Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şahmar
Şahmar (Culfa)
Şasnar
Şasnar (fr. Chassenard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 935 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 611 nəfər (15-64 yaş) arasında 466 nəfər iqtisadi cəhətdən, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 70.1%). Fəal olan 466 nəfərdən 434 nəfər (231 nəfər və 203 qadın), 32 nəfər işsiz (12 kişi və 20 qadın) idi. Aktiv olmayan 145 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 77 nəfər pensiyaçı, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Elbrus Şahmar
Elbrus Şahmar (11 aprel 1945, Qubadlı) — Azərbaycan Yazıçılar Birliyinin (1997) üzvü, yazıçı-publisist, təqaüddə olan polis polkovniki. == Həyatı == Elbrus Şahmar oğlu Məmmədov 11 aprel 1945-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində "Əmili" nəslində anadan olub. Atası Şahmar keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmişdir. 1961-ci ildə Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir. 1964–65-ci illərdə hərbi xidmətdə olub. Elbrus Bakı Mədəni-Maarif Texnikumununu (1963), Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq (1968) və hüquq (1981) fakultələrini bitirmişdir. Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişdir. İstər işlədiyi müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışdır. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin "sOVET KƏNDİ" VƏ ONUN DAVAMI OLAN "hƏYAT" QƏZETİNİN qARABAĞ BÖLGƏSİ ÜZRƏ XÜSUSİ MÜXBİRİ İŞLƏMİŞDİR. Elbrus Şahmar 1968-ci ilin fevralından Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamış və 2000-ci ilin mart ayına qədər orqanda işləmişdir. 32 ildən artıq ictimai asayişin keşiyində durub və təqaüdə çıxmışdır.
Şahlar Ağayev
Ağayev Şahlar Hüseyn oğlu (Gəncə – 19 iyun 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsi şəhidi. == Həyatı == 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi Şahlar Ağayev 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
Şahlar Cəfərov
Şahlar Fəzail oğlu Cəfərov (5 iyun 1975; Xəlfəli, Sabirabad rayonu, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahlar Cəfərov 1975-ci il iyunun 5-də Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Şahlar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahlar Cəfərov oktyabrın 20-də Hadrut döyüşləri zamanı şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahlar Cəfərov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahlar Hüseynov
Şahlar Hüseynov (hərbçi) — Azərbaycanın Milli Qəhrəmanı. Şahlar Hüseynov (dövlət xadimi) — Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi.
Şahlar Məmmədov
Şahlar Şahin oğlu Məmmədov (1 noyabr 1995; Neftçala rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahlar Məmmədov 1995-ci il noyabrın 1-də Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Şahlar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahlar Məmmədov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahlar Nağıyev
Şahlar Nüsrət oğlu Nağıyev (31 dekabr 1987; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahlar Nağıyev 31 dekabr 1987-ci ildə Gəncə şəhərində Nüsrət Nağıyevin ailəsində anadan olmuşdur. 1995-2006-cı illərdə Gəncə şəhər 24 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Şahlar Nağıyev 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şahlar Nağıyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Şahlar Nəzərov
Şahlar Yaşar oğlu Nəzərov (25 aprel 1990, Yardımlı – 25 fevral 2017, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2017-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub. == Həyatı == Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. == Hərbi xidməti == Baş leytenant Şahlar Nəzərov 2017-ci ildə Fevral döyüşləri zamanı şəhid oldu. Fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Şahlar Nəzərov doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Nəzərov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Şahlar Nəzərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edildi.
Şahlar Quliyev
Quliyev Şahlar Həsənağa oğlu — müğənni, Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü. == Həyatı == Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olmuşdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (professor E.Quliyevanın sinfi) bitirmişdir. 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Aparıcı səhnə ustası-yüksək kateqoriyalı solist-vokalçı kimi Şahlar Quliyev teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunur və tamaşaçı rəğbəti qazanır. Şahlar Quliyev Şimali Kipr, Türkiyə və s. ölkələrdə Azərbaycan opera sənətini təmsil edərək uğurla çıxış etmişdir. Vaxtaşırı dövlət əhəmiyyətli tədbirlərdə çıxış edir. 2005-ci ildə Azərbaycan Xalq Artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsüdür.
Şahlar Şükürov
Şahlar Əvəz oğlu Şükürov (17 may 1952, Zülfüqarlı, Kəlbəcər rayonu – 8 may 1990, Mardakert, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı. == Döyüşlərdə iştirakı == O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu. == Ailəsi == Ailəli idi, iki övladı yadigar qalıb.
Şahlar Əsgərov
Əsgərov Şahlar Qaçay oğlu (15 iyun 1941, Kəlbəcər rayonu) — azərbaycanlı professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri. == Həyatı == Şahlar Qaçay oğlu 15 iyun 1941-ci ildə Azərbaycan SSR-in Kəlbəcər rayonunda anadan olub və orta təhsilini burada almışdır. 1963–cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və təyinatla Universitetdə saxlanılmışdır. 1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan institutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur. Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər. Ş. Əsgərovun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamət fiziki elektronika və mikroelektronikaya aid olan metal – yarımkeçirici kontaktının (MYK) öyrənilməsidir. 1974 –cü ildə Danimarkanın Texniki Universitetində birillik staj keçmədə olarkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal – yarımkeçirici kontaktına tətbiq etmiş və kontakt üçün qeyri- bircins model təklif etmişdi. Bu istiqamətlərdə onun aldığı nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunmuş, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer almışdı.
