ŞAHMAR

İlan növüdür, farsca “şah ilan” (ilanların şahı) deməkdir. Şahbaz sözü də həmin qəlib üzrə yaranıb: “şahinlərin şahı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞAHMALI
ŞAHMAT1
OBASTAN VİKİ
Şahmar
Şahmar (Culfa)
Elbrus Şahmar
Elbrus Şahmar (11 aprel 1945, Qubadlı) — Azərbaycan Yazıçılar Birliyinin (1997) üzvü, yazıçı-publisist, təqaüddə olan polis polkovniki. == Həyatı == Elbrus Şahmar oğlu Məmmədov 11 aprel 1945-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində "Əmili" nəslində anadan olub. Atası Şahmar keçən əsrin 30-cu illərində Laçın, Kəlbəcər və Zəngilanda milis rəisi işləmişdir. 1961-ci ildə Qubadlı qəsəbəsində orta məktəbi bitirmişdir. 1964–65-ci illərdə hərbi xidmətdə olub. Elbrus Bakı Mədəni-Maarif Texnikumununu (1963), Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq (1968) və hüquq (1981) fakultələrini bitirmişdir. Sıravi milis nəfərliyindən polis polkovnikliyinə qədər xidməti yol keçmişdir. İstər işlədiyi müddətdə, istərsə də sonra, Azərbaycan polisinin keçdiyi ağrı-acılı, çətin, həm də şərəfli, tarixi yol haqqında kitablar yazıb, onun tarixinə işıq salmağa çalışmışdır. Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin "sOVET KƏNDİ" VƏ ONUN DAVAMI OLAN "hƏYAT" QƏZETİNİN qARABAĞ BÖLGƏSİ ÜZRƏ XÜSUSİ MÜXBİRİ İŞLƏMİŞDİR. Elbrus Şahmar 1968-ci ilin fevralından Daxili İşlər orqanlarında əmək fəaliyyətinə başlamış və 2000-ci ilin mart ayına qədər orqanda işləmişdir. 32 ildən artıq ictimai asayişin keşiyində durub və təqaüdə çıxmışdır.
Şahmar (Culfa)
Şahmar (fars. شاهمار‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.161 nəfər yaşayır (303 ailə).
Şahmar Hüseynov
Şahmar Həsən oğlu Hüseynov (31 iyul 1939, Xanlar rayonu – 1 yanvar 1988, Bakı) — Azərbaycan yazıçısı, aktyor, rejissor köməkçisi və teatr xadimi. == Həyatı == Şahmar Hüseynov 1939-cu ilin 31 iyul tarixində Xanlar rayonunun Nərimanov kəndində anadan olmuşdur. Ailəsi Gəncə şəhərinə köçəndə Şahmar ilk təhsilini də burda alır. Məktəbi bitirdikdən sonra Bakıya gələn yazıçı hərbi xidmət keçir (3 il) və leytenant rütbəsi qazanır. Sənədlərini əvvəlcə Azərbaycan Tibb Universitetinə verən Şahmar Hüseynov I kursu başa vurmadan oranı tərk edir və dram və aktyorluq fakültəsinə qəbul Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olunur. Şahmar Hüseynovun kurs rəhbəri məşhur Azərbaycan rejissor və aktyoru Adil İsgəndərov olub, ona sənətin incəliklərini öyrədib. Təhsilini bitirdikdən sonra Şahmar Hüseynov Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına təyinat alıb. 1966-ci ildən yazıçı Kukla teatrında aktyor, daha sonra rejissor köməkçisi kimi fəaliyyət göstərib. Şahmar Hüseynov əllidən çox tamaşada oynamış və hər tamaşada fərqli obrazlar yaratmışdır. O, Məşədi İbad tamaşasında Qoçu Əsgər, Zəncirlənmiş pəri əsərində Rəhman rolunun, Eldar Baxışın Məlikməmməd pyesində Aşıq və sairə obrazların ifaçısı olub.
