Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı. Digər Günay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Qatay
Qatay Xan — türk və altay mifologiyasında zəlzələ ilahı. Qaday və ya Kıtay (Kıday) olaraq da deyilir. Dəmirçi ilahı olaraq da görünür. 40 buynuzlu buğasını zəlzələ meydana gətirir. Bu öküz qəzəblənib əsəbiləşəndə ayaqlarını yerə sürtməyə başlayır beləcə yüngül sarsıntılar olar. Burnundan soluması isə yüngül səslərə çevrilir. Daha çox əsəbləşəndə isə ayaqlarını yerə vurur. Daha da qızınca buynuzlarını torpağa keçirib yer üzünü yelləyər. Homurtuları isə zəlzələnin gurultusunu meydana gətirir. Qatay Xan, doqquz davulludur.
Qana
Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir.
Ğana
Ğana (ərəb. قانا‎) — Qana Sur şəhərindən 10 kilometr cənub-şərqdə və Livanın cənubunda İsrail sərhədindən 12 kilometr aralıda yerləşən kənddir. Bu kənddə 10 minə yaxın əhali yaşayır, əksəriyyəti isnaəşəridir. Ğana yuxarı əl-cəlil tarixi bölgəsində yerləşir. == Haqqında == İsrail ilə Livanın Hizbullah təşkilatı arasında gedən müharibələrdə iki dövr ərzində Qana kəndində Livanlı mülki vətəndaşlar İsrail hərbi qüvvələrinin hücumuna məruz qalıb və öldürülüb.
Fernanda Qaray
Fernanda Qaray ( tam adı Fernanda Garay Rodrigues ) (d. 10 may 1986 - Porto Aleqro, Braziliya) — Braziliyalı voleybolçu. == Karyerası == Uşaqlıqdan bu idmanla məşğul olan Fernandanın arzusu elə voleybolçu olmaq imiş. 2002-ci ildən peşəkar karyerasına başlayan Qaray 2010-cu ilə Braziliyanın müxtəlif klublarında forma geyib. Meydandakı çeviklik və qüvvətli hücumları onun Yaponiya klubu "NEC Red Rockets"in marağına səbəb olub. 2010-cu il onun üçün ölkə xaricində oynamaqla yanaşı daha bir ilklə yadda qalıb. Mariana Şteynbrexerin (Mari) əvəzinə milliyə çağırılan Fernanda debütünü Yaponiyada keçirilən Dünya Çempionatında edir. Həmin çempionatda finalda Rusiya millisinə uduzaraq gümüş medal qazanırlar. Fernanda Qarayın həmçinin hərbi rütbəsi də var. O, çavuşdur.
Günay Ağakişiyeva
Günay Ağakişiyeva — 12 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıda Avropa Çempionatının bürünc mükafatçısıdır. == Karyerası == Günay Ağakişiyeva ilk uğurunu 2005-ci ildə qazanmışdır. O Bakıda Gənclərin Avropa Çempionatında yalnızca finalda məğlub olaraq gümüş medal qazanmışdır. Günay Ağakişiyeva daha sonra isə böyüklərin yarışında uğurlar qazanmışdır. O 2013-cü ildə İndoneziyanın Palembang şəhərində İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib olmuşdur. Bu uğurdan 1 il sonra isə yenə də Bakıda Avropa Çempionatında medal qazanmışdır. Bu dəfə o böyüklərin Avropa Çempionatında bürünc medal qazanmışdır. 2015-ci ilin iyun ayında Günay Ağakişiyeva özünün ən ciddi yarışında iştirak etdi. O Bakıda 2015 Avropa Oyunlarında qüvvəsini sınadı.
Günay Kazımzadə
Günay Mehdizadə
Günay Zebic (Mehdizadə) (tam adı: Gunay Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan "Atatürk Portreti" əsərinin müəllifi. == Haqqında == Günay İsrail qızı Mehdizadə 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil almışdır. Rəssamlığa yönəlməsində Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi Sara Oğuz xanım Nəzirovanın mühüm rolu olmuşdur. Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadə və SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov kimi iki böyük sənətkardan 8 ilə yaxın xüsusi təhsil almışdır. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə vermişdir. Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır.
Günay Məmmədzadə
Günay Vüqar qızı Məmmədzadə (19 iyun 2000, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018), qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya (10 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 14 yaşadək) çempionu. 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü. Yığmanın heyətində Olimpiada (2016, 2018, 2022), dünya (2017, 2021) və Avropa (2017, 2019, 2021, 2023) çempionatlarının iştirakçısı. 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrosmeyster adına yiyələnmiş və bununla da Azərbaycan qadın şahmatı tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olmuşdur. 2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülmüşdür. Günay Məmmədzadə FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır. 2007, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi olub. 2012-ci ildə "İlin ən yaxşı qız şahmatçısı" nominasiyası üzrə respublika müsabiqəsinin qalibi olub.
