Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahmar
Şahmar (Culfa)
Şasnar
Şasnar (fr. Chassenard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 935 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 611 nəfər (15-64 yaş) arasında 466 nəfər iqtisadi cəhətdən, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 70.1%). Fəal olan 466 nəfərdən 434 nəfər (231 nəfər və 203 qadın), 32 nəfər işsiz (12 kişi və 20 qadın) idi. Aktiv olmayan 145 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 77 nəfər pensiyaçı, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Elbrus Şahmar
Elbrus Şahmar (11 aprel 1945, Qubadlı) — Azərbaycan Yazıçılar Birliyinin (1997) üzvü, yazıçı-publisist, təqaüddə olan polis polkovniki. == Həyatı == Elbrus Şahmar oğlu Məmmədov 11 aprel 1945-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində "Əmili" nəslində anadan olub. Atası Şahmar keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmişdir. 1961-ci ildə Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir. 1964–65-ci illərdə hərbi xidmətdə olub. Elbrus Bakı Mədəni-Maarif Texnikumununu (1963), Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq (1968) və hüquq (1981) fakultələrini bitirmişdir. Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişdir. İstər işlədiyi müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışdır. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin "sOVET KƏNDİ" VƏ ONUN DAVAMI OLAN "hƏYAT" QƏZETİNİN qARABAĞ BÖLGƏSİ ÜZRƏ XÜSUSİ MÜXBİRİ İŞLƏMİŞDİR. Elbrus Şahmar 1968-ci ilin fevralından Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamış və 2000-ci ilin mart ayına qədər orqanda işləmişdir. 32 ildən artıq ictimai asayişin keşiyində durub və təqaüdə çıxmışdır.
Şahlar Ağayev
Şahlar Cəfərov
Şahlar Fəzail oğlu Cəfərov (5 iyun 1975; Xəlfəli, Sabirabad rayonu, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahlar Cəfərov 1975-ci il iyunun 5-də Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Şahlar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahlar Cəfərov oktyabrın 20-də Hadrut döyüşləri zamanı şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahlar Hüseynov
Şahlar Hüseynov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. Şahlar Hüseynov (dövlət xadimi) — Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi.
Şahlar Məmmədov
Şahlar Şahin oğlu Məmmədov (1 noyabr 1995; Neftçala rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahlar Məmmədov 1995-ci il noyabrın 1-də Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Şahlar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahlar Məmmədov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahlar Nağıyev
Şahlar Nüsrət oğlu Nağıyev (31 dekabr 1987; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahlar Nağıyev 31 dekabr 1987-ci ildə Gəncə şəhərində Nüsrət Nağıyevin ailəsində anadan olmuşdur. 1995-2006-cı illərdə Gəncə şəhər 24 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Şahlar Nağıyev 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şahlar Nağıyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Şahlar Nəzərov
Şahlar Quliyev
Quliyev Şahlar Həsənağa oğlu — müğənni, Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü. == Həyatı == Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E. Quliyevanın sinfi) bitirmişdir. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunur və tamaşaçı rəğbəti qazanır. Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış etmişdir. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir. 2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsüdür.
Şahlar Şükürov
Şahlar Əvəz oğlu Şükürov (17 may 1952, Zülfüqarlı, Kəlbəcər rayonu – 8 may 1990, Mardakert, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı. == Döyüşlərdə iştirakı == O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu. == Ailəsi == Ailəli idi, iki övladı yadigar qalıb.
Şahmar Səfərov
Şahmar Nazim oğlu Səfərov (1 sentyabr 1997; Şərur rayonu, Azərbaycan — 27 sentyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Səfərov 1997-ci il sentyabrın 1-də Şərur rayonu Siyaqut kəndi anadan olub. Onun əmisi oğlu — Cəsarət Səfərov da İkinci Qarabağ müharibəsi şəhididir. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Şahmar Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şahmar Səfərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahmar Usubov
Şahmar Şahhüseyn oğlu Usubov (4 avqust 1953, Xocalı, DQMV) — Xocalı rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. Xocalı kənd orta məktəbini bitirib. 1970–1971-ci illərdə Xocalı tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləyib. 1971–1972-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub. 1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1974–cü ildə Xocalı 2№-li sovxozda fəhlə işləyib. 1974-1979-cu illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsində təhsil alıb. Həmçinin 1974-1979-cu illərdə Şuşa türməsində böyük mühasib vəzifəsində çalışıb. 1979–1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləyib.
