Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qolf
Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır. == Tarixi == Bu idman növünün vətəni Şotlandiya sayılır. Çobanlar tərəfindən yaradıldığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir. Hazırda dünya miqyasında isə qolf elitar növlərdən sayılır. Xüsusən, ABŞ-də populyar olan bu növ üzrə Tayger Vuds kimi məşhur idmançı yetişib. Vuds həm də dünyanın ən varlı idmançısıdır. Nüfuzlu "Forbes" jurnalının hesablamasına əsasən, 33 yaşlı idmançının illik gəliri 11,9 milyon dollardır. 1996-cı ildən qolfla məşğul olan Vudsun əmlakı 1 milyard dolları keçib. == Qolfun növləri == Golf MiniGolf və ya Miniatür Golf Simulyator (qolf kompüter oyunlarında) == Qolf turizmi ilə məşğul olan şirkətlər == PGA Tour (1968) ABŞ PGA European Tour Japan Golf Tour (1973) Asian Tour PGA Tour of Australasia (1973) Sunshine Tour (C. Afrika) Canadian Professional GT (1970) Tour de las Américas (L. Amerika) Nationwide Tour (1990) ABŞ Challenge Tour (Avropa) == Olimpiadalarda == Qolf 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunlarının proqramında olub.
Gölə
Gölə — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Wolf
Wolf — amerikalı repçi Tyler, the Creator-un ikinci studiya albomu. 2 aprel 2013-cü ildə Odd Future Records tərəfindən buraxılıb.
Gol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Qof
Qof (ing. Gough Island) (Qonsalo-Аlvares) — ada vulkan məşəllidir. Atlantik okeanın cənubunda yerləşir. Tristan-da-Kunya arxipelanının tərkibinə daxildir (bəzi alimlər adanı müstəqil ada hesab edir). İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları ərazisinə daxildir. Adada yaşayış yoxdur. == Coğrafiya == Adanın sahəsi ətrafındakı kiçik adalar və qayalıqlar ilə birlikdə 68 km² təşkil edir. Ən hündür zirvəsi 900 metrdir. Adanın özü arxipelaqdan 350 km (cənub), Keyptaundan 2,7 min. km, Braziliyadan 3,2 min.
Qol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Abant gölü
Abant gölü — Türkiyədə, Qara dəniz regionunun qərb hissəsində şirinsulu göl. Boludan 34 kilometr (21 mil) cənub-qərbdə yerləşən gölün hündürlüyü 1,298 metr (4,259 ft) metr, səthi 1223 hektar, maksimum dərinliyi isə 15 metr (49 ft) qədərdir. 1,700 metr (5,600 ft) hündürlüyə qədər çatan dağlarla əhatə olunmuşdur. Göl artıq suyu şimal-qərb istiqamətində eyniadlı dərə vasitəsilə Bolu çayına axıdır. Abant gölünün gil-əhəngli yumşaq şistlər və serpantinlər arasında əmələ gəldiyinə inanılır, burada geniş çuxurlu dərə zirvəsi, ifrat yer yamacı ilə sürüşmə nəticəsində yaranan təbii bənd əsas dərəyə daxil olur. Ətrafdakı şam meşələri, təmiz suyu və içində yaşayan alabalıq ilə Abant gölü Türkiyənin ən məşhur turizm mərkəzlərindən biri hesab edilir.
Abrau gölü
Abrau — Krasnodar diyrarının ən böyük şirinsulu gölü. Abrau həm də Qafqazın ən böyük göllərindən biridir. Göl diyarın cənub-qərbində, Abrau yarımadasının alçaq dağlıq ərazisində yerləşir. Gölü Novorossiysk şəhərindən 14 km ayırır. Göl sahilində Abrau kəndi var. Təxmini ölçmələrə görə gölün dərinliyi 10-15 metr arasında dəyişir. Abrau gölünün sahəsi təxminən 0,6 - 2,0 km², sutoplayıcı sahə isə — 20,3 km²-dir == Coğrafiyası == Abrau Böyük Qafqazda sahəsinə görə ikinci şirinsulu göldür (ölçüsünə görə ən böyüyü Kezenoyam gölüdür). Gölün uzunluğu —3100 metr, eni 630 metr, dərinliyi — 10,5 metr, sahəsi isə— 1,6—1,8 km²-dir. Sutoplayıcı sahəsi — 20,3 km². Maksimal dərinlik son yüz ildə 30 emtrdən 10,5 metrə düşüb.
Acıbulaq gölü
Acıbulaq gölü — Abşeron yarımadasında göl. Hidronim acı və bulaq sözlərindən düzəlib, göl suyunun dadına görə bu adı almışdır. Belə hidronimlərdən biri də Kürdəmir rayonu ərazisindəki Acı arxdır. Şamaxı və Qazax rayonları ərazisində və Şəki rayonunu Təpəcənnət kəndində də Acıbulaq adlı su obyektləri qeydə alınmışdır.
Acınohur gölü
Acınohur gölü — Azərbaycanın Şəki rayonu ərazisində tektonik mənşəli, şorsulu (axarsız) göllər qrupuna aid göl. Mingəçevir su anbarının şimalında, Acınohur çölünün mərkəzində, dəniz səviyyəsindən 107 metr yüksəklikdə yerləşir. Su aynasının sahəsi 7,8 km²-dir. Dəhnə çayı nadir hallarda Acınohur gölünə tökülür.
Adilağa gölü
Adilağa gölü — Azərbaycanın Beyləqan rayonu ərazisində göl.
Akkol gölü
Akkol gölü (qaz. Ақкөл; rus. Акколь) ― Qazaxıstanın cənubunda, Cambul vilayətinin Talas rayonunda yerləşən dağ gölü. Gölün sahəsi 36 km²-dir. Orta dərinliyi 3 m, maksimum dərinlik isə 5 m-dir. Yüksək dağ gölü olan Akkol, 3 111,7 m yüksəklikdəki İssık dərəsinin yuxarı axınında yerləşir. Göl Akkol şəhərindən 3 km cənub-qərbdədir. Akkol gölü təxminən 10 x 7 km ölçülərindədir və dəniz səviyyəsindən 397 metr yüksəklikdə yerləşir. Gölün dərinliyi 3–5 metr arasındadır. Gölün cənub-şərq hissəsində yerləşən Buqulkol gölündən başlayan Assa çayı buraya tökülür.
Akkoş gölü
Akkoş gölü, Lebyaji (tatar. Аккош) — Kazan şəhərinin Kirov rayonu ərazisində yerləşən göllər sistemi. Dörd müstəqil su hövzəsinə bölünür — Kiçik, Böyük, İşıqlı, Quru Akkoş. Göllər öz aralarında kiçik axınlarla əlaqəlidir. Göllər dayaz suludur. Orta dərinlik — 1,1 m, maksimum dərinlik — 3,9 metrdir. Göllər sisteminin özünə məxsusluğu odur ki, onlar yer altı suların səviyyəsindən yüksəkdə yerləşir və yeraltı sularla qidalana bilmir. Göllər sistemi Kazan şəhərinin 12 km-də yerləşir və şəhər əhalisinin sevimli istirahət məkanı hesab olunur. == Ümumi məlumat == Göl səthinin sahəsi — 2,6 km²-dir. Göl səthi dəniz səviyyəsindən 69,3 metr yüksəklikdə yerləşir.
Aktaş gölü
Xozapini gölü (gürc. ხოზაფინის ტბა) və ya Aktaş gölü (türk. Aktaş Gölü) — Kiçik Qafqazdakı Cavaxet yaylasında yerləşən tektonik mənşəli sərhəd gölüdür. Gürcüstan — Türkiyə sərhədində yerləşən göl təxminən ölkələri iki bərabər hissəyə bölərək şimal-qərbdən cənub-şərqə keçir. Şimal-şərq hissəsi Gürcüstanın, cənub-qərb hissəsi isə Türkiyənin payına düşür. Gölün 53%-i Gürcüstanın payına düşür. == Adı == Gölün rast gəlinən digər adları bunlardır: Xozapini (gürc. ხოზაფინის ტბა), Karçaxistba, Karçaxi (gürc. კარწახის ტბა), Karçask, Аktaş (türk. Aktaş Gölü), Xozapin (türk.
Alagöl gölü
Alagöl (Qazaxıstan) — Qazaxıstanda yerləşən ən nadir göllərdən biri. Alagöl — Şəki-Zaqatala zonasında göl; Alagöl — Yevlax rayonu ərazisində göl. Böyük Alagöl — Kiçik Alagöl — Böyük Alagöl — Kəlbəcər rayonu ərazisində dağ.
Albert gölü
Albert gölü (ing. Lake Albert) — Şərqi Afrika ərazisində, Uqanda ilə Konqo Demokratik Respublikası arasında sərhəddə yerləşən göl. Uqanda ərazisində gölü Nyanza (ing. Nyanza), Konqoda isə 1973–1997 illər arası diktator Mobutu Sese Seko şərəfinə adlandırırdılar. Göl 615 metr yüksəklikdə yerləşir. Sahəsi 5,3 min km²-dir. Maksimal dərinliyi 56 netrdir. Mərkəsi Afrika qırılma xətti üzərində yerləşir. Sahillərinin böyük qismi sıldırımlıdır. Gölə Semliki və Viktoriya-Nil çayı tökülür.
Amara gölü
Amara ( rum. Lacul Amara) — Rumıniyada duzlu liman-göl. Göl Slobozia-Buzeu yolu yaxınlığında, Yalominsk dairəsindədir. Amara şəhəri gölün sahilində yerləşir. == Ümumi məlumat == Amara gölünün sahəsi 132 hektardır. Su kütləsinin həcmi təxminən 2600000 m³-dir. Göl S formalı olub uzunluğu 4 km, eni isə 200 - 800 metr arasında dəyişir. Maksimal dərinlik 3 metrdir. Göl çuxuru Yalominya çayı ilə əlaqəsi olmayan depresiyaya uyğun gəlir. İl boyu daima şirin su azlığından, güclü buxarlanmadan və quraq iqlim səbəbi ilə göl suyu yetərincə duzludur.
Amtkel gölü
Amtkel gölü və ya Amtkeli gölü (gürc. ამტყელის ტბა; abx. Амтҟьал; rus. Амткел) — de fakto tanınan Abxaziyanın Gulripşi rayonunda yerləşən göl. Göl 3 oktyabr 1891-ci ildə Şxapaş dağının cənub-qərb yamacının zəlzələ nəticəsində uçaraq Amtkel çayının qabağını kəsərək yaranmışdır. == Coğrafiya == Amtkeli gölü eyniadlı çay ilə qidalanır. Göldən çıxan tək çay Campaladır. Gölün su tutumu məhdud olsa da, may aylarında qar əriməsi nəticəsində gölün orta dərinliyi 40 metrə çata bilir. Göl dəniz səviyyəsindən 512 m yuxarıda yerləşir, maksimum dərinliyi 65 metr, uzunluğu isə 0,4–2,4 km arasında dəyişir. Gölün sahəsi 0,58 km2-dır.
Anabar gölü
Anabar — Nauru adasının şimalında yerləşən göllər qrupu. Anabar və İyuv dairələrinə daxildir. Onlar arasında ən irisinin su səthinin sahəsi 10 min m² təşkil edir. Burada süni şəkildə balıq yetişdirilir. == Mənbə == Nauru döllərində balıqçılıq haqqında qanun.
Arin gölü
Arin gölü — Bitlis ilinin Adilcevaz ilçəsinin sərhədləri daxilində, Van gölünün şimal sahilində yerləşən göl. Göl Van gölünün 5 metr daha yüksək olduğu dövrdən qalmadır (qalıq göldür). Van gölündən dalğa və axıntıların əmələ gətirdiyi 1000 metr genişlik və 4 metr yüksəklikdə sahil kolidoru ilə ayrılır. 1657 hektar sahəyə sahib göl dəniz səviyyəsindən 1650 metr yüksəklikdədir. Dünya miqyasında təhlükə altında olan dikquyruqların çoxalma sahəsi olan göl köçəri quşların önəmli köç yolları üzərindədir. Boz ördək və macar ördəyi də bu sahədə nəsil artırır. Sübhan dağında yerləşən sodium resursları dərələrlə gölə daşındığından dolayı göl suları sodalıdır. Göl sahillərində Əsənqaya, Qarşıyaxa, Göldüzü kəndləri yerləşir. Çaylarla bəslənən gölün çıxışı yoxdur, yəni qapalı hövzədir. Dayaz olan göl yayda yarıya qədər quruyur.
Arxiereyskoe gölü
Arxiereyskoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. == Coğrafiya == Arxiereyskoe gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Tarlaşi kəndində yerləşir. Su tutarı uzunsov formaya malikdir. Sahilləri sıldırımlıdır. Uzunluğu 2137 metr, maksimal eni isə 494 metrdir. Su səthinin sahəsi 61,4 ha-dır. Orta dərinliyi 6 m, maksimal dərinliyi isə 35 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 4 mln m³-dir. Qıdalanması qarışıqdır.
Asveya gölü
Asveya gölü (lit. Asveja) və ya Dubinqyu (lit. Dubingių ežeras) — Litvanın şimal-şərqində, Belarusla sərhədə yaxın ərazidə yerləşir. İnzibati baxımdan Litvanın Moletski, Şvençeyski və Vilnyus rayonları ərazisində yerləşir. Göl dəniz səviyyəsindən 138 metr hündürlüyə malikdir. Sahəsi isə 9,78 km²-dir. Gölün uzunluğu 29.7 km-dir ki, bu göstərici ilə Litvanın ən uzun gölü statusunu daşıyır. Şimal-qərb sahillərindən cənub-şərq sahilinə qədər məsafə 21,9 km bərabərdir. Göl uzunluğun nisbətdə olduqca ensizdir. Onun eni cəmi 880 metrdir.