Şahmar Mahrızlı
Şahmar Mahrızlı (1 may 1954, Mahrızlı, Ağdam rayonu) – həkim, şair, "Qızıl qələm" media mükafatı laureatı. == Həyatı == Məmmədov Şahmar Hüseynalı oğlu 1 may 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində dünyaya gəlib. 1961-ci ildə Mahrızlı kənd orta məktəbinin I sinfinə qədəm qoymuş və 1971-ci ildə həmin orta məktəbi bitirmişdir. O, 1978-ci ildə indiki Azərbaycan Tibb Universitetini bitirib. 1978–1990-cı illərdə Rusiyanın Tver vilayətində həkim işləyib. 1990-cı ildən Bakı şəhərindəki 8 №-li poliklinikada iynərefleksterapevt işləyir. Şahmar Məmmədov eyni zamanda şairdir, "Qızıl qələm" media mükafatı laureatıdır.
Şahmar Mövsümov
Şahmar Arif oğlu Mövsümov (31 yanvar 1972, Naxçıvan) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri. == Həyatı == Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə Naxçıvanda anadan olmuşdur. 1990-cı ildən 1995-ci ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində bakalavr, 2003–2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində Dövlət İdarəçiliyi üzrə magistr təhsili almışdır. 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb. 2005–2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində, 2006−2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsində işləyib. 2006–2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri, 2006–2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub. 2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvü, 2014–2019-cu illərdə Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının üzvü, 2016–2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub. Şahmar Mövsümov 2018–2019-cu illərdə Suveren Fondların Beynəlxalq Forumunun idarə heyətinin üzvü olub. 2017–2019-cu illərdə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri olub. 2018-ci il 14 mart tarixindən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.
Şahmar Məmmədov
Şahmar Mənəfov
Şahmar Vidadi oğlu Mənəfov (20 mart 1990; Neftçala rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahmar Mənəfov 1990-cı il martın 20-də Neftçala rayonunun Cəngan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Şahmar Mənəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahmar Mənəfov oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Neftçala rayonunun Cəngan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahmar Quliyev
Şahmar Qəribli
Qəribli Şahmar Qərib oğlu — azərbaycanlı rejissor, aktyor. == Həyatı == Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərov­dan sə­nə­tin sir­lə­ri­nin öy­rən­ib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Mosk­va­da çox­se­ri­ya­lı "Jas­min" fil­mi­nə çə­ki­lib və Ka­mal ro­lu­nu oynayıb..
Şahmar Qəribov
Qəribli Şahmar Qərib oğlu — azərbaycanlı rejissor, aktyor. == Həyatı == Şahmar Qəribli 1952-ci ildə anadan olmuşdur. 1971-1975-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. Ədil İsgəndərov­dan sə­nə­tin sir­lə­ri­nin öy­rən­ib. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Şahmar Qəribli 40-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. 2014-cü ildə Mosk­va­da çox­se­ri­ya­lı "Jas­min" fil­mi­nə çə­ki­lib və Ka­mal ro­lu­nu oynayıb..
Şahmar Seyidov
Şahmar Soltanlı
Şahmar Səfərov
Şahmar Usubov
Şahmar Şahhüseyn oğlu Usubov (4 avqust 1953, Xocalı, DQMV) — Xocalı rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. Xocalı kənd orta məktəbini bitirib. 1970–1971-ci illərdə Xocalı tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləyib. 1971–1972-ci illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub. 1972–1974-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1974-cü ildə Xocalı 2№-li sovxozda fəhlə işləyib. 1974–1979-cu illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsində təhsil alıb. Həmçinin 1974–1979-cu illərdə Şuşa türməsində böyük mühasib vəzifəsində çalışıb. 1979–1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləyib.
