Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mürsəl
Mürsəl — Kişi adı. Mürsəl Bakı — Qafqaz əsilli Türkiyə hərbiçisi. Mürsəl Həmidov — Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Qocayev — Azərbaycan jurnalisti. Digər Mürsəl (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Nursel Duruel
Nursel Duruel — türk hekayə yazarı 1941-ci ildə anadan olub. Hekayələrində insanın müxtəlif həyat şərtləri içindəki davranışlarını, onun güclü və zəif tərəflərin qələmə aldı. İlk hekayələr kitabı 1982-ci ildə (“Marallar, anam və Almaniya”), ikinci kitabı isə 1992-ci ildə “Yazılı qaya” adıyla çap olunub.
Camal Gürsel
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Camal Gürsəl
Camal Gürsəl (türk. Cemal Gürsel; 13 oktyabr 1895, Xınıs, Ərzurum vilayəti – 14 sentyabr 1966, Ankara) — Türkiyə Respublikasının 4-cü prezidenti. == Həyatı == Camal Gürsəl 1895-ci ildə Ərzurum şəhərində anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir.
Gürsel İsmayılzadə
Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub. 1992–93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib. 1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph. D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
Feza Gürsey
Feza Gürsey (d. 7 aprel 1921, Konstantinopol – 13 aprel 1992[…], Nyu-Heyven, Konnektikut) — Türk fizik və riyaziyyatçı. == Həyatı == 7 aprel 1921-ci ildə İstanbulda Prof. Dr. Remziye Hisar (1902–1992) və Dr.Reşit Süreyya Gürseyin ilk oğlu olaraq dünyaya gəldi (1889–1962). Onun atası, Reşit Süreyya Gürsey elm və sənətə böyük maraq göstərən həkim, fizik və müəllim olmaqdan savayı həm də maarifçi idi. Anası Dr. Remziye Hisar Darülfünunda təhsil alan ilk qız şagirdlərindən biri olub, Avropada qadınların çox az bir qisminin özünə iş qura bildiyi bir dövrdə Sarbonnada Dövlət kimya üzrə doktorluq müdafiə etməyə nail olan elm adamıdır. Feza Gürsey İstanbul Anadolu hisarındakı Otağtepedəki Remziye xanımın ailə evində anadan olub. Parisdə Janna Dark adlı ibtidai məktəbdə təhsilinə başlamış və müəllimlərinin heyranlığını qazanmışdır.
Mürsəl (Ağdaş)
Mürsəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun Mürsəl kənd inzibati ərazi dairəsində kənd.
Mürsəl Babayev
Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979). Mürsəl Ələkbər oğlu Babayev 1929-cu ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1952–1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kafedrasında assistent, avtomobil trestində böyük mühəndis, taksomotor parkının baş mühəndisi, rəisi olmuşdur. 1959–1961-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyi istehsalat-texniki şöbəsinin rəisi, 1961-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, birinci müavini vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur. Mürsəl Babayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmişdir.
Mürsəl Bakı
Mürsəl Bakı (1881, Ərzurum, Ərzurum vilayəti – 2 fevral 1945, İstanbul) — Birinci Dünya Müharibəsi və Türkiyə Qurtuluş Savaşı zamanı mühüm vəzifələr tutmuş, Bakı və İzmir şəhərlərinin azad edilməsində mühüm rol oynamış, sonradan bir müddət millətvəkili kimi fəaliyyət göstərmiş Qafqaz əsilli Türkiyə hərbiçisidir. 9 sentyabr 1922-ci ildə I Süvari Diviziyasının komandiri olaraq İzmir şəhərinə daxil olan ilk türk generalıdır. Mürsəl Bakı 1881-ci ildə Ərzurumda anadan olub, 1904-cü ildə Hərbi Akademiyanı bitirərək kapitan rütbəsiylə fəaliyyətə başlamışdır. Birinci Dünya Müharibəsinin son dövrlərində Batumidə V Qafqaz Piyada Diviziyasının komandiri olmuşdur. 1918-ci ilin sentyabrında Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu ilə Bakı döyüşünə qatılaraq, Bakının azad edilməsində iştirak edib və 28 may 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsini təşkil edib. Birinci Dünya Müharibəsinin başa çatmasından sonra ingilislər tərəfindən həbs edilərək Maltaya sürgün olunub. Azadlığa buraxılmasından sonra 3 noyabr 1921-ci ildə Anadoluya gələrək Türkiyə Qurtuluş Savaşına qatılıb. Böyük Smirna Hücumu zamanı I Süvari Diviziyasının komandiri olub və Mirliva rütbəsi ilə təltif edilib. 15 sentyabr 1918-ci ildə Bakıda ilk dəfə Osmanlı bayrağını yüksəldən Mürsəl Bakı Paşa, dörd il sonra İzmirə girən ilk türk generalı oldu və İzmirdə ilk Türkiyə bayrağını Hökumət Evinin üstündə ucaldan Yüzbaşı Şərafəddinə komandirlik etdi. Bundan sonra bir müddət VII Ordu Korpusunda vəkil kimi çalışmışdır.