Asılıkul gölü
Aslıkul (Asılıkul, başq. Асылыкүл, Асыулыкүл) — Başqırdıstan Respublikasının ən böyük gölü. Davlekanovo şəhərindən 27 km şimal-qərbdə yerləşir. Göl Belebeev yaylası ilə Tabulak, Ulutau, Belekey-Kaqaç, Bolşoy Nor, Malıy Nor və Zaytulyaktau dağları arasında yerləşir. Karst məşəllidir. Qidalanması qarışıqdır. Burada yağış suları, yeraltı sular və qar suları bərabər paylanmışdır. Suyu şorluğa meyillidir, yüksək minerallaşmaya məruz qalmışdır. == Coğrafiyası == Gölün yatağı Ulutau, Tubuldak, Ulu-Karaqaç Belekey-Karaqaç zirvələri arasında yerləşir. Cənub sahili sıldırımlı olub 210–370 arası metr hündürlüyə malikdir.
Atabaska gölü
Atabaska (ing. Athabasca) — Kanadanın Saskaçevan (26 faizi) və Alberta (74 faizi) əyalətlərində yerləşən iri şirin sulu göl. == Tarixi == Dene dillində Atabaska sözü ilə ilkin olaraq gölün cənub-qərb küncündə Atabaska çayının birləşməsindən yaranan böyük deltanı adlandırırdılar. 1801-ci ildən gölün adı indiki adına bənzəyən — "Athapaskow" olmuşdur 1820-ci ildə Corc Simpson həm gölü, həm də çayı Atabaska adlandırdı. == Coğrafiyası və təbii tarixi == Gölün sahəsi 7850, uzunluğu və eni müvafiq olaraq 283 və 50, maksimum dərinliyi 124 metrə bərabərdi. Böyüklüyünə görə göl Kanadanın 8-ci gölüdü. Su Kölə və Makkenzi çayların sistemləri vasitəsilə göldən şimala axır, nəticədə Şimal Buzlu Okeanına axır. Fort Chipewyan Albertada Avropanın ən qədim yaşayış məskənlərindən sayılır və gölün qərb sahilində yerləşir. Elə buradada Rivière des Rochers Atabaska gölünü qurudur və Kölə çayı tərəfinə axaraq, Vud Buffalo Milli Parkının şərq sərhədləri üzrə öz şimala yolunu tutur. Gölün şimal sahillində yerləşən Fond du Lak icmasının yaxınlığında gölün şərq hissəsi təxminən 1 km eninə qədər daralır, ordanda o, ən ucqar şərq nöqtəsinə olan Fon-Dyu-Lak çayının mənsəbinə qədər davam edir.
Aydar gölü
Aydar göl (özb. Aydar ko‘li, Айдар кўли; Haydar ko‘li, Ҳайдар кўли) — Özbəkistanın şimal-şərqində yerləşən böyük axarsız göl. Arnasay göllər sisteminə daxil olan süni sututar. 1960-cı illərin əvvəlində Sırdərya çayının qarşısı kəsildi. Eyni zamanda Şardarin SES inşa edildi. Su səviyyəsini nəzarətdə saxlamaq məqsədi ilə şlüzlər quraşdırıldı. Ancaq 1969-cu ildə güclü daşıqın baş verdi və şlüzləri açdılar. Məhs bəndin su buraxmaq səviyyəsi aşağı idi. 1969-cu ilin fevralından 1970-ci ilin fevralınadək Sirdaryanın illik axınının (21 km³) 60% -i Şardara su anbarından Arnasay ovalığına yönəldilmişdir. Nəticədə Aydar gölü meydana gəldi.
Qala Gölü Milli Parkı
Qala Gölü Milli Parkı (türk. Gala Gölü Milli Parkı) ― 5 mart 2005-ci ildə qurulmuş, Türkiyənin Mərmərə regionundakı Ədirnə ilində yerləşən milli park. Milli park Pamuklu gölü və Kiçik Qala gölündən ibarət bir ərazini əhatə edir. 1991-ci ildə bölgədəki 2 369 hektarlıq ərazi təbiət qoruğu elan edildi. 2002-ci ildə Ədirnədəki Trakya Universitetindən olan bioloqlar göllərin kənd təsərrüfatında istifadə edilən pestisid tullantıları və gübrə ilə çirklənməsi, həmçinin nəzarətsiz balıqçılıq fəaliyyəti və qırğın səviyyəsinə çatan quş ovçuluğu səbəbi ilə qorunan ərazinin milli park statusu almasını tələb etdilər. 2005-ci ildə mühafizə olunan ərazi 6 090 hektara qədər genişləndirildi və milli park stausu verildi. Qala Gölü Milli Parkının ərazisinin 3 090 hektarında bataqlıq, göl, 3 00 hektarında isə meşə ekosistemi formalaşmışdır. Park müxtəlif bitki və heyvan növləri üçün bir yaşayış yeridir. Qorunan ərazi Ətraf Mühit və Meşə Nazirliyinin Təbiəti Qoruma və Milli Parklar Ümumi Müdirliyi (türk. Doğa Koruma ve Milli Parklar Genel Müdürlüğü) tərəfindən idarə olunur.