Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heydər Əmioğlu
Heydər xan Əmoğlu (20 dekabr 1880, Urmiya – 15 oktyabr 1921, Gilan ostanı) — İranda və Şimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri. == Həyatının erkən dönəmi == Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir. İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvan və Tiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.
Əmioğlu (dəqiqləşdirmə)
Əmioğlu — Əminin oğlu. Yuxarı Əmioğlu (Çaroymaq) — Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisində kənd.
Aşağı Əmioğlu (Çaroymaq)
Aşağı Əmioğlu (fars. عمواوغلي سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (57 ailə).
Heydər xan Əmioğlu
Heydər xan Əmoğlu (20 dekabr 1880, Urmiya – 15 oktyabr 1921, Gilan ostanı) — İranda və Şimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri. == Həyatının erkən dönəmi == Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir. İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvan və Tiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.
Yuxarı Əmioğlu (Çaroymaq)
Yuxarı Əmioğlu (fars. عمواوغلي عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 240 nəfər yaşayır (38 ailə).
Məhərrəm Əlioğlu
Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur.İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir. == Zəmin == Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş, 150-dən çox azərbaycanlı girov götürülmüşdür.Azərbaycan Silahlı Qüvvələri 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu ərazisində yerləşən strateji əhəmiyyətə sahib Murovdağ yüksəkliyini işğaldan azad etmişdir ki, bu da Azərbaycanın 1992-ci ildən bəri əldə etdiyi ən böyük hərbi uğurlardan biri hesab edilmişdir. Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsi təmin edən üçtərəfli bəyanatın bir hissəsi olaraq, Azərbaycanın nəzarətinə qaytarılmışdır.Qarabağ münaqişəsindən təsirlənən ərazilərin minalardan təmizlənməsi Azərbaycan ilə Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonrakı əsas məsələlərdən biri olaraq qalır.
Məsud Əlioğlu
Məsud Əli oğlu Vəliyev (5 oktyabr 1928, Mahmudlu, Qubadlı rayonu – 23 iyul 1973, Bakı) — Azərbaycan yazıçısı. == Həyatı == Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb. 100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir. Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir. Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-ci ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib. == Ailəsi == O, xalq yazıçısı Əli Vəliyevin oğlu, yazıçı Afaq Məsudun atasıdır. == Kitabları == C.Məmmədquluzadənin dramaturgiyası – Azərnəşr, 1954 S.S. Axundov – Azərnəşr, 1956 Məfkurə dostları – Azərnəşr, 1961 Rəsul Rza – Azərnəşr, 1960 Ədəbiyyatda yeni insan – Azərnəşr, 1964 Məslək qardaşları – Azərnəşr, 1966 Tənqidçinin düşüncələri – Azərnəşr, 1968 Ədəbi fraqmentlər – Azərnəşr, 1974 H. Cavidin romantizmi - Azərnəşr, 1975 Amal və sənət – Yazıçı, 1980 Məhəbbət və qəhrəmanlıq – Yazıçı, 1979 Darıxan adamlar (iki cilddə) – "Elm və təhsil", 2009 Darıxan adamlar (seçilmiş əsərləri).
Yaqub Əlioğlu
Yaqub Əlioğlu (26 avqust 1956, Soltanlı, Cəbrayıl rayonu) — Yazıçı-jurnalist, teatrşünas, ssenarist, kino redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Kinematoqrafçılar və Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Yaqub Əlioğlu 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1974-cü ildə orta məktəbi, 1986-cı ildə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq şöbəsini fərqlənmə diplomu ilə bitirib. Yaqub Əlioğlu Respublika mətbuatında 1974-cü ildən çap olunur. Müxtəlif forma və mövzulu 1000-dən çox məqalənin müəllifidir. "Azərbaycantelefilm" YB-də istehsal olunan 150-dən çox sənədli televiziya filminin ssenari müəllifi və 100-dən çox filmin redaktorudur. Yaqub Əlioğlu "Qızıl Qələm", "Qızıl Dərviş", "Nailiyyət" mükafatları laureatıdır. O, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində əvvəlcə redaktor, baş redaktorun müavini, 2006–2019-cu illərdə isə baş redaktor vəzifəsində çalışmışdır. Hazırda AzTV-də redaktor vəzifəsində çalışır. Evlidir.
Çingiz Əlioğlu
Əliyev Çingiz Əli oğlu (29 iyun 1944, Qaryagin) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (1991). == Həyatı == Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olmuşdur. Burada B.Sərdarov adına orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil almışdır (1961-1965). Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub. == Yaradıcılığı == Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şerilə başlamışdır. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edir. Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdır. Orada böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi vəzifəsində çalışmışdır (1992-.). Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak etmişdir. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunmuşdur.
Heydər Xan Əmoğlu
Heydər xan Əmoğlu (20 dekabr 1880, Urmiya – 15 oktyabr 1921, Gilan ostanı) — İranda və Şimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri. == Həyatının erkən dönəmi == Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir. İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvan və Tiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.
Pərioğlu
Pərioğlu — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Pərioğlu- Ağdam rayonunda kənd adı. XIX əsrdə yayı Ermənistanda Basarkeçər mahalını Qaraqız (əsli Qara Oğuz) yaylağında,qışı kəndin indiki ərazisində keçirmiş kiçik bir elin adındandır. Tam adı Pərioğlularıdır. XIX əsrdə burada Pərioğlular adlı iki kənd vardı: biri Hindarxkənd icmasından digəri Ağdam kənd icmasında. Mənşəcə XIX əsrin I yarısında yaşamış (1811-ci ildə doğulmuşdur, ölüm vaxtı məlum deyil. gənc yaşından Şuşada yaşamışdır). Aşıq Pəri Maralyanlının «Pərioğlular» adlanmış oğlanlarına mənsub maldar ailələrə verilmiş addır.
Şəmşioğlu
Şəmşioğlu və ya Şəmşiöyü — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Musa Nəbioğlu
Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958, Darbaz, Bolnisi rayonu) — "Əməkdar mədəniyyət işçisi" (2015), Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru. == Həyatı == Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da Borçalı mahalında - Gürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 1986-1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb. 1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Nurəddin Ədiloğlu
Muğanlı Nurəddin Ədil oğlu (Nurəddin Ədiloğlu) (1 fevral 1958, Xırmandalı, Masallı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001) == Həyatı == Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" аdlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb. 1999-2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995-2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb.
Nəsib Nəbioğlu
Nəsib Nəbioğlu (Tam adı: Nəsib Nəbi oğlu Verdiyev; d. 2 may 1954; Kəlbəcər rayonu, Çaykənd) — Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi. == Həyat və fəaliyyəti == 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. == Yaradıcılığı == M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Rüfət Zəbioğlu
Rüfət Zəbioğlu Axundov (1932 -1983) — şair. == Həyatı == Rüfət Zəbioğlu Bakıda müəllim ailəsində doğulmuşdur. İlk təhsilini 31 saylı Bakı şəhər orta məktəbində almışdır (1940-1950). Azərbaycan Dövlət Universitetinə daxil olmuş (1951), bir il sonra Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə SSRİ Yazıçılar İttifaqının nəzdində olan Maksim Qorki adına Ədəbiyyat İnstitutuna dəyişilmişdir. Onun ilk şeiri ― "Bakinski raboçi" qəzetində dərc edilmişdir (1949). Şeirləri ―Azərbaycan, ― Kirpi jurnallarında, ―Ədəbiyyat və İncəsənət qəzetində müntəzəm çap olunmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktorluqla başlamışdır (1957). Sonra Azərbaycan Xalq Yaradıcılığı Evində dramaturgiya şöbəsinin müdiri (1958-1969), Bakı Neft Texnikumunda inspektor (1969-1974), Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1974-1978) işləmişdir. Bundan sonra müstəqil yaradıcılıqla məşğul olmuşdur. Rüfət Zəbioğlu 1983-cü il iyulun 20-də vəfat etmişdir.
Sabir Nəbioğlu
Sabir Nəbioğlu — tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru. Sabir Nəbi oğlu Əmirov 1926-cı il sentyabr ayının 29-da Şuşa şəhərində anadan olmuşdur. 1937-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçmüşdür. Təhsilini "Homam" adına məktəbdə (1939-1943) fars dilində və sovet məktəbində (1943-1946) davam etdirmişdir. 1946-cı ildə Azərbaycan Milli Hökuməti Sabir Əmirovu Bakı Piyadalar Məktəbinə oxumağa göndərmiş, burada o, bölmə komandirinin müavini olmuş və məktəbi kapitan rütbəsində bitirmişdir (1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursunu və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini (1953) fərqlənmə diplomu ilə bitirmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. Universitetdə təhsil aldığı illərdə Azərbaycan Demokrat Firqəsinin ilk partiya təşkilatının sədri, İranlı siyasi mühacirlər cəmiyyətinin "Cavanlar" təşkilatının sədri olmuşdur (1957-1975). Sabir Nəbioğlu Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin şöbə müdiri (1967-1994), Cənubi Azərbaycan Yazıçılar Cəmiyyəti İdarə Heyətinin məsul katibi (1967-ci ildən) vəzifələrində çalışmışdır. "Cəlil Məmmədquluzadənin felyetonları (1905-1906)" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi – alimlik dərəcəsi almışdır.
Yusif Miroğlu
Yusif Miroğlu — Dəli ürək serialının baş qəhrəmanıdır. Obraz Kənan İmirzalıoğlu tərəfindən canlandırılmışdır. Hələ də hərbi xidmətini davam etdirən Yusuf bir gün məzuniyyət almaq üçün yaşadığı İstanbula gəldiyi zaman hərbi maşına qarşı həyata keçirilən terror hücumunun ortasında qalır. Sağlam düşüncəsi və qəhrəmanlara xas olan instinktiv reflekslə hərəkətə keçərək, hərbi bacarıqlarından və təcrübəsindən istifadə edərək hücumu həyata keçirən terrorçulardan birini tutur və silahını ələ keçirir, digərlərini silahı yerə qoymağa çağırır, lakin bu çağırışa qulaq asmayıb onu nişan alan başqa bir terrorçunu başından vuraraq öldürür. Bu hadisə ölkənin gündəminə çevrilir və onun adı bütün ölkəyə yayılaraq məşhurlaşır. Bundan sonrakı müddətdə baş verən ardıcıl proseslər Yusuf Miroğlunu Birim adlı rəsmi məxfi xidmətin özünəməxsus xüsusi layihəsində işə götürmək üçün axtardığı istedadlı şəxsə və qəddar insanlardan zərər görən məzlumların müraciət etdiyi ümumxalq qəhrəmanına çevirəcəkdir. Serial ümumilikdə ölkədəki cari problemlərə işıq salmış və bu personaj da həmişə bu problemlərin bir ucunda özünü tapmış və mafiya başçıları, dərin dövlət məmurları, rəsmi dövlət məmurları və hətta müxtəlif məxfi xidmət əməkdaşları ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Yusuf Miroğlu, öz adamları Bozo Sabri və Cihan ilə birlikdə serialın 113-cü final bölümündə Cek adlı düşməni tərəfindən anqarda pusquya salınaraq öldürülmüşdür.
Yusuf Miroğlu
Yusif Miroğlu — Dəli ürək serialının baş qəhrəmanıdır. Obraz Kənan İmirzalıoğlu tərəfindən canlandırılmışdır. Hələ də hərbi xidmətini davam etdirən Yusuf bir gün məzuniyyət almaq üçün yaşadığı İstanbula gəldiyi zaman hərbi maşına qarşı həyata keçirilən terror hücumunun ortasında qalır. Sağlam düşüncəsi və qəhrəmanlara xas olan instinktiv reflekslə hərəkətə keçərək, hərbi bacarıqlarından və təcrübəsindən istifadə edərək hücumu həyata keçirən terrorçulardan birini tutur və silahını ələ keçirir, digərlərini silahı yerə qoymağa çağırır, lakin bu çağırışa qulaq asmayıb onu nişan alan başqa bir terrorçunu başından vuraraq öldürür. Bu hadisə ölkənin gündəminə çevrilir və onun adı bütün ölkəyə yayılaraq məşhurlaşır. Bundan sonrakı müddətdə baş verən ardıcıl proseslər Yusuf Miroğlunu Birim adlı rəsmi məxfi xidmətin özünəməxsus xüsusi layihəsində işə götürmək üçün axtardığı istedadlı şəxsə və qəddar insanlardan zərər görən məzlumların müraciət etdiyi ümumxalq qəhrəmanına çevirəcəkdir. Serial ümumilikdə ölkədəki cari problemlərə işıq salmış və bu personaj da həmişə bu problemlərin bir ucunda özünü tapmış və mafiya başçıları, dərin dövlət məmurları, rəsmi dövlət məmurları və hətta müxtəlif məxfi xidmət əməkdaşları ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Yusuf Miroğlu, öz adamları Bozo Sabri və Cihan ilə birlikdə serialın 113-cü final bölümündə Cek adlı düşməni tərəfindən anqarda pusquya salınaraq öldürülmüşdür.
Çingiz Dəmiroğlu
Çingiz Dəmir oğlu Sadıqov (1944, Kirovabad – 25 yanvar 2015, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990-1995). == Həyatı == 1944-cü il yanvar ayının 5-də Gəncə şəhərində anadan olub. 1973-1975-ci illərdə Xanlar rayon Aqrar İstehsalat Birliyinin direktor müavini işləyib. 1975-1990-ci illərdə Xanlar rayon və Gəncə şəhər Partiya Komitələrində müxtəlif məsul vəzifələrdə çalışıb. 1990-1995-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Gəncə şəhər Xalq Deputatları Məclisinin sədri olub.1999-cu ildə yaradılan Azərbaycan Tərəqqi Partiyasının qurucusu və ilk sədri olub. 2003-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində Vahid Azərbaycan Partiyasının prezidentliyə namizədi olub. Daha sonra namizədliyini geri götürüb. Çingiz Dəmiroğlu 25 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat edib. Qəbri Gəncənin Fəxri Xiyabanındadır.
İbrahim Nəbioğlu
İbrahim Nəbioğlu (tam adı: Yaqubov İbrahim Nəbi oğlu) — jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006), Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Təmsilçisi, Fövqəladə və səlahiyyətli elçi. == Həyatı == İbrahim Nəbioğlu 1961-ci il oktyabrın 24-də Bakıda ziyalı ailəsində doğulub. 1968-ci ildə Bakıdakı 159 N-li məktəbin 1-ci sinfinə getmişdir. 1978-ci ildə 45 N-li orta məktəbdən məzun olmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdur. 1983-cü ildə bu institutun "Tətbiqi riyaziyyat" kafedrasını "mühəndis-riyaziyyatçı" ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlamışdır. 1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990–1991-ci illərdə Türkiyənin "Milliyət", "Zaman" və b. qəzetlərində çap olunmağa başlamışdır.
İlqar Əlfioğlu
İlqar Əlfioğlu (tam adı: Qasımov İlqar Əlfi oğlu; 26 mart 1955, Bakı) — Azərbaycanlı jurnalist, yazıçı, teleaparıcı, tərcüməçi. Azərbaycan Televiziyası tarixində ilk tok-şoulardan biri olan Dalğa verilişinin müəllifi və aparıcısı olub.2014-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin şöbə müdiri vəzifəsində çalışır. == Həyatı == İlqar Əlfioğlu 26 mart 1955-ci ildə Bakı şəhərində anadan olub. Yazıçı Əlfi Qasımovun oğludur. 1961-ci ilə kimi Bakıda, "Həmşəri palanı" küçəsində yaşayıb.Orta təhsilini 1972-ci ildə Bakı şəhərində yerləşən 190 nömrəli məktəbdə tamamlamışdır. Ardınca Azərbaycan Dövlət Unversitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. 1978-ci ildən başlayaraq Azərbaycan Dövlət Televeziyasında və müxtəlif redaksiyalarda işləyib. 2014-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin şöbə müdiri təyin edilib. == Yaradıcılığı == === Tv proqramlar === "Dalğa verilişi" 1987–1991 === Film === "Ağdamda bir gün" === Kitabları === "Qızılbarmaq Fatma" "Fəlsəfə" === Əsərləri === "Qorxu" povesti === Tərcümələri === Jose Saramaqo "İsanın incili" Bertold Brext.
Əli Vəlioğlu
Əli Vəli oğlu Əlizadə(1 yanvar 1940, Nüvədi, Meğri rayonu) — Şair, publisist, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2004) == Həyatı == Əli Vəlioğlu 1940-cı ilin yanvarın 1-də Qərbi Azərbaycanın Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Yeddiilliyi Nüvədi kəndində, 1958-ci ildə orta məktəbi qonşuluqda olan Aldərə kəndində bitirmişdir. 1958-1961-ci illərdə əmək fəaliyyətinə kolxozda məşğul olmuşdur. 1961-1964-cü illərdə ordu sıralarında xidmət etdikdən sonra 1968-ci ilədək yenidən Nüvədi kənd kolxozunda işləmişdir. 1965-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil aldıqdan sonra 1968-1989-cu illərdə Nüvədi kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris edib. == Fəaliyyəti == 1989-cu ildə qaçqınlıq dönəmində Bakıya köçən Vəlioğlu Azərbaycan Qaçqınlar Cəmiyyətində bir il işlədikdən sonra 1991-1992-ci illərdə "Hikmət", "20 Yanvar" qəzetlərində böyük müxbir kimi jurnalistlik fəaliyyətinə başlayıb. 1993-cü ildə "Türk dünyası" jurnalında redaktor müavini, "Kefli İsgəndər" satirik qəzetində baş redaktorun müavini, həm də rəssam kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən Bakının 151 saylı orta məktəbində müəllim vəzifəsində işləyən şair 2004-cü ildən Azad Azərbaycan cəmiyyətinin üzvüdür. Ədəbi fəaliyyətə 1965-ci ildən başlayan Əli Vəlioğlunun 1970-ci ildə "Kommunist" qəzetində ilk miniatürləri, 1983-cü ildə "Ədəbi Ermənistan" almanaxında şeirləri, "Didərginlər" kitabında publisist məqalələri dərc olunmuşdur. === Əsərləri === "Mənim da ulduzum" (1985) "Mənim dünyam" (1993) "Qəzəllər" "Halal çörək" (povest, 1997) "Bu minvalla dünya belə qalammaz" (şeirlər, hekayələr, 1997) "Mənim mənalı dünyam" (hikmətli deyimlər, 2001) "Vətən boyda dərd göyərtdim, qəm yedim" (şeirlər, 2004) "Ağıl dəryasından incilər" (2008) "Ömrümüzə işıq düşür" (albom, 2000) "Nüvədi və nüvədililərin tayfa şəcərəsi" (2009) == Mükafatları == Jurnalistlik fəaliyyətinə görə 2004-cü ildə "Həsən bəy Zərdabi", 2006-cı ildə isə "Qızıl qələm" media nükafatına layiq görülmüşdür.
Hüseyn Vəlioğlu
Hüseyn Vəlioğlu (türk. Hüseyin Velioğlu), əsl adı Hüseyn Durmaz (türk. Hüseyin Durmaz; 1952 – 17 yanvar 2000) — kürdəsilli Türkiyə islamçısı, "Kürd Hizbullahı"nın lideri. Vəlioğlu bu təşkilatın qanadlarından birinə rəhbərlik edirdi. O, 17 yanvar 2000-ci ildə İstanbulun Bəykoz rayonunda polisin keçirdiyi əməliyyatda öldürülmüşdür. == Həyatı == Hüseyn Vəlioğlu 1952-ci ildə Hüseyn Durmaz adı ilə Türkiyənin Batman vilayətində anadan olmuşdur. Kürd idi. 1978-ci ildə qanuni olaraq soyadını Vəlioğlu olaraq dəyişdirdi. Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində təhsil almışdır. 1980-ci ildə kürdlərin çoxluq təşkil etdiyi Diyarbəkir şəhərinə köçmüş və 1987-ci ildə "Kürd Hizbullahı"nı qurmuşdur.
Ahsən Əroğlu
Ahsən Əroğlu (27 oktyabr 1994)-Türk aktrisa == Həyatı == 27 oktyabr 1994-cü ildə Çorluda doğulan Ahsən Əroğlunun ailəsi Bolqarıstan köçərisidir. Egey Universiteti Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib və aktyorluq təhsilini Sahne 3MOTA-da alıb. Karyerasına atdığı ilk addım 2015-ci ildə Bir Modern Habil Qabil Hekayəsi serialında canlandırdığı Zəhra obrazıdır. Bu serialdan sonra o, Möhtəşəm Yüz il: Kösəm, Ana, Qızlarım üçün, İstanbullu gəlin kimi seriallarda iştirak etmişdir. 2019-cu ildə ilk başrolu olduğu Quzğun serialında Qumru Cəbəci rolunu ,2020-2021-ci ildə Menecerimə zəng et serialında Dicle başrolunu canlandıraraq Qızıl Kəpənək mükafatının Ulduzu Parıldayanlar Mükafatına layiq görülür.
Evoğlu
== Kəndlər == Evoğlu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Evoğlu (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Evoğlu (Xoy) — Cənubi Azərbaycanın Xoy vilayətində kənd. == Təxəllüsü bu ad olan şəxslər == Heydər bəy Evoğlu — XVII əsrdə yaşamış şair, xəttat, tarixçi. Əbülqasim bəy Evoğlu — XVII əsrdə, şair, xəttat, diplomat.
Şahbaz Şamıoğlu
Şahbaz Şamı oğlu Musayev (20 aprel 1961, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filoloq, jurnalist; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinin aparıcı elmi işçisi; Bakı Slavyan Universitetinin "Jurnalistika nəzəriyyəsi və təcrübəsi" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şahbaz Musayev 20 aprel 1961-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunun Qızılkilsə kəndində ziyalı ailəsində doğulub. Atası orta məktəbdə kimya-biologiya müəllimi, anası laborant olub. 1979-cu ildə Dmanisi rayonu, Qızılkilsə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1983-1990-cı illərdə Qusar rayonunun Yuxarı Zeyxur kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1990-cı ildən Təhsil Nazirliyinin "Ana sözü" jurnalında, "Yurddaş", "Baku Tayms", "Azərbaycan gəncləri", Azərbaycan-Türk Agentliyi, "Hər gün", "Xəzər" qəzetlərində müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. Jurnalistika ilə yanaşı elmi fəaliyyətini davam etdirib. AMEA Milli Münasibətlər İnstitutunda (1999-2002) çalışıb.