Şahmar Xudiyev
Xudiyev Şahmar İlyas oğlu (24 fevral 1942, Stepanakert – 1 avqust 1994) — AzTU Metallurgiya və Metalşunaslıq fakültəsinin sabiq dekan müavini, texnika üzrə elmlər namizədi, dosent. == Həyatı == Xudiyev Şahmar İlyas oğlu 24 fevral 1942-ci ildə Dağlıq Qarabağın Xankəndi şəhərində anadan olmuşdur. Xankəndində Nizami adına 4 nömrəli orta məktəb bitirən Şahmar elə həmin vaxt Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki universitetində) "Metallurgiya" fakultəsinə daxil olur. 1963-cü ildə İnstitutu bitirəndən sonra "Bakı fəhləsi" zavodunda çalışmağa başlayır. 1964-cü ildə köçürülmə yolu ilə "Бакэлектроцентролит" zavodunda öz ixtisası üzrə işləmişdir. 1 avqust 1994-cü ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == 1965-ci ildə indiki Azərbaycan Texniki Universitetində "Metalşünaslıq və metallar texnologiyası" kafedrasında assisent kimi çalışmağa başlayır. 1967-ci ildə "Qara və əlvan metallar metallurgiya" kafedrasına keçirilərək, baş müəllim kimi fəaliyyət göstərir. Metallurgiya fakültəsində elmi şuranın üzvü, ekspert komissiyasının katibi olmuşdur. 1963-cü ildə indiki Bauman adına Moskva Dövlət Texniki Universiteti "Qara və əlvan metallurgiya" sahəsində "Qaynaq istehsalının mexanizmi və avtomatlaşdırılması" ixtisası üzrə aspiranturaya daxil olur.
Şahmar Əhmədov
Şahmar Əhmədov (Əhmədov Şahmar Mehbalı oğlu; 10 oktyabr 1911, Böyük Məzrə, Yeni Bəyazid qəzası – 10 avqust 1972, Amasiya rayonu) — Ermənistan SSR Amasiya r-nu Məhkəməsin Sədri (1957–1972) == Həyatı == Şahmar Əhmədov 1911-ci ildə Qərbi Azərbaycanda, Göyçə mahalının, Basarkeçər rayonunun Böyük Məzrə kəndində dünyaya gəlmişdir. Ailənin səkkiz övladından birincisi olan Şahmar Sovet hakimiyyəti dövründə açılan məktəblərdən birində təhsil alan ilklərdən olmuşdur. == Təhsili == Atası Mehbalı kişi Şahmarın yazıb-oxumağa böyük həvəsi olduğunu görüb, onu 1926-cı ildə Məzrədə olan ibtidai məktəbə yazdırmışdır. O zamanlar Məzrədə yalnız ibtidai məktəb var idi. Bu səbəbdən də o, 1929-cu ildə Zod kəndində yeddi illik məktəbi oxumuşdur. Onun Zod kəndində bibisi Kövsər yaşayırdı. Atasının məsləhəti ilə 1932-ci ildə məktəbi bitirənə qədər bibisigildə yaşamıdır. Şahmar bibisi Kövsəri heç unutmaz, ömrünün sonuna qədər onu tez-tez xatırlayardı. 1932-ci ildə ordu sıralarına çağrılmışdır. 1934-cü ildə serjant rübətsi ilə ordudan tərxis olunan Şahmar Məzrəyə qayıtmış, İrəvan pedoqoji texnikomunda qiyabi təhsil ala-ala, doğma kəndində orta məktəbdə tarix və coğrafiya müəllimi işləmişdi.
Şahmar Əkbərzadə
Şahmar Əkbər oğlu Əkbərzadə (28 dekabr 1941, Ağdam rayonu – 30 avqust 2000, Bakı) — şair, publisist, jurnalist. == Həyatı == Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir. Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur. 1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur. Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir. 10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur.
Şahmar Ələkbərov
Şahmar Zülfüqar oğlu Ələkbərov (23 avqust 1943, Kirovabad – 12 avqust 1992, Bakı) — Azərbaycanlı aktyor, ssenarist, səs aktyoru, mətn oxuyan, rejissor, Azərbaycan SSR xalq artisti (1989), Sovet İttifaqı Kommunist Partiyasının üzvü (1978-ci ildən). Teatrda ilk dəfə Uilyam Şekspirin "Lope de Veqa" tamaşasında çıxış edib. "Ustalar" tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Səhnədə ilk rolu "Dağlarda döyüş" filmi ilə başlayıb. Son "Yük" olmuşdur. Filmin premyerasını görməsə də, film Şahmar Ələkbərovun ssenarisi əsasında baş tutmuşdu. Film Bakı milyonçusu Ağa Musa Nağıyevdən bəhs edirdi. Ekranlaşdırılan film Berlin Film Festivalında nümayiş etdirilmişdir. "Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi universitetdə saxlanılıb.
