Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ПМА "В-1" və ПМА "В-2" aşqarları
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Bruno Sutkus
Bruno Sutkus (14 may 1924 – 29 avqust 2003, Almaniya Federativ Respublikası) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş, alman qoşunlarında döyüşmüş litvalı snayper. == Həyatı == Bruno Sutkus 1924-cü ildə o vaxtlar Almaniyanın tərkibində olan Tannenvelde (indiki Çkalovsk) qəsəbəsində anadan olub. Onun atası milliyətcə litvalı olub. 1938-ci ildə Hitler Gənclər Hərəkatına üzv olub. 18 yaşında Alman Nasional Sosialist Fəhlə Partiyasının hərbi qanadına üzv yazılıb. Onun çox sərrast atəş açma qabiliyyəti Vermaxt rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və bu qabiliyyətinə görə Brunoya öz şəxsi snayper tüfəngi verildi. 1941-ci ildə Almaniya vətəndaşlığını alıb. 1943-cü ildə Vilnusda snayper kurslarında təhsil alıb. Onun hesabında təkcə 1944-cü ilin 6 ayında (iyun-noyabr ayları) 209 öldürülmüş düşmən əsgəri olub. 1945-ci ilin yanvarında vəzifəsi yüksəldilib və snayper məktəbində instruktor vəzifəsinə təyin edilib.
Sürtkü yağları
Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür: Motor yağları; İkitaktlı benzin mühərrikləri üçün yağlar; Transmissiya yağları; Sənaye yağları; Reaktiv yağları; Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər; Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər; Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s. Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi.
Sürtkü materialları
Sürtkü materialları — neftin distillə edilməsi nəticəsində alınan məhsullardır. Sürtkü materialları müxtəlif funksiyaları, məsələn, enerjinin ötürülməsi və yeyilməyə qarşı mühafizısini yerinə yetirməlidirlər. Əksər hallarda sürtkü materiallarının işləmə müddətini baza yağının oksidləşməsi məhdudlaşdırır. Sürtkü materillarının oksidləşməsinin əsas əlamətləri – baza yağının rənginin dəyişilməsi və xarakterik yanma qoxusunun əmələ gəlməsi, sonrakı mərhələlərdə isə yağın kinematik özlülüyünün kifayyət qədər artmasıdır. Lakin antioksidantların istifadəsi bu prosesi əhəmiyyətli dərəcədə ləngidə bilər. Sürtkü materiallarının oksidləşməsini 2 prosesə bölmək olar: sürtkü materialının molekulalarının oksigenlə reaksiyası nəticəsində gedən oksidləşmə və yüksək temperaturlarda olan termiki parçalanma (krekinq). Oksidləşmə prosesi sürtkü materialının istismar müddətinə təsir edən ən əsas proseslərdən biridir. Oksidləşmə prosesi nəticəsində alınan məhsullar: alkilhidroperoksidlər (ROOH) , dialkilperoksidlər (ROOR"), spirtlər (ROH) aldehidlər (RCHO), ketonlar (RR"C=O), karbon turşuları (RCOOH), mürəkkəb efirlər (RCOOR") və s. Polikondensləşmənin nəticəsində yüksək molekulalı oksidləşmə məhsulları əmələ gəlir ki, bu da oksidləşmiş yağın özlülüyünün artmasına səbəb olur. Bu məhsulların sonrakı polimerləşməsi və polikondensləşməsi nəticəsində yağda həll olunmayan polimerlər yaranırr və qurum və lak kimi çöküntülərə çevrilirlər.
Energetik sürtkü yağları
Sürtkü yağlarında köpüklənmə
Sürtkü yağlarında köpüklənmə aqreqatların iş prosesində yağın fəal qarışması, çalxalanması və sıçraması, bu səbəbdən ona hava, yanacağın buxarı və işlənmiş qaz qarışaraq yağın kimyəvi tərkibinin dəyişməsidir . Yuyucu, özlülü, siyrilmə və korroziyaya qarşı aşqarlar yağların köpüklənməsini fəallaşdırır. Yağın tərkibində suyun olması, temperaturun yüksəlməsi və yağın sıxlığının azalması da köpüklənməyə meyli artırır. Köpüyün mövcudluğu sürtünən səthlərdə yeyilmənin qarşısını alan sərhəd örtüyünün əmələ gəlməsini pisləşdirməklə sürtünməyə səbəb olur. Köpüyün əmələ gəlməsi yağın özlülüyü, tərkibindəki aşqar və istismar şəraitindən asılıdır. Köpükləndirilmiş yağ asanlıqla yağ nasosunda yağın töküldüyü çıxıntılar vasitəsilə itkiləri artırır və yağın azalmasına səbəb olur. Suyun və səthi aktiv maddə rolunu oynayan qatranların yağda mövcudluğu köpüklənmə prosesini intensivləşdirir. Köpüklənmənin qarşısını almaq üçün yağlara aşqarlar – polisiloksan əlavə edilir. Onların təsir mexanizmi onunla nəticələnir ki, ən incə nazik pərdənin yağ-hava sərhədində yaranmasına imkan yaradaraq yağa qazların qarışmasına mane olur. Köpüklənməyə qarşı motor və transmissiya yağlarında ən çox istifadə edilən və 0,002–0,005% miqdarında ПМС-200A aşqarıdır.
