Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
II Abdulla xan Şeybani
II Abdulla xan Şeybani (1533 - 1598) — Şeybanilər sülaləsindən Buxara hakimidir.Abdullah bin İskəndər bin Əbülxeyrdır. 1533-cü ildə Aförinkənddə doğuldu. Doğulduğu zaman atası İskəndər xan, duasını almaq üçün böyük alim Ubeydlullah Əhrarın tələbəsi və zamanın alimi Xacə Qasım Kaşaniyə götürdü. Xacə Kaşani, Abdullah xanın salih bir şəxs olması üçün dua etdiktən sonra; “Bu uşaq, irəlidə böyük bir sultan olacaq” dedi və belindəki dəvə tükündən hörülmüş olan qurşağını çıxarıb, Abdullah xana sarıdı. Onun, alimlər əlində tərbiyə edilməsini tövsiyə etdi.Ağlı və zəkasının çoxluğu, üstün qabiliyəti ilə dövrün qiymətli alimlərindən dərs alaraq çox yaxşı bir şəkildə yetişdirildi. Kuran-ı kərimi, əqli və nəqli elmləri və dövlət idarəsini çox mükəmməl öyrəndi. Atasının, dövlət ərkanının, alimlərin və çevrəsinin təqdirini qazandı. İskəndər xan, oğlu Abdullaha çox etimad etdiyindən, şahzadəliyində dövlət idarəsiylə vəzifələndirdi.Atası tərəfindən Kərminə bölgəsinə vali olaraq təyin edilincə, idarəçilikdəki qabiliyətini ortaya qoydu. Bu bölgədə ilk işi, torpaqlarına hücum edən çevrə bəyliklərin hücûmlarını önləmək oldu. Daşkənd və Səmərqənd hakimlərinə qarşı mübarizə etdi.
II Pirməhəmməd xan Şeybani
II Pirməhəmməd xan Şeybani (1550—1601) — Buxara xanlığının Şeybanilər sülaləsindən olan 12-ci xanıdır.2-ci adı Pirməhəmməd xan Süleyman sultan oğlu olan II Pirməhəmməd xan Şeybani 1550-ci ildə Buxara xanlığının mərkəzində anadan olmuşdu. 1598-ci ildə Əbdülmömin xan Şeybaninin öldürülməsindən sonra taxta əyləşmişdi. 1599-cu ilin mayında I Şah Abbas Xorasandakı vəziyyətlə tanış olmaq, Mavərənnəhrdəki vəziyyətə nəzarət etmək və Nurməhəmmədi himayə etmək məqsədi ilə Xorasana getdi. Məhz bu dövrdə Pirməhəmməd xanla Buxara əmirləri tərəfindən göndərilən elçilər I Şah Abbas tərəfindən qəbul edildi. Pirməhəmməd xan göndərdiyi elçi vasitəsilə şahdan Bağbadda Qızılbaşların əlində əsir olan Canibəyin nəvəsi Məhəmməd İbrahimin azad edilərək göndərilməsini xahiş etdi. Buxara əmirləri də Məhəmməd İbrahimin azad edilməsini xahiş edirdilər. Onların məqsədi səltənətdə və dünya işlərində çox gözü olmayan dərviş Pirməhəmməd xanın yerinə onu xan seçməkdi. Çünki Səmərqəndi ələ keçirən Baki xan müxalifətə keçərək Buxaranı təhdid etməyə başlamışdı.I Şah Abbas məsələni həll etmək üçün vasitəçilik edən Nurməhəmməd xana məktub yollayaraq Buxara əmirlərinin götürdükləri təəhhüdlərə sadiq qalıb Mərvdə Məhəmməd İbrahimi qarşılasalar məsələ həll edilmiş olar. Qızılbaşlar Simnana çatan zaman Nurməhəmməd xanın elçisi I Şah Abbas tərəfindən qəbul edildi. Elçilər Səfəvi şahına Baki Məhəmməd xanın (1599-1605) Pir Məhəmməd xana hücum edib onu öldürdüyünü və Buxaranı ələ keçirərək özbəkləri öz bayrağı altında birləşdirdiyini xəbər verdilər .
Məhəmməd Şeybani
Məhəmməd Şeybani (1500-1510) — Şeybani sülaləsindən özbək xanı, şairi. Məhəmməd Şeybəxt xan kimi tanınırdı. Anası Uluqbəyin qızı Reyhan Sultan bəyim idi. Çingiz xanın oğullarından Cuçinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Əmir Teymur tərəfindən yıxılmışdır. Sonra 1500-ci ildə Məhəmməd Şeybani xan (1451-1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500-1599) 1506-ci ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani ya da Şeybanoğulları xanlığı 1599-cu ildə Astarxan xanlığı mənşəli Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara Xanlığı Aştarhan hakimiyyətinin Canı hakimiyyətinin əlinə keçmişdir. 1507-cu ildə I Şah İsmayıl Səfəvi tərəfindən məğlub edilərək öldürülmüşdür.
Səfəvi-Şeybani müharibələri
Səfəvi-Şeybani əlaqələri — XVI əsrin əvvəlindən sonuna qədər davam etmiş əsasən müharibələrlə müşayət olunmuş əlaqələr. Şeybanilər Teymurilər sülaləsinə qarşı mübarizə apardıqları zaman Şah İsmayıl İranı birləşdirib vahid dövlətə çevirməyə can atır və eyni zamanda Xorasanda baş verənləri də nəzarət altında saxlayırdı. O, özbəklərin Kermana, Astarabad və Xorasana etdikləri hücumları və Şeybanilərin təhlükə törədə biləcəklərini nəzərə alaraq ciddi tədbirlərə əl atmalı olduğunu başa düşür. Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şe’r ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir. Şerin məzmunu: (Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tutmuşdur). Hicrətin 916-cı ilində İranın mərkəzində artıq heç bir çətinlik qalmamışdı. Fəzl Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı. O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..." Belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi.
