Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seqoviya Əlqasarı
Seqoviya Əlqasarı (ispan Alcázar ərəb القصر‎‎ — əl-qəsr), - İspaniya krallarının Seqoviyanın tarixi hissəsinin mərkəzində yerləşən qəsri (İspaniyanın Kastiliya və Leon əyaləti). Mərkəzi Quaddarama dağlarındakı (Mərkəzi Kordilyerin hissəsi)Eresma ilə Klampres çaylarının qovuşmasında, qaya üzərində yerləşir. Qayada yerləşməsi onu İspaniyanın ən gözəl və tanınan qəsrlərindən edir. Əlqasar əvvəlcədən qala kimi inşa edilsə də, sonralar kral sarayı, dövlət həbsxanası, kral artilleriya akademiyası da olub. Seqoviya Əlqasarı, başqa əlqasarlar kimi, ərəb qalası kimi yaranıb. Əlqasar haqqında ilk məlumat 1120 ilə (o vaxt xristianlar artıq 32 il idi ki müsəlmanları Seqoviyadan qovmuşdular) aid olsa da, arxeoloji qazıntılar göstərir ki, Əlqasarın yerində hələ Qədim Roma vaxtından hərbi istehkam vardı. Bu versiya başqa vacib abidə ilə təsdiq olunur - romalıların tikdiyi Seqoviya akveduku ilə. Qəsrin ilkin adı naməlumdur, 1122 il sənədində o sadəcə "Eresma yanındakı təpənin üstündəki qala" adlandırılır. Lakin artıq 1155 ildə, Əlqasar kimi qeyd olunur. Bu vaxtın yadigarı kimi şimal tərəfdəki qalereya və, kralın ispan-mavritan tərzində tərtib edilmiş və Böyük zala bitişik daxili otaqları qalıb.
Alqacar (Minudəşt)
Alqacar- İranın Gülüstan ostanının Minudəşt şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,780 nəfər yaşayır (1,428 ailə). === Milli tərkibi === Əhalisi əsasən Xorasan türklərinin qolu sayılan yerli Qızılbaş türklərindən ibarətdir və Türk dilində danışırlar. Alqacarda eləcə sonradan məskunlaşan Sistan əsilli Farslar, Bəluc və Kürd azlıqlar də yaşayırlar. == Din == Alqacar əhalisinin əsas hissəsini təşkil edən yerli Qızılbaş türkləri və Sistanilər islam dininin şiə məzhəbinə azlıqda olan Bəluc və Kürdlər isə sünnü məzhəbinə etiqad edirlər. Bəluclar sünniliyin hənəfi qoluna Kürdlər isə şafi qoluna aiddir.
Əlsafa Zeynalov
Abdul Qafar
Abdul Qafar Kassum Sina Sirima (fr. Abdoul Gafar Kassoum Sina Sirima; 30 dekabr 1998, Uaqaduqu) — hücumçu mövqeyində çıxış edən Burkina-Faso futbolçusu. == Karyerası == Qafar öz peşəkar karyerasında debütünü 8 mart 2017-ci ildə "Baltika Kalininqrad" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında "Volqar Həştərxan" klubuna qarşı oyunda etmişdir. 25 yanvar 2018-ci ildə Qafar Şeriff Tiraspol klubu ilə müqavilə imzalamışdır. Daha sonra Ermənistanın "Artsax" (indiki "Noa" klubu), Rusiyanın "Armavir" və Belarusun "Slutsk" klublarında çıxış etmişdir.
Həmid Əlqar
Həmid Əlqar (ing. Hamid Algar; 1940, İngiltərə) — Britaniya və ABŞ şərqşünası. O, Berkli Kaliforniya Universitetinin Yaxın Şərq Tədqiqatları fakültəsinin farsşünaslıq üzrə fəxri professorudur. Əlqar fars və ərəb ədəbiyyatı, eləcə də İran, Türkiyə, Balkanlar və Əfqanıstanın müasir tarixinə dair əsərlər ərsəyə gətirmişdir. O, 1965-ci ildən 2010-cu ilə qədər Berkli Kaliforniya Universitetində çalışmışdır. Əlqar hələ də fəal alimdir və onun tədqiqatları son iki əsrdə İran şiəliyinə və Nəqşibəndi sufiliyinə xüsusi diqqət yetirməklə fars-türk dünyasının islam tarixi üzərində cəmləşmişdir. O, şiə müsəlmandır. İngiltərədə anadan olan Əlqar sonradan sünni islamı qəbul etmiş, lakin ardınca şiə islamı seçmişdir. O, həmçinin müasir siyasi şiə ilahiyyatçıları tərəfindən yazılmış kitabları, məsələn, Ruhullah Xomeyninin "Vilayəti-Fəqih" kitabı və Əli Şəriəti, Mürtəza Mütəhhəri və Mahmud Taleqani tərəfindən yazılmış kitabları tərcümə etmişdir. Xomeyniçiliyi həvəslə təbliğ etdiyinə və Ayətullah Xomeyniyə olan heyranlığına görə "National Review" onu "Xomeyninin sevimli amerikanı" adlandırmışdır.
Qafar Abdullayev
Qafar Heydəroviç Abdullayev - (15 (28) fevral 1896, Azərbaycan — 9 fevral 1951, Səmərqənd) - Özbək, Sovet oftalmoloqu. 1896-cı ildə müasir Azərbaycan ərazisində anadan olub. BKP üzvü (b). 1933-cü ildən - iqtisadi, sosial və siyasi iş üzrə. 1933-1951-ci illərdə - Oftalmoloji klinikada köməkçi, dosent, göz xəstəlikləri kafedrasının müdiri, Səmərqənd Dövlət Tibb İnstitutunun professoru. Tibb elmləri doktoru, Özbəkistan SSR Elmlər Akademiyasının müxbir üzvü. Traxoma üçün yeni müalicə üsulları hazırlamışdır. SSRİ Ali Sovetinin 2-ci çağırış deputatı seçilmişdir. 1951-ci ildə Səmərqənddə vəfat etdi.
Qafar Cəbiyev
Qafar Cəfər oğlu Cəbiyev (17 avqust 1950, Talıstan, İsmayıllı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2008), Azərbaycan Respublikasının əməkdar jurnalisti (2012). Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978–1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur.
Qafar Həqqi
Qafar Həqqi (Qafar Məhərrəm oğlu Qasımzadə; 1908, Ərdəbil – 22 mart 1992) — aktyor, Azərbaycanın Əməkdar artisti. Akademik Milli Dram Teatrının aktyoru.
Qafar Kəndli
Qafar Kəndli Herisçi (1923, Təbriz – 24 may 1997) — Ədəbiyyatşünas və ictimai xadim, filologiya elmləri doktoru Qafar Kəndli Təbriz şəhərində anadan olmuşdur. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941–46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, "1941–46-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1968–72-ci illərdə atam "Sadiq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edib. 1973–80-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi mövzularda 27 elmi məqaləri xarici mətbuatlarda çap olunub. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Xaqani Şirvaninin tədqiqatçılarındandır. "Xaqani Şirvani (həyatı, dövrü, mühiti)" adlı fundamental əsərin, "Xaqani Şirvaninin münşəatı" elmi məqaləsinin müəllifidir.
Qafar Məmmədov
Qafar Yaqub oğlu Məmmədov (1940, Xok, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini. Qafar Yaqub oğlu Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Noraşen rayonunun Xok kəndində anadan olmuşdur. 1957-ci il tarixində Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər oğlan məktəbini bitirmişdir. Həmin il Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə qəbul olmuş, 1962-ci ildə həmin institutdan məzun olmuşdur. Qafar Məmmədov əmək fəaliyyətinə Naxçıvan stansiyasın 39 nömrəli orta məktəbində müəllim olaraq başlamışdır. O, 1970–1972-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 39 nömrəli orta məktəbdə yenidən müəllimlik fəaliyyətinə başlamışdır. Qafar Məmmədov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. Qafar Məmmədov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 19 nömrəli Naxçıvan şəhər Əliqulu Qəmküsar seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi üzvü deputatlardan da dəstək alaraq Naxçıvan Ali Məclisinin sədri seçilməsindən sonra Heydər Əliyevin də dəstəyi ilə Qafar Məmmədov Ali Məclis sədrinin müavini seçilmişdir.
Qafar Novruzlu
Aktyor Novruzlu Qafar Süleyman oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşdur. Bakı şəhərində musiqi texnikumunu bitirmiş, 1994-cü ilə kimi "Dastan" və "İrs" folklor ansambllarında çalışmış daha sonra isə aktyorluq sənətinə başlamışdır. Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda satirik rollara dəvət almış, Azərbaycanın görkəmli aktyorları ilə tərəıf müqabili olmuşdur. 1997-ci ildən isə Milli bayramımız olan Novruz şənliklərində əsas personajlardan biri olan Kosa obrazı ilə Xalqımız arasında sənətdə öz sözünü demişdir. 1997-ci ildən 2011-ci ilədək bütün Dövlət Tədbirlərinə dəvət almış, hətta Dövlət başçılarımızın diqqət mərkəzində olmuş və onlar tərəfindən çox maraqla izlənilmişdir. Son zamanlar isə Azərbaycanda "Demokratik" məmurların sayəsində diqqətdən kənar qalmışdır. [1] "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var...
