Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlisəfa Azayev
Azayev Əlisəfa Soltan oğlu — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1993). Əlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. O, Qaramahmudlu kəndində ibtidai, Mollakənd kəndində isə orta məktəbi bitirib. Bir il kolxozda işlədikdən sonra 1968–1970-ci illərdə M. Ə. Sabir adına Şamaxı Pedaqoji Məktəbində təhsil alıb. 1971–1973-cü illərdə Kürdəmir rayon Şüşün kənd səkkizillik məktəbində müəllim kimi fəaliyyət göstərib. Daha sonra hərbi ximəti yollanıb. Əlisəfa Azayev 1973–1979-cu illərdə ordudan tərxis olunub Ərəbxana kənd orta məktəbində müəllim kimi çalışıb. O, qiyabi yolla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979–1982-ci illərdə Bilik Cəmiyyətinin Kürdəmir Rayon Təşkilatının məsul katibi vəzifəsini icra edib. 1982–1995-ci illərdə orada Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Təşkilat şöbəsinin müdiri işləyib.
Hacı Əlisəfa Yaqubov
Hacı Əlisəfa Yaqubov (1938, Xızı – 24 may 2016, Xızı rayonu) — Sosialist Əməyi qəhrəmanı, iki dəfə Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, hazırda Prezident təqaüdçüsü == Həyatı == Hacı Əlisəfa Yaqubov 1938-ci ildə anadan olmuşdur. Əslən Xızının Gimçi kəndindəndir.
Elsəfa Əliyev
Əlisədr Mağarası
Əli Sədr ya Əlisəddi mağarası — İranın Həmədan əyalətində yerləşən böyük mağara. Əlisədr mağarası Kəbudər Ahəng şəhristanının (Kəbutərahəng adına farslaşmışdır) Gül Təpə bəxşinin Əlisədr kəndində yerləşir. Əlisədr mağarası dünyanın, içində su axan ən böyük mağarasıdır. Əlisədr kəndinin Sarı Qaya dağında yerləşən mağara gündəlik, 5000 min nəfər turisti özünə cəlb edir. Sarı Qaya dağında, 7 və 11 km-lik, Subaşı və Sarab adında, iki başqa böyük böyük mağara da vardır və Əlisədrin suyunun Subaşı mağarasından qaynaqlandığı deyilir. 2001-ci ildə Alman və İngilis araşdırma qruplarının tədqiqatına görə, Əlisədr mağarasının uzunluğu 11 km-dir və içindəki ən böyük dalan 100m x 50m genişliyində və 40 m hündürlüyündədir.
Əlsafa Zeynalov
Əliyeva
Əliyeva — Azərbaycan qadın soyadı. Arzu Əliyeva (d. 1989) — prodüser, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Dinarə Əliyeva (d. 1980) — opera ifaçısı, Azərbaycanın xalq artisti Evelina Əliyeva — rəssam Həyat Əliyeva (d. 1969) — kimyaçı Leyla Əliyeva (d. 1984) — Azərbaycanlı ictimai xadim Mahizər Əliyeva Mehriban Əliyeva (d. 1964) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Sevil Əliyeva (d. 1955) — Azərbaycan Assosiasiyasının fəxri prezidenti Tünzalə Əliyeva (1973–2023) — aktrisa Zərifə Əliyeva (1923–1985) — Azərbaycanın oftalmoloqu, əməkdar elm xadimi Kübra Əliyeva (ssenarist) Kübra Əliyeva (d. 1950) — Azərbaycan teatr və kino aktrisası.
Əlisa Cabbarov
Əli İsa Cabbarov (20 sentyabr 1974, Bakı) — Azərbaycan rejissoru, ssenari müəllifi, prodüser. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi. Əli İsa Cabbarov 20 sentyabr 1974-cü ildə Bakıda anadan olub. ADMİU-nun kino və televiziya filmləri rejissorluğu fakültəsində təhsil alıb (1996). 1994-cü ildən "Azərbaycantelefilm"də çalışır. 2005-ci ildə Aynur Mustafayeva ilə birlikdə Dərviş Prodüser Mərkəzini, Asif Rüstəmov və Fehruz Şamıyev ilə birlikdə Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasını (AGFİA) təsis edib. 2005-ci ildən Dərviş Prodüser Mərkəzinin direktoru və Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyasının sədri vəzifəsində çalışır. Əli İsa Cabbarov Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının təsisçilərindən biridir. 2008-ci ildən "Fokus" analitik kino jurnalının naşirlərindən biridir. 2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.