Şahmar (Culfa)
Şahmar (fars. شاهمار‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,161 nəfər yaşayır (303 ailə).
Şahmar Hüseynov
Şahmar Həsən oğlu Hüseynov (31 iyul 1939, Xanlar rayonu – 1 yanvar 1988, Bakı) — Azərbaycan yazıçısı, aktyor, rejissor köməkçisi və teatr xadimi. == Həyatı == Şahmar Hüseynov 1939-cu ilin 31 iyul tarixində Xanlar rayonunun Nərimanov kəndində anadan olmuşdur. Ailəsi Gəncə şəhərinə köçəndə Şahmar ilk təhsilini də burda alır. Məktəbi bitirdikdən sonra Bakıya gələn yazıçı hərbi xidmət keçir (3 il) və leytenant rütbəsi qazanır.Sənədlərini əvvəlcə Azərbaycan Tibb Universitetinə verən Şahmar Hüseynov I kursu başa vurmadan oranı tərk edir və dram və aktyorluq fakültəsinə qəbul Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olunur. Şahmar Hüseynovun kurs rəhbəri məşhur Azərbaycan rejissor və aktyoru Adil İsgəndərov olub, ona sənətin incəliklərini öyrədib. Təhsilini bitirdikdən sonra Şahmar Hüseynov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına təyinat alıb. 1966-ci ildən yazıçı Kukla teatrında aktyor, daha sonra rejissor köməkçisi kimi fəaliyyət göstərib.Şahmar Hüseynov əllidən çox tamaşada oynamış və hər tamaşada fərqli obrazlar yaratmışdır. O, Məşədi İbad tamaşasında Qoçu Əsgər, Zəncirlənmiş pəri əsərində Rəhman rolunun, Eldar Baxışın Məlikməmməd pyesində Aşıq və sairə obrazların ifaçısı olub. Şahmar Hüseynov 1970-ci ildə Kukla teatrında çalışan aktrisa Elmira Hüseynova ilə ailə həyatı qurub. Ayxan və Həsən adında iki oğlu var.
Şahmar Mahrızlı
Şahmar Mahrızlı (1 may 1954, Mahrızlı, Ağdam rayonu) – həkim, şair, "Qızıl qələm" media mükafatı laureatı. == Həyatı == Məmmədov Şahmar Hüseynalı oğlu 1 may 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində dünyaya gəlib. 1961-ci ildə Mahrızlı kənd orta məktəbinin I sinfinə qədəm qoymuş və 1971-ci ildə həmin orta məktəbi bitirmişdir. O, 1978-ci ildə indiki Azərbaycan Tibb Universitetini bitirib. 1978–1990-cı illərdə Rusiyanın Tver vilayətində həkim işləyib. 1990-cı ildən Bakı şəhərindəki 8 №-li poliklinikada iynərefleksterapevt işləyir. Şahmar Məmmədov eyni zamanda şairdir, "Qızıl qələm" media mükafatı laureatıdır.
Şahmar Mövsümov
Şahmar Arif oğlu Mövsümov (31 yanvar 1972, Naxçıvan) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri. == Həyatı == Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə Naxçıvanda anadan olmuşdur. 1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili almışdır.1995–2005-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb. 2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində, 2006−2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində işləyib.2006–2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri, 2006–2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub. 2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü, 2014–2019-cu illərdə Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvü, 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub. Şahmar Mövsümov 2018–2019-cu illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olub. 2017–2019-cu illərdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri olub. 2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir. 2019-cu 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2020-ci il 9 sentyabr tarixindən Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvüdür.