V
V — Latın qrafikalı Azərbaycan əlifbasında 30-cu hərf, 23 samitdən biri. Cingiltili samitdir, kar qarşılığı f samitidir. Finikiya əlifbasında mıxa oxşadığı üçün "vav" ("mıx") adlanırdı. Kiril qrafikalı əlifbada rast gəlinən "B" Yunan əlifbasındakı "β" "beta" hərfi əsasında qurulmuşdur.
Kanal V
Kanal V — Antalyada yayım edən televiziya kanalı. == Haqqında == 20 dekabr 1992-ci il Erdal Önər tərəfindən yaradılan Vip Tv kanalı,1998–2000 illəri arasında musiqi kanalı kimi olmuşdur.2000-ci illərin başlanğıcında " KadıAhmetoğulları’’-nın alması ilə kanalın adı dəyişdirilərək Kanal Vip oldu.2005-ci ildə kanal VTV adı ilə yayımlanmış, 2015-ci ilin sonlarında isə Kanal V olmuşdur. == Yayımlanması == 2002-ci ildə Türksat Kablo TV-də yayına başladıqdan sonra 2011-ci il Cumhuriyet (qəzet)-nin Antalya təmsilcisi Ahmet Oruçoğlunun satın alması ilə 2012-ci ildə sputnik üzərindən yayıma başlamışdır.2017-ci lin fevral ayından etibarən Kanal V-nin yeni sahibi Mehmet Okan Kayadır. Kanal V Antalya içində karasal yayın və Kablo TV-də, Türkiyədə isə Türksat 4A və D-Smart platformalarında yerləşir. == Şüarın yaranması və Xarici əlaqələri == Antalyada olan kanallardan ART Akdeniz TV 2016-da yayımlamağa durdu. Nəticə də Kanal V ‘‘Antalya’nın Tek Televizyonu’’ şüarını mənimsəmiştir.
Saturn V
Saturn V ("Saturn Beş" kimi oxunur) — ABŞ istehsalı olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş insan daşıya bilən raketdir və 1967 ilə 1973 arasında NASA-nın Apollon və Skylab proqramlarında istifadə edilmişdir. NASA, bu çox mərhələli maye yanacaqla işləyən çox ağır daşıyıcı raketi 13 dəfə Kennedi Kosmik Mərkəzindən — Floridadan heyət və yük itkisi olmadan kosmosa buraxmışdır. Mövcud olan ən uzun, ən ağır və ən güclü raketdir və hələ də ən ağır raket daşıyıcısı tutumu rekordunu əlində saxlayır. Saturn raket ailəsinin ən böyük istehsal modeli olan Saturn Verner fon Braun və Artur Rudolf adlı şəxslərin rəhbərliyi altında, Alabama ştatının Hantsvill şəhərindəki Marşal Kosmik Uçuş Mərkəzində Boeing, North American Aviation, Douglas Aircraft Company və IBM şirkətlərinin baş podratçılığı ilə dizayn edilmişdir. Von Braunun tərəfindən hazırlanmış dizayn qismən İkinci Dünya Müharibəsi dövründə Hitler Almaniyasında hazırladığı Aggregate seriyası, xüsusilə A-10, A-11 və A-12 modelli raketlərə əsaslanır. İndiyə qədər Saturn V insanları alçaq yer orbitindən kənarda daşıyan yeganə raket daşıyıcısıdır. 1968-ci ilin dekabr ayından və 1972 dekabr ayına qədərki 4 il ərzində cəmi 24 astronavt (3 astronavtı bir dəfədən çox aparmışdır) aya aparmışdır. Saturn V raketinin mənşəyi ABŞ-də Prezident Harri Truman tərəfindən 1946-cı ilin sentyabrında qüvvəyə mindirilmiş Kağız sancağı əməliyyatı (Operation Paperclip) çərçivəsində Wernher von Braun başda olmaqla 700 ətrafında Alman aliminin seçilməsi ilə başlamışdır. 3039 ton ağırlığında olan Saturn V 3 təbəqədən ibarətdir. Bu 3 təbəqə 2 növ raket mühərrikindən ibarətdir.
System V
System V-UNIX sisteminin AT&T və başqa şirkətlər tərəfindən təqdim olunan versiyası. Bir tərəfdən, System V, əsasən AT&T tərəfindən nəzarət olunan standartdır, başqa tərəfdən, bir çox şirkətlərin təklif etdiyi kommersiya məhsuludur. Ayrı-ayrı versiyalar nömrələnir, məsələn, System V.4 onu bildirir ki, o, 4 versiyasıdır. Sistem V-nin dörd əsas versiyası 1, 2, 3 və 4 saylı nömrələrə buraxılmışdır. System V Release 4 və ya SVR4 kommersiya cəhətdən ən uğurlu versiya idi və "Unix Sistem Birləşməsi" Əsas Unix təchizatçılarının əməkdaşlığını istədi. Bir neçə ümumi kommersiya Unix xüsusiyyətinin mənbəyi idi. Sistem V bəzən SysV-ə qısaldılır.2012-ci ildən etibarən Unix bazarı dörd V Variantları arasında bölünür: IBM AIX, Hewlett-Packard HP-UX, Oracle Solaris. [1] Açıq mənbə OpenSolaris davamı olan illumos paylamaları. Sistem V, 1982-ci ildə UNIX Sistemi III-nin varisidir. AT & T, Sistem V-ni işləyən öz donanımlarını satarkən, əksər müştərilər AT & T-nin tətbiqinə əsaslanan bir dilerdən bir versiyasını yerinə yetirdilər.
V-2
“Fau-2” (alm. V-2 — Vergeltungswaffe-2‎, qisas silahı; digər adı — alm. А-4 — Aggregat-4‎, aqreqat) — dünyada uzaq mənzilli ilk ballistik raket. Raket alman konstruktor Verner fon Braun tərəfindən hazırlanmış və İkinci dünya müharibəsinin sonlarına yaxın Vermaxtın silah arsenalına alınmışdır. İlk dəfə Yerin kosmosdan şəklini çəkmişdi. Raket qəzaya məruz qaldı, lakin kamera olan qutunu çıxarmaq mümkün olmuşdu. Raketin ilk buraxılışı 1942-ci ilin martında, ilk hərbi məqsədli buraxılışı isə 8 sentyabr 1944-cü ildə baş tutmuşdur. Buraxılan döyüş raketlərinin sayı 3225 olub. O, əsasən mülki əhaliyə (2700-ə yaxın insan həlak olub, əsasən Böyük Britaniya ərazisi, xüsusən də sahəsinin irimiqyaslılığı ilə seçilən London şəhəri) qorxutmaq məqsədilə istifadə edilib. Raket birpilləli olub, maye yanacaqla işləyən raket mühərrikinə malik olmuş, şaquli şəkildə buraxılmış və trayektoriyanın aktiv hissəsində proqram mexanizmi və sürəti ölçmək üçün alətlərlə təchiz edilmiş avtonom giroskopik idarəetmə sistemi işə düşüb.