Əlisa Fərəcov
Əlisa Yusif oğlu Fərəcov (17 mart 1961, Ucar şəhərində, Azərbaycan SSR) — Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, istefada olan polkovnik-leytenant, 1-ci Qarabağ müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranı, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin üzvü. nın 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən]] 1984-cü ildə Voronej Dövlət Memarlıq-İnşaat Universitetini (rus. ВГАСУ — Воронежский государственный архитектурно-строительный университет), 1989-cu ildə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını (rus. высшие курсы КГБ СССР в г. Тбилиси) bitirmişdir. 1989–2011-ci illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (hazırkı Dövlət Təhlükəsizliyi Xidməti) müxtəlif ərazi strukturlarında xidmət etmiş, əməliyyat müvəkkilindən şöbə rəisinin müavini vəzifəsinədək yüksəlmişdir. 2011-ci ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin "b" bəndinə(yaşa görə) uyğun olaraq polkovnik-leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 2015-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətini davam etdirir. Ailəlidir, 3 övladı və 1 nəvəsi vardır. 1.
Əlisa Nicat
Hüseynov Əlisa Qulam oğlu (Lerik rayonu,Zuvand mahalı,Yuxarı Gədik)— Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi. Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1967–1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 1973–1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983–1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib.
Əlisa Əliyev
Elista
Elista — Rusiya Federasiyasında yerləşən şəhər Kalmıkiya Respublikasına daxildir
Elsiea
Quşsüdü (lat. Ornithogalum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi. Ornitoqalum cinsinin adı yunancadan tərcümədə "quşsüdü" deməkdir. Avropa, Asiya və Afrikanın mülayim iqlimli və subtropik zonalarında yayılmış bu bitkinin 150-yə yaxın növü məlumdur. Gülçülükdə 15 növündən geniş istifadə olunur. Gülçülükdə aşağıdakılar xüsusilə məşhurdur: Çətirli quşsüdü (O. umbellatum) — ağ çiçəkləri çətir çiçək qrupunda toplanmış çoxillik bitkidir. İri quşsüdü (O. magnum) ağ gülləri salxım çiçək qrupuna toplanmış bitkidir. Bəzi növlərin zərif olduğu üçün quşsüdünü qida elementləri ilə zəngin olmayan, qeyri — münbit torpaqlarda əkmək çətinlik yaradır. Onları otaq bitkiləri kimi yetişdirirlər. Quşsüdü bitkisinin soğanaqlarını yarımkölgəli yerdə, 6–10 sm dərinlikdə, avqustda ya da sentyabrda açıq torpağa əkirlər.
Dünyaxanım Əliyeva
Dunyaxanım Əliyeva (Tam adı: Dünyaxanıım Yunus qızı Əliyeva; d. 1 iyun 1961, Azərbaycan, Lerik) — Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və "Dünya Ana və Uşaq" ictimai birliyinin sədri, Dunyaxeber.org saytının baş redaktoru. == Həyatı == Dünyaxanım Əliyeva 1961-ci ildə 1 iyun tarixində Lerik rayonunda anadan olmuşdur. 1963-cu ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 70 nömrəli məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademyasına daxil olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və "Dünya Ana və Uşaq" ictimai birliyinin sədridir. Dunyaxeber.org saytının baş redaktorudur. == İctimai fəaliyyəti == Dünyaxanım Əliyeva 90-ci illərdən ölkənin ictimai həyatında fəallığı ilə seçilmiş, 1992–2003-cü illərdə "AMAY" MMC-nin sədr müavini olmuşdur. Qarabağ döyüşlərində tez-tez əsgər və zabitlərimizlə görüşmüş, hərbi hissələrə yardımlar aparmışdır. Dünyaxanım Əliyeva Mərdəkan qəsəbəsində və "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkün və qaçqınlara yardım etmiş, 1992-ci ildən 2003-cü ilə qədər Pirşağıda yerləşdirilmiş Xocalıdan olan 48 ailəyə maddi və mənəvi dəstək göstərmişdir.
Elmira Əliyeva
Elmira Hacımurad qızı Əliyeva (12 sentyabr 1960, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, 2014-cü ildən AMEA-nın müxbir üzvü. == Həyatı == Elmira Hacımurad qızı Əliyeva 1960-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlər Universitetinin (indiki BDU) geoloji-coğrafi fakültəsini bitirmiş, 1990-ci ildə "Cənubi-Xəzər çökəkliyinin qərb yamacının antropogen Didakna mollyuskaların filogenya, sistematika və paleoekoloqo-biogeokimyəvi xarakteristikası" mövzusunda namizədlik, 2005-ci ildə "Orta və Cənubi-Xəzər çökəkliyinin qərb yamacının mezokaynozoy çöküntülərinin sedimentasiya tsiklliliyi və fasiyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmira Əliyeva 1991-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) işləyir. O hazırda GGİ-də Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin rəhbəri kimi məsul elmi vəzifə daşıyır. Alim 2014-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. == Fəaliyyəti == Elmira Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri çoxsahəli olmaqla: "Müasir və qədim terrigen çöküntü sistemlərinin toplanması şəraitləri və tsiklləri; Mezokaynozoy çöküntülərinin sekvens və xemostratiqrafiyası; məhsuldar qatın karbohidrogen rezervuarlarının stratiqrafik arxitekturası; iqlim, dəniz səviyyəsinin dəyişməsi və çöküntü toplanması; Mezokaynozoyda Xəzər ərazisinin paleocoğrafiyası; ətraf mühit dəyişmələrinə qarşı geokimyəvi və biokimyəvi reaksiyalar" kimi mövzuları əhatə edir. Elmira Əliyevanın rəhbərlik etdiyi şöbə "Cənubi Xəzər və Orta Kür hövzələrinin Kaynozoyda paleocoğrafiyası, Miosen - Pliosen çöküntülərinin kollektor xüsusiyyətləri və üçölçülü modelləşdirilməsi; diatomeyaların öyrənilməsi nəticəsində Maykop və Pleystosen-Holosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleoekologiyası və s" kimi mühüm elmi-tədqiqat layihələrini və dissertasiya mövzularını reallaşdırır. Alimin əsas elmi nailiyyətləri "Orta və Cənubi Xəzər hövzələrinin qərb bortunda mezo- kaynozoy çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi, neftli ana və kollektor süxurların toplanmasının fasial kontrolu və siklliliyinin müəyyən olunması", "Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması", "Cənubi Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu", "Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin pliosen ərzində dəqiq paleocoğrafik rayonlaşdırılması və kollektorların keyfiyyətinin dərəcələrə bölünməsi", "Qırmakı dərəsində məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi", "Palçıq vulkanlarının tullantılarına görə Cənubi Xəzər hövzəsi Qərb yamacının eosen-miosen çöküntülərinin palecoğrafiyası" sahələrini əhatə edir. Elmira Əliyeva həmçinin “Neft-qaz hövzələrinin stratiqrafiyası və sedimentologiyası” beynəlxalq elmi jurnalı redaktorunun müavini vəzifəsini daşıyır.
Evelina Əliyeva
== Həyatı == Evelina Əliyeva 1969-cu ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Respublikada keçirilən bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2007-ci ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür.
Fatmaxanım Əliyeva
Fatmaxanım Xeybər qızı Əliyeva — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. == Ümumi məlumatlar == Əliyeva Fatmaxanım Xeybər qızı 1959-cu il fevral ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 176 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmən məktəbi fərqlənmə ilə bitirmişdir. Həmən ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra təyinatla Azərbayca MEA-nın Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasına göndərilmişdir və hal-hazıra qədər bu laboratoriyada çalışır. Bu illər ərzində "alı təhsilli baş laborant" vəzifəsindən "baş elmi işçi" vəzifəsinə qədər yüksəlmışdir. 1986-cı ildə aspiranturaya daxıl olmuş və 1992-ci ildə "Neftkimyası" ixtisası üzrə "Alkenilkəhrəba turşularının efirləri — yeni sintetik sürtkü yağlarının əsası kimi" mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2002-ci ildə "Neft kimyası" ixtisası üzrə "baş elmi işçi" elmi adını almışdır. 2013-cü ildə "Neft kimyası" ixtisası üzrə "(C6 — C10) vitsinal quruluşlu dikarbon turşularının efirləri və heteroatomlu törəmələri — sürtkü yağlarının əsası və komponenti kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 2014-cü ildə kimya elmləri üzrə elmlər doktoru adına layiq görülmüşdür.
Fazu Əliyeva
Fazu Əliyeva (5 dekabr 1932, Xunzax rayonu, SSRİ – 1 yanvar 2016, Mahaçqala, Dağıstan, Rusiya) — Sovet, rus və avar şairəsi, Dağıstan Respublikasının Xalq şairəsi (1969), nasir və publisist. Dağıstan və rus ədəbiyyatının inkişafına əhəmiyyətli töhfə vermiş şəxsdir. Bundan əlavə insan hüquqları fəaliyyəti ilə məşğul olmuşdur. İki Şərəf Nişanı və iki Xalqlar Dostluğu Ordenləri ilə təltif olunmuşdur, habelə bir sıra xarici ölkələrin fəxri mükafatlarına layiq görülmüşdür. == Bioqrafiya == Kiçik yaşlarından şeir yazmağa başlayır və artıq məktəb illərində əsl şair sayılır. Fazu əsərlərini avar və rus dilində yazır. On yeddi yaşlı Fazunun şeirləri ilk dəfə 1949-cu ildə Bolşevik Qori qəzetində, daha sonra "Komsomolets Daqestana" qəzetində və avar dilində nəşr olunan "Drujba" jurnalında nəşr edilmişdir. O dövrdə tənqidçilər parlaqlığı və qeyri-adi istedadı ilə istedadlı şairə və yazıçıya artıq heyran qalmışdılar. Fazu Əliyeva səmimiyyətlə inanırdı ki, şeir insanı təmizləyir, onu daha parlaq, daha mehriban və daha ülvi edir. 1954–1955-ci illərdə Fazu Əliyeva Dağıstan Qadın Pedaqoji İnstitutunda təhsil alır.
Fəridə Əliyeva
Fərəh Əliyeva
Fərəh Şirməmməd qızı Əliyeva (7 sentyabr 1961, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (2014–2018), sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017). == Həyatı == Fərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986–1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb. 1994-cü ildə "XX əsrin 60–70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir.
Gülarə Əliyeva
Gülarə Əziz qızı Əliyeva (17 noyabr 1933, Bakı – 27 iyul 1991, Bakı) — Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi (1966), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977). == Həyatı == Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir.
Gülüstan Əliyeva
Gülüstan Həsən qızı Əliyeva (8 aprel 1967, Yevlax) — Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti == Həyatı == Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olmuş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur. Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olub və 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi olmuşdur. == Ailəsi == Həyat yoldaşı — Əhmədov Zahid Fərrux oğlu (1960, Cəbrayıl) Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1988).
Həlimə Əliyeva
Həlimə Əliyeva (1952, Kələki, Ordubad rayonu – 14 iyun 2019, İstanbul) — Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı. == Həyatı == Əbülfəz Elçibəy Həlimə xanımla 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var. Həlimə Əliyeva Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü. Səbəb həmin vaxt Həlimə Əliyevanın azyaşlı uşaqlarına baxması ilə bağlı olub. Həlimə Əliyeva 2019-cu il iyunun 14-ü 67 yaşında Türkiyədə vəfat edib. Kələki kəndində dəfn olunub.