Mürsəl Bədirov
Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931, Mahaçqala – 26 fevral 2003, Bakı) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR Xalq artisti (1979). Mürsəl Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda anadan olub. O, orta təhsilini Dağıstanda alıb. 1951-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollarda oynayıb. 1956-cı ildə təhsilini başa vuran Mürsəl Bədirov Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Mürsəl Bədirov teatrda işlədiyi illərdə bir çox tamaşalarda fərqli obrazları canlandırıb. O, Jorj Bizenin "Karmen" (Eskamilo və Morales, Dankayro), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" və "ÇioÇio-San" (Sezar Anjelotti, Şarples), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey Sokolov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər) operalarında ifa edib. Mürsəl Bədirov həmçinin azərbaycanlı bəstəkarların da yaradıcılığına müraciət etmişdir. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa edib.
Mürsəl Həkimov
Həkimov Mürsəl İsmayıl oğlu (20 may 1929, Qazax rayonu – 2006) — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), Milli azadlıq hərəkatının fəal üzvü (1988-1991), AXCP ağsaqqallar şürasının üzvü, ADPU-nun sabiq dekan müavini, ADPU "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasında rəhbər, SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Atatürk Kültür Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən). Bir sıra dövlət mükafaları olmuşdur. Mürsəl Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax ikiillik Müəllimlər İnstitutunda təhsil almışdır (1947-1949). Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə rayonu Babacan kənd məktəbində müəllim kimi başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1950-1953). Marneuli rayonu Aşağı Saral kənd orta məktəbində müəllim olmuşdur (1953-1955). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1955-1960). "Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dekan müavini olmuşdur (1960-1989).
Mürsəl Həmidov
Həmidov Mürsəl Lələkişi oğlu (1952) Həmidov Mürsəl Lələkişi oğlu 1952-ci il dekabr ayının 25-də Laçın rayonun Lolabağırlı kəndində anadan olub. 1971-ci ildə Qorçu kənd orta məktəbini bitirib. 1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olub. 1974-1975-ci illərdə Bakı Dəniz Limanında fəhlə işləyib. 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalcə-profilaktika fakültəsinə daxil olub və 1982-ci ildə həmin ali məktəbi bitirib. 1982-ci ildə təyinatla Başı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasında işə başlayıb. 1984-cü ilə qədər səyyar həkim vəzifəsində işləmişdir. 1984-cü ildən 1992-ci ilə qədər Sabunçu, Xəzər və Yasamal rayonlarında Köməkçi Təcilli Tibbi yardım Stansiyalarının müdiri işləyib. 1992-ci ildə Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş həkimin müavini vəzifəsinə təyin olunub. 29 mart 2015-ci ildə Respublika Təcili Yardım Stansiyasının direktoru vəzifəsinə təyin olunub.
Mürsəl Kazımlı
Mürsəl Nəcəfov
Nəcəfov Mürsəl Nəcəfqulu oğlu (20 sentyabr 1918, Bakı – 1997) — Azərbaycan sənətşünası, sənətşünaslıq doktoru (1969), professor (1972), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). 1946–1948-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1977–1982-ci illərdə isə katibi olmuşdur. Mürsəl Nəcəfov 20 sentyabr 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. 1936-cı ildən əmək fəaliyyətinə başlamış, Azərbaycan SSR Nazirlər Sovetində Təsviri sənət bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra Rəssamlıq Texnikumunun direktoru təyin olunmuş və Azərbaycan Rəssamlar İttifaqının məsul katibi seçilmişdi. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə dərc etdirirdi. İkinci Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolu keçmişdir. "Qırmızı ulduz" ordeni və müxtəlif medallara layiq görülmüşdür. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, eyni zamanda Bakı Rəssamlıq Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur.
Mürsəl Qarayev
Mürsəl Əbülfəz oğlu Qarayev (4 noyabr 1919, Fatmayı, Bakı qəzası – 26 sentyabr 1975, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı. Mürsəl Qarayev 4 noyabr 1919-cu ildə Fatmayıda həkim-pediatr, Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. 1938-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1942-ci ildə buranın müalicə-profilaktika fakültəsini bitirmişdir. O, hələ institutun sonuncu kursunda oxuyarkən hospital cərrahiyyə kafedrasında subordinator kimi cərrahi fəaliyyətə başlamışdır. Mürsəl Qarayev institutu bitirdikdən sonra 1942-ci ilin avqustun 25-də sovet ordusu sıralarına çağırılır. O, Qafqaz cəbhəsi 65-ci xüsusi moto-atıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah çalışır. Yaralandıqdan və bir müddət müalicə olunduqdan sonra 1943-cü ilin avqust ayından 1945-ci ilin oktyabrınadək döyüşən orduda, 482-ci Tibb-Sanitar Batalyonunda həkim-cərrah kimi xidmət edir. O, müharibə dövründə ön cəbhələrdə olmuşdur. 10-cu qvardiya korpusunun 4-cü briqadasında xüsusi atıcı qvardiya batalyonunda həkim-cərrah vəzifəsində çalışmışdır. M. Qarayev Novorossiysk, Mozdok, Qroznı, Georgiyevsk və Krasnodar uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Kursk dairəsi döyüşlərində isə hərbi eşalonun baş həkimi olmuşdur.
Mürsəl Qocayev
Qocayev Mürsəl Eyvaz oğlu - jurnalist. 1926-cı il martın 21-də Zəngilan rayonunun Sarallı Xəştab kəndində (bu kənd 1952-ci ilə kimi Qubadlı rayonunun inzibati ərazisinə daxil idi) anadan olmuşdur. 1944-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakultəsinə daxil olmuş, 1948-ci ildə bitirmişdir. 1948-49 tədris ilində Qubadlı qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1953-55-ci illərdə tədris hissə üzrə direktor müavini işləmişdir. 1955-ci ilin yanvarında Qubadlı rayon partiya komitəsində ideoloji şöbə müdiri, 1957-ci ilin oktyabrında isə rayon “Avanqard” qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmişdir. 1961-ci ildə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş Zəngilan, Qubadlı, Cəbrayıl rayonları üzrə istehsalat birliyi təşkil olunmuşdur. Bu zaman həmin birlik üzrə Azərbaycan MK və Azərbaycan NS-nin həftədə 4 dəfə dərc olunan rayonlararası “Kolxozçu” qəzeti nəşr olunmağa başlamışdır. O, həmin qəzetin Qubadlı və Zəngian üzrə xüsusi müxbiri təyin olunmuş və 1963-cü ilin əvvəlinə kimi işləmişdir. 1963-cü ildə Qubadlı, Zəngilan və Laçın rayonu üzrə rayonlararası “Kənd həyatı” qəzeti təşkil olunarkən həmin qəzetin redaktoru təyin olunmuş və 1965-ci ildə həmin rayonlar ayrılıb özlərində qəzet buraxmağa başlanandan sonra o, “Kənd həyatı” rayon qəzetində redaktor fəaliyyətini davam etdirmişdir. 1986-cı ildə təqaüd yaşına çatsa da onu vəzifədən azad etməmişlər.
Mürsəl bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mürsəl İbrahimov
Mürsəl Qorxmaz oğlu İbrahimov (20 sentyabr 1970, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2023). İbrahimov Mürsəl Qorxmaz oğlu 20 sentyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olmuş, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirmişdir. 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçmişdir. 2006-cı ilin sentyabr ayından xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirmiş, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçmişdir. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirmişdir. 2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılmışdır. 2016-2023-cü illər ərzində "Kapital Bank" ASC-nin Təhlükəsizlik Departamentinin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 17 aprel 2023-cü il tarixli Sərəncamına əsasən Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Mürsəl İsayev
Mürsəl İsayev (tam adı: İsayev Mürsəl Məhəmmədhüseyn oğlu; 1 yanvar 1949, Xok, Noraşen rayonu) — 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri. İsayev Mürsəl Məhəmmədhüseyn oğlu 1 yanvar 1949-cu ildə Şərur rayonunun Xok kəndində anadan olub. 1973-cü ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1986-cı ildə SSRİ Daxili işlər Nazirliyinin Ali Milis Akademiyasının Rostov filialını bitirmişdir. 1976-cı ildən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi sistemində bir sıra məsul vəzifələrdə, o cümlədən 1988-ci ildən Naxçıvan şəhər daxili işlər şöbəsinin rəisi,1989-cu ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi cinayər axtarış şöbəsinin rəisi,1993-cü ildən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirinin müavini vəzifələrində çalışmışdır. 1994–2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri olmuşdur. 2001-ci ildən istifedadır.1995-ci ildən olan polis general-mayorudur. SSRİ-nin əməkdar çekisti-1986. Azərbaycan Respublikasının "əlaçı polis işçi", Naxçıvan Ensiklopediyası. Bakı.