Qafar Qərib
Qafar Qərib 1 mart 1976-cı il; Güznüt, Naxçıvan MSSR — şair, publisist, "Nuh Yurdu" qəzetinin redaktoru. 1999-cu ildən Yazıçılar Birliyinin Üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb. 2015-ci ildə "Tərəqqi medalı ilə təltif olunub. Qənbərov Qafar Tahir oğlu 1 mart 1976-cı ildə Babək rayonun Güznüt kəndində anadan olmuşdur. 1993-cü ildə Babək rayonu Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix -filologiya "fakültəsini bitirmişdir. Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-ci ildə Prezident Təqaüdünə layiq görülmüşdür. 2009-cu ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh Yurdu" qəzetinin redaktorudur. 2015-ci ildə "Tərəqqi medalı" ilə təltif olunub.
Qafar Rağib
Qafar Rağib (1 noyabr 1818, Şamaxı – 30 noyabr 1891, Şamaxı) — Azərbaycanlı şair. Hicri təqvimlə 2 məhərrəm 1234-cü ildə (miladi təqvimlə 1 noyabr 1818) Şamaxıda anadan olmuşdur. Qafar Rağibin atasının adını F. Köçərli "Məhəmməd Zayid", Mir Möhsün Nəvvab və Seyid Əzim Şirvani isə "Məhəmməd Said" kimi göstərmişdir. Qafar Rağibin həyatı haqqında ətraflı məlumat yoxdur. Doğulduğu şəhərdə təhsil almış, daha sonra ticarətlə məşğul olmuşdur. 1860-cı illərdə Şamaxıda təşkil edilən Beytüs-səfa adlı şeir məclisinin üzvlərindən olmuşdur. Hicri təqvimlə 27 rəbiülaxir 1309-cu ildə (miladi təqvimlə 30 noyabr 1891) Şamaxıda vəfat etmişdir. Qafar Rağibin şeirlərinin az bir hissəsi günümüzə gəlib çıxmışdır. Köçərli, Qafar Rağibin şeirlərinin 1902-ci ildə Şamaxıda meydana gələn böyük zəlzələdə itib-batdığını qeyd edir. S. Ə. Şirvaninin təzkirəsində Qafar Rağibin beş qəzəli qeyd edilmişdir.
Qafar Sarıvəlli
Qafar Sarıvəlli — rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. 1956-cı il yanvarın 17-də Qazağın Kəmərli kəndində anadan olmuşdur. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirb. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1974-76-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. Ailəlidir, iki övladı var. 1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib.
Qafar Çaxmaqlı
Qafar Çaxmaqlı (tam adı: Mehdiyev Qafar Qələndər oğlu, 16 avqust 1956, Çaxmaq, Amasiya rayonu) — Azərbaycanlı jurnalist. Siyasi elmlər üzrə fəlsəfə doktoru; Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri. Qafar Mehdiyev (Çaxmaqlı) 16 avqust 1956-cı ildə Ermənistan SSR-in Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. Orta təhsilini bu rayonda alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olub və 1980-ci ildə buranı bitirib. Həmin ilin noyabr ayının 20-dən etibarən Qafar Mehdiyev "Kommunist" (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Burada 1989-cu ilə qədər baş müxbir və bölgə müxbiri kimi fəaliyyət göstərib. "Vətən səsi" (1990–1991) və "Xalq qəzeti"ndə (1991–1992) məsul katib, "Millət" (1992–1993), "Yeni Azərbaycan" (1993), "Vətəndaş" (1993–1995), "Avrasiya" (1995–1996) və "Respublika" (1996–1999) qəzetlərinin redaktoru və baş redaktoru olub. 1999–2000-ci illərdə Türkiyədə, Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-ci ildən 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2003-cü ildən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində dərs deyir.