Həyat Əliyeva
Həyat Şmidt qızı Əliyeva (26 fevral 1969, Bakı) – kimyaçı alim, Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Həyat Şmidt qızı Əliyeva 1969-cu fervalın 26-da Bakı şəhərində anadan olub. Orta təhsilini 1986-cı ildə Xırdalan qəsəbə 3 saylı orta məktəbdə aldıqdan sonra, həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Unversitesinin kimya fakültəsinə qəbul olunub. 1991-ci ildə institutda təhsilini başa vurduqdan sonra o, təyinatla AMEA- ın Ə. M. Quliyeva adına Aşqarlar Kimyası İnstitutuna 8 saylı "Yağlayıcı-soyuducu mayelərə aşqarlar" laboratoriyasına mühəndis kimi əmək fəaliyyətinə başlamış 1991-ci ildə isə aspiranturaya (əyani) daxil olmuşdur. (1998–2009) kiçik elmi işçi, (2009–2010) elmi işçi, (2010–2014) böyük elmi işçi vəzifəsində çalışmışdır. 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir. 2005-ci ildə "Funksional-əvəzli asetilen, etilen törəmələrinin sintezi və reaksiya məhsullarının yağ, yanacaq və yağlayıcı-soyuducu mayelərdə aşqar kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 sentyabr 2013-cü il tarixli qərarı ilə H. Ş. Əliyevaya "Neft kimyası" ixtisası üzrə dosent adı verilmişdir. == Elmi Fəaliyyəti == H. Ş. Əliyeva fəaliyyətə başladığı vaxtdan yağ, yanacaq və yağlayıcı-soyuducu mayelər (YSM) üçün yüksək effektliyə malik birləşmələrin (aşqarların) sintezi, tədqiqi və tətbiqi istiqamətində elmi-tədqiqat işlərini davam etdirir. Onun tərəfindən sürtkü yağları və YSM üçün oksidləşməyə, korroziyaya, yeyilməyə və mikroblara qarşı tərkibində S, N, Me saxlayan yeni üzvi birləşmələr — aromatik aldehidlərin müxtəlif törəmələri (efirlər, asetallar, Şiff əsasları və onların kompleks duzları), etilenqlikol, 1,3-butandiolun allil və butil efirləri və onun bir sıra aminometil törəmələri sintez edilmiş, alınmış birləşmələrin quruluşlarından asılı olaraq reaksiyayagirmə qabiliyyətlərinin dəyişməsi və birləşmələrin quruluşları ilə funksional effektliyi arasındakı asılılıq öyrənilmişdir.
Jalə Əliyeva
Jalə Əliyeva (5 oktyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. == Həyatı == Əliyeva Jalə Fazil qızı 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var. 1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülmüşdür. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnmişdir.
Kamilə Əliyeva
Kamilə Əli ağa qızı Əliyeva (8 iyun 1967, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı == Həyatı == Kamilə Əliyeva 1967-ci il iyunun 8-də anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində alıb. Kamilə Əliyeva ailəlidir. == Fəaliyyəti == Kamilə Əliyeva 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinin IV çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala-Balakən dairəsindən Milli Məclisdə mandat aldı. Kamilə Əliyeva 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala dairəsindən Milli Məclisdə mandat aldı.
Kökəb Əliyeva
Kökəb Əliyeva (tam adı: Əliyeva Kökəb Miri qızı; d. 1935, Məşhəd, İran) — Azərbaycan əsilli Özbəkistan rəqqası. Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının əməkdar artisti. == Həyatı == Kökəb Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur. Özbəkistana köçmüş Kökəb Əliyeva Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirmişdir. Daha sonra Özbəkistanda tanınmış Batır Zakirovun Estrada Orkestrində işləmişdir. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə vəzifəsində çalışmışdır. 2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan – bizim ümumi evimizdir" festivallarının laureatı olmuşdur. Özbəkistanda fəaliyyət göstərən "Mexrijon" xeyriyyə fondunun həmsədri idi. === Vəfatı === 30 sentyabr 2021-ci ildə Özbəkistanın Daşkənd şəhərində vəfat edib.