Səfəvi-Şeybani müharibəsi
Səfəvi–Şeybani müharibəsi — 1510-cu ildən etibarən Şeybanilər xanlığı və Səfəvilər İmperiyası arasında baş vermiş və Səfəvi qalibiyyəti ilə nəticələnmiş müharibə. Müharibə zamanı Şeybani ordusuna Məhəmməd Şeybani, Səfəvi ordusuna isə Şah İsmayıl Xətai rəhbərlik edirdi. Səfəvilər dövləti müharibədən qalib çıxmış, Məhəmməd Şeybani isə Mərv döyüşündə həlak olmuşdur. 1510-cu ildə başlamış hərbi əməliyyatlar uzun müddət davam etmişdir. Mərv döyüşündə xilas olunan əsirlərdən biri Zahirəddin Məhəmməd Baburun bacısı idi. Bu hadisədən sonra Şah İsmayıl və Böyük Moğol İmperiyası arasında dostluq yaranmışdır. == Münaqişə == === Münaqişənin başlanması === 1500-cü ildə Şeybani sülaləsi Buxara xanlığının əsasını qoydu. Bu dövlətin paytaxtı Səmərqənd şəhəri id. Bir qədər keçdikdən sonra Şeybanilər Məvaraünnəhr, Xarəzm, hətta Xorasanın önəmli bir hissəsini ələ keçirdilər. Səfəvi dövləti və ya Dövlət-e Qızılbaş dövləti də 1501-ci ildə yaradılmış və öz növbəsində o da, ətraf bölgələr hesabına genişlənməyə başlamışdı.
Səfəvi-Şeybani əlaqələri
Səfəvi-Şeybani əlaqələri — XVI əsrin əvvəlindən sonuna qədər davam etmiş əsasən müharibələrlə müşayət olunmuş əlaqələr. Şeybanilər Teymurilər sülaləsinə qarşı mübarizə apardıqları zaman Şah İsmayıl İranı birləşdirib vahid dövlətə çevirməyə can atır və eyni zamanda Xorasanda baş verənləri də nəzarət altında saxlayırdı. O, özbəklərin Kermana, Astarabad və Xorasana etdikləri hücumları və Şeybanilərin təhlükə törədə biləcəklərini nəzərə alaraq ciddi tədbirlərə əl atmalı olduğunu başa düşür. Şeybək xanın Şah İsmayıla göndərdiyi məktubda da şe’r ilə hədəfinin tək İranın deyil, Məkkə və Mədinənin də işğal edəcəyi olduğu göstərilir. Şerin məzmunu: (Şeybək xan İraq dedikdə təzə təsis olmuş Səfəvi dövlətinin ixtiyarında olan Əcəm İraqını nəzərdə tutmuşdur). Hicrətin 916-cı ilində İranın mərkəzində artıq heç bir çətinlik qalmamışdı. Fəzl Ruzbəhan bu haqda yazır: "İraq, Fars, Kerman, Azərbaycan və Ərəb İraqında Şah İsmayıla çətinlik törədə biləcək və başını qata biləcək elə bir qarışıqlıq qalmamışdı". Nəhayət, Şah İsmayıl Şeybək xanın sorağına gəlir və təkəbbürə malik olan Şeybək xan Şah İsmayıla göndərdiyi məktublarda ünvanına xoşagəlməz sözlər deyir və onu «kiçik nəzarətçi» adlandırırdı. O, Şah İsmayıldan İranda onun adına sikkə vurub Orta Asiya camaatının Həcc ziyarətinə getməyinə imkan verməsini tələb edirdi. Göndərdiyi məktubların birində yazırdı: "Cümə məscidlərində bizim hər yanı tutmağımız haqqında xütbə oxu və özün də bizim yüksək məqamımıza diqqət yetir, yoxsa..." Belə bir təhqiramiz məktub hər bir tanınmış əmir üçün dözülməz bir iş idi.
Xalid ibn Yezid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
Xalid ibn Yəzid əş-Şeybani

İsa ibn Şeyx əş-Şeybani
Əbu Musa İsa ibn əş-Şeyx bin əs-Səlil əz-Zühli əş-Şeybani (Ərəbcə: عیسی ابن شیخ (d. ? - ö. 883) — Abbasi valilərindən. == Həyatı == Şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Şeyx deyə məşhur olan atasının adı Əbdürrəzzaq və ya Əhməd olaraq qeyd edilir. İsanı tarix səhnəsinə çıxaran hadisə xəlifə Mütəvəkkil-billah dönəmində (847-861) meydana gəldi. Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi.
Şeyban
Şeyban— İranın Xuzistan ostanının Bavi şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 23,211 nəfər və 4,063 ailədən ibarət idi.
Şeyban (Urmiya)
Şeyban (fars. شيبان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (50 ailə).
Şeyban xan
Şeyban xan (Çincə: 昔班 pinyin: xībān; d. ? - ö. 1266), Şeybanilər sülaləsinin ilk xanı Çingiz xanin oğullarından Cuçi xanin beşinci oğlu. Ağ Ordanın sərkərdəsi. Böyük qardaşı Batı xana etdiyi xidmətlərindən dolayı 15.000 xanə rəiyyət verilmiş və Batı xan ilə Ordanın bölgələri arasında yer almışdı. Şeybanın sülalesi "Şeybanîlər" olaraq tanınmış və Şeybani xanlığı və davamı sayılan Buxara xanlığının Şeybani xanədanı, Xivə xanlığı ve Sibir xanlığının hakimləri də bu sülalədən gəlmişdir.
Şeybani
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Şeybani Xanlığı
Şeybani xanlığı (1428–1468, 1500–1599) — Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. == Tarixi == 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymurilər dövləti tərəfindən süqut olunmuşdur. Sonra 1500-cü ildə Məhəmməd Şeybani xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı (Astarxan xanlığı) mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir.
Şeybani sülaləsi
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Şeybani xan
Məhəmməd Şeybani (1500-1510) — Şeybani sülaləsindən özbək xanı, şairi. Məhəmməd Şeybəxt xan kimi tanınırdı. Anası Uluqbəyin qızı Reyhan Sultan bəyim idi. Çingiz xanın oğullarından Cuçinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Əmir Teymur tərəfindən yıxılmışdır. Sonra 1500-ci ildə Məhəmməd Şeybani xan (1451-1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500-1599) 1506-ci ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani ya da Şeybanoğulları xanlığı 1599-cu ildə Astarxan xanlığı mənşəli Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara Xanlığı Aştarhan hakimiyyətinin Canı hakimiyyətinin əlinə keçmişdir. 1507-cu ildə I Şah İsmayıl Səfəvi tərəfindən məğlub edilərək öldürülmüşdür.
Şeybanilər
Şeybanilər - Şeybani xanlığında hakim sülalə. Şeybanilər - İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından.
Şeybanilər (İran)
Şeybanilər — İranın Kaşan şəhərinin ərəb mənşəli soylarından. Kaşan şeybanilərinin nəsəbi, ərəb qəbilələrindən olan Bəni Şeyban qəbiləsinə yetişir. Bəni Şeyban qəbiləsinin digər qollarından Xəzimə Ələmlərdilər. Kaşan şeybanilərinin böyük əcdadı, Əmir Qiyasəddin Şeybani, ərəb şeyxlərindən idi ki, atası Cəlaləddin Məhəmməd Nəim Şeybani və bəzi müridlərilə birlikdə Farsdan Kaşana mühacirət edib və Bidgüldə sakinləşiblər. == Tanınmış şəxsiyyətlər == Qulamhüseyn Şeybani Mirzə Məhəmmədmehdi Şeybani, Kaşan hakimi Musa Şeybani (Zəkaüssəltənə) Mirzə Mahmud Şeybani (Mühasibülməmalik) Mehdi Şeybani, Kaşanın milli şura məclisində nümayəndəsi,Baş nazirin müavini Fərəculla xan Nədiməddövlə General Həbibulla Şeybani Əbdülhüseyn Şeybani (Vəhidülmülk) Mirzə Əli Məhəmməd xan Şeybani (Mücirəddövlə) Mirzə Nəsrulla xan Cəlilülmülk == Mənbə == Aqili, Bağır.İranda hükumət edən xanədanlar.Tehran:Nəşr-e Elm, 2002. ISBN 964-405-197-1.
Şeybanilər sülaləsi
Şeybani xanlığı (1428–1468, 1500–1599) — Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır. == Tarixi == 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymurilər dövləti tərəfindən süqut olunmuşdur. Sonra 1500-cü ildə Məhəmməd Şeybani xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı (Astarxan xanlığı) mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir.
Əbdülmömin xan Şeybani
Əbdülmömin xan (1568-1598) — Buxara xanlığının Şeybanilər sülaləsindən olan 11-ci xanıdır.O, II Abdulla xan Şeybaninin yeganə oğludur. Atasının sağlığında xanlığın sərkərdələrindən biri idi. Dəfələrlə Səfəvilər dövləti ərazisinə yürüş etmişdi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Əbdülmömin xanın rəhbərliyi altında özbəklər Heratı aldıqdan sonra Əliqulu xanı və Şamlı eli əsgərlərini öldürüb şəhəri talan edərək qadınları və uşaqları əsir apardılar. Oruc bəy Bayat Heratın müdafiəsi zamanı 6 min Səfəvi əsgərinin canlarını sevə-sevə fəda etdiyini yazır;.. İsgəndər bəy Münşi yazır ki, "özbəklər Şamlı tayfasının qız-qadınını əsir götürüb Mavərənnəhrə göndərdilər. Onlar xəzinələri ələ keçirməkdən ötrü əzəmətli Şamlı xatunlarına işgəncə verib, bu işdən bir dəqiqə də olsun əl çəkmədilər. Xeyli işgəncədən və çoxlu mal əldə etdikdən sonra onları lüt-üryan etdilər. Bu bəladan çox az adam nicat tapa bildi". Şərəf xan Bidlisi Heratda özbəklərin həyata keçirdiyi qətliamla bağlı yazırdı: "Özbəklər türklərdən, taciklərdən, kölələrdən, xaricilərdən, yerlilərdən, gənclərdən və yaşlılardan heç kimi sağ buraxmadılar".
Müsənnəf İbn Əbu Şeyba
Müsənnəf İbn Əbu Şeyba (ərəb. مصنف ابن أبي شيبة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair mühəddis İbn Əbu Şeyba tərəfindən tərtib edilmiş hədislər toplusu. Kitab əl-Müsnəd kimi də tanınır. Mərfa və məukuf hədislərini ehtiva edir. Məcmuənin ən uzun bölməsi İmam Əbu Hənifənin təkzibi fəslidir (Məhəmməd Zahid əl-Kövsəri öz kitablarında bu iddiaları təkzib etmişdir). Müsənnəf bir çox əlyazmalarda mövcuddur. Həmçinin bir neçə müasir nəşri var, məsələn: Hindistanın "Əd-Dar əs-Sələfiyə əl-Hindiyə əl-Kadima" nəşriyyatından, Dar əl-Kiblə nəşriyyatından. Müsannafın bəzi hissələri Multanda çap edilmişdir. Şərh Şeyx Səad əl-Şəsri tərəfindən Musannaf üçün buraxılmışdır. Müsənnəf məğribdə və müsəlman İspaniyasında böyük uğur qazanır, burada Baqi ibn Məhlyad Şərqdən qayıdarkən ona şərhini verir, bu da Kordoba müftisi Aşbaq ibn Xəlilin qəzəbinə səbəb olur.
Şeys
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Şeyx
Şeyx (ərəb. شيخ‎) — Ərəbcə hörmət ifadəsini yetirən tituldur. Söz "yaşlı" deməkdir."lider" və ya "vali" mənasını verir. Ümumiyyətlə, atasından sonra bu ünvanı almış qəbilənin ən böyük və önəmli adamına deyilir və ya bir tələbə əsas İslam məktəbini bitirdikdən sonra bu ünvan o, tələbənin adının əvvəlinə gəlir. Azərbaycan dilinə ərəbcədən keçmişdir və ümumiişlək söz olmuşdur.
Şüeyb
Şüeyb (ərəb. شعيب‎) — Quranda adı çəkilən Mədyən əhlinə göndərilən peyğəmbər, Musa peyğəmbərin qayınatası. == Şüeybin adı və əsil-nəsəbi == Adı və nəsəbi barədə tarixyazarlar arasında ixtilaf olan peyğəmbərlərdən biri də həzrət Şüeybdir. İbni Əsir "Kamilut-tarix" kitabında nəql edir ki, bəziləri onun adını Yəsrun, bəziləri isə Şüeyb kimi qeyd ediblər. "Dehxoda" ensklopediyasında onun adı Yəsrin, farscası Büveyb, bəziləri Yəsrun, bəziləri isə Yəsrub olduğunu qeyd ediblər. Bir başqaları isə Yəsrub ibni Büveyb olduğunu yazırlar. Məlumdur ki, qeyd olunanlarda düzəliş və dəyişiklər aparılmışdır. Həqiqi adı bunlardan biri olmuşdur. Tövratda da onun adı Yəsrun gəlmişdir. Tarixçilərin böyük bir qrupu isə Allahın Qurani-Kərimdə gətirdiyi adı – Şüeybi (siryani dilində Yəsrun deyilir) yazmışlar.
Qeyb Nyuell
Geyb Nyuell (ing. Gabe Logan Newell) və ya ləqəbi ilə Geyben (ing. Gaben; 3 noyabr 1962, Kolorado) — amerikalı iş adamı və Valve videooyun şirkətinin prezidenti. Nyuell Koloradoda anadan olub və Kaliforniyanın Deyvis şəhərində böyüyüb. 1980-ci illərin əvvəllərində Harvard Universitetində təhsil almağa başlayıb, lakin Microsofta qoşulmaq üçün təhsilini yarımçıq qoyub və Windows əməliyyat sisteminin ilk versiyalarının yaradılmasında iştirak edib. Nyuell və Mayk Harrinqton 1996-cı ildə Microsoft-dan ayrılaraq Valve-i yaratdılar və ilk oyunları olan Half-Life-ın (1998) tərtibatını maliyyələşdirdilər. Harrinqton 2000-ci ildə şirkətdən ayrıldı. Nyuell Valve-in 2003-cü ildə istifadəyə verilmiş və 2011-ci ilə qədər yüklənmiş kompüter oyunları bazarının çox hissəsini idarə edən Steam rəqəmsal paylama xidmətinin tərtibatına rəhbərlik etmişdir. 2021-ci ilə qədər Nyuell Valve-in ən azı dörddə birinə sahib idi. O, 2021-ci ilə kimi 3,9 milyard dollar sərvəti ilə ABŞ-nin ən varlı insanlarından biri və videooyun sənayesinin ən varlı adamı kimi qiymətləndirilirdi.
Şeyx Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Şeyx Kəndi
Şeyx Kəndi — Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb.
Şeyx Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. == Təhsili == İlk təhsilini öz ailəsində almışdır.
Şeyx Mənsur
Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı.Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır . == Həyatı == Qafqazda müridizmin ilk yayıcısı 1760-ci ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu. XVIII əsrin sonlarında Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başladı. Mənsurun müasirləri qeyd edirdi ki, onu digərlərindən daha çox dəstəkləyənlər çeçenlər olmuşdur , bu, yəqin ki, Şeyx Mənsurun çeçenlərlə birgə olduğu müddətdə onlara verdiyi dəstəklə bağlı idi. Çərkəzlərin torpaqlarına köçdükdən sonra onun əsas silahdaşları çərkəzlər olmuşdur. Mənsur Çeçenistanda fəaliyyətə başlayanda (Benniqsenin fikrincə, o, 1784-cü ildə özünü imam elan etmiş, 1785-ci ildə fəal təbliğata başlamışdır) Türkiyə Krımın qaytarılması üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı. Tədqiqatçı Benniqsen hesab edir ki, Mənsur Çeçenistanda İslamı təbliğ etməyə başlayanda formal olaraq, İslamı qəbul etmiş, lakin bütpərəstlik inanclarını qoruyub saxlayan sadə dağlılardan fərqli olaraq,çeçen aristokratiyasının əksər hissəsi artıq İslamı qəbul etmişdi .
Şeyx Qalib
Şeyx Qalib (təxəllüsü, Məhəmməd Esad Qalib dədə, 1757[…], Konstantinopol – 3 yanvar 1799, Konstantinopol) — Osmanlı şairi, sufi cərəyanının nümayəndəsi. Şeyx Sufi Mövlavilik ordeni. Şair İsmət Özelin fikrincə, Qalib Allahı deyil, insanı kainatın mərkəzində yerləşdirən ilk türk yazıçılarından idi. == Həyatı == 1757-ci ildə İstanbulda anadan olub. Atası və babası da daxil olmaqla bir sıra qohumları Mövlud Sufi ordeninin üzvləri idilər. Onlar həm də onun ilk müəllimləri oldular. Bundan əlavə, Qalibə özəl müəllimlər dərs deyirdi, xüsusən də ona fars və ərəb dillərini öyrədirdilər . Sultan məhkəməsində bir məmur olaraq çalışdı, ancaq 26 yaşında "çilə" adlanan mingünlük sufi təcrübəsini ruhani müəllimi Çələbi Seyyida Əbubəkr Əfəndinin rəhbərliyi altında keçmək üçün.Konyaya getdi. Bir müddət sonra, Ebubekir Xoca Əfəndi, Qalibin atasının istəyi ilə onu İstanbula göndərdi və Qalib burada "çilə"ni tamamladı. Bundan sonra "baba" mənəvi başlığı aldı.
Şeyx Bəhai
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (1546-1622) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. == Həyatı == Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Şeyx Bəhaəddin

Şeyx Səduq
Şeyx Səduq (fars. شیخ صدوق‎) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; d. M. 923, H.Q. 306, Qum - ö. M. 991, H.Q. 381, Rey, Qəznəvilər dövləti). Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır - IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi. == Həyatı == Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H.Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur. == Təhsili == Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atsından almışdır.
Şeyx Səfi
Şeyx Səfi (tam adı: Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili; 1252, اردبیل – 12 sentyabr 1334, اردبیل) — sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu və Şah İsmayıl Xətainin ulu babası. == Həyatı == Şeyx Səfi 1252-ci ildə Ərdəbilin Kəlxuran kəndində anadan olmuşdur. Bəzi mənbələrdə kürd mənşəli, bəzilərində seyid, digərlərində isə türk mənşəli olduğu qeyd edilmişdir (bax: #Etnik mənsubiyyəti). Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, fars, ərəb, gilan, talış və monqol dillərini öyrənir. İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Müəllimi Əmir Abdullahın məsləhəti ilə iyirmi beş yaşında məşhur Gilan şeyxi Hacı əd-Din Zahidin (hicri-615–700) müridi olur. Şeyx Səfi əd-Din 25 il tələbə kimi onun yanında qalır. Hacı əd-Din Zahidin qızı ilə evlənən Səfi Şeyxin vəfatından (1294) sonra onun yerində Səfəviyyə təriqətinin rəhbəri olur. 35 il irşad və təlimatlarla məşğul olur və bir çox tələbə yetişdirir.
Şeyx Səfiəddin

Şeyx Səid
Şeyx Səid (1864, Palu, Diyarbəkir əyaləti, Osmanlı imperiyası – 29 iyun 1925, Diyarbəkir, Türkiyə) — Zaza bir ailəyə mənsub olan Nəkşibəndi şeyxi, Kürd lideridir. TBMM-nin səltənət və xəlifəliyin ləğvi haqqında çıxardığı qanunlara etiraz olaraq başladılan üsyanların biri də Şeyx Səidin "İnqilaba dəstək verənlərin canları və malları halaldır" fətvası ilə baş vermişdir.
Şeyx Sənan
Şeyx Sənan (dastan) — sufi şairi Fəridəddin Əttar tərəfindən qələmə alınan, sufi şeyxi Sənanın gürcü xristian qızına duyduğu eşqini təsvir edən dastan. Şeyx Sənan (dram) — Hüseyn Cavidin yazdığı dram əsəri. Şeyx Sənan (opera) — Üzeyir Hacıbəyovun yazdığı opera. Şeyx Sənan (simfonik poema) — Rauf Hacıyevin simfonik poeması. Şeyx Sənan (balet) — Nəriman Məmmədovun yazdığı balet əsəri. Şeyx Sənan (teleserial, 2023) — Azərbaycan teleserialı.
Şeyx Sərdar
Şeyx Sərdar Hacıhəsənli (tam və əsil adı: Sərdar Akif oğlu Babayev; 12 mart 1974, Masallı rayonu) — Azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, İslam elmləri üzrə ekspert və tədqiqatçı, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide. Az saytının təsisçisi və baş redaktoru Şeyx Sərdar Hacıhəsənli ilk dəfə 2017-ci ilin fevralında camaat şəklində cümə namazı qıldığı üçün həbs olunmuşdu. 3 il azadlıqdan məhrum edilmişdi. 2020-ci ilin fevral ayında həbs müddəti başa çatdıqdan sonra azadlığa çıxmışdı. == Haqqında == Sərdar Akif oğlu Babayev 1974-cü ilin mart ayının 12-də Azərbaycan SSR-in Masallı rayonunda dünyaya gəlib. Rayonun əsil və nəcabətli ailələrindən birində böyümüş Sərdar 7 yaşında məktəbə getmiş və SSRİ dağılan dönəmdə rayonun 1N-li məktəbində orta təhsilini başa vurmuşdur. Altı uşaqdan ibarət mərhum məşhədi Akifin ailəsinin 5-ci övladı olan Sərdar hələ uşaq yaşlarından dinə meyilli olmuş və yeniyetmə çağlarında yerli ruhanilərin hüzurunda dini elmlərlə tanış olmağa başlamışdır. 15–16 yaşlarında Masallıda və eyni zamanda rayondan kənarda İslam maarifinin təbliğinə başlamış Sərdar, mübarək ramazan, məhərrəm və səfər aylarında xalqın ehtiyacını nəzərə alıb gün ərzində üç və bəzi hallarda dörd məclisdə moizə və dini ayinləri icra edirdi. Vaxtilə bölgədə din xadimi və gənc ruhani kimi tanınan Sərdar mənəviyyat və dini məlumatını genişləndirmək məqsədilə zəmanəsində yüksək əxlaqi və elmi səciyyələri ilə tanınmış mərhum ustad Molla Bəylərin hüzuruna nail olur. Çox tez bir zamanda zəkası və elmi həvəsi ilə ustadın diqqətini cəlb etmiş gənc Sərdar, təqribən ustadın ömrünün axırına qədər xüsusi şagird qismində ondan bəhrələnir.
Şeyx Tusi
Şeyx Tusi (fars. شیخ توسی‎; tam adı: Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi, fars. ابوجعفر محمد بن حسن توسی‎; 995[…], Tus – 2 dekabr 1067, Nəcəf) — fars əsilli islam alimi. HQ. V əsrin Şiə-Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. == Həyatı == Əbu Cəfər Məhəmməd ibn Həsən ət-Tusi oktyabr 995-ci ildə Tus şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. 1017/1018-ci ilə qədər bu şəhərdə yaşamışdır. 7 dekabr 1067-ci ildə Nəcəf şəhərində vəfat etmiş və vəsiyyətinə əsasən bu şəhərdəki evində dəfn olunmuşdur. Dəfn olunduğu ev sonradan Tusi məscidi'nə çevrilmişdir. == Təhsili == Tus şəhərində yaşadığı 995–1017/1018-ci illərdə müqəddimə elmlərindən dərs demişdir. Təhsilini davam etdirmək məqsədilə 1017/1018-ci illərdə Bağdada köçmüşdür.