V.92
V.92 – 2000-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ, ing. International Telecommunications Union) tərəfindən təsdiq olunmuş standart. Telefon xətləri üzərindən verilənlərin modem vasitəsilə ötürülməsi üçün nəzərdə tutulub. Onun başlıca üstünlükləri: abonent informasiyasının ötürülmə sürətinin 48 Kbit/san sürətədək yüksəldilməsində, bağlantı qurulması müddətinin qısaldılmasında və İnternetdə iş zamanı gələn telefon zənglərinə cavab vermək üçün işin dayandırılması və danışıq bitdikdən sonra onun avtomatik bərpası imkanının olmasındadır. V.44 – 2000-ci ildə ITU-T tərəfindən qəbul olunmuş və modemlə ötürülən verilənlərin sıxılması üçün standart. Üst-üstə düşən sətirlərin axtarışı zamanı Lempel-Ziv metoduna əsaslanır. V.42bis ilə müqayisədə sıxma dərəcəsi müxtəlif fayllarda orta hesabla 26% yüksək olur ki, bu da analoq modemlərin məhsuldarlığını artırır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
V.Volodarksi
V.Volodarski (rus. Володарский; 11 dekabr 1891, Ostropol[d], Volın quberniyası[d] – 20 iyun 1918, Petroqrad) — marksist inqilabçı və sovet siyasətçisi. 1918-ci ildə sui-qəsd nəticəsində öldürüldü. V.Volodarski Rusiya İmperiyasının (indiki Ukrayna) Volınya qubernatorluğunda, Ostropolda yəhudi sənətkar ailəsində anadan olmuşdur. 1905-ci ildə Litva, Polşa və Rusiyada Ümumi Yəhudi Fəhlə inqilabi fəaliyyətlərdə iştirak etdi, lakin tezliklə Rusiya Sosial Demokratik Fəhlə Partiyasının menşevik fraksiyası ilə birləşən Ukrayna Sosial Demokrat təşkilatı Spilkaya qoşuldu. 1908-ci ildə qısa müddətə həbs edildi, bundan sonra Volıniyada siyasi fəaliyyətlə məşğul oldu. Daha sonra 1911-ci ildə hökumət tərəfindən Arxangelskə sürgün edildi, lakin 1913-cü il amnistiyasına daxil edildi. Davam edən təqiblər onu ABŞ-yə mühacirət etməyə və Filadelfiyada məskunlaşmağa məcbur etdi. Burada o, Beynəlxalq Dərzilər İttifaqında və Sosialist Partiyasında fəallıq göstərmişdir. Birinci Dünya Müharibəsi illərində Volodarski beynəlmiləlçi menşeviklərin tərəfinə keçərək sola keçdi.
V. Volodarksi
V.Volodarski (rus. Володарский; 11 dekabr 1891, Ostropol[d], Volın quberniyası[d] – 20 iyun 1918, Petroqrad) — marksist inqilabçı və sovet siyasətçisi. 1918-ci ildə sui-qəsd nəticəsində öldürüldü. V.Volodarski Rusiya İmperiyasının (indiki Ukrayna) Volınya qubernatorluğunda, Ostropolda yəhudi sənətkar ailəsində anadan olmuşdur. 1905-ci ildə Litva, Polşa və Rusiyada Ümumi Yəhudi Fəhlə inqilabi fəaliyyətlərdə iştirak etdi, lakin tezliklə Rusiya Sosial Demokratik Fəhlə Partiyasının menşevik fraksiyası ilə birləşən Ukrayna Sosial Demokrat təşkilatı Spilkaya qoşuldu. 1908-ci ildə qısa müddətə həbs edildi, bundan sonra Volıniyada siyasi fəaliyyətlə məşğul oldu. Daha sonra 1911-ci ildə hökumət tərəfindən Arxangelskə sürgün edildi, lakin 1913-cü il amnistiyasına daxil edildi. Davam edən təqiblər onu ABŞ-yə mühacirət etməyə və Filadelfiyada məskunlaşmağa məcbur etdi. Burada o, Beynəlxalq Dərzilər İttifaqında və Sosialist Partiyasında fəallıq göstərmişdir. Birinci Dünya Müharibəsi illərində Volodarski beynəlmiləlçi menşeviklərin tərəfinə keçərək sola keçdi.
V/STOL
V/STOL (ing. Vertical or Short Take-Off and Landing) şaquli və ya qısa məsafəli ərazilərə enmə və ya qalxma deməkdir. Bu spesifikasiyaya malik olan təyyarələr qısa uçuş-enmə zolağından istifadə edirlər və ya kiçik bir əraziyə, məsələn, meşəlik ərazidəki kiçik bir açıq əraziyə şaquli şəkildə enirlər və qalxırlar. Bu xüsusiyyət yanacağa qənaət etməyə imkan verir.
V (dəqiqləşdirmə)
V — Latın qrafikalı Azərbaycan əlifbasında 30-cu hərf. V əsr — əsr. E.ə. V əsr — əsr. V (müğənni) — Koeryalı müğənni. V – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 23-cü element.