Mürsəl Əliyev
Mürsəl Əliyev (tam adı: Mürsəl İldırım oğlu Əliyev; 31 dekabr 1959, Sırxavənd, DQMV) — texnika elmləri doktoru, professor, Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində çalışmışdır. Mürsəl İldırım oğlu Əliyev 31 dekabr 1959-cu ildə Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar vilayətinin Ağdərə rayonunun Sırxavənd kəndində anadan olmuşdur. 1977-ci ildə M.Ə.Sabir adına Sırxavənd kənd orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Neft-kimya İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mexanika fakültəsinə qəbul olmuşdur. 16.01.1978-ci ildə Bakı Məişət Kondisioner Zavodunda əmək fəaliyyətinə başlamışdır. 1979-81-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra Bakı Məişət Kondisioner Zavoduna yenidən işə qəbul olunmuş və eyni zamanda Ali təhsilini davam etdirmişdir. Mürsəl İldırım oğlu Əliyev 21 fevral 2003-cü ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Qərarı ilə "Texnika elmləri namizədi" Alimlik dərəcəsini, 3 iyul 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Ətraf mühitin aerokosmik monitorinqi kafedrası üzrə Dosent elmi adını almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 oktyabr 2008-ci il tarixli qərarı ilə Mürsəl Əliyevə Texnika Elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 6 iyun 2012-ci il tarixli qərar ilə Mürsəl İldırım oğlu Əliyev "Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və metodları" ixtisası üzrə Professor elmi adına layiq görülmüşdür. Ailəlidir, 3 övladı, 8 nəvəsi var.
Müslüm Gürsəs
Müslüm Gürsəs (türk. Müslüm Gürses; 7 may 1953, Halfeti[d], Şanlıurfa ili – 3 mart 2013, İstanbul, Türkiyə) — Türkiyəli musiqiçi. 5 İyul 1953-cü ildə Şanlıurfanın Halfeti ərazisinin Fıstıqözü kəndində kərpic bir evdə dünyaya gelmişdir.Anasının adı Əminədir.Atası Mehmet Ağbaş rəncbərlik edər, türkü söyləməyi sevər, bağlama çalardı. Ağbaş cütlüyünün Müslümdən sonra Əhməd adında bir oğlan, Zeyno adında bir qız uşaqları oldu. Müslüm Gürsəsin uşaqlığının ilk illəri Şanlıurfada keçib. Gürsəs üç yaşında ikən iqtisadi səbəblərdən ötrü ailəsi ilə Adanaya köçüb. Müslüm Gürsəs müğənniliyə 1965-ci ildə, kiçik yaşda Adanada bir çay baxçasında musiqilər söyləyərək başladı, eyni zamanda Xalq evinə də getdi. Dərzi köməkçiliyi edirdi, o illərdə bir restoranda səhnəyə çıxdı. Ayrıca ibtidadi məktəbdən məzun olduqdan sonra 14 yaşında ikən, 1967-ci ildə Adana Ailə Çay Baxçasında hazırlanmış yarışmaya qatıldı və birinci oldu. Səsiylə uşaq yaşlarında diqqət çəkən Gürsəs özü ilə edilmiş bir reportajda o zamanla bağlı bunları söyləmişdir: Soyadını da orada işləyərkən “Gürsəs“ olaraq dəyişdirdilər.
Aysel Gürel
Aysel Gürəl (7 fevral 1929, Dənizli – 17 fevral 2008, İstanbul) Türk yazıçısı və teatr aktrisası. Atası aktyor Müjdə Ar, anası kino-teatr aktrisası Mahtab Təmizlən olan Aysel Gürül İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Sənət Tarixi fakültəsinin məzunu olmasına baxmayaraq nəğməkər şair, Türkoloq, ədəbiyyat müəllimi, teatr aktrisası kimi fəaliyyət göstərmişdir. == Yaradıcılığı == Mahnıları arasında dillərdə marş olan Firuzə, Ünzilə, Yalnız Giley, 1945, Nə Döyüşüm Bitdi Nə Sevdam, Dəyərmi?, Sirr, Yolun Başı, Sarıl Mənə, Odla Barıt, Çətin Qadın, Eşq, Yanaram, Vur Ürəyim, Abunə, Zorba Eşq, Dönməyəcəyəm, Ayrıldıq İşdə, Son Dua, Gənclik Başımda Tüstü (Atəş böcəyim), Bilməm Xatırladınmı?, Dəli Balım, Yörük Yaylası, Arabesk var. Aysel Gürel özünü haqqında belə deyir; İki ayrı Aysel Gürel var. Biri parikini taxar, makiyajını edib delimtrak hərəkətlərlə diqqəti cəlb edər və sözü partladar. Səhər qalxdığında qapını çəkib Amerikaya gedə biləcək bir Aysel. Müstəqil, azad bir qadın. Digəri də müəllim şəxsiyyətində, mədəni; bunu çəkinmədən söyləyirəm, çünki mədəniyyət Türkiyədə tamamilə dibə vurdu. Əlifbanı oxuyana, internetin başına oturub yazan çəkənə nə mədəni deyirlər. Mədəniyyət sonsuza qədər oxumaqdan keçər.
Seden Gürel
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Sedən Gürəl
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Özgə Gürəl
Özgə Gürəl (5 fevral 1987, İstanbul) — Türk aktrisa Özgə Gürəl 5 fevral 1987-ci ildə İstanbulda anadan olub. Silivrili ailənin qızıdır. Ana tərəfi Selanik qaçqını, ata tərəfi isə çərkəzdir. Litseyi bitirənə qədər Silivridə yaşayıb. Bəykənd Universiteti Beynəlxalq ticarət fakültəsindəki təhsilini yarımçıq tamamlayıb aktrisalıq daha sonra isə aktrisalıq idarəsi təhsili alıb. Qızım harada adlı teleserialda Zeynəb rolu ilə film dünyasına girmişdir. Daha sonra Rahat küçə və Möhtəşəm yüz il adlı teleseriallarda rol almışdır. 2014-cü ildə Mədcəzir teleserialında Ada rolunu oynamışdır. Daha sonra yenə 2014-cü ildə Gilas Mövsümü teleserialında baş rol olan Öykü rolunu oynamışdır. 2017-ci ildə Ulduzlar Şahidim teleserialında baş rolda oynamışdır.
Gursulu
Gursulu — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd yerləşdiyi ərazidə gur sulu bulaqların olmasına görə belə adlandırılmışdır.
Göksel
Göksel Demirpençe (25 noyabr 1971, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Göksel 1971-ci ildə İstanbulda doğulub. İlk və orta məktəbi İstanbulda tamamlayıb. 1988-ci ildə Boğaziçi Universiteti Fəlsəfə bölməsini qazanan sənətçi, musiqiyə olan əlaqəsinin artmasıyla 1991-ci ildə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 1989-cu ildə Aroyo Odo Çox Səsli Xorunda iştirak edib. Musiqi işlərinə xüsusi solfec və şan dərsləri götürərək başlayıb. İstanbul Universiteti təhsil vəzifəlisi Gül Sabar və İran əslli musiqiçi Evlim Bahçebandan xüsusi dərslər götürdü. Musiqilə peşəkar olaraq məşğul olmağa qərar verən Göksel xüsusi musiqi işləri ilə bərabər bir çox orkestrdə solistlik etdi. 1995-ci ildə Sezen Aksu və Sertab Erenerin işlərində vokalist olaraq vəzifə götürdü. Elə həmin il məşhur musiqiçi Onno Tuncla tanış olmasıyla birlikdə musiqi həyatına bir albom ilə inteqrasiya olunmağa qərar verdi.
Gürdəh
Gürdəh — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gürdəh oyk., mür. Quba r-nunun Rük i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə sahibkar Ağabəy Sadıqova məxsus qışlaq yerində əhalinin məskunlaşması nəticəsində yaranmışdır. Gürdəh Girdəxarı adının təhrif olunmuş formasıdır. Oykonim girdə (yumru, dairəvi) və tat dilindəki xari (yer, torpaq, sahə) sözlərindən düzəlib, "yumru yer" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 207 nəfər əhali yaşayır. Gürdəh kəndinin əhalisi tatlardan ibarətdir.
Gürgən
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.