Şahmar Məmmədov
Şahmar Ağasəf oğlu Məmmədov (12 iyul 1977; Mingəçevir, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Məmmədov 1977 ci il iyul ayının 12-i Mingəçevir şəhərində anadan olmuşdur. 1983 ci ildə Mingəçevir şəhəri Dilqəm Nağıyev adına 9 nömrəli (saylı) orta məktəbə getməyə başlamış, 1991-ci ilədək həmin məktəbdə təhsil alıb. 1993–1995 ci illər 39 saylı Peşə Məktəbində təhsil almışdır. 1995 ci il iyul ayında həqiqi hərbi xidmətə getmişdir. == Hərbi xidmətləri == 2014 ci il iyul ayında N saylı hərbi hissədə MAHHXHQ kursuna daxil olmuş, 2014 ci ilin sentyabrında həmin kursu bitirib, N saylı hərbi hissədə tuşlayıcı operator vəzifəsində xidmət etməyə başlamışdır. 2016 ci il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şahmar Həsənov Suqovuşan döyüslərində savaşıb. 27 sentyabr 2020-ci il tarixindən başlayan döyüş əməliyyatlarında Gülüstan istiqamətində PDM-2 zirehli texnikası ilə düşmənin 1 minaatan heyətini və 3 atəş mövqeyini dəqiq atəşlə məhv edib və qəhrəmancasına şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahmar Mənəfov
Şahmar Vidadi oğlu Mənəfov (20 mart 1990; Neftçala rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Mənəfov 1990-cı il martın 20-də Neftçala rayonunun Cəngan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Şahmar Mənəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahmar Mənəfov oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Neftçala rayonunun Cəngan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahnaz Azad
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şahnaz Buşaki
Şahnaz Buşaki (22 oktyabr 1985-ci ildə anadan olub) GS Pétroliers və Əlcəzair komandalarında oynayan əlcəzairli basketbolçudur. == Klub karyerası == Bushaki 2002-ci ildən bəri MC Alger-də səkkiz mövsüm oynadı və ilk mövsümünü orada qırmızı köynəklə keçirdi.Peşəkar karyerasına 2010-cu ildə Əlcəzair Qadın Basketbol Kubokunun GS Petroliers komandası ilə başlamışdır. Buşaki final matçında rəqibləri OC Algeri 73-55 hesabı ilə məğlub edən GS Petroliers komandası ilə 2015 Əlcəzair Qadınlar Basketbol Kubokunu qazanmışdır.O, GS Pétroliers komandası ilə Ərəb Klub Basketbol Çempionatı çərçivəsində bir neçə basketbol yarışında iştirak etmişdir, yəni: Misirdə 2014 Ərəb Qadınlar Klub Basketbol Çempionatı. 2016 Ərəb Qadınlar Klub Basketbol Çempionatı 3x3 Şarjada. == Beynəlxalq karyera == Buşaki 2010-cu ildən Əlcəzair milli basketbol komandasının üzvü idi. 2017-ci ildə o, 2017-ci ildə FIBA Afrika Qadın Klublar Çempionlar Kubokuna vəsiqə qazanan Əlcəzair qadın milli basketbol komandasının üzvü idi. === FIBA === O, yüksək səviyyədə dörd FIBA Afrika zonası tədbirində iştirak edib: 2013 Mozambikdə Qadınlar üçün FİBA Afrika Çempionatı. 2015 Qadın Afrobasket Kamerunda. 2016 Mozambikdə Qadınlar üçün FIBA Afrika Çempionlar Kuboku. 2017 Anqolada Qadınlar üçün FIBA Afrika Çempionlar Kuboku.
Şahnaz Haşımova
Şahnaz Həsən qızı Haşımova (d. 2 iyun 1957, Kirovabad) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016). Gəncə Dövlət Filarmoniyasının direktoru (22.10.1997-01.12.2016). Göy-Göl Dövlət mahnı və rəqs ansamblının solisti (1975-hal hazıradək). Gəncə Musiqi Kollecinin xanəndə müəllimi. Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü. == Həyatı == Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957 ci ildə Gəncə şəhərində anadan olub. M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsini bitirib(1975-1979).
Şahnaz Munni
Şahnaz Munni (Benqalca শাহনাজ মুন্নী, 1969-cu ildə anadan olub) — Banqladeşli jurnalist, yazıçı və şair.
Şahnaz Rüşdiyyə
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şahnaz Şahbazova
Şahnaz Nadir qızı Şahbazova — texnika elmləri doktoru, dosent. Azərbaycan Texniki Universitetinin professoru. Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi, Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaradıcısı. == Elmi fəaliyyəti == 1979-1983-cü illərdə "Verilənlər bazası nəzəriyyəsi"nin tədqiqi ilə məşğul olmuşdur. Verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketini yaratmışdır. 1983-1989-cu illərdə Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasının aspirantı olmuşdur. Ekspert sistemləri, süni intellekt sistemləri nəzəriyyəsi ilə məşğul olub, öz şəxsi ekspert sistemini yaradıb. 1989-cu ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək aspirantı olduğu kafedranın müəllimi vəzifəsində saxlanılıb. Burada "Ali məktəbin kadrlar şöbəsi" avtomatlaşdırılmış iş yeri sistemini işləyərək onu çalışdığı universitetə realizə etmək üçün tətbiq sahəsi kimi təqdim edib. 1995-ci ildə "Hesablama kompleksləri, sistemləri və şəbəkələrinin səmərəli istifadəsini təmin edən mikroprosessor proqram vasitələrinin işlənməsi" istiqamətində aparılan elmi-tədqiqat işinə məsul olub.
Şahnur Hüseynov
Şahnur Şahin oğlu Hüseynov (30 noyabr 1991; Belqoqrad, Polşa — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahnur Hüseynov 1991-ci il noyabrın 30-da Polşanın Belqoqrad şəhərində anadan olub. Orta təhsilini Füzuli rayon İkinci Mahmudlu kəndində alıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. Əlinur adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Şahnur Hüseynov Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri, sonra taborun qərargah rəisi, daha sonra isə tabor komandiri vəzifələrində çalışıb. Azərbaycan Ordusunun kapitanı olan Şahnur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahnur Hüseynov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub.