Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəsidə
Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə.
Əqidə
Əqidə — insanın şəxsi müşahidə və düşüncələrinin köməyilə cisim və hadisələrin mahiyyətini müstəqil surətdə dərindən anlamaqla əldə etdiyi biliklərdən təcrübədə istifadə etməsi nəticəsində formalaşır və bu zaman insanın hiss və düşüncələri üzvi surətdə birləşib, şəxsiyyətin davranış və rəftarında daxili müəyyənlik yaradılmışdır.
Cəfəri (əqidə)
Cəfərilik və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.
Səidə Camalova
Səidə Əli qızı Camalova — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neft–kimya proseslərinin texnologiyası" laboratoriyasının baş elmi işçi, texnika üzrə elmlər doktoru, dosent. Səidə Əli qızı Camalova 1950-ci il avqustun 28-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Bakı Şəhəri 7 saylı orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiya fakültəsininin əyani şöbəsinə qəbul olunmuşdur. 1972-ci ildə “Əsas üzvi və neft-kimya sintezinin texnologiyası” kimyaçı-texnoloq mühəndis ixtisası üzrə təhsilini bitirmişdir. 1972-1974-ci illərdə (Qiproazneft) layihə institutunda, 1974-1975-ci illərdə ADNSU-da professor T.H.Alxazovun rəhbərliyi ilə yaradılan “Ekoloji kataliz” problem laboratoriyasında təbii qazın və sənaye qazlarının tərkibində olan kükürd birləşmələrin təmizlənməsi üzrə tədqiqat işləri aparmışdır. 1975-ci ildən AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutununda mühəndis, 1986-cı ildən kiçik elmi işçi kimi “Neft Kimya Proseslərinin Texnologiyası” laboratoriyasında əmək fəaliyyətini davam etdirməkdədir. S.Ə.Camalova 1978-ci ildən başlayaraq əsas elmi-tədqiqatları katalizatorların sintezi və karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsinə həsr etmişdir. 1989-cu ildə S.Ə.Camalova dissertant kimi “Oksigenin iştirakı ilə etan və propanın modifikasiya olunmuş manqan tərkibli katalizator vasitəsilə C2-C3 olefinlərə çevrilməsi” mövzusu üzrə elmi tədqiqat işləri apararaq, 1992-ci ildə “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsialmışdır.
Səidə Cəfərova
Cəfərova Səidə Allahverdi qızı — texnika üzrə fəlsəfə doktoru. Səidə Cəfərova 1961-ci il oktyabrın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhəri 135 saylı orta məktəbi 1978-ci ildə bitirmişdir. 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Metallurgiya fakultəsinə daxil olmuş və 1983-cu ildə həmin institutu müvəffəqiyyətlə bitirərək, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. 1983-cü ildən 1986-cı ilədək Radioquraşdırma EİB-də təyinatla işləməyə göndərilmişdir. 1986-1990-cı illərdə EA-nın Kristal təcrübə zavodlu XKTMB-nin Ovuntu metallurgiyası laboratoriyasında mühəndis vəzifəsində çalışmışdır. 1990-1993-cü illərdə "Ovuntu metallurgiyası və kompozisiya materialları" ixtisası üzrə AzTU-nun aspiranturasının əyani şöbəsində təhsilini davam etdirmişdir. 1998-ci ildən indiyədək AzTU-nun Materiallar texnologiyası kafedrasında dosent vəzifəsində çalışır. 2001-ci il noyabr ayının 6-da "Dəmir əsaslı qismən legirli ovuntudan alınmış bişmiş materialların struktur və xassələri" mövzusunda dissertasiya müdafiə edərək texnika eimləri namizədi alimlik dərəcəsi almışdir. 60-dan artıq elmi məqalənin, bir ədəd patentin, bir dərsliyin, dərs vəsaiti və rusca-azərbaycanca texniki lüğətin həmmüəlliflərindəndir.
Səidə Məmmədova
Səidə Məmmədova (tam adı:Məmmədova Səidə Müslüm qızı; 25 may 1942, Naxçıvan) — xormeyster. Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi. Məmmədova Səidə Müslüm qızı 25 may 1942-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1960-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu və 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası)nın xor dirijorluğu fakültəsini bitirmişdir. 1969–75-ci illərdə Naxçıvan şəhər musiqi məktəbində müəllim və 1975–94-cü illərdə orta ixtisas musiqi məktəbinin direktoru olmuşdur. 1994-cü ildən Naxçıvan Dövlət Universitetində ifaçılıq kafedrasının müdiridir. 1999-cu ildən dosentdir. Muxtar Respublikada xor kollektivlərinin yaranması və inkişafında xidməti var. Bir sıra el şənliklərinin bədii rəhbəri və onlarla mahnı müəllifidir. 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Səidə Quliyeva
Səidə Əbülfəz qızı Quliyeva (5 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2012), Prezident təqaüdçüsü (2019). Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə. Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S. Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş. Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır. Səidə Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səidə Sultan
Səidə Sultan (doğum adıyla: Səidə Əli qızı Sultanova; d. 9 mart 1983, Bakı) — Azərbaycan estrada müğənnisi Səidə Sultan 1983-ci il mart ayının 9-da Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 272 saylı orta məktəbdə 1989-2000-ci illər orta təhsilini almışdır. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal fakültəsinə daxil olub və 2006-cı ildə bakalavr dərəcəsi ilə təhsili bitirmişdir. Anası Svetlana Sultanova pedaqoqdur, uşaq bağçası müdiri vəzifəsində çalışır. Atası Əli Sultanov isə fərdi sahibkar olmuşdur. İlk dəfə 2000-ci ildə Pöhrə müsabiqəsində, 2001-ci ildə isə Bakı Payızı müsabiqəsində iştirak etmişdir və hər iki müsabiqənin laureatıdır. İlk ifa etdiyi mahnısı Popuri və bəstəsi Vasif Adıgözəlovun olan Naz-Naz ifası olmuşdur. 2001-ci ildə "İkisi bir boyda" xalq mahnısı, 2008-ci ildə "Sən idin", 2012-ci ildə "Hərdən arada", 2013-cü ildə "Gecələr" mahnılarını ifa edərək populyarlıq qazanmışdır. 2008-ci ildə ilk "Bir inci" adlı solo albomunu buraxmışdır.
Səidə Ömər
Səidə Ömərova
Səidə İmanzadə
Səidə İmanzadə (29 dekabr 1910, Nuxa – 1 may 1992) — Azərbaycanın pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi. Səidə xanım İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür. Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı. Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu.
Səidə Şərifəliyeva
Şərifəliyeva Səidə Vahid qızı 10 yanvar 1981-ci il tarixdə Neftçala rayonunda anadan olub. 1998-ci ildə orta məktəbi bitirib.1999-cu ildə Bakı Musiqi Akademiyasında vokal fakultəsinə - Xalq artisti Xuraman Qasımovanın sinfinə qəbul olunub. 2002 -2008-ci illərdə Azərbaycan Dövlət Xor Kopellasında çalışıb. 2006-cı ildən ÜNS yaradıcılıq səhnəsinin solistidir. 2007-ci ildə Çexiyanın Karlovı-Varı şəhərində A.Dvorjak adına 42-ci Beynəlxalq vokal müsabiqəsində 1-ci yerə, elə həmin il Bakıda keçirilən Bülbül adına 4-cü Beynəlxalq vokal müsabiqəsində 2-ci yerə çıxıb. 2010-cu ildən Q.Vişnevskayanın Opera Mərkəzində (prof. Badri Maysuradzenin sinfi) təcrübədədir. 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrının solistidir. Ü.Hacıbəylinin "O olmasın, bu olsun” (Gülnaz), O.Kazımi və R.Heydərin "Qızıl toy” (Aygün), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (Naz-Naz), R.Hacıyevin "Qafqazlı qardaşqızı" (Lala), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (Səbinə), F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (Sevil), İ.Kalmanın "Silva” (Silva), E.Sabitoğlu və V.Kalmanovskinin "Bir dəfə Baqdadda” (Zuleyxa) tamaşalarında yaddaqalan obrazlar yaradıb. Azərbaycan Respublikasının Əməkdar artistidir.
Əqidə Manizadə
Əqidə Manizadə — ABŞ-nin Vircinya ştatında yaşayan azərbaycanlı alim, Radford Universitetinin riyaziyyat və statistika fakültəsinin professoru, Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti, "Görkəmli professor" fəxri adının təltifçisi. Əqidə Manizadə 1992-ci ildə Bakı şəhəri 164 nömrəli orta məktəbi qızıl medalla, 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə isə Vilyam və Meri kollecində magistratura təhsilini tamamlayıb, 2006-cı ildə isə Virciniya Unversitetində doktor və alimlik dərəcəsini müdafiə edib. Əqidə Manizadə 2009-cu ildən indiyə kimi ABŞ-nin Radford Universitetində bakalavr və magistr pilləsində dərs deyir, elmi fəaliyyətlə məşğuldur. Virciniya Təhsil Nazirliyinin dəstəyi ilə Riyaziyyat Müəllimlərinin Təkmilləşdirmə Mərkəzinin yaradıcısı kimi NASA alimləri və universitet professorları ilə Radford Universitetində NASA-2 İnstitutu yaradaraq, bir çox böyük layihələrin reallaşdırılmasında birbaşa iştirak edib. "Virginia Mathematics Teacher" jurnalının baş redaktoru vəzifəsini icra edir. Rəhbərliyi altında dərc olunan jurnal 2018-ci ildə Riyaziyyat Müəllimləri Milli Şurası tərəfindən ölkənin ən yaxşı jurnalı mükafatına layiq görülüb. 2021-ci ildə Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilərək, ştat üzrə bütün dövlət və özəl universitetlərinin professor heyəti üçün ali mükafatı qazanıb. 35 elmi məqalənin müəllifidir. Əqidə Manizadə 75-dən çox elmi konfransda riyaziyyat elminə dair məruzələrlə çıxışlar edib və bir sıra böyük layihələrin icraçısıdır.
Əqidə Ələkbərova
Ələkbərova Əqidə Məmməd qızı — sənətşünaslıq elmləri namizədi (1994), Azərbaycanın əməkdar incəsənət xadimi (1999), dosent (2001) Əqidə Ələkbərova 1955-ci il aprelin 25-də anadan olub. Köçəri yallısı. Etnomusiqi təhlili. AEA-nın Fizika İnstitutu. B., 1995 Yallıların musiqi yozumu. "Elm və həyat" jurnalı, №12, 1995 "Kitabi - Dədə Qorqud"un musiqi yozumuna dair. "Elmi əsərlər" e/m toplusu /xüsusi buraxılış/ Nax.DU, "Qeyrət", №2, 1998 Ərtoğrul Cavid –Azərbaycanın elm xadimidir. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №4, 1999 Yallı sənəti və onun Gəmiqaya rəsmləri ilə bağlılığı. "Qobustan" jurnalı, №2, 1999 Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafında rolu. "Elmi əsərlər", Nax.DU, "Qeyrət", №7, 2000 Этапы развития музыкальной культуры Нахичеванской автономной республики.
Səidə Haqverdiyeva
Saidə Haqverdiyeva — azərbaycanlı yazıçı, ssenarist və rejissor, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" müstəqil inklüziv teatrının rəhbəridir. Prezident təqaüdü (2013). Saida Yavər qızı Haqverdiyeva 1982-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Bakıdakı 182 saylı məktəb-liseydə alıb. Hələ məktəb illərindən şeir və kiçikhəcmli hekayələr ilə uşaqlarla bağlı dərgilərdə dərc olunub. Daha sonra dövrü mətbuatda poeziya nümunələri ilə çıxış edib. "Ədəbiyyat və İncəsənət", "Ədalət" və başqa qəzetlərdə şerləri çap olunub.2003-cü ildə yazıçı-publisist Akif Şahverdiyevin redaktorluğu ilə "Gözüm qaldı gözündə" şerlər kitabı çap olunub. Bir çox qəzetlərlə əməkdaşlıq edib.2006-cı ildə Azərbaycan Dövlət Televiziyasında əmək fəaliyyətinə başlayıb. 2008-ci ildə "Lider" televiziyasında çalışıb. Sonra fəaliyyət istiqamətini dəyişərək 2009–2010-cu illərdə müxtəlif xeyriyyə təşkilatlarında təşkilatçılıq edib, bir sıra mədəni-kütləvi aksiyaların reallaşmasına dəstək verib.
Səidə Arifova
Səidə Arif qızı Arifova (13 fevral 1916, Bağçasaray, Tavriya quberniyası[d] – 9 avqust 2007, Simferopol) – İkinci Dünya müharibəsi zamanı yəhudi uşaqları xilas etməsinə görə tanınan Krım tatarı. Arifovanın yəhudiləri xilas etməsinə dair sənədli sübutlar təqdim olunmayıb. Səidə Arifova 13 fevral 1916-cı ildə Bağçasarayda doğulmuşdur. İkinci Dünya müharibəsi illərində Bağçasarayda yerləşən bir bağçanın rəhbəri olmuşdur. O, bir neçə yəhudi ailənin etnik mənsubiyyəti haqqında yalan məlumat vermiş və onları nasistlər tərəfindən öldürülməkdən xilas etmişdir. Sevastapoldan deportasiya edilmiş Saliyev ailəsinin iki oğlunun yəhudi kimi öldürülməsinin qarşısını almışdır. O, iki qonşusunun yəhudi yox, kəraim olması barədə yalançı şahidlik etmişdir. O, bir çox Krım yəhudisinin qaçmasına kömək etmiş, onlar üçün saxta sənədlər və tibbi sertifikatlar hazırlamışdır. 1943-cü ilin sentyabrında Kerçdəki nasistlərə qarşı partizan müqaviməti məğlub olmuş və nasistlər onların uşaqlarını əsir götürmüşdürlər. Əsasən yəhudilərin çoxluq təşkil etdiyi bu uşaqlar nasistlər tərəfindən Kerçdə yerləşən bir yetimxanaya yerləşdirilmiş və döyüşlərdə canlı qalxan kimi istifadə edilmələri nəzərdə tutulmuşdu.
Sidə Lincan
Sidə Lincan — İranın İsfahan ostanının Lincan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,335 nəfər və 4,167 ailədən ibarət idi.
XXI əsrdə Fransa
2000-ci ildə (fr. En L'An 2000) - Fransada XX əsrdə yaranmış mədəni fikir cərəyanı. XX əsr Fransasında yaşayan insanlar 100 il sonra yaşadıqları ölkədə hansı yenilik və dəyişikliklərin ola biləcəyi ilə maraqlanırdılar. İnsanları əsasən texniki sahədə baş verə biləcək yeniliklər maraqlandırırdı. Bu barədə olan fikirlər dönəmin müxtəlif rəssamları tərəfindən təsvir edilmişdir. Fransız rəssamı (fr. Jean-Marc Côté) tərəfindən 1899, 1900 və 1901-ci illərdə dərc edilən şəkillər XX əsr Fransız insanın 100 il sonrakı həyat barədə olan düşüncələrini daha açıq bir formada izah edir.
Side
Side (türk. Side) — Türkiyənin müasir Antalya ilinin Aralıq dənizinin cənub-qərb sahilində, Antalya şəhərindən 70 km şərqdə və Manavqat şəhərindən təxminən 7 km qərbdə yerləşən antik şəhər. Hal-hazırda Side məşhur turizm kurortudur və inzibati cəhətdən Manavqat bələdiyyə rayonu (ilçe) tərkibində mikrorayon (məhəllə) təşkil edir. Şəhər Əhdi-Ətiqdə Sid adı ilə xatırlanır. Strabonun yazdığına görə Side eramızdan əvvəl 7-ci əsrdə Anadolunun Kima şəhərindən gələn mühacirlər tərəfindən köhnə yaşayış məntəqəsinin yerində qurulan və Anadoluda bilinən ən qədim yunan koloniyalarından biri idi. Yerli Anadolu dilində "Yan" sözü "nar" mənasını verirdi – filoloji araşdırmalar bu sözün nə yunan, nə də Finikiya kökünə malik olduğunu göstərmişdir. Nar burada bolluq rəmzi sayılırdı. Kolonizasiyaya uğradıqdan sonra Side sakinləri yerli Side dilində danışıb yazmağa davam edirdilər, bunu eramızdan əvvəl III–II əsrlərə aid arxeoloji qazıntılar zamanı aşkar edilmiş Side yazıları sübut edir. Buradan belə nəticəyə gəlmək olar ki, Kimadan Sideyə gələn kolonistlər yerli dili qəbul edib istifadə etməyə başladılar.Makedoniyalı İsgəndərin Anadoluya yürüşündən bəhs edən Arrian əsərində Sideyə gələn yunanların öz ana dilini unudub, əvvəllər bilmədikləri yerli ləhcədən istifadə etməyə başladığını qeyd etməsi də bunu təsdiq edir. Eramızdan əvvəl VI əsrdə Side şəhəri bütün Pamfiliya kimi Lidiya padşahlarının hakimiyyəti altına düşdü və eyni əsrdə sonrakı Lidiya çarlığının dağılmasından sonra bütün Pamfiliya ilə birlikdə Əhəmənilər dövlətinin tərkibinə daxil oldu.
On iki imam şiəliyi (əqidə)
On iki imam şiəliyi və ya İsna əşəriyyə (ərəb. اثنا عشرية‎) — İslam dinində, Şiəlikdə əqidə. On iki imam şiəliyi əqidəli məzhəblər Ələvilik, On iki imam şiəliyi, İmamilik və ya Cəfərilik, Nüseyrilər, Qələndərilik, Nemətullahiyyə, Qızılbaşlar, Bəktaşilik kimi məzhəblər daxildir. On iki imam şiəliyinin tərəfdarları 12 imamı Əli ibn Əbu Talibin soyundan kimi qəbul edir və İmam Mehdinin Allahın əmri ilə qeybə çəkilərək gələcəkdə zühur edəcəyinə inanırlar.
Aşide Bengü
Aşide Bengü və ya Aşide Benqü ( d.? – ö. 5 dekabr, 681) – Göytürk dövlətinin dağılmasından sonra göytürklərin 50 illik müstəqillik üsyanının təhrik edicisi olan göytürk əsilzadəsi. Çin qaynaqlarında adı Venfu olaraq keçir. Türk əsilzadəsi olduğu bilinən Bengü haqqında dəqiq məlumatlar yoxdur. Çin qaynaqlarına görə, Bengü 679-cu ildə Sanyu canişinliyi himayəsində çalışan üst səviyyəli türk idarəçi olmuşdur. Onunla birlikdı, Aşide Fenzi adında başqa türk general da olmuşdur. Bengü və Fenzi Tanq sülaləsinin gücsüz anını gözləmiş və gözlədikləri an gəldiyində Aşina Nişufunu xaqan edərək Tanqa qarşı üsyan qaldırmışdırlar. Lakin, 680-ci ildə Pei Xinqcian komandanlığındakı Çin ordusu Nişufuyu məğlub etdi. Bengü Çin ordusundan qaçmağı bacardı, lakin Nişufu Çin təərfindən cəzalandırımaqdan qorxan ordusu tərəfindən qətlə yetirildi.
Aşide sülaləsi
Aşide sülaləsi — Göytürk xaqanlığında aparıcı sülalələrdən biri. Damğası — . Təkcə anası Aşide sülaləsindən olan uşaqlar taxta çıxa bilərdi. Tonyukuk (çin. 阿史德元珍) — Qapağan xaqanın, Bilgə xaqanın və İlteriş xaqanın məsləhətçisi, sərkərdəsi, Yollıq xaqanın babası. Aşide Venfu (çin. 阿史德溫傅) — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə. Daha sonralar Aşina Funianın üsyanına qoşulmuşdur. Lakin 681-ci ildə sonuncu tərəfindən tutularaq imperatora təslim edilmişdir. Aşide Fenqçi (çin.
Rəşidə Behbudova
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Rəşidə Cons
Rəşidə Cons(ing. Rashida Jones; 25 fevral 1976, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Amerikanın 16 şəhərində "On the Run" adlı konsert turnesinə hazırlaşan Cey-Zi və Beyonse birgə filmə çəkiliblər. "Run" — cütlüyün turnesinə dəstək filmidir. XXI əsrin Bonni və Klaydı kimi görünən ifaçılarla birgə videoda Çon Penn, Ceyk Cillenhol, Bleyk Layvli, Emmi Rossam, Don Çidl, Gilyermo Dias, o cümlədən Kidada və Rəşidə Cons bacıları görünüblər.
Rəşidə Dati
Rəşidə Dati (Fransızca tələffüz: [ʁaʃida dati]; 27 noyabr 1965[…], Sen-Remi[d], Sona və Luara, Fransa) — 2007–2009-cu illərdə prezident Nikola Sarkozinin dövründə ədliyyə naziri vəzifəsində çalışmış fransız siyasətçi. Fransa hökumətindəki ilk ərəb qadındır. O, Respublikaçıların (LR) üzvü, eyni zamanda 2009–2019-cu illərdə İle-de-Fransı təmsil edən Avropa Parlamentinin (MEP) üzvü kimi fəaliyyət göstərmişdir. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə təyin etdi. Dati 2007-ci il prezidentlik kampaniyası zamanı Sarkozinin sözçüsü olub. Qələbədən sonra Sarkozi onu hökumətə gətirib. 2008-ci ildə o, Parisin 7-ci dairəsinin meri seçilib və eyni zamanda Paris Şurasının üzvü olub.
Rəşidə Rəşid
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.
Kiana Eide
Kiana Eide (25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi
Azərbaycanlıların Ermənistandan deportasiyası — azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi və etnik təmizləmə. Tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905–1920-ci illər; İkinci mərhələ 1948–1953-ci illər Üçüncü mərhələ 1988–1992-ci illər. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir.
Fəsilə
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Gəmidə
Gəmidə (film, 1998) — film. Gəmidə (hekayə, 1949) — Cerom Selincerin hekayəsi.
Səcdə
Səcdə sözünün lüğət mənası: təvazökarlıqla əyilmə, alını torpağa qoyma. Səcdə sözünün fiqhdə mənası: yeddi üzvü, yəni alın, iki əlin içi, iki dizin və iki ayağın baş barmağının ucunu yerə qoymaq anlamına gəlir. Səcdə məxluqatın Xaliqə etdiyi təvazökarlıqdır. Amma bu məxluq insan kimi iradə əta edilmiş məxluqdursa, onun savabı da var. Savabı olmayan səcdələr isə, yaltaqların alçaqcasına kiminsə qabağında yıxılmasıdır. Qur`anda məscid və səcdə Müqəddəs kitabımız Quranda səcdə kökündən götürülmüş 92 sözə rast gəlirik. Bunların 28-i məscid və məscidlər kəlməsidir. Qur`anda gəlmiş ayələrdən bəziləri: Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! (Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?
Səida
Səida (ərəb. سعيدة‎)‎ — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhər vilayətin şimal-qərb hissəsində, Atlas dağlarının yüksəkliklərində, dəniz səviyyəsindən 868 metr yüksəklikdə yerləşir. Səida ölkənin paytaxtı Əlcəzairdən təxminən 335 kilometr cənub-qərbdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 128,413 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Şəhərdən 3 kilometr şimalda eyni adlı kiçik bir hava limanı yerləşir. Digər şəhər mərkəzləri ilə dəmir yolu və avtomobil yolu ilə də bağlıdır. Səidə əhəmiyyətli regional kənd təsərrüfatı mərkəzidir. Şəhərin yaxınlığında buğda, zeytun, üzüm və esparto becərilir. Heyvandarlıq inkişaf etdirilmişdir.
Vəsiqə
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az-əbcəd. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
Əbədə
Əbədə — türk və tatar mifologiyasında ağac cini. Meşələrdə yaşayır. İnsanlara zərər verməz. Yaşlı bir qadın görümündədir. Meşələrdə yerlərdəki qurumuş ağac yarpaqlarından gələn çıtırtılar onun ayaq səsləridir. (Eb/Əb) kökündən törəmişdir. Ebe sözcüyü yaşlı qadın mənasındadır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.