Şahmar Hüseynov (mühəndis)
Şahmar Şəmistan oğlu Hüseynov (2 mart 1974, Azərbaycan) — "Azneft" İstehsalat Birliyinin sabiq baş direktoru. == Həyatı == Şahmar Hüseynov 2 mart 1974-cü ildə Qazax rayonu, Eynallı kəndində (indiki Ağstafa rayonu, Eynallı kəndi) anadan olmuşdur.[mənbə göstərin]O, 1991–1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki — ADNSU) "Neft-qaz yataqlarının işlənməsi və istismarı" fakültəsində təhsil alıb. Şahmar Hüseynov 1991–1996-cı illərdə "Leninneft" Neft-Qaz Çıxarma İdarəsində mexaniki yığma işləri üzrə çilingər, 1991–2010-cu illər arasında isə "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin müxtəlif vəzifələrində işləmişdir. 2010–2012-ci illərdə "Siyəzənneft" Neft-Qaz Çıxarma İdarəsində baş mühəndis, 2012–2013-cü illərdə H. Z. Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi, 2013–2019-cu illər arasında isə Abşeronneft NQÇİ-nin rəisi vəzifəsində çalışan Şahmar Hüseynov 27 dekabr 2019-cu ildən etibarən "Azneft" İstehsalat Birliyinin baş direktoru təyin edilmişdir. 2024-cü ilin mart ayında vəzifəsindən azad edilib. Şahmar Hüseynov həm də bir çox elmi əsərlərin də müəllifidir. 2018-ci ildə "Neft, qaz quyularında süzgəc zonanın əlverişli vəziyyətdə saxlanmasını həyata keçirən texnika və texnologiyanın elmi əsaslarla işlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru adını almışdır.[mənbə göstərin] O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar olaraq ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə 18 sentyabr 2008-ci il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş, 19 sentyabr 2017-ci ildə isə prezidentin eynitarixli sərəncamı ilə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür. Şahmar Hüseynov ailəlidir, iki övladı var.
Nərmin Şahmarzadə
Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu – 19 iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır. Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmiş və bu döyüş əsnasında həlak olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov 4 erməni əsgərini öldürmüşdür. Müxtəlif mənbələrə görə isə bu rəqəm 45-dir. Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində Mübariz İbrahimovun 5 nəfəri öldürüb, 3-nü yaraladığını bildirmişdir. Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir.
Vüsal Şahmarlı
Şahmaran
Şahmaran — Anadolu, Azərbaycan, Türkmən, Özbək, Uyğur, Qazax, Qırğız, Tatar ve Başqurd nağıllarında və ya hekayələrində rast gəlinən yarı-insan, yarı-ilan formalı varlıqdır. Belindən aşağısı ilan, yuxarısı isə insan olan və "Maran" adı verilən, fövqəltəbii varlıqların başındakı heç qocalmayan, ölüncə ruhunun qızına keçdiyinə inanılan canlıdır. Farsca ilanların şahı mənasını verən "şah-ı maran"dan gəlir. Şahmaran uzun gövdəli ilan quyruqludur. Ancaq, Şahmaranla bağlı bütün əfsanələrdə qadındır. == Ərbükə == Ərbükə, türk xalq inancında yarı insan, yarı ilan olan varlıqdır. Ərbökə də deyilir. Bu varlıqların başında İlan Ana və ya İlan Ata tapılar. Dişi olanları üçün "İşbükə" istifadə olunur. Bunlara Maran da deyilər.
Şahmarbəyli (Germi)
Şahmarbəyli (fars. شهماربيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 236 nəfər yaşayır (47 ailə).
Şahmarlı
Şahmarlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.

Значение слова в других словарях