V (müğənni)
Kim Taehyung (kor. 김태형; 30 dekabr 1995, Tequ) və ya səhnə adı ilə V —Cənubi Koreyalı müğənni, söz yazarı və aktyordur.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS (musiqi qrupu)-in üzvüdür. V qrupun adı altında üç solo mahnı buraxdı: 2016-cı ildə "Stigma", 2018-ci ildə "Singularity" və 2020-ci ildə "Inner Child" Cənubi Koreyanın Qaon Rəqəmsal cədvəldə yer alıb. 2019-cu ildə V özünün ilk müstəqil mahnısı olan "Scenery" adlı rəqəmsal trekini buraxdı. O, həmçinin qrup yoldaşı Sokçinilə birlikdə Hvaran dramının soundtrekində göründü. Kim Tae-hyung, 30 dekabr 1995-ci ildə Cənubi Koreyanda Tequnun So Bölgəsində anadan olub Qonçan əyalətində böyümüşdür. Özündən balaca bir bacısı və bir qardaşı var. V 7-ci sinfə gedərkən saksafon çalmağa başladı və 3 il məşq etməyə davam etdi. O Tequ-da bir seçmədən keçdikdən sonra Big Hit Entertainment üçün stajyer oldu.2014-cü ildə Koreya İncəsənət Liseyini bitirdikdən sonra V Qlobal Kiber Universitetinə daxil oldu — o, 2020-ci ilin avqustunda Yayım və Əyləncə ixtisası üzrə məzun oldu. 2021-ci ildən etibarən o, Hanyang Kiber Universitetində Reklam və Media üzrə Biznesin İdarəedilməsi Magistrinə daxil olub.
V Afonso
V Afonso (port. Afonso V) və ya Afrikalı Afonso (port. Afonso o Africano) (d. 15 yanvar 1432 – ö. 28 avqust 1481) — Aviz sülaləsinə mənsub üçüncü Portuqaliya kralı. Livermore, H. V. (2003). "Aphonso V". In Gerli, E. Michael (ed.). Medieval Iberia : an encyclopedia. New York: Routledge.
V Alfonso
V Alicənab Alfonso
V Baqrat
V Baqrat (gürc. ბაგრატ V დიდი ;XIV əsr – 1393, Tiflis) — 1360-1393-cü illər arasında hökm sürmüş Gürcüstan çarı. Atası IX Davidin ölümündən sonra 1360-cı ildə Gürcüstan taxtına oturdu. Onun tacqoyma mərasimi Kutaisidə həyata keçirildi. İlk evliliyi Trabzon imperatorunun qızı Helena Komninoy ilə baş tutdu. Helena Komninoyun ölümündən sonra ikinci evliliyi yenə Trabzon imperatorunun qızı Anna Komnina ilə reallaşdı. Erməni və yunan salnaməçilərinin ifadələrinə görə, çar bacarıqlı döyüşçü və istedadlı sərkərdə idi. V Baqrat 1385-ci ildə Qızıl Orda xanı Toxtamışla, Teymuri hökmdarı Əmir Teymura qarşı ittifaq bağladı. 1386-cı ilin payızında Əmir Teymurun komandanlığı altında nəhəng bir ordu Gürcüstan krallığının ərazilərinə daxil oldu. Teymur Tiflisi mühasirəyə aldı.
V Bəhram
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
V Ceyms
V Ceyms (ing. James V of Scotland) (d. 10 aprel 1512 – ö. 14 dekabr 1542) — Şotlandiyanın Stüartlar sülaləsindən olan kralı.
V Corc
V Corc (ing. George V, George Frederick Ernest Albert; Georq Frederik Ernest Albert; 3 iyun 1865[…] – 20 yanvar 1936[…], Sandrinqem sarayı[d], Norfolk qraflığı) — 6 may 1910-cu ildən 1936-cı ildə vəfatına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Britaniya dominionlarının 9-cu kralı, həmçinin Hindistanın imperatoru. Corc kraliça Viktoriyanın və şahzadə Albert Saksen-Koburq-Qotun oğludur. 1877-ci ildən 1891-ci ilədək Hərbi Dəniz Qüvvələrində qulluq edib. 1901-ci ildə anası Viktoriyanın ölümündən sonra atası VII Edvard kral olur, Georq isə Uels şahzadəsi adını alır. 1910-cu ildə atasının ölümündən sonra o V Corc adı ilə kral elan edilir. Birinci dünya müharibəsindən sonra imperiyaların çoxu dağılsa da Böyük Britaniya öz ərazisini bir qədər də genişləndirə bildi. 1917-ci ildə V Corc cəmiyyətdəki antialman əhval-ruhiyyəsi fonunda Saksen-Koburq-Qot sülaləsinin Böyük Britaniyadakı qolunun adını Vindzorlar sülaləsi adına dəyişdi. Özü isə o sülalənin ilk monarxı oldu. Onun krallığı dövründə Britaniya cəmiyyətində sosializm, kommunizm, faşizm və irland respublikaçılığı ideyaları güclənməyə başlayır.
V David
V David (gürc. დავით V; 1113, Gürcüstan – 1155) — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı (1155). Çar I Demeterin oğlu, IV Davidin nəvəsidir. I Demeterin iki oğlu var idi. Böyük oğlunun adı David, kiçik oğlunun adı isə Georgi idi. Taxtın qanuni varisi David idi, lakin bilinməyən səbəblərdən I Demeter kiçik oğlu Georgini özünə varis seçdi. David, atasının ölümündən sonra taxtın Georgiyə keçəcəyindən qorxurdu və bu səbəbdən I Demeteri taxtdan devirmək üçün dəfələrlə sui-qəsd həyata keçirdi. Həmçinin 1130-cu ildə hakimiyyəti ələ keçirmək cəhdi də uğursuzluqla nəticələndi. 1155-ci ildə David hədəfinə çatdı. Çar I Demeter taxtdan imtina etdi və V David çar taxtına oturdu.
V Eduard
V Eduard (ing. Edward V of England; 4 noyabr 1470, Vestminster abbatlığı, Böyük London regionu[d] – 1483, London qalası) — İngiltərə kralı. Atası IV Eduardın ölümünün ardından kral elan edilsə də, tacqoyma mərasimi baş tutmadı. Kral naibi təyin edilən əmisi Qloster hersoqu Riçardın himayəsində qaldı. Ancaq bir neçə ay sonra əmi onu taxtdan endirərək III Riçard adı ilə krallığı ələ aldı. Kiçik qardaşı York hersoqu Riçardla birlikdə London qalasına həbs edildi və bir neçə ay sonra qalada müəmmalı şəkildə yoxa çıxdı. Şahzadələrin yoxa çıxmasında isə təqsirkar əmiləri görüldü. Mərhum kral IV Eduardın övladlarını qeyri-məşru elan edən bir parlament qərarı ilə öz taxt iddiasını isbat edən III Riçard taxtda çox qala bilmədi. Ashley, Mike (2002). British Kings & Queens.
Cütcü
Cütcü (əvvəlki adı: Maçkalaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Keçmışdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. XIX əsrdə ermənilər burada məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen (erm. "cutcu, əkinçi kəndi") adlandırıldı. 1992-ci ildən kəndin adı Cutcu kimi rəsmiləşdirilmişdir. Oykonim peşə adı ilə bağlı olub, "torpağı becərən, sürən" deməkdir. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütçü kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cütçü kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
Sekku
Sekku (節句) – Yaponiyada mövsüm dəyişikliyini bildirən əlamətdar günlər. "Sekku" termini əvvəllər mövsüm dəyişikliyinin ("seçi") baş verdiyi günlərdə hazırlanan yeməkləri ("ku") bildirirdi. Daha sonra bu söz həmin günləri bildirmək üçün istifadə olunmağa başlamışdır. "Monobi" və ya "monbi" sözləri sekkunu bildirmək üçün istifadə olunan alternativ sözlərdir. Belə ki, insanlar bu günlərdə ailə gerbinin ("mon") olduğu kimonolar geyinirdilər. Yaponiya sarayında sekku adəti Çinin təsiri ilə yaranmışdır. İllik hadisələri qeyd etmək üçün istifadə olunan təqvimə bir neçə sekku daxil idi. Bu təqvim yapon mövsüm bölgüsünün Çin təqvim sistemi ilə sintezi nəticəsində yarandığı üçün bəzi günlər mövsüm dəyişikliklərini bildirirdi. Edo dövründə Tokuqava şoqunluğu bu günləri sekku elan etmişdi: 7 yanvar (Yeddi bitki festivalı), 3 mart (Kukla festivalı və ya Şaftalı festivalı), 5 may (Uşaqlar festivalı və ya Süsən festivalı), 7 iyul (Tanabata festivalı) və 9 sentyabr (Payızgülü festivalı). Bu sekkular Yaponiyada müasir dövrdə də qeyd olunur.
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Sudoku
Sudoku Yaponiyaya aid olan bir oyundur. Yapon dilindən tərcümədə "Saylar tək olmalıdır" mənası verən "Suuji wa dokishin ni kagiru" sözlərin qısaldılmış formasıdır. ABŞ-də "Number Place" yəni "Rəqəm yerləşdirmə" adı ilə bilinir. Bu oyunu oynamaq üçün riyazi məlumatlara ehtiyac yoxdur. Ən geniş yayılmış Sudoku oyunu 9x9 kvadratdan ibarət bir sahədə oynanılır. 9x9-luq sahənin içində 3x3-lük bölgələr olur. Sudoku təqdim edilərkən xanalardan bir neçəsində rəqəmlər yazılır və sizdən boş xanalara uyğun rəqəmləri yazmağınız istənir. Bu oyunda yalnız 1-dən 9-a qədər olan rəqəmlərdən istifadə olunur.
Suflu
Suflu (fars. صوفلو‎) və ya Sofulu — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (58 ailə).
Sukko
Sukko — Krasnodar diyarının Qara dəniz sahilində yerləşən kənd. Kənd dəniz kurort ərazisi hesab olunur. İnzibati cəhətdən Anapa kurort şəhəri ərazisinə daxildir. Supsexski kənd dairəsinin bir hissəsidir. Kənd Sukko çayı vadisində yerləşir. Dağlarla əhatə olunub. Anapadan 12 km cənubdadır. Qafqaz dağları buradan başlayır. Lakin kəndin ərazisində onlar hündür deyil, təxminən 300–400 metrdir. Ətrafdakı dağlar əsasən palıd və fıstıq ağaclarından ibarət enliyarpaqlı meşələrlə örtülüdür.
Sukkur
Sukkur—Pakistanın Sind əyalətində, İndus çayının qərbində şəhər.Sukkur Sind əyalətinin Kəraçi və Heydərabad (Pakistan) şəhərlərindən sonra ən böyük 3-cü, Pakistanın isə,14-cü böyük şəhəridir. Sukkurun Ərəb sözü olub, şəkkər (şəkər) olduğu ehtimalları var.Həmçinin digər ehtimallara görə Sukkur "sukh" sözünün təhrif olunmuş forması olub, sindi dilində "rahat" mənası verdiyi söylənilir..
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Suluk
Toponimlər
Suoxu
Suoxu (lat. Butomus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suoxukimilər fəsiləsinə aid bitki cinsi. Butomus junceus Turcz.
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Sündü
Sündü — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qobustan şəhərindən 95 km şərqdə, Sündü platosunda yerləşir. Mənbələrə görə, Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5 min ildən artıqdır. Onun ərazisində tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir. Bu kəndin qədimliyini sübut edən faktlardan biri də burada mövcud olan Sündü məscididir. 920-ci ildə tikilən bu məscid hazırda fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və sənətkarlıq olub.
Şumşu
Şumşu adası (yap. 占守島) — Kuril arxipelaqının şimal qrupuna daxil olan adalardan biri Kamçatka yarımadasından (Lopatka burnu) Birinci Kuril boğazı ilə ayrılır. Boğazın eni 11 km təşkil edir. Cənubdan idə Paramuşir adasından eni 2 km təşkil edən İkinci Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən isə Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. XXI əsrdən adada daimi yaşayış məntəqəsi yixdur. Bununla belə sərhəd zastavası və mayak fəaliyyət göstərir. Əvvəllər adada Baykov, Şutov, Şumnıy, Babuşkin, Kurbatov, Kozırevsk adlı yaşayış məntəqələri olmuşdur. Baykovda yaponların tərk edilmiş keçmiş hərbi hava limanı var. Hələ XX əsrin 90-cı illərində burada L-410 təyyarələri Elizovdan uçuşlar həyata keçirirdi.
Şötük
Şötük — ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Süngü
Süngü (ştık alm. stich‎ — “nizə zərbəsi”) — silahın (tüfəng, karabin, pulemyot) lüləsinə bərkidilmiş, süngü ilə döyüş zamanı nizə kimi istifadə olunmasına imkan verən soyuq deşici silah; əsgər ləvazimatının bel kəmərinə də (başqa yerdə) taxmaq olar. XVII əsrdən Birinci Dünya müharibəsinə qədər süngü piyada hücumları üçün əsas silah hesab olunurdu. Hal-hazırda süngü ikinci dərəcəli silah və ya istifadə edilən sonuncu silah sayılır. Süngünün sonrakı versiyası bıçaqlı süngüdür.
Elektrik stulu
Elektrik stulu (ing. Electric chair) — Amerikan icadı olan elektrik stulu XIX əsrin sonlarında, daha dəqiq desək, 1889-cu ildə “ən insani və yüngül” edam üsulu hesab edildiyindən demokratik ölkələr içərisində birinci yeri tutan ABŞ-nin qanunvericiliyinə daxil edilmiş və ilk dəfə olaraq Obern həbsxanasında tətbiq olunmuşdur.
Dül-i Alan (Sərdəşt)
Dül-i Alan (fars. دول الان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşaış yoxdur.
Dülə-i Gərm (Sərdəşt)
Dülə-i Gərm (fars. دوله گرم‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 392 nəfər yaşayır (89 ailə).