Şahmar Xudiyev
Xudiyev Şahmar İlyas oğlu (24 fevral 1942, Stepanakert – 1 avqust 1994) — AzTU Metallurgiya və Metalşunaslıq fakültəsinin sabiq dekan müavini, texnika üzrə elmlər namizədi, dosent. == Həyatı == Xudiyev Şahmar İlyas oğlu 24 fevral 1942-ci ildə Dağlıq Qarabağın Xankəndi şəhərində anadan olmuşdur. Xankəndində Nizami adına 4 nömrəli orta məktəb bitirən Şahmar elə həmin vaxt Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki universitetində) "Metallurgiya" fakultəsinə daxil olur. 1963-cü ildə İnstitutu bitirəndən sonra "Bakı fəhləsi" zavodunda çalışmağa başlayır. 1964-cü ildə köçürülmə yolu ilə "Бакэлектроцентролит" zavodunda öz ixtisası üzrə işləmişdir. 1 avqust 1994-cü ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == 1965-ci ildə indiki Azərbaycan Texniki Universitetində "Metalşünaslıq və metallar texnologiyası" kafedrasında assisent kimi çalışmağa başlayır. 1967-ci ildə "Qara və əlvan metallar metallurgiya" kafedrasına keçirilərək, baş müəllim kimi fəaliyyət göstərir. Metallurgiya fakültəsində elmi şuranın üzvü, ekspert komissiyasının katibi olmuşdur. 1963-cü ildə indiki Bauman adına Moskva Dövlət Texniki Universiteti "Qara və əlvan metallurgiya" sahəsində "Qaynaq istehsalının mexanizmi və avtomatlaşdırılması" ixtisası üzrə aspiranturaya daxil olur.
Şahmar Əhmədov
Şahmar Əhmədov (Əhmədov Şahmar Mehbalı oğlu; d. 10.10.1911, Göyçə mahalı, Ermənistan SSR — ö. 10.08.1972, Amasiya, Ermənistan SSR) — Ermənistan SSR Amasiya r-nu Məhkəməsin Sədri (1957–1972) == Həyatı == Şahmar Əhmədov 1911-ci ildə Qərbi Azərbaycanda, Göyçə mahalının, Basarkeçər rayonunun Böyük Məzrə kəndində dünyaya gəlmişdir. Ailənin səkkiz övladından birincisi olan Şahmar Sovet hakimiyyəti dövründə açılan məktəblərdən birində təhsil alan ilklərdən olmuşdur. == Təhsili == Atası Mehbalı kişi Şahmarın yazıb-oxumağa böyük həvəsi olduğunu görüb, onu 1926-cı ildə Məzrədə olan ibtidai məktəbə yazdırmışdır. O zamanlar Məzrədə yalnız ibtidai məktəb var idi. Bu səbəbdən də o, 1929-cu ildə Zod kəndində yeddi illik məktəbi oxumuşdur. Onun Zod kəndində bibisi Kövsər yaşayırdı. Atasının məsləhəti ilə 1932-ci ildə məktəbi bitirənə qədər bibisigildə yaşamıdır. Şahmar bibisi Kövsəri heç unutmaz, ömrünün sonuna qədər onu tez-tez xatırlayardı.
Şahmar Əkbərzadə
Şahmar Əkbər oğlu Əkbərzadə (28 dekabr 1941, Ağdam rayonu – 30 avqust 2000, Bakı) — şair, publisist, jurnalist. == Həyatı == Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur. 1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir. 10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur.
Şahmar Ələkbərov
Şahmar Zülfüqar oğlu Ələkbərov (23 avqust 1943, Kirovabad – 12 avqust 1992, Bakı) — Azərbaycanlı aktyor, ssenarist, səs aktyoru, mətn oxuyan, rejissor, Azərbaycan SSR xalq artisti (1989), Sovet İttifaqı Kommunist Partiyasının üzvü (1978-ci ildən). Teatrda ilk dəfə Uilyam Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Səhnədə ilk rolu "Dağlarda döyüş" filmi ilə başlayıb. Son "Yük" olmuşdur. Filmin premyerasını görməsə də, film Şahmar Ələkbərovun ssenarisi əsasında baş tutmuşdu. Film Bakı milyonçusu Ağa Musa Nağıyevdən bəhs edirdi. Ekranlaşdırılan film Berlin Film Festivalında nümayiş etdirilmişdir. "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi universitetdə saxlanılıb.
Şahnaz Azad
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şahnaz Buşaki
Şahnaz Buşaki (22 oktyabr 1985-ci ildə anadan olub) GS Pétroliers və Əlcəzair komandalarında oynayan əlcəzairli basketbolçudur. == Klub karyerası == Bushaki 2002-ci ildən bəri MC Alger-də səkkiz mövsüm oynadı və ilk mövsümünü orada qırmızı köynəklə keçirdi. Peşəkar karyerasına 2010-cu ildə Əlcəzair Qadın Basketbol Kubokunun GS Petroliers komandası ilə başlamışdır. Buşaki final matçında rəqibləri OC Algeri 73-55 hesabı ilə məğlub edən GS Petroliers komandası ilə 2015 Əlcəzair Qadınlar Basketbol Kubokunu qazanmışdır. O, GS Pétroliers komandası ilə Ərəb Klub Basketbol Çempionatı çərçivəsində bir neçə basketbol yarışında iştirak etmişdir, yəni: Misirdə 2014 Ərəb Qadınlar Klub Basketbol Çempionatı. 2016 Ərəb Qadınlar Klub Basketbol Çempionatı 3x3 Şarjada. == Beynəlxalq karyera == Buşaki 2010-cu ildən Əlcəzair milli basketbol komandasının üzvü idi. 2017-ci ildə o, 2017-ci ildə FIBA Afrika Qadın Klublar Çempionlar Kubokuna vəsiqə qazanan Əlcəzair qadın milli basketbol komandasının üzvü idi. === FIBA === O, yüksək səviyyədə dörd FIBA Afrika zonası tədbirində iştirak edib: 2013 Mozambikdə Qadınlar üçün FİBA Afrika Çempionatı. 2015 Qadın Afrobasket Kamerunda.
Şahnaz Haşımova
Şahnaz Həsən qızı Haşımova (d. 2 iyun 1957, Kirovabad) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016). Gəncə Dövlət Filarmoniyasının direktoru (1997–2016), Gəncə Dövlət Filarmoniyası nəzdində Göy-Göl Dövlət Mahnı və Rəqs ansamblının solisti (1975-hal hazıradək), Gəncə Musiqi Kollecinin xanəndə müəllimi (2000-hal hazıradək), Yeni Azərbaycan Partiyasının üzvü (1995-hal hazıradək), Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü,Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü. == Həyatı == Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. 1975–1979-cu ildə Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsində təhsil alıb. 1998–2004-cü ildə Dağıstan Dövlət İdarə Etmə və Biznes İnstitutunun Hüquq fakültəsinində Ali təhsil alıb. 1971–1975-ci ildə bədii özfəaliyyət kollektivlərinin solisti "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975–1977-ci ildə "Göy-Göl" xalq çalğı alətləri ansamblının solisti.
Şahnaz Munni
Şahnaz Munni (Benqalca শাহনাজ মুন্নী, 1969-cu ildə anadan olub) — Banqladeşli jurnalist, yazıçı və şair.
Şahnaz Rüşdiyyə
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şahnaz Şahbazova
Şahnaz Nadir qızı Şahbazova — texnika elmləri doktoru, dosent. Azərbaycan Texniki Universitetinin professoru. Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi, Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaradıcısı. == Elmi fəaliyyəti == 1979–1983-cü illərdə "Verilənlər bazası nəzəriyyəsi"nin tədqiqi ilə məşğul olmuşdur. Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaratmışdır. 1983–1989-cu illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının aspirantı olmuşdur. Ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi ilə məşğul olub, öz şəxsi ekspert sistemini yaradıb. 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək aspirantı olduğu kafedranın müəllimi vəzifəsində saxlanılıb. Burada "Ali məktəbin kadrlar şöbəsi" avtomatlaşdırılmış iş yeri sistemini işləyərək onu çalışdığı universitetə realizə etmək üçün tətbiq sahəsi kimi təqdim edib. 1995-ci ildə "Hesablama kompleksləri, sistemləri və şəbəkələrinin səmərəli istifadəsini təmin edən mikroprosessor proqram vasitələrinin işlənməsi" istiqamətində aparılan elmi-tədqiqat işinə məsul olub.
Şahnur Hüseynov
Şahnur Şahin oğlu Hüseynov (30 noyabr 1991; Beloqrat, Polşa – 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahnur Hüseynov 1991-ci il noyabrın 30-da Polşanın Beloqrat şəhərində anadan olub. Orta təhsilini Füzuli rayonu İkinci Mahmudlu kəndində alıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. Əlinur adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Şahnur Hüseynov Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri, sonra taborun qərargah rəisi, daha sonra isə tabor komandiri vəzifələrində çalışıb. Azərbaycan Ordusunun kapitanı olan Şahnur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahnur Hüseynov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Şahvar Dəmirqayayev