Qafar İsmayılov
Qafar İsmayılov (1953, Naxçıvan rayonu) — texnika elmləri doktoru, professor İsmayılov Qafar Qulamhüseyn oğlu 1953-cü ildə Azərbaycan SSR Naxçıvan MR Sirab kəndində anadan olmuşdur. 1975-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1983-cü ildə qədər institutun "Neft və qaz hasilatının texnika və texnologiyası" və "Neftin hidravlikası" laboratoriyalarında mühəndisdən başlamış böyük elmi işçiyə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildə "Neftqaz hasilatında texnoloji proseslərin və parametrlərin qazın tərkibinə görə proqnozlaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983–1991-ci illərdə ADNA-nın "Neft yataqlarının işlənilməsi və istismarı" və "Neft və qazın nəqli və saxlanılması" laboratoriyalarında böyük elmi işçi vəzifəsində işləmiş, 1991–1999-cu illərdə isə "Neft və qazın nəqli və saxlanılması" kafedrasının dosenti, professoru olmuşdur. 1999-cu ildə "Neftqaz hasilatında nəzarət-diaqnostik və reotexnoloji üsulların yaradılması əsasında texnoloji proseslərin səmərəliliyinin artırılması üçün qərarların qəbul edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1997–2003-cü illərdə — ADNA-nın elmi katibi, 2003–2006-cı illərdə isə qazneftmədən fakültəsinin və magistratura bölməsinin dekanı olmuş, 2006-cı ildən bu günə qədər isə — "Neft və qazın nəqli və saxlanılması" kafedrasının professoru vəzifəsində işləyir. İsmayılov Q.Q. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssisdir. Elmi tədqiqatların sahəsi: neft və qazın hasilatı və nəqli zamanı texnoloji proseslərin səmərəliliyinin artırılması; nəzarət-diaqnostik və optimallaşdırıcı üsulların işlənilməsi; Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və sualtı neft borularının istismarı ilə əlaqədar ekoloji problemlərin həlli. İsmayılov Q.Q. 100-dən elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 3 müəlliflik şəhadətnaməsi var.
Qafar Əhmədov
Qafar Əsgərzadə
Qafar Əsgərzadə (tam adı: Qafar Ələsgər oğlu Əsgərzadə d. 31 mart 1963, Azərbaycan, Bakı) — Tanınmış jurnalist, ssenarist, publisist, tərcüməçi, bədii qiraətçi, ictimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist, Rəyasət heyətinin məsul katibi, 2003-cü ildən isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru. Qafar Əsgərzadə 1963-cü il mart ayının 31-də Bakı şəhərində məşhur Dağlı məhəlləsində anadan olmuşdu. 1980-ci ildə Yasamal rayonundakı 158 №-li orta məktəbi, 1981-ci ildə Bakı şəhəri 60 №-li texniki məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1981-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunda baş texnik vəzifəsində çalışıb. 1981-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna indiki (Azərbaycan Texniki Universiteti) daxil olub. 1986-cı ildə Radiotexnika fakültəsini, İnstitutun İctimai fənlər fakültəsinin 5 illik jurnalistika kursunu bitirib. İnstitutda təhsil zamanı Radiotexnika Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2000-ci ildə Günay xanımla ailə qurmuş, bu birgə nigahdan onların 2 qız övladı dünyaya gəlmişdir. Azadə Əsgərzadə Ləman Əsgərzadə Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi 1981-ci ildən müntəzəm olaraq "Bakı", "Azərbaycan müəllimi", "Bakinski raboçi", "Vışka", "Azərbaycan məktəbi", "Mədəniyyət və incəsənət" və başqa mətbuat vasitələrində ədəbiyyat və incəsənətimiz haqqında məqalələrlə çıxış etmişdir.
Qafar Mirzəyev
Qafar Mirzəyev (tac. Ғаффор Мирзоев), həmçinin Qafar-Sedoy ( tac. Гаффор-Седой) — Tacikistan siyasətçisi, Narkotiklərlə Mübarizə Agentliyinin keçmiş rəhbəri. O, 2004-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət əmlakının özəlləşdirilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra digər ittihamlarla ömürlük həbs cəzasına məhkum edilmişdir. O, Kulyabda anadan olmuş və mənşəcə ölkədə hakim "Kulyab" tayfasına mənsub idi. Onun atası İkinci Dünya müharibəsi veteranı Tacikistanda ilk yük maşını sürücülərindən biri olmuşdur. Özü də sonralar bir müddət yük maşını sürücüsü olmuş, lakin məktəbi bitirdikdən sonra paytaxt Düşənbəyə Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. O, Ozodi meydanındakı etirazlar zorakılığa çevrildikdən sonra Tacikistan Xalq Cəbhəsinə qoşulmuşdur. 1995-ci ildə barışıq prosedurlarından sonra Mirzəyev Prezident Qvardiyasının rəisi olmuşdur. O, Tacikistanda vətəndaş müharibəsi zamanı Mahmud Xudaverdiyevin paytaxta çatmasının qarşısını ala bilmişdir.
Qafar Okkan
Əli Qafar Okkan (türk. Ali Gaffar Okkan; 24 fevral 1952, Xəndək[d], Sakarya ili – 24 yanvar 2001, Diyarbəkir) — Türkiyə polisi, Diyarbəkir polisinin rəisi. Sui-qəsd nəticəsində həlak olub. Diyarbakırda "Qaffar Baba" olaraq tanınır və xatırlanır. 24 fevral 1952-ci ildə Sakarya ilində anadan olub. 30 sentyabr 1970-ci ildə Polis Kollecində təhsilini başa vurub. Daha sonra Ankaradakı Polis Akademiyasına daxil olub və 1973-cü il sentyabrın 29-da oranı bitirib. İnspektor köməkçisi (türk. Komiser köməkçisi) vəzifəsində işini tamamladıqdan sonra İzmir Polis Şöbəsinə göndərilmiş, orada bir sıra vəzifələrdə çalışaraq, rəislik rütbəsinə qədər yüksəlmişdi. 1983-cü ildə Şanlıurfaya göndərildi.
Məryəm Qafar-zadə
Məryəm Fikrət qızı Qafar-zadə (1980, Bakı) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri.(2020-2022) Məryəm Qafar-zadə 11 iyun 1980-cı ildə Bakıda anadan olub. 2006-cı ildən etibarən dövlət qulluğunda çalışır. İxtisasca həkim-bioloqdur. 2009-2017 illərdə Fransanın Strasburq şəhərində Avropa Şurasında layihə rəhbəri vəzifəsində çalışıb, mədəni irs, gənclər siyasəti, təhsil, səhiyyə (pasient hüquqlarının qorunması), sosial bərabərlik (əlillərin hüquqlarının qorunması) və idman (idmana dair beynəlxalq konvesiyalarının monitorinqi) mövzularında müxtəlif beynəlxalq layihələri idarə edib. 80-dən artıq beynəlxalq seminar və konfransda çıxış edən Məryəm Qafar-zadə Avropa Birliyi və Avropa Şurasının “İdmanda gender bərabərliyi” və “Uşaqların zorakılıqdan qorunması” mövzularında müştərək layihələrin spikeri və məruzəçisidir. 2019-cu ildə Avropa Şurasının Anti-Dopinq Konvensiyasına Uyğunluq Komitəsinin rəhbəri vəzifəsinə seçilib. 24 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin edilib və 2022-ci ilə qədər bu vəzifəni icra edib. Son təyinatadək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq standartların tətbiqi sektorunun müdiri vəzifəsində çalışıb. AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun dissertantıdır. 25 dərc olunmuş elmi məqalənin müəllifidir.
Məşədi Mirzə Qafar İsmayılov
Məşədi Mirzə Qafar İsmayılov — azərbaycanlı məşhur memarlardan biri və Qasım bəy Hacıbababəyovun şagirdi. Fəaliyyəti boyunca yüzdən çox bir və iki mərtəbəli şəxsi evlərin memarlığını etmiş. Bundan başqa da, xeyli sayda dükanların, məscidin və ictimai hamamın da memarı olmuşdur. Məşədi Mirzə Qafar İsmayılov tanınmış azərbaycanlı memar Qasım bəy Hacıbababəyovun tələbəsi olmuşdur. O, 1868-ci ildən 1898-ci ilə qədər memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, memarlıqdan başqa, dizaynerlik də etmişdir. Mirzə Qafar təkcə İçəri Şəhərdə 25-dən çox şəxsi evin memarı olmuşdur.1893-cü ildə İçəri Şəhərdə tikilmiş Xanlar məscidi də Mirzə Qafarın layihəsi əsasında inşa olunmuşdur. O, 1896-cı ildə tikintisi başa çatmış Qasım bəy məscidinin memarı olmuşdur. Məscid o zamanki Karantika, indiki Əziz Aslanov küçəsində yerləşməkdə və bir çox xüsusiyyəti etibarilə Bəylər məscidinə bənzəməkdədir. Buna baxmayaraq, bu iki məscidin arasında müəyyən fərqlər də mövcuddur.
Eduard Elqar
Ser Eduard Uilyam Elqar, 1-ci Baronet (ing. Sir Edward William Elgar, 1st Baronet; 2 iyun 1857[…], Louer-Bredhit[d], Vusterşir[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 23 fevral 1934[…], Vuster[d], Vusterşir[d], Birləşmiş Krallıq) — romantik cərəyanın ardıcılı olmuş, bir sıra əsərləri mütəmadi olaraq Britaniya və beynəlxalq klassik musiqi konsert proqramlarına daxil olan Böyük Britaniya bəstəkarı. Bəstəkarın ən məşhur əsərləri sırasına "Eniqma-variasiyalar", "Təntənəli və mərasim marşları", skripka və violonçel üçün konsertlər, həmçinin iki simfoniya daxildir.