Şeyx Xəzəl
Şeyx Xəzəl bin Cabir xan əl-Ərəbi (ərəb. الشيخ خزعل بن جابر الكعبي‎) — Qacar dövründə,Xuzistan (o zaman Ərəbistan) yarı-muxtar hökmdarı idi. == Həyatı == Seyx Xəzəl Bəni Kəb qəbiləsindən və İranın İngiltərə yönümlü adamlarından idi ki, məşrutə dövründən etibarən, Xuzistan əyalətində İranın siyasi hadisələrində əhəmmiyyətli rol oynamışdı. O məşrutiyyət inqilabından havadarlıq elədi və ikinci dünya muharibəsində İngiltərəyə dəyərli yardımlar elədi. Beləliklə, o eliyə bildi İngiltərənin tam əminliyin özünə cəlb eləsin və o dövlətin arxa durmasila Xuzistanın güclü və taysız hakiminə çevirilsin. Xuzistan kimi neft çıxan və stratejik reqyonun əhəmiyyəti və mövqeyini nəzərə alaraq, Şeyx Xəzəlin olması Britaniyaya çox yüksək əhəmiyyətə malik idi. Amma nəhayətən Şəmsi 1303-cü ildə Rza xan vasitəsilə İranın və Xuzistanın siyasət səhnəsindən silindi. O zaman ki Rza xan Xəzəlin aradan qaldırmasına əl atdı, Səadət Qiyamı Komitəsinin təhriklərini ona əlamət bildi ki, Şeyx Xəzəl Xuzistanın İrandan ayrılmasını istəyir və İngiltərə dövləti də bu pis fikirdə ondan himayə edir. Beləliklə belə göstərdi ki, Şeyx Xəzəlin aradan qaldırması, İranın parçalanmasının qarşısın almaq və İngiltərənin ən əhəmiyyətli amili və o dövlətin mənfəətlərilə mübarizə deməkdir. "Səfər name-ye Xuzistan" kitabı təkcə bu baxımın ilqası və əsaslandırması üçün idi.
Şeyx İbrahim
Şeyx İbrahim (Səfəvi) — Ərdəbil hakimliyinin IV şeyxi == Ailəsi == Şeyx İbrahim Şeyx Əli ilə Qədəm xanımın böyük oğlu olmuşdur. Qədəm xanım Cəlari Şeyx Hüseynin nəvəsi idi. == Hakimliyi == Şeyx İbrahim atasının sağlığında hakimliyə gəlmişdi və onun dövründə onun tabeliyində olan şiə əqidəli siyasi-hərbi səfəvi birləşmələrinin Qaraqoyunlulara müttəfiq olduğu aydın sezilir. Belə ki, Metsoflu Tomas adlı erməni tarixçi XV əsrdə yazdığı "Teymur və onun xələflərinin tarixi" əsərində Şeyx İbrahimin də adını çəkir. 1440-1441-ci illərdə Cahanşahın Gürcüstan səfərində Şeyx İbrahimin qaraqoyunlular tərəfindən iştirakını görürük. Tarixci yazır ki, Gürcüstan hökümdarı İsgəndərin Cahanşahı təhqir etməsi və təslim olmaması bu ölkəyə fəlakət gətirdi. Həmçinin erməni tarixçi əsərində maraqlı bir ifadə işlədir:"Budur Türkmənlər!...Biz ermənilər isə həmişə gürcülərə ümid bağlayardıq, kafirlər arasında öyünərdik, lakin bundan sonra məyus olduq və kafirlərin önündə dağılan qaldıq. Peyğəmbərin sözləri yerinə yetdi: insana ümid bağlayan insana lənət gəldi... Çarmıxa çəkilən, kilsə üçün canını verən Rəbb İsa Məsihdən başqa bizə kömək edəcək kimsə yox idi". Gürcüstanın təslimiyyətindən sonra Şeyx İbrahim Cahanşaha məsləhət gördü ki, kafirlərin dinimizi təhqirlərinə qarşılıq onları vassal etməklə yanaşı, cizyə və xəraca məruz qoysunlar.
Şeyx Şamil
Şeyx Şamil (avar. Имам Шамиль; 26 iyun (7 iyul) 1797, Gimri – 4 fevral 1871, Mədinə, Həbəşistan əyaləti) — Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının imamı kimi tanınmışdır. Qafqaz xalqlarının milli qəhrəmanı. Milliyyətcə — Avardır. == İlk illəri == === Milli mənsubiyyəti === Şamilin atası avar dəmirçi Denqav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Baxu Meseddir. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş".Şamil 26 iyun (7 iyul) 1797-ci il tarixində ― müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də Avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən") adını verdilər. === Mənəvi formalaşması === Oğlana babasının şərəfinə Əli adı qoymuşdular. Uşaq ikən, o, arıq və zəif idi, tez-tez xəstələnirdi.
Şeyx Əbdül
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. == Həyatı == Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Şeyx Ədəbali
Şeyx Ədəbali (Osmanlıca: شيخ اده بالي) (Balışeyx, Şeyx Adabalı və ya Şeyx Atası) (1206–1326) — Osmanlı Dövlətinin qurulduğu illərdə yaşamış bir İslam ilahiyatçısı-din alimi, Ahi şeyxi, Osman Qazinin qayınatası və müəllimi, Osmanlı Dövlətinin fikir atası. 1206-ci ildə doğulduğu təxmin edilməkdədir. 1326-cı ildə 120 yaşında Biləcikdə vəfat etmiş, dərgahının zikr otağında basdırılmışdır. Rəbia Bala Malhun Xatun atası. İlk Osmanlı şeyxülislamı == Həyatı == Şeyx Ədəbali əslən Qaramanlıdır. Qaramanda başladığı təhsilini Şamda tamamladı. Təfsir, hədis və İslam hüququnda uzmanlaştı. Mövlana Cəlaləddin Rumi və Hacı Bektaşı Vəli kimi zamanının böyüklərinin söhbətlərində iştirak etmişdi. Əskişəhir yaxınlarında o zamankı adıyla İtburnu kəndində yaşamışdır. Öz tikdirdiyi mədrəsədə şagird yetişdirdi və xalqı işıqlandırdı.
Şeyx Ədəbalı

Şeyx Əli
Şeyxəli (Bukan)
Serb
Serblər — Avropada xalq.
Seyba
Seyba (lat. Ceiba) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ceiba aesculifolia (Kunth) Britten & Baker, 1896 Ceiba glaziovii (Kuntze) K.Schum., 1900 Ceiba insignis (Kunth) P.E.Gibbs & Semir, 1988 Ceiba pentandra (L.) Gaertn.
Seybo
Seybo (歳暮) və ya oseybo (御歳暮) — Yaponiyada ilin sonunda hədiyyə vermək adəti. "Seybo" sözünün mənası "ilin sonu" deməkdir. İlin sonunda verilən hədiyyə həmin il göstərilmiş yaxşılıqların qarşılığında təqdim olunan təşəkkürün bir ifadəsi hesab olunur. == Xüsusiyyətləri == Keçmişdə Yaponiyada əcdadların üzərinə sake, oniqiri, balıq kimi məhsullar qoyurdular və insanlar bu məhsulları ehtiyacı olanlarla paylayırdılar. Bu adət daha sonra seybo adətinə təkamül etmişdir. Seybo adətən sosial cəhətdən daha yuxarı mərtəbədə qərarlaşan evlilik vasitəçisi, ailə həkimi, ev sahibi kimi şəxslərə və ya ikebana, çay mərasimi kimi incəsənət sahələri ilə məşğul olan müəllimlərə təqdim olunur. Bu şəxslərə seybo ilə yanaşı ilin ortasında çuqen adlı hədiyyə də verilir. Sosial cəhətdən daha yuxarı mərtəbədə qərarlaşan şəxslər də başqalarına seybo təqdim edə bilərlər. Belə seybolar ailə və ya biznes əlaqələri münasibətilə verilən seybolar hesab olunur. Seybo kimi əsasən yemək və ya sabun, dəsmal kimi gündəlik həyatda istifadə olunan məhsullar verilir.
Seyk
𐕚 (səslənməsi /s/, transkripsiyası S, s) — Alban əlifbasının 43-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սէկ (Sēk) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki S səsi ilə eyniləşdirirlər.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Səlb
Səlb (lat. Platycladus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Antal Serb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur. 1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir.
Corc Seyl
Corc Seyl(ing. George Sale; 1697, Kenterberi, Kent — 13 noyabr 1736, Böyük Britaniya) — ingilis şərşünası, tərcüməçisi. == Həyatı == Corc Seyl 1697-ci ildə Kentdə doğulmuşdu. Atası London tacirlərindən Samuel Seyldir. Kenterberidəki Kings Schoolda təhsil gördü. Hüquq təhsilinin ardından qısa bir müddət vəkillik etdi. 1720-ci ildə Society for the Promoting Christian Knowlədgea (SPCK) bağlı Inner Templə adlı instituta daxil oldu. İlk Ərəbcə təhsilini, Zəburun və İncilin Ərəb dilinə tərcüməsinin hazırlanması üçün Antakya patriki tərəfindən Londona göndərilən keşiş Süleyman əs-Sadidən (Salamo Negri) aldı. İngiltərə kralının mütərcimi Suriyalı xristian Dadichi ilə Ərəbcənin ləhcələri üzərinə incələmələr apardı. Volter, Fəlsəfə lüğətindədə Seylin Ərəblər arasında iyirmi il qaldığını söyləməkdəysə də bunun doğru olmadığı bildirmişdir.
Serb-xorvatca
Serb-Xorvat dili - cənubi slavyan dillərindən biri. Serb, xorvat və bosniya dilləri serb-xorvat dilinin regional variantları sayılır.
Serb Respublikası
Serb Respublikası (serb. Република Српска, Republika Srpska) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya və Herseqovina Federasiyasıdır).
Serb dili
Serb dili (српски језик) — Slavyan dillərindən biri. Bolqar, makedon, sloven, monteneqro, xorvat və bosniya dilləri ilə birgə Cənubi slavyan dilləri yarımqrupuna aid edilir.
Serb dinarı
Serb dinarı — Serbiyanın istifadə etdiyi pul vahididir. Voyevodina (İnzibati mərkəzi Novi-Sad şəhəridir.) Serbiyanın muxtar bir bölgəsidir və onlar da Serb dinarını istifadə edirlər. Kosovo və Monteneqro Serbiyadan ayrıldıqdan sonra serb dinarı yerinə Avropa İttifaqının rəsmi pul vahidi olan avro istifadə etməyə başladı. Şimali Kosovoda hələ də Serb dinarı rəsmi pul vahidi olaraq istifadə edilməkdədir.
Serb qartalı
Serb qartalı — Serbiya heraldika və veksillologiyası tarixində ikibaşlı heraldik qartal şəklində təsvir edilən əsas simvoldur. İkibaşlı qartal və serb xaçı əsrlər boyu Serb xalqının milli kimliyini təmsil edən əsas heraldik simvollar olmuşdur. Orta əsrdə Nemaniçi sülaləsində zamanı ortaya çıxmışdır. Üzərində xaç olan qartal, Serbiya Krallığı tərəfindən 1882-ci ildə qurulmuş ənənəyə uyğun olaraq Serbiya gerbinin müasir dizaynında istifadə edilmişdir. "Ağ Qartal" ordeni, Serbiya və Yuqoslaviya vətəndaşlarının sülh və ya müharibədəki nailiyyətlərinə görə və ya 1883-1945 illəri arasında Vəliəhd, dövlət və millət qarşısında xüsusi xidmətlərinə görə təltif edilən bir kral ordeni idi. == Tarixi == === Orta əsrlər === Cütbaşlı qartal orta əsrlər Serbiyada Estrukan Mədəniyyətindən qəbul edimişdi. Geniş yayılmış yanlış bir təsəvvürə görə simvol keçmiş Bizans təsirindən yarandığı iddia edilsədə, bu tarixçilər tərəfindən inkar edilmişdir. Tarixi mənbələrə məlum olan ən qədim qorunan cütbaşlı qartal simvolu 1190-cı ilə aid olan Müqəddəs Pyotr və Pol kilsəsində yerləşən Xumun Miroslavın portretində təsvir edilmişdir. Bu simvol bir boyun və iki baş, boyun və quyruqda boyunluq, yayılmış qanadlar, bir quyruq, qanaddan daha yüksək başlar, üç barmaqlı ayaqları olan qartalı təsvir edirdi. Nemaniçi qartalının bu növü 12-15 əsrlər arasında inkişaf etmişdir.
Serb üsyanları
Serbiya üsyanları – 19-cu əsrin əvvəllərində Serblərin Osmanlı Dövlətinə qarşı başladıqları və 1878-ci ildə Serbiyanın müstəqilliyi ilə nəticələnmiş üsyan. == Osmanlı Serbləri == Tarixən Serbiya ərazisinin Osmanlı Dövlətinə qatılması 14-cü əsrdə başlamış 15-ci əsrin ortalarında başa çatmışdır.Osmanlı Dövləti Serb Knyazlığı ilə 1371-ci ildə apardığı Çirmən döyüşü və 1389-cu ildəki I Kosova Müharibəsinin Serblərin məğlubiyyəti ilə nəticələnməsi Serbləri zəiflətmiş və bir çox Serbiya ərazisinin Osmanlılara keçməsinə səbəb olmuşdur. Osmanlı dövründə Serblərdən yığım üsulu dövlətin yüksək pillələrinə çatmış bir çox dövlət adamı mövcuddur. Bunlardan ən mühümü, şübhəsiz, yüksəlmə dövründə əvvəl donanma komandiri və sonra da 14 illik müddətlə sədrəzəmlik etmiş olan Sokollu Məmməd Paşadır. == Üsyanın səbəbləri == Serbiya üsyanlarının səbəbləri arasında aşağıdakılar göstərilə bilər: Rusiya və Avstriyanın qızışdırmaları, 17-ci əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi, Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması, Fransa İnqilabından sonra ortaya çıxan millətçilik cərəyanları, Osmanlı-Avstriya müharibələri zamanı Serbiya ərazilərinin müharibə sahəsi halına gəlməsidir. == 1804 və 1805-ci il üsyanları == 19-cu əsr əvvəllərində Avstriya və Rusiya, Serbiyada xalqı Osmanlı hakimiyyətinə qarşı təxribat siyasəti həyata keçirməyə başlamışdılar.Həmçinin buradakı yeniçərilər Müsəlman və Xristian xalqa qarşı çox pis hərəkət edərək xalqın əməlli-başlı zəhləsini tökürdülər.Bu şəraitdə Serblər adi bir çoban olan Qara Yorkun başçılığı ilə üsyan qaldırdılar. Ruslardan da aldığı dəstəklə Qara Yorkun 13 Dekabr 1806-cı ildə Belqrada girdi.1806-1812 Osmanlı-Rus Müharibəsi gedişində Belqrad Qara Yorkunun rəhbərlik etdiyi üsyançıların əlində qaldı.Osmanlı dövləti və Rusiya arasında imzalanan Buxarest sülh müqaviləsi ilə Serblərə bəzi imtiyazlar verildi.Osmanlılar Ruslarla bağlanan sülhdən sonra Serbiyadakı üsyançıları məğlub edərək Belqradı yenidən ələ keçirdilər.Qara Yorku 21 Sentyabr 1813-cü ildə digər üsyançılarla birlikdə canını xilas etmək üçün Avstriyaya qaçdı. Beləliklə, ilk Serb üsyanı məğlubiyyətlə başa çatdı. Müstəqilliklərini qazanmaq istəyən Serblər 1814-ci ildəki Vyana konqresinə bir heyət göndərdilər. Ancaq bir nəticə vermədiyi üçün 1815-ci ildə Miloş Obrenoviçin liderliyi altında ikinci bir qiyam başladı və hərəkətləri Ruslar tərəfindən dəstəkləndi.Bu üsyan da uğursuz oldu, amma 1817-ci ildə Rusiya ilə yeni bir müharibə istəməyən və bölgəyə yönəlik mümkün bir Rus müdaxiləsinə mane olmaq istəyən Osmanlı Dövləti Serblərə bəzi muxtariyyət hüququ verməyə razı oldu.Osmanlı valisi Maraşlı Əli Paşa Miloş Obrenoviçle razılığa gələrək Serbiyanın daxili işlərində müstəqil olmasını təmin etdi.1828-1829 Osmanlı-Rus Müharibəsində məğlub olan Osmanlılar Ruslarla imzaladıqları Ədirnə müqaviləsi ilə Serbiyanın yarı müstəqil bir hala gəlməsini qəbul etdilər.1830 və 1833-ci illərdə Osmanlı padşahı II. Mahmudun imzaladığı Xətti Şəriflərlə Miloş Obrenoviçin əlindəki torpaqlar artırılıb və özü Osmanlılar tərəfindən rəsmən Serbiya şahzadəsi kimi tanınıb.
Seye Ogunleve
Seye Ogunleve (30 avqust 1991, Laqos, Nigeriya) — Nigeriyalı atlet. Seye Ogunleve Nigeriyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Seye Ogunleve birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.26 saniyəlik nəticə ilə 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Theyn Seyn
Theyn Seyn — Myanma İttifaqı Respublikasının Prezidenti (30 mart 2011-ci ildən).