Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Qandal
Qandal — bir adamın biləklərini bir-birinə yaxın tutmaq və hərəkət qabiliyyətini maneə törətmək məqsədiylə hazırlanmış alətlərdir. Ümumiyyətlə bir zəncir ya da bar ilə bir-birinə tutdurulmuş iki oval parçadan meydana gələr. Metal xəlitəli ola biləcəyi kimi praktik plastik qandalların da istifadəsi yayılmışdır. Metal qandallar ümumiyyətlə bir açarla aça bilən kilid mexanizminə malikdir. Bəzi modellərdə dönən bir vint köməyi ilə qandal bağlanıla bilər və açıla bilər. Qandallar ümumiyyətlə polis və digər təhlükəsizlik işçilərin tərəfindən şübhəlilərin qaçmasını önləmək məqsədiylə istifadə edilər.
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Adi qanqal
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Canal 13
Canal 13 Çilinin pulsuz yayımlanan bir televiziya kanalıdır. 21 avqust 1959-cu ildə Santyaqonun 2-ci analog kanalında Çili Papa Katolik Universitetinin bir qrup mühəndisinin rəhbərliyi ilə yayımlandı. Daha sonra televiziya stansiyası tezliyini VHF kanal 13-ə köçürdü və bu da indiki adının yaranmasına səbəb oldu. Başlanğıcda ən mühüm mərhələlərdən biri, Çilidə təşkil edilən 1962 FIFA Dünya Kubokunun yayımı idi. Luksic Group-a məxsus olan Canal 13, Çilinin ikinci ən köhnə televiziya stansiyasıdır. 2010-cu ilə qədər Şili Korporasiyası de Televisión de la Pontificia Universidad Católica de Chile (Çili Papa Katolik Universitetinin Televiziya Korporasiyası) olaraq adlandırıldı. Bununla birlikdə, stansiya Çili’də qurulduğu gündən bu yana El 13 (on üçüncü) olaraq bilinir.
Ağdam Qalal
Ağdam Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun Gözbaraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Gözbaraq kənd inzibati-ərazi vahidi tərkibindəki Ağdam Qalal kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Banal milliyətçilik
Banal millətçilik — insanlar arasında milli aidiyyat hissini paylaşan millətin günlük təsvirləri. == Mahiyyəti == Termin, Maykl Billigin 1995-ci ildəki yayımlanan eyni adlı kitabından törədilmişdir və məqsəd tənqid olaraq qəbul edilməsi idi. Konsepsiya, xüsusilə siyasi coğrafiya nizamı daxilində, 1990-ci illərdə yayımlanmasında bu tərəfə elmi fikirlərin davam etməsi ilə son dərəcə təsir edici olmuşdur. Günümüzdə bu termin əvvəla kimlik formalaşması və geopolitik-akademik mübahsələrdə istifadə olunmaqdadır. == Nümunələri == Banal millətçilik nümunələri günlük həyatımızda bayraqlar, idman qarşılaşmaları, milli mahnılar, pul simvolları, populyar ifadələr və zərb-məsəllər, vətənpərvər klublar, milli mətbuatda söz vurulan birliklərin qurulması, yəni hava xəbərləri, qrup və bölünmələr kimi hadisələrin "yerli" və "xarici" xəbərlər adı ilə verilməsi kimi hadisələrdə özünü göstərir. Bu simvolların çoxu davamlı təkrarlanan olduqları və demək olar ki, şüraltında yerləri olmadıqları üçün daha təsirlidirlər. Banal millətçilik daha çox məktəblər kimi dövlət qurumları vasitəsilə yaradılmaqda və yayılmaqdadır.
Banal millətçilik
Banal millətçilik — insanlar arasında milli aidiyyat hissini paylaşan millətin günlük təsvirləri. == Mahiyyəti == Termin, Maykl Billigin 1995-ci ildəki yayımlanan eyni adlı kitabından törədilmişdir və məqsəd tənqid olaraq qəbul edilməsi idi. Konsepsiya, xüsusilə siyasi coğrafiya nizamı daxilində, 1990-ci illərdə yayımlanmasında bu tərəfə elmi fikirlərin davam etməsi ilə son dərəcə təsir edici olmuşdur. Günümüzdə bu termin əvvəla kimlik formalaşması və geopolitik-akademik mübahsələrdə istifadə olunmaqdadır. == Nümunələri == Banal millətçilik nümunələri günlük həyatımızda bayraqlar, idman qarşılaşmaları, milli mahnılar, pul simvolları, populyar ifadələr və zərb-məsəllər, vətənpərvər klublar, milli mətbuatda söz vurulan birliklərin qurulması, yəni hava xəbərləri, qrup və bölünmələr kimi hadisələrin "yerli" və "xarici" xəbərlər adı ilə verilməsi kimi hadisələrdə özünü göstərir. Bu simvolların çoxu davamlı təkrarlanan olduqları və demək olar ki, şüraltında yerləri olmadıqları üçün daha təsirlidirlər. Banal millətçilik daha çox məktəblər kimi dövlət qurumları vasitəsilə yaradılmaqda və yayılmaqdadır.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Yınal
Yınal — Oğuz dövlətində əsilzadə təbəqəsinə verilən titullardan biri. Bəzi mətnlərdə bu ünvan 'inal' şəklindədir.
Kanal
Kanal (lat. canalis – boru) — Hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu), təyinatdan asılı olaraq gəmiçilik kanalı, energetika kanalı, suvarma kanalı və s. növləri var. Gəmiçilik kanalı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma kanalları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. Kanalların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s. şəklində olur.
Qana
Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. == Siyasi və coğrafi mövqeyi == Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. == Təbii resursları == Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Ginnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Qinnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
İbrahim Yınal
İbrahim Yınal (?-23 iyul , 1059)— Səlcuqlular sülaləsindən Türk bəyi. == Həyatı == Atası Yusif Yınal, Səlcuq bəyin dörd oğlundan biriydi. Səlcuq bəyin böyük oğlu Mikayıl bəy ölüncə, Orta Asiyada yaygın olan levirat adəti uyarınca dul arvadı, qardaşı Yusif bəylə evləndirildi və bu evlilikdən İbrahim Yınal dünyaya gəldi. Dolayısıyla İbrahim Yınal, Toğrul bəy və Çağrı bəyin anabir qardaşı, ata tərəfdən əmisioğludur. Dandanakan savaşından sonra İbrahim Yınal ölkənin qərb ucuna göndərildi. Əmisi oğlu Həsən bəyin gürcülər tərəfindən pusquya düşürülüb öldürülməsi görə, diğər əmisi oğlu Qutalmış bəylə bərabər Bizans torpaqlarına girdi. Gürcü tavadı (knyazı) Liparitin başçılıq etdiyi Bizans-Gürcü ordusunu Pasinlərdə məğlubiyyətə uğratdı (1048). Çox sayda əsir və qənimət ələ keçirdi. (Ərəb tarixçi İbn əl-Əsir, əsir sayını artıraraq 100.000 olaraq göstərir.) Qərb sınırındaki axınları idarə edən İbrahim Yınal, atəş xəttində olub əsgəri yükü daşıdığını düşünərək iqtidar mərkəzini dinləməməyə başladı. 1058-ci ildə yönünü qərbə çevirib Toğrul bəyin üzərine yürüdü.
İctimai qınaq
İctimai qınaq və ya sosial tənqid — sosial problemləri gündəmə gətirən bir tənqid üsuludur. Burada ədalətsizlik və güc anlayışlarına diqqət yetirilir. Sosial tənqid zamanı hansı metodun mənimsənilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu vəziyyətə misal olaraq Karl Popper ilə Frankfurt məktəbi arasındakı fikir ayrılığını göstərmək olar.
Qisasçılar: Final
Qisasçılar: Final (ing. Avengers: Endgame) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2019-cu ilin aprel ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. "Qisasçılar" (2012), "Qisasçılar: Altron dövrü" (2015) və "Qisasçılar: Sonsuzluq savaşı" (2018) filmlərinin sikveli olan "Final" MKK-na daxil olan iyirmi ikinci filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkiblər. Film ilk dəfə, 2014-cü ilin oktyabrında "Qisasçılar: Sonsuzluq savaşı — 2-ci hissə" adı ilə elan edilmişdir. Russo qardaşlarının 2015-ci ilin aprelindən filmin rejissor kürsüsünə əyləşmişlər, həmin ilin mayından isə Markus və MakFili filmin ssenarisi üzərində işə başlamışlar. 2016-cı ilin iyulunda Marvel filmin adını dəyişərək sadəcə "Adsız Qisasçılar filmi" adlandırmışdır. Filmin çəkilişlərinə 2017-ci ilin avqustunda Corciya ştatının Fayett dairəsindəki "Pinewood Atlanta Studios" studiyalarında başlanılmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmi ilə ard-arda çəkilən filmin çəkilişləri 2018-ci ilin yanvarında tamamlanmışdır. Əlavə çəkilişlər Atlanta şəhərinin mərkəzində aparılmışdır.
Bengütürk (kanal)
Bengütürk — Türkiyədən yayımlanan milli bir xəbər kanalıdır. 2007-ci ildə sınaq yayımına başlayıb. Kanal Milliyyətçi Hərəkat Partiyasına yaxınlığı ilə tanınır. == Tarixi == 1 mart 2016-cı il tarixində Türksat ilə müqavilənin yaratdığı problem səbəbindən Türksat peykində yayımlar kəsilmişdir. Murat İde bunu öz Facebook-hesabında söyləmişdi. Kanal 11 mart 2016-cı il tarixində Türksat peykindəki yayımlarına qayıtmışdır. İdarə heyətinin sədri Murat İde 2017-ci ildə Türkiyədə keçirilən referendum konstitusiya dəyişikliyində "xeyr" oyunun istifadə ediləcəyi səbəbiylə kanaldan çıxarılıb. Buna cavab olaraq kanalın tanınmış üzvləri vəzifələrindən istefa etmişdir. == Azərbaycan rüzgarı == Kanalda 1 avqust 2018-ci ildən "Azərbaycan rüzgarı" veriliş yayımlanır. Verilişin aparıcısı Səidə Ömərovadır.
Delta qanad
Delta qanad üçbucaq şəkilli qanadlara verilən addır. Delta adı, Yunan hərfi olan delta (Δ) hərfinin böyük yazısından meydana gəlmişdir. Delta qanadları ilk dəfə XVII əsrdə Reç Pospolita Kommanvelz ixtiraçısı Kazimierz Siemienowicz tərəfindən nəzərdən keçirilmişdir. Yataq quyruq qanadından istifadə etməyən Delta qanadlı təyyarələrin inkişafına İkinci Dünya Müharibəsindən sonra Almaniyada Neythen Woolford və SSRİ-də Boris İvanoviç Cheranovski rəhbərlik etmişdirlər, lakin öz modelləri olan playnerlər və təyyarələrdən heç biri geniş istifadə edilməmişdir.
Edina Qanql
Edina Qanql (d. 25 iyun 1990) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Edina Qanql, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Edina Qanql, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Qanad uzunluğu
Qanad uzunluğu, qanad genişliyi (və ya sadəcə olaraq qanad bucağı) bir quşun və ya təyyarənin bir qanad ucundan digər qanad ucuna qədər olan məsafəsidir. Məsələn, Boeing 777-200 təyyarəsinin qanad uzunluğu 60,9 (64,8) metrdir (199 ft 11 in) və 1965-ci ildə tutulan gəzən bir albatrosun (Diomedea exulans) qanadlarının uzunluğu isə hal-hazırda həyatda olan quş üçün rekord olan 363 metr (1.190 ft 11 in) olmuşdur. Qanad genişliyi termini daha texniki bir ölçüdə pterozavrlar, bitlər, böcəklər və ornitopterlər kimi digər avianəqliyyat vasitələri üçün də istifadə olunan bir termindir. İnsanlarda qanad uzunluğu termini, 90° bucaq altında çiyin hündürlüyündə yerə paralel qaldırıldıqda, fərdin qollarının barmaq uclarından ölçülən, bir ucundan digər bir ucuna kimi məsafə olan qol uzunluğu deməkdir. Keçmiş peşəkar basketbolçu Manute Bol 7 fut 7 düym (2.31 m) hündürlüyə malik olub və 8 fut 6 düym (2.59 m) ilə insanlar arasında ən böyük qanad uzunluqlarından birinə malikdir. == Təyyarənin qanad uzunluğu == Təyyarənin qanad uzunluğu, qanad formasından və süpürməsindən asılı olmayaraq həmişə bir qanad ucundan digərinə düz bir xəttlə ölçülür. === Təyyarə dizaynına və heyvan təkamülünə təsirləri === Qanad qaldırıcısı qanadların sahəsi ilə mütənasibdir, buna görə heyvan və ya təyyarə nə qədər ağır olsa, qanad sahəsi o qədər böyük olmalıdır. Sahə qanad uzunluğunun qanad genişliyinə vurulması (ortalama akkord) olduğu üçün uzun, dar bir qanad və ya daha qısa, daha geniş bir qanad eyni kütləyə dəstək olacaqdır. Səmərəli sabit uçuş üçün diafraqmanın akkord nisbəti və en-hündürlük nisbəti mümkün qədər yüksək olmalıdır (məhdudiyyətlər ümumiyyətlə struktura görədir); çünki bu qaçılmaz qanad ucu ilə əlaqəli induksiyanı azaldır. Albatroslar kimi uzun mənzilli quşlar və əksər ticarət təyyarələri en-hündürlük nisbətini ən yüksək səviyyəyə çatdırır.
Sallaq qanqal
Sallaq qanqal (lat. Cirsium pendulum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Tikanlı qanqal
Yeyilən qanqal
Yeyilən qanqal (lat. Cirsium esculentum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Qaval daşı
Qaval daşı – qədim zərb musiqi aləti, litofon. Bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür. == Sayları == Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir.
El-Qamal sxemi
El-Qamal sxemi — 1985-ci ildə Sahib El-Qamal tərfindən təklif olunmuşdu. Bu sxem elektron imza və şifrləmə (encryption) üçün istifadə olunur. El-Qamal alqoritmi Diffie-Hellman alqoritminə əsaslanır. O, Diffie-Hellman alqoritmini iki alqoritm şəklində ifadə etmişdi. El-Qamal sxemi vasitəsi ilə şifrləmə 3 kompanentdən ibarətdir: Xüsusi açarın generasiyası Şifrləmə alqoritmi (Encryption algorithm) Deşifrlmə alqoritmi (Decryption algorithm) Xüsusi açarın generasiyası. n bit uzunluğunda təsadüfi p sadə ədədi generasiya olunur. Zp çoxluğundan təsadüfi g primitiv elementi seçilir. Elə təsadüfi x tam ədədi seçilir ki, 1<x<p-1 “y=gx mod p” hesablanır Burada açıq açar (p,g,y) üçlüyü, qapalı açar isə x-dır == Şifrləmə alqoritmi == Hər hansı “M” məlumatı aşağıdakı şəkildə şifrlənir Sessiya açarı seçilir - Elə təsadüfi k ədədi seçilir ki, 1<k<p-1 intervalında dəyişsin “a=gk mod p” və b=ykM mod p hesablanır (a,b) ədədlər cütü şifrlənmiş mətindir Asanlıqla görmək mümkündür ki, şifrlənmiş mətnin uzunluğu daxil edilmiş M mətnindən iki dəfə çoxdur. Digər tərəfdən k-nı göstərilən intervalda deyil, 1-ə və ya p-1-ə bərabər götürsək onda verilmiş məlumatın deşifrlənməsi ilk addımda baş verər ki, buda çox göndərilən məlumat üçün çox təhlükəlidir. == Deşifrləmə alqoritmi == x qapalı açarını bilməklə (a,b) şifrlənmiş mətnindən qəbul edilən mətni aşağıdakı düstur vasitəsi ilə əldə etmək olar: M=b(ax)-1 mod p Asanlıqla görmək olar ki, (ax)-1 ≡ g –kx (mod p) bu səbəbdən b(ax)-1 ≡ (ykM)g-xk ≡(gxkM) g-xk ≡ M (mod p) hesablamaq olar.
Ox formalı qanad
Ox formalı qanad və ya Ox bucaqlı qanad yüksək sürətli təyyarələrdə istifadə olunan bir qanad növüdür və adını yuxarıdan baxıldıqda qanadlarının ucları geriyə çəkilmiş bir ox formasında olmasından almışdır. Geriyə çəkilən qanadlar geriyə çəkilmiş ox bucağını ifadə edərkən, irəliyə çəkilmiş ox formalı qanadları olan təyyarələr də tarixdə görülmüşdür. Ox formalı qanadların mövcudluğunun səbəbi səs sürətinə yaxın bir sürətdəki havanın aerofoildəki davranışıdır. == Faydaları və tarixi == Ox formalı qanadlar əsasən hərbi təyyarələrdə olmaqla, məsələn təyyarələr, iş təyyarələri və ticarət təyyarələri olmaqla uçuşunun bir hissəsini səs sürətinə yaxın sürətlərdə yerinə yetirən təyyarələrdə görülür. Ox bucağının təyin edilməsinin əsas səbəbi kritik mach sayını artırmaqdır. Kritik mach sayı səs sürətinə yaxın sürətlə hərəkət edən havanın qanad profilinin yuxarı səthində sürətləndikdə və səs sürətinə çatdıqda təyyarənin çatdığı sürətə deyilir. Kritik mach sayında hərəkət edən bir təyyarənin qanadında oblik (əyri) bir şok dalğası müşahidə edilir. Bu, sürüklənməni artıran səbəblərdən biri olaraq həm daha çox yanacaq istehlakına, həm uçuş zamanı səbəb olduğu sarsıntılara görə qanad gərginliyinə və ya idarəetmənin itirilməsinə səbəb ola bilər. Ox bucağının iş prinsipi, ən sadə mənada həndəsə ilə əlaqədardır. Bir ox bucağı olmayan qanadlarda axıntı tamamilə qanada dik gəlir və qanad üstündə sürətlənərək axıb gedir, lakin bir ox bucağı olan qanadlarda hücum kənarı ilə qarşılaşan hava kənara dik deyildir və burada nəzərə alınacaq axıntının sürəti də axıntının öz sürəti deyildir, kənara dik uzanan sürət komponentidir.
Qoşa qanad (almanax)
Qoşa qanad almanax
Qanat-i Bağırbəy (Çaypara)
Qanat-i Bağırbəy (fars. قنات باقربيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (104 ailə).