Könül Əliyeva
Könül Əliyeva (Könül Cəfərova; 5 fevral 1986, Füzuli rayonu) — teatrşünas, Teatr Xadimləri İttifaqının üzvü == Yaradıcılığı == Könül Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalvar (2003-2007) və magistr (2007-2009) pilləsində təhsil alıb. 2006-cı ildən YUĞ Dövlət Teatrının Mətbuat katibi vəzifəsində çalışır. 2010-cu ildən bu günə qədər AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçisi vəzifəsində çalışır. Universitetdə təhsil aldığı zamandan etibarən mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Tənqid.net", "Musiqi dünyası", "Mədəni həyat" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Kaspi" qəzetləri və s.) məqalə və resenziyalarla çıxış edir. 2005-ci il 14-21 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Boş məkanın dolğunluğu" teatr festivalında gənc ekspert kimi iştirak etmiş, tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə, fəxri diplomla təltif olunmuşdur. 2007-ci ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Yeni Teatr" Gənc rejissorların Respublika festivalında ekspert qrupunun üzvü olmuş, fəal iştirakına görə fəxri diplomla təltif edilmişdir. 2009-cu ildə Teatr Xadimləri İttifaqının üzvlüyünə qəbul edilib. Həmçinin Alternativ Teatr Araşdırmaları Mərkəzinin üzvüdür. 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin katibidir. 2-8 oktyabr 2014-cü ildə Tbilisi Beynəlxalq Teatr Festivalında (Tbilisi, Gürcüstan), 19-26 noyabr 2015-ci il tarixlərində Gənclərin II Beynəlxalq Teatr Forumunda (Minsk, Belarus Respublikası) teatrşünas kimi çıxış etmişdir.
Kübra Əliyeva
Kübrabəyim Əliyeva (tam adı: Kübrabəyim Ağa qızı Əliyeva; 5 yanvar 1950, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. Azərbaycanın əməkdar artisti. == Həyatı == Əliyeva Kubrabəyim Ağa qızı Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s. == Musiqili Komediya Teatrında oynadığı rollar == Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq).
Kübrabəyim Əliyeva
Kübrabəyim Əliyeva (tam adı: Kübrabəyim Ağa qızı Əliyeva; 5 yanvar 1950, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. Azərbaycanın əməkdar artisti. == Həyatı == Əliyeva Kubrabəyim Ağa qızı Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s. == Musiqili Komediya Teatrında oynadığı rollar == Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq).
Leyla Əliyeva
Leyla İlham qızı Əliyeva (3 iyul 1984, Moskva) — azərbaycanlı ictimai xadim, şairə, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2007-ci ildən Baku jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvü, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın böyük qızı. == Həyatı == Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1989–2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006–2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb. 30 aprel 2006-cı ildə Crocus Group kampaniyasının vitse-prezidenti və musiqiçi Emin Ağalarov ilə ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyət ilə məşğul olmaqa başlayıb. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007-ci ildə Rusiyada Baku jurnalını təsis edir və həmin jurnalında baş redaktoru olur.
Leylufər Əliyeva
Leylufər İmran qızı Əliyeva (19 noyabr 1949, Bakı) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Elmi-texniki informasiya" şöbəsinin müdiri, texnika elmləri doktoru, professor. == Ümumi məlumatlar == Leylufər İmran qızı Əliyeva 19 noyabr 1949-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 15 saylı orta məktəbi bitirmiş və həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft və Sənayə Universiteti) daxil olmuşdur. 1971-ci ildə institutun kimya-texnoloji fakültəsini bitirərək, mühəndis-texnoloq ixtisasına yiyələnib. İnstitutda təhsil alan müddətdə "Tələbə Elmi Cəmiyyəti"nin işində fəal iştirak edərək, TEC-in qırmızı diplomuna layiq görülmüşdür. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əyani aspiranturasına daxil olmuşdur. L. İ. Əliyeva akademik S. C. Mehdiyevin bilavasitə rəhbərliyi ilə elmi tədqiqatlar aparmış və 1982-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Divinil-stirol oliqomerlərin epoksidləşməsi reaksiyasının tədqiqi və prosesin işlənib hazırlanması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Müdafiədən sonra kiçik elmi işçi, elmi işçi, 1988-ci ildən etibarən böyük elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə L. İ. Əliyeva "böyük elmi işçi" elmi adina layiq görülmüşdür. 2002-ci ildə "Oksigen və azot törəməli xətti olefinlər əsasında korroziyaya qarşı polifunksional inhibitorlar, mühafizəedici tərkiblər və onların komponentləri" mövzusunda doktorluq dissertasiyanı müdafiə etmiş və "Neft kimyası" ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsini almışdır.