Günay Qaraağac
Günay Qaraağac- Prof. Dr. Günay Qaraağac (İzmir-1949), Türk dil alimidir. == Həyatı == Günay Qaraağac 1967-ci ildə girdiyi İstanbul Universiteti Ədəbiyyat Fakültesi Türk Dili və Ədəbiyyatı Bölümündən 1971-də məzun oldu. 1972-1975-ci illərində İzmir-Bərgama Liseyində, 1975-1978-ci illərdə İstanbul Ticarət Liseyində ədəbiyyat müəllimi işləmişdir. == Elmi fəaliyyəti == 1978-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Umumî Türk Dili Kürsüsünə disserant təyin edildi. 1983-cü ildə Lutfî Divanı adlı doktorluq işini tamamlayaraq "elmlər doktoru" adını aldı. 1984-1987 illərdə Macaristan-Budapəştədəki Eötvös Lorand Universitetində Türk dili tədris etdi. 1987-ci ildə, Əgə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümündə yardımcı dosent olaraq işlədi. 1989-da dosent, 1995 ilində də professor oldu.
Günay İbrahimli
Günay Xəlil qızı İbrahimli (10 fevral 1991, Füzuli) — azərbaycanlı müğənni. Günay İbrahimli Füzuli şəhərində dünyaya gəlib. İki yaşında Qarabağ müharibəsi nəticəsində işğal altına düşmüş Füzulini tərk edib, ailəsi ilə birgə Bakıya məskunlaşıb və paytaxtda böyüyüb. Bakı şəhəri, 70 saylı orta pilot lisey məktəbinin məzunudur. İkinci sinifdə oxuyarkən yeddiillik musiqi məktəbində forte-piano üzrə təhsilini başa vurur. 2006-cı ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olur və 2010-cu ildə fotre-piano üzrə təhsilini başa vurur. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənnisi fakültəsinə daxil olub, 2014-cü ildə təhsilini başa vurub. Azərbaycanlıdır. İfa üslubu pop janrıdır. Müğənni kimi 2007-ci ildən bəri fəaliyyət göstərir.
Günay Əhməd
Manay Alibekov
Manay Alibekov (1860, Terek vilayəti və ya Yaxsay, Xasavyurd rayonu – 1920) — qumuq şairi. == Həyatı == Manay Alibekov (1860, Tersk vilayətinin Yaxsay kəndi-1920). Onun soyadı Alibekzadə kimi də yazılır. Manayın peşəsi inşaat olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yazdığı əsərləri ona böyük uğur qazandırmışdır. "Yaxsaydakı qumuq qızlarının arzuları", "Hakimlərin işləri", "Starşina", "Mollalar" və s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir. Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maariflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çobanzadə onu "köy ve köylü şairi" adlandırmaqla, şeiri sadəcə sənət üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması üçün yazdığına görə onu təqdir etmişdir. Şairi xalqının yaşamından bəhs edən şeirlərində olduqca zəngin etnoqrafik materialları var. Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən beş il sonra, yəni 1925-ci ildə Buynakskda kitab kimi çap etdirmişdir.
Nanay dili
Nanay dili (keçmiş adı qold dili) — Nanayların dili. Tunqus-mancur dillərinə daxildir. Bu dildə Rusiyada 1.347 nəfər adam danışır. 3 dialektə bölünür: Amur, Kurirmi və Sunqari. Sunqari dialekti əsasən Çində danışılır. Ədəbi dil Amur dialektinin nayxi şivəsinə əsaslanır. Yazıda 1931-ci ildən 1963-cü ilədək latın əlifbasından istifadə olunmuş, 1963-cü ildən sonra isə kiril əlifbasından istifadə olunmaqdadır. ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 155.
Qanad uzunluğu
Qanad uzunluğu, qanad genişliyi (və ya sadəcə olaraq qanad bucağı) bir quşun və ya təyyarənin bir qanad ucundan digər qanad ucuna qədər olan məsafəsidir. Məsələn, Boeing 777-200 təyyarəsinin qanad uzunluğu 60,9 (64,8) metrdir (199 ft 11 in) və 1965-ci ildə tutulan gəzən bir albatrosun (Diomedea exulans) qanadlarının uzunluğu isə hal-hazırda həyatda olan quş üçün rekord olan 363 metr (1.190 ft 11 in) olmuşdur. Qanad genişliyi termini daha texniki bir ölçüdə pterozavrlar, bitlər, böcəklər və ornitopterlər kimi digər avianəqliyyat vasitələri üçün də istifadə olunan bir termindir. İnsanlarda qanad uzunluğu termini, 90° bucaq altında çiyin hündürlüyündə yerə paralel qaldırıldıqda, fərdin qollarının barmaq uclarından ölçülən, bir ucundan digər bir ucuna kimi məsafə olan qol uzunluğu deməkdir. Keçmiş peşəkar basketbolçu Manute Bol 7 fut 7 düym (2.31 m) hündürlüyə malik olub və 8 fut 6 düym (2.59 m) ilə insanlar arasında ən böyük qanad uzunluqlarından birinə malikdir. Təyyarənin qanad uzunluğu, qanad formasından və süpürməsindən asılı olmayaraq həmişə bir qanad ucundan digərinə düz bir xəttlə ölçülür. Qanad qaldırıcısı qanadların sahəsi ilə mütənasibdir, buna görə heyvan və ya təyyarə nə qədər ağır olsa, qanad sahəsi o qədər böyük olmalıdır. Sahə qanad uzunluğunun qanad genişliyinə vurulması (ortalama akkord) olduğu üçün uzun, dar bir qanad və ya daha qısa, daha geniş bir qanad eyni kütləyə dəstək olacaqdır. Səmərəli sabit uçuş üçün diafraqmanın akkord nisbəti və en-hündürlük nisbəti mümkün qədər yüksək olmalıdır (məhdudiyyətlər ümumiyyətlə struktura görədir); çünki bu qaçılmaz qanad ucu ilə əlaqəli induksiyanı azaldır. Albatroslar kimi uzun mənzilli quşlar və əksər ticarət təyyarələri en-hündürlük nisbətini ən yüksək səviyyəyə çatdırır.
Qaçay Heydərov
Heydərov Qaçay Nəzər oğlu — Azərbaycan iqtisadiyyat elmləri doktoru. Yazar. Qaçay Heydərov 16 yanvar 1920-ci ildə Qubadlı rayonunun Gürcülü kəndində anadan olub. O, anadan olandan bir həftə sonra anasını itirib. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirməsinə baxmayaraq iqtisadiyyat elmi ilə məşul olmuşdu. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "İqtisadi tarix" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor idi. İkinci Dünya Müharibəsində iştirak etmiş və oradan şikəst qayıtmışdı. O, bir neçə monaqrafiyanın müəllifi idi, bununla yanaşı həm də şeirlər yazırdı. Qaçay Heydərov 1990-cı il 10 iyunda vəfat edib. Nəzər Heydərovun oğludur.
Qaçay Məmmədov
Qaçay Səfərov
Qaçay Mənsum oğlu Səfərov (1907, Quycaq, Qaryagin qəzası – 12 iyun 1976, Mahmudlu, Cəbrayıl rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). 1930–1976-cı illərdə Bərdə, Füzuli, Cəbrayıl, Göyçay, Ağdam rayonlarındakı MTS-də traktorçu, briqadir, mexanik, baş mühəndis, Cəbrayıl "Azərkəndtexnika birliyi" şöbəsində təmir emalatxanasının müdiri və s. vəzifələrdə işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yülsək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan Kommunist Partiyasının XXVII, XXVIII qurultaylarının nümayəndəsi olmuşdur.
Günay Rzayeva
Günay Tapdıq qızı Rzayeva (29 yanvar 1990, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) (2022-ci ildən). == Həyatı == Günay Rzayeva 29 yanvar 1990-cı ildə Naxçıvan şəhərində anadan olub. == Təhsili == 2008-ci ildə Naxçıvan Qızlar Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 2008–2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır. == Fəaliyyəti == 2011–2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində böyük mütəxəssis-dəftərxana müdiri, 2014–2015-ci illərdə hakim köməkçisi vəzifəsində çalışmışdır. 2020–2021-ci illərdə Babək Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 2021–2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
Günay İsmayılova
Günay İsmayılova (8 Mart 1998, ?, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. "Neftçi" klubunun və Azərbaycanın qadınlardan ibarət milli yığmasının qapıçısı == Həyatı və Karyerası == Günay İsmayılova 8 mart 1998-ci ildə anadan olub. Qapıçıdır. İlk klubu Bakının "Fidan" klubu olmuşdur. 2014-cu ildə U19 Qızlar Liqasının ən yaxşı oyunçusu seçildi. O, "Fidan" klubumda 2017-ci ilə qədər çıxış edib. 2017-ci ildə isə, Azərbaycan mediasında böyük səs-səda salaraq, Türkiyənin "Beşiktaş" klubuna transfer olub. 6 Aylıq müqavilə başa çatdıqdan sonra, 2018-ci ildə "Kireçburnu spor" klubunda forma geyinib. 2023-cü ildə Türkiyənin "Amedspor" klubunda çıxış edirdi. 2023-cü ildən etibarən isə Bakının "Neftçi" klubunda forma geyinir.