Dünya Azərbaycanlılarının I Qurultayı
Dünya Azərbaycanlılarının I Qurultayı — 2001-ci ilin noyabrında Bakıda keçirilmiş Dünya azərbaycanlılarının ilk Qurultayı. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9–10-da Bakı şəhərində keçirilmişdir. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilmiş və Heydər Əliyev Şuranın sədri seçilmişdir. Qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin — quruculuq və təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, disaporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. 2002-ci ilin dekabrında qəbul olunmuş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən etmişdir. Ümummilli Lider qurultay zamanı öz çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da göstərmişdir. Heydər Əliyev qurultaydakı nitqində bildirmişdir: == İştirakçılar == Dünya Azərbaycanlılarının I Qurultayında 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil etməklə,406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və sair dövlətləri təmsil etmişdilər. Azərbaycan Respublikası qurultayda 130-dan çox müxtəlif dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan,25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur.
Dünya Azərbaycanlılarının V Qurultayı
Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı. Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır: == Zəfər Qurultayı == Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Dünya Ticarət Mərkəzi 7
Dünya Ticarət Mərkəzinin 7-ci korpusu (ing. 7 World Trade Center, abr. 7 WTC) — əvvəllər ABŞ-nin Nyu-York şəhərinin Aşağı Manhetten səmtində, "Qraund-Ziro"da yerləşən iki bina. Hal-hazırda burada yerləşən struktur Dünya Ticarət Mərkəzi Kompleksində həmin adı və adresi daşıyan ikinci binadır. Orijinal Dünya Ticarət Mərkəzinin bir parçası olan orijinal strukturun inşa edilməsi 1987-ci ildə tamamlanmış, 11 sentyabr terror aktlarında isə məhv edilmişdir. İndiki binanın açılış mərasimi 2006-cı ilin may ayında keçirilmişdir. Binaların ikisi də Larri Silverstayn tərəfindən tikilmişdi. O, binanın olduğu yeri Nyu-York və Nyu-Cersi Liman İdarəsindən 1980-ci ildə icarəyə götürmüşdür. Dünya Ticarət Mərkəzinin orijinal 7-ci korpusu 47 mərtəbəli idi. Bina qırmızı kərpiclə hörülmüşdü və sahəsi trapesiyaşəkilli bir görünüşə malik idi.
Dünyanın 7 möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzənin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır. Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. == Haqqında == Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir.
Dəlayir-i Süfla (Xudabəndə)
Dəlayir-i Süfla (fars. دلايرسفلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (129 ailə).
Dəlayir-i Ülya (Xudabəndə)
Dəlayir-i Ülya (fars. دلايرعليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
E.ə. 717
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Rem və Romul — Qədim Romanın ilk çarı.
E.ə. 718
== Hadisələr == Mannada Aza (e.ə.718-716) hakimiyyətə gəldi.
E.ə. 719
== Hadisələr == Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi hökmdar İranzuya qarşı üsyan qaldırdılar. Assuriya hökmdarı II Sarqon (e.ə.722-706) Manna ilə ittifaqa sadiq qalaraq bu üsyanı yatırdı. == Doğumlar == == Vəfatlar == İranzu - Manna hökmdarı.
E.ə. 72
== Hadisələr ==
E.ə. 722
== Hadisələr == Assuriyada II Sarqon (e.ə.722–706) hakimiyyətə gəldi.
E.ə. 727
== Hadisələr == == Doğumlar == == Vəfatlar == III Tiqlatpalasar (? — E.ə.
E.ə. 728
== Hadisələr == Midiya, Mada və ya Maday (yun. Μηδία) — e.ə. 728-ci ildən e.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya.
E.ə. 731
== Hadisələr ==
E.ə. 735
== Hadisələr == == Doğumlar == == Vəfatlar == II Sarduri — Urartu hökmdarı (E.ə. 764 – 735) I Argiştinin oğlu.
E.ə. 738
== Hadisələr ==
E.ə. 74
== Hadisələr == Romada Spartakın başçılığı ilə qullar üsyanı (e.ə.74-71) baş verdi.
E.ə. 740
== Hadisələr == Mannada İranzu (e.ə.740–719) hakimiyyətə gəldi.
E.ə. 743
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasarın hakimiyyəti sona çatmışdır.
E.ə. 745
== Hadisələr == Yeni Babilistan hökmdarı Nabonasar hakimiyyətə gəlmişdir. Urartu hökmdarı II Sarduri Mannanın cənub torpaqlarına basqın etdi. Mannanın bir hissəsini işğal edə bildi. Assuriya ilə Urartu arasındakı mübarizədən istifadə edən mannalılar işğal olunmuş torpaqlar uğrunda mübarizəyə qalxdılar.