Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dram
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik vә lirik ilә yanaşı, 3 әsas әdәbi növdәn biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması )və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Video RAM (VRAM)
Video RAM (VRAM) – videoadapterdə, yaxud videokontrollerdə: video-görüntüləri monitora çıxartmaq üçün onların həm yazıldığı, həm də oxunduğu dinamik operativ yaddaş qurğusu. == Video-yaddaş == Video-yaddaş – videokartda, yaxud video altsistemində yerləşən və ekrana çıxarılan görüntünün götürüldüyü yaddaş. Bəzi hallarda video-yaddaşa yalnız displeyin aparat vasitələri müraciət edə bilər, ancaq çox zaman həm videoprosessorun, həm də mərkəzi prosessorun video-yaddaşa çıxışı olur və görüntülər video-yaddaşı yeniləyən mərkəzi prosessorun işinin nəticəsi kimi alınır. Video-yaddaşı oxuma və ora yazma zamanı video-qurğular prosessora nisbətən üstunlüyə malikdir, buna görə də video-yaddaşın tərkibinin yenilənməsi operativ yaddaşa müraciətə nisbətən yavaş baş verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dram (dəqiqləşdirmə)
Dram (teatr), Səhnə üçün yazılmış teatr pyesi. Dram (ədəbi növ), aktyorları üçün yazılmış epizodları emosional - fantastika janrında göstərmə sənətidir.
Dram (janr)
Dram (yun. δρᾶμα, translit. drama; "hərəkət") — mətnlərdə təyin olunmuş rollar üçün ümumi termindir. Epik vә lirik ilә yanaşı, 3 әsas әdәbi növdәn biridir. Bundan əlavə müsbət qüvvələrin, mütərəqqi ideyaların qələbəsi ilə nəticələnən dram əsərinə də dram deyilir. Dram janrından bədii əsərlərdə və kinoda çox geniş istifadə olunur. Dramatik yaradıcılığın spesifik problemlərinə müraciət edərək, hər şeydən əvvəl, "dram" terminin əsas mənasını müəyyənləşdirməliyik. Bildiyimiz kimi, "dram" sözünün müxtəlif anlamları vardır. Gerçəklik hadisələrin müəyyən bir dairəsini, məsələn, həyatın dramını, ədəbiyyatın dramatik növünün janrlarından birini (XYIII əsrin meşşan draması )və səhnə sənətinin aparıcı növü olan dramatik teatrı da drama adlandırırıq. == Dram nəzəriyyəsi == Hər bir elmin, predmetin iki tərəfi, iki cəhəti vardır.
Dram filmi
Dram filmi — realistik xarakterlərin emosional obrazlarla ifadə olunması. Bütün digər janrlarda dramatik obrazlar və məqamlar tapmaq olar. Lakin dramatik filmlərin əsas məğzini dramatik hadisələr təşkil edir. Bu hadisələr çox zaman müəyyn insanların və ya ailənin ətrafında konfliktlərlə birlikdə cərəyan edir.
Dram teatrı
Dram Teatrı — opera, balet, kukla və pantomim teatrları ilə yanaşı teatrın janrlarından biri.
Komediya-dram
Komediya-dram — komediya və dram elementlərini birləşdirən dramatik əsərlər janrı. == Tarixi == Qədim yunanlarla başlayan ənənəvi şərq teatrı Sock və Buskin, yəni komediya və faciə olaraq ikiyə bölünürdü. Faciə adətən uydurma və ya tarixi qəhrəmanın ölümü ilə başa çatsa da, komediya orta səviyyəli personajların həyatına diqqət yetirir və onların nailiyyətləri ilə başa çatır. "Dram" termini tamaşanın bütün hərəkətlərini təsvir etmək üçün istifadə edilmişdir. 19-cu əsrdən başlayaraq Anton Çexov, Corc Bernard Şou və Henrik İbsen kimi yazıçılar komediya ilə dram arasındakı sərhədləri bulandırdılar. Radio teatrının, kinonun və xüsusən də televiziyanın meydana çıxması ilə komediya və ya dram kimi bir məhsulu aydın şəkildə müəyyən etmək üçün marketinqdə böyük təzyiqə səbəb oldu. Kütləvi informasiya vasitələrində komediya və dram açıq-aydın bir-birindən ayrılırdı, baxmayaraq ki, canlı teatrda fərq daha az əhəmiyyətli idi.
Mənzum dram
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Peyğəmbər (dram)
Peyğəmbər — Azərbaycan yazıçısı və dramaturqu Hüseyn Cavidin 1922–1923-cü illərdə yazdığı dram əsəri. Əsər İslam dininin peyğəmbəri Məhəmmədin həyatından bəhs edir. "Maarifçilik və Mədəniyyət" jurnalında qismən dərc edilmişdir. İkinci və üçüncü dəfə "Azərnəşr" (1922–1923 və 1926) nəşriyyatında çap olunub . Tamaşa teatr səhnəsində qoyulmayıb. Hüseyn Cavidin bu əsərini fərqləndirən cəhət ondan ibarətdir ki, burda obrazlar yoxdur. Peyğəmbərin bir çox adları (Məhəmməd, Əhməd, Mustafa, Rəsul, Əkrəm, Mürsəl, Nəbi, ibn Abdulla, Məhəmməd Əmin, Mahmud və s.) olduğu da məlumdur. "Peyğəmbər" dramında Cavid Məhəmməd Peyğəmbərdən, "ibn Abdulla" və ya "Abdullanın oğlu" kimi bəhs edir. == Süjet == Dram dörd pərdədən ibarətdir və başlanğıc remarkasından etibarən tarixi gerçəkləri əks etdirir. Bu pərdələrin hər biri Məhəmməd Peyğəmbərin həyatının müəyyən dövründən (Bisat, Dəvət, Hicrət və Nüsrət) bəhs edir.
Vaqif (dram)
Vaqif — Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramıdır. Bu əsər Səməd Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılmışdır və tarixi mövzusundadır. Vaqif ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq dramıdır. Vaqif 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub. Vaqif dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan Səməd Vurğun əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. Pyes Səməd Vurğunun yazdığı ilk səhnə əsəridir. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür. == İştirak edənlər == Vaqif - XVIII əsrin dahi Azərbaycan şairi. Ağa Məhəmməd şah Qacar - İran hökmdarı.
İnsan (dram)
İnsan dramı — Səməd Vurğunun 1945-ci ildə yazdığı və həmin ildə tamaşaya qoyulan "İnsan" fəlsəfi dramında şair gələcək həyatı , romantik vüsətlə əks etdirmiş., müharibəni odu-alovu içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı : " mən "İnsan" adlı beş pərtəli böyük mənzum dramı üzərində işləyirəm. İnsan mənim dördüncü mənzum dramımdır. Bu əsər üzərində işləmək mənə zövq verir. Çünki tarixi mövzularda yazdığım əvvəlki üç əsərimdən fərqli olaraq burada mən ilk dəfə öz müasirlərimi obrazlarına müraciət etmişəm və onların nəvələrini göstərməyə çalışmışam. Səməd Vurğun- un "İnsan" dramı bu günumüzlə səsləşən səhnə əsəridir.
Drom
Drom (departament)
Dəram
Dəram (az-əbcəd. درام‎, fars. درام‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,701 nəfər yaşayır (520 ailə).
Fram
Fram (boğaz) — Qrenlandiya adası ilə Şpitsbergen arxipelaqını ayıran boğaz. Fram boğazı — Nansen adasını Taymır yarımadasından ayıran boğaz. Fram (gəmi) — Qütb tədqiqatlarında iştirak etmiş gəmi.
Qram
Qram (fr. gramme; işarələməsi: q, g) — Kütlənin ölçü vahidi, SQS vahidlər sisteminin 3 əsas vahidlərindən biri.
SDRAM
SDRAM(synchronous dynamic random access memory,синхронная динамическая память с произвольным доступом,eş zamanlı dinamik rastgele erişimli bellek,ixtiyari erişimli sinxron dinamik yaddaş)– kompüterdə operativ yaddaş kimi istifadə olunan yaddasaxlama qurğusu. Kütləvi istehsalına 1993-cü ildə başlanılıb. Verilənlərin asinxron mübadiləsinin istifadə olunduğu başqa növ DRAM yaddaşlardan fərqli olaraq, SDRAM qurğusuna daxil olan idarəedici siqnala cavab dərhal geri qaytarılmır, yalnız növbəti takt siqnalı alındıqdan sonra qaytarılır.SDRAM sinxron interfeysə malikdir ki, nəzarət girişlərində dəyişikliklər saat girişinin artan kənarından sonra tanınır. JEDEC tərəfindən standartlaşdırılmış SDRAM ailələrində, saat siqnalı gələn əmrlərə cavab verən daxili sonlu dövlət maşınının gücləndirilməsini nəzarət edir.Bu əmrlər, yeni əmrlər alınarkən daha əvvəl başlayan əməliyyatları tamamlayaraq, performansı artırmaq üçün boru şəklində ola bilər. Yaddaş bir neçə eyni ölçülü, lakin müstəqil bölmələrə bölünür.SDRAM geniş şəkildə kompüterlərdə istifadə olunur. Orijinal SDRAM-dan başqa, ikiqat məlumat dərəcəsi RAM-lərinin gələcək nəsilləri 2014-cü ilin ikinci yarısında yayımlanan ən son nəsil (DDR4) ilə - DDR (DDR1), DDR2, DDR3 və DDR4 kimi kütləvi bazarlara daxil olmuşlar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 755 s.
Xram
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Başqırdıstan Dram Teatrı
Başqırdıstan Dram Teatrı (tam adı: Məjit Qafuri adına Başqırdıstan Dram Teatrı; başq. Мәжит Ғафури исемендәге Башҡорт дәүләт академия драма театры) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində fəaliyyət göstərən dram teatrı. == Tarixi == Teatrın əsası 4 dekabr 1919-cu ildə Sterlitamakda 1-ci Başqırdıstan Dövlət Teatrı kimi qoyulmuşdur. İlk bədii rejissoru və direktoru V.Q. Murtazin-İmanski olmuşdur. 1922-ci ildən Ufaya köçürülmüş, Ufa Dövlət nümunəvi teatrının tatar-başqırd truppası ilə birləşdirilmişdir. Burada başqırd və tatar müəlliflərinin pyesləri, həmçinin rus və dünya klassiklərinin əsərləri tamaşaya qoyulurdu. 1929-1930-cu illər teatr üçün dönüş mövsümü olmuşdur. Belə ki, həmin mövsümdə teatr başqırd ədəbi dilinə keçmiş və Moskvadakı Malı Teatr ilə yaradıcılıq əməkdaşlığı haqqında müqavilə bağlamışdır. Teatrın tarixində V.Q. Murtazin-İmanski, Z.İ. Bikbulatova, T.M. Biktaşeva, L.V. Valiyev, V.Q. Qalimov, T.Q. İmaşev, R.V. İsrafilov, M.A. Maqadeyev, A.K. Mübarəkov, Ş.M. Murtazina, A.Q. Sadıkova, R.S. Sırtlanov, Q.R. Şamukov, X.Q. Yarullin və başqalarının böyük rolu olmuşdur. 1935-ci ildən akademik dram teatrı statusuna malikdir.
Cəlaləddin Xarəzmşah (dram)
Cəlaləddin Xarəzmşah— türk yazıçısı Namiq Kamalın 1885-ci ildə yazdığı dramı. == Məzmunu == Namiq Kamalın tarixi mövzuda qələmə aldığı Cəlaləddin Xarəzmşah dramı Xarəzmşahlar dövlətinin hökmdarı Sultan Cəlaləddinin həyat və siyasi fəaliyyətindən bəhs edir. Sırf vətənpərvərlik, qəhrəmanlıq ruhunda yazılan bu əsərdə Cəlaləddin Xarəzmşahın monqol istilası dövründə düşmənə qarşı mübarizəsi əsərin ana xəttini təşkil edir.
Dram (film janrı)
Dram filmi — realistik xarakterlərin emosional obrazlarla ifