonu – 23 sentyabr 2015, Zaqatala) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981-ci il), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. == Həyatı == Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962). Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur. == Yaradıcılığı == Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır.
Məmməd Ağabəyov
Məmməd Heydər oğlu Ağabəyov (1908, Təbriz – 1987) — geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Məmməd Ağabəyov İranın Təbriz şəhərində anadan olub. 1916-cı ildə Bakıya köçüb. 1935-ci ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) dağ-mədən fakültəsini bitirmişdir. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) ilk təşkilatçılarından biri və 1943-cü ilə qədər onun ilk direktoru olmuşdur. Böyük Vətən müharibəsi illərində "Elektrokəşfiyyat" trestinin rəisi, 1945-ci ildən ömrünün sonuna qədər isə Geologiya İnstitutunda işləmişdir. 1945-ci ildə "Böyük Qafqazın cənub-şərq batımının tektonikasında diapirizmin rolu haqqında" mövzusunda namizədlik, 1962-ci ildə isə "Azərbaycanın neft yataqlarının geoloji quruluşu və onların əmələgəlməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, Azərbaycanın depressiya zonalarının geologiyasını, onların əmələgəlməsi, tektonik strukturlarda neftin, qazın miqrasiyası və yataqlarda toplanması məsələlərini dəqiq öyrənmişdir. 1962-1963-cü illərdə Mərakeşdə neft və qaz üzrə BMT eksperti işləmişdir. == Elmi fəaliyyəti == O, məşhur geoloq, tektonist və neft üzrə mütəxəssisdir.
Məmməd Ağdamski
Məmməd Ağdamski Əhməd oğlu — Azərbaycan Respublikasının Əməkdar Geoloqu (1982), Azərbaycan Neftçi Geoloqlar Assosiasiyasının üzvü (1993), ADNA Geoloji Kəşfiyyat fakültəsinin Dövlət Attestasiya Komissiyasının sədri (2007), beş ixtiranın, on səmərələşdirici təklifin, iyirmidən çox elmi məqalənin müəllifi. == Həyatı == Məmməd Ağdamski Əhməd oğlu 20 oktyabr 1934-cü ildə Ağdaş şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, tanınmış və qədim şəcərəyə malik, xüsusən mədəni — maarif və incəsənət sahəsində görkəmli şəxsiyyətlər yetirmiş Bədəlbəylilər — Qacarlar nəslindəndir. Məmməd Ağdamskinin atası Əhməd (Bədəlbəyli) Ağdamski (1884–1954) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1943), Azərbaycanın tanınmış opera artisti (lirik tenor) olmuş, qadın artistlərinin olmaması üzündən qadın rollarını ifa etmiş, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. == Təhsili == M.Ağdamski hələ məktəb yaşlarından mühəndis — neftçi olmaq arzusunda olmuş, 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) geoloji – kəşfiyyat fakültəsinə daxil olmuşdur. == Əmək fəaliyyəti == 1956-cı ildə M.Ağdamski institutu bitirib, təyinatla "Balaxanıneft" Neft və Qazçıxarma İdarəsinə göndərilmiş, qırx ilə yaxın fasiləsiz olaraq burada baş geoloq — geologiya üzrə rəis müavini vəzifəsində çalışmışdır. M.Ağdamski ilk əmək fəaliyyətinə Balaxanı sahəsində 2№-li mədəndə quyuların tədqiqatı üzrə operator vəzifəsindən başlamış, qısa müddət ərzində usta köməkçisi, neftçıxarma ustası vəzifəsinə təyin edilmiş, sonradan bilavasitə öz peşə ixtisası üzrə geoloq işləmişdir. Sonrakı dövrlərdə idarənin geoloji şöbəsində geoloq vəzifəsinə təyin edilmiş, 1958-ci ildə İdarənin neft mədəninə böyük geoloq vəzifəsinə göndərilmişdir. Əvvəlcə 9№-li mədəndə, sonra tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun rəhbərlik etdiyi 8№-li mədəndə böyük geoloq vəzifəsində çalışmışdır. Yüksək təşkilatçılıq, bilik və bacarıqları nəzərə alınaraq İdarənin geoloji şöbəsinin rəisi (1963), İdarənin baş geoloqu (1970), geologiya üzrə rəis müavini vəzifələrinə irəli çəkilmişdir.
Məmməd Ağpolad
Məmməd Ağpolad və ya Məmməd Rzayev — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Gəncə və Qarabağ üsyanlarında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 31 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Məmməd Rza oğlu Rzayev 1897-ci ildə Gəncə şəhərində İmamalı məhəlləsində anadan olub 1914-cü ildə Gəncə şəhər məktəbini bitirdikdən sonra Tiflis şəhərində Mühəndislik məktəbinə daxil olub. 1917-ci ildə son sinifdə oxuyarkən Oktyabr inqilabı zamanı çıxan qarışıqlıqlardan sonra, könüllü olaraq hərbi xidmətə gedib. 8 ay xidmət etdikdən sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub. == Hərbi xidməti == === Azərbaycan Cümhuriyyətində === 1918-ci ilin noyabr ayında zabit namizədi olaraq Gəncə şəhərində yerləşən 1-ci Topçu Tuqayının, 1-ci diviziyasının, 1-ci batareyasına təyin edilib. Hərbi xidmətə başladıqdan sonra Qarabağa göndərilib. Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnak qüvvələrinə qarşı Abdallar və Xanlıq kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib.
Məmməd Bayramov
Məmməd Arif oğlu Bayramov (23 noyabr 2000, Xaçmaz – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmməd Bayramov 23 noyabr 2000-ci ildə Xaçmaz şəhərində Arif Bayramovun ailəsində anadan olmuşdur. 2007-2018-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Məmməd Bayramov 2019-cu ilin iyul tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz şəhər üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmətini Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə yerinə yetirirdi. Azərbaycan Ordusunun əsgəri olan Məmməd Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin, Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məmməd Bayramov 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Xaçmaz şəhərində dəfn olunmuşdur.
Məmməd Bayramoğlu
Məmməd Bayramoğlu — Azərbaycan alimi. == Həyatı == Məmməd Bayramoğlu 1939-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur. Ailəlidir. 3 övladı var. == Elmi fəaliyyəti == Elmi rütbəsi- professor İxtisasın adı- Diferensial tənliklər Namizədlik dissertasiyasının mövzusu: Спектральные свойства некоторых самосопряженных и несамосопряженных операторов Doktorluq dissertasiyasının mövzusu: Diferensial operator tənliklərin spektral nəzəriyyəsinin sualları Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 150 xaricdə çıxmış elmi əsərlərinin sayı- 30 Əsas elmi nailiyyətləri Operator əmsallı diferensial tənliklər üçün qoyulmuş sərhəd məsələlərinin tədqiqi vəuyğun operatorların müxtəlif spektral xassələrinin öyrənilməsi == Seçilmiş Elmi Əsərləri == 1.М.Байрамоглы, Н.М.Асланова. Распределение собственных значений и формула следа операторного уравнения Штурма-Лиувилля. //Украинский мат.журн., Киев- 2010, т.62, № 7, стр.867-877./ 2. M.Bayramoglu, N.M.Aslanova. Formula for second order regularized trace of a problem with spectral parameter dependent boundary condition. Hacettepe Journal of Mathematics and statistics, v.40(5), 2011, pp.
Məmməd Bağırov
Məmməd Bağırov (pulmonoloq)
Məmməd Bürcəliyev
Məhəmməd İsmayıl oğlu Bürcəliyev (25 aprel 1914, Nuxa – 25 noyabr 1994, Gəncə) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Məhəmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olmuşdur. Şəki şəhərində 5-illik orta təhsilini başa vurduqdan sonra 1932-ci ildə təhsilini davam etdirmək məqsədilə Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olmuşdur.Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1932–1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmiş və maraqlı obrazlar qaleriyası yaratmışdır. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışmışdır. Həmçinin Məhəmməd Bürcəliyev 1991-ci ildən 1994-cü ilədək Azərbaycan Teatr Xadimləri İttifaqının Gəncəbasar şöbəsinin sədri olaraq fəaliyyət göstərib. 1967–1968-ci illərdə N. K. Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin "Teatr aktyoru və rejissoru" fakültəsini bitirmişdir. 1948-ci ildə M. Bürcəliyev "Yadigar" adlı bir dram əsəri də qələmə alıb. Həmin il "Yadigar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub.
Məmməd Cavadov
Cavadov Məmməd Kərim oğlu — Azərbaycan bəstəkarı, prezident təqaüdçüsü. == Həyatı == Məmməd Cavadov 1912-ci il sentyabrın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1930-cu ildə Bakı Musiqi Texnikumuna daxil olmuş, həmin Texnikumu əlaçı kimi bitirdiyi üçün imtahansız Azərbaycan Dövlət Konservatoriyasına götürülmüş və orada iki sənət üzrə (bəstəkarlıq və nəfəs alətləri) təhsil almışdır. Konservatoriyada Ü.Hacıbəyov ona "Azərbaycan xalq musiqisinin əsasları" fənnindən dərs demişdir. Məmməd Cavadov 1931-ci ildə Ü.Hacıbəyovun təşəbbüsü və rəhbərliyi ilə yeni yaradılmış xalq çalğı alətləri orkestrində çalışmış, bu kollektivlə 1938-ci ildə Moskvada 1-ci ədəbiyyat və mədəniyyət ongünlüyündə iştirak etmişdir. M.Cavadov 1941-1942-ci illərdə Azərbaycan Dövlət Caz Orkestrində solist işləmiş, 1943-cü ildə Azərbaycan İncəsənət İdarəsinin göndərişi ilə Naxçıvan Dövlət Dram Teatrına dirijor və musiqi məktəbində müəllim kimi çalışmışdır. Naxçıvanda 10 il müddətində eyni zamanda xalq çalğı alətləri orkestrində dirijor işləməklə yanaşı, orada "Sazçı qızlar" ansamblını da yaratmışdır. Naxçıvan Muxtar Respublikasının 25 illik yubileyi ilə əlaqədar M.Cavadov 120 nəfərdən ibarət xor təşkil edib, orkestrlə birlikdə yubiley konsertində uğurla iştirak etmişdir. 1960-ci ildən Ağdam, 1977-ci ildən isə Füzuli şəhərlərindəki musiqi məktəblərində müəllim, orkestr rəhbəri işləmişdir. Qarabağ müharibəsi başladıqdan sonra 1992-ci ildə ailəsi birlikdə Lənkəran şəhərinə köçmüşdür.
Məmməd Cuvarlinski
Məmməd bəy İsmayıl bəy oğlu Cuvarlinski (8 aprel 1902, Cuvarlı, Qaryagin rayonu – 13 oktyabr 1937, Bakı) — Azərbaycan SSRnin təhsil naziri (Maarif komissarı), partiya və dövlət xadimi. == Həyatı == Məmməd bəy İsmayıl bəy oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. Bir müddət kəndlərində təsərrüfatla məşğul olmuşdu. Sonra Bakı şəhərinə köçmüş, müxtəlif yerlərdə fəhlə işləmişdi. Azərbaycanda sovetləşmədən sonra qulluqçu olmuş, 14 il partiya işində çalışmışdı. II dərəcəli sovet partiya məktəbini, ÜİK(b)P MK yanında partiya işçiləri üçün kursu, qiyabi olaraq Pedoqoji texnikumunu bitirmişdi. Məmməd Cuvarlinski Azərbaycan SSR-nin maarif komissarı olmuşdi. AZK(b)P Nuxa (Şəki) Komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. AZK(b)P MK-nin üzvü idi.
Məmməd Cəfər
Məmməd Cəfər (Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu; 9 may 1909, Naxçıvan – 11 may 1992, Bakı) — tənqidçi, ədəbiyyatşünas, nasir,Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1982). == Həyatı == Məmmədcəfər Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini burada aldıqdan sonra 1928-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyub. Daha sonra 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1935-1938-ci illərdə həmin universitetin Ərəb ədəbiyyatı kafedrasının aspirantı olub. == Əmək fəaliyyəti == Məmmədcəfər Cəfərov ADPU-nun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, 1932-1935-ci illərdə "Gənc işçi", "Maarif işçisi" qəzetlərinin redaksiyalarında şöbə müdiri olub. O, 1938-1939-cu illərdə Ədəbiyyat fakültəsinin dekanı, 1939-1941-ci illərdə Bakı İkiillik Müəllimlər İnstitutunda baş müəllim vəzifəsini icra edib. BDU-nun Rus ədəbiyyatı kafedrasında dosent, həmçinin "Ədəbiyyat qəzeti" redaksiyasında şöbə müdiri (1941–1943) olub.Məmmədcəfər Cəfərov 1943-1945-ci illərdə Quba Müəllimlər İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda 1945-1949-cu illərdə "Ədəbiyyat qəzeti"nin redaktoru olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı olan Cəfərov Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi (1945–1951) olaraq fəaliyyət göstərib.Məmmədcəfər Cəfərov Bakı Dövlət Universitetinin 1951-1953-cü illərdə Rus ədəbiyyatı kafedrasının müdiri, 1959-1979-cu illərdə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, 1979-1981-ci illərdə həmin institutun direktoru olub. Akademik Azərbaycan EA Ədə­biy­yat, Dil və İncəsənət Bölməsinin aka­de­mik-katibi (1981-1987) və 1987-1992-ci illərdə Azər­bay­can Elm­lər Aka­demiyası Əlyaz­ma­lar İns­titutun­un baş elmi işçisi vəzifələ­rində çalışıb.
Məmməd Cəfərov
Məmməd Cəfərov (əmək qəhrəmanı) — Sosialist əməyi qəhrəmanı (1949). Məmməd Cəfərov (kimyaçı) — professor. Məmməd Cəfərov (aktyor) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964).
Məmməd Dəmirçioğlu
Məmməd Bəşirov (Dəmirçioğlu) — Görkəmli rəssam, şair, heykəltaraş, memar, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Məmməd Dəmirçioğlu 1951-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Qaymaqlı kənd məktəbini bitirmişdir. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsinə daxil olmuşdur. Oranı fərqlənmə diplomu ilə bitirmişdir. Dəmirçioğlu adını ona Ağamalı Sadiq Əfəndi vermişdir. Vaxtilə babaları dəmirçi olmuşlar və yaxşı sənətkar kimi İncə dərəsində, bütün mahalda məşhur idilər. İncə dərəsi elində "Məmməd əmi" və ya "Mamed" təxəllüsləri ilə də tanınmışdır.2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == 1983-cü ildən 1990-cı ilə qədər Özbəkistanın Nəməngan, Əndican, Səmərqənd və digər şəhərlərində monumentalçı rəssam kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə vətənə qayıtdıqdan sonra Bakı şəhərində fəaliyyət göstərmişdir. Şer yazmağa 18-19 yaşlarında başlamışdır.
Məmməd Fətəliyev
Məmməd Böyükxan oğlu Fətəliyev (25 avqust 1938, Bərcan, Yardımlı rayonu – 1 yanvar 2021) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, BDU-nun Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri. == Həyatı == Məmməd Böyükxan oğlu Fətəliyev 1938-ci il avqustun 25-də Azərbaycan Respublikasının,Yardımlı rayonunun Bərcan kəndində anadan olmuşdur. 1958-ci il dekabr – 1961-ci il iyul ordu sıralarında xidmət etmişdir. === Təhsili === 1953-cü ildə Bərcan kənd "7" illlik məktəbinin VII sinfini bitirmiş, 1956-cı ildə Yolocaq kənd orta məktəbinin X sinfini bitirmişdir. 1958-ci ildə Lənkəran Pedaqoji texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. Bundan sonra Bakı Dövlət Universitetinə daxil olmuş və 1967-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1981-ci ildə "Türkiyə və Balkan paktı (1929–1938-ci illərində Türkiyənin Balkanlarda xarici siyasət problemləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə "Türkiyə,Yunanıstan böyük dövlətlərin münasibətlərində (1914–1923-cü illər.)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.100 məqalənin, 2 monoqrafiyanın , 2 kitabın müəllifidir. === Tədqiqat sahələri === Ümimi tarix: " II Dünya müharibəsindən sonrakı illərdə Yunanıstan Türkiyə münasibətlərində Kipr məsələsi və böyük dövlətlər. (1945-XXI əsrin əvvəlləri) XX əsrin 90-cı illərində Yunanıstan-Türkiyə münasibətlərində Egey adalarının hərbiləşdirilməsi məsələsi == Əmək fəaliyyəti == 1958-ci ilin sentyabr-noyabr aylarında Yardımlı rayonunun Şıxlar kənd "7"illik məktəbində müəllim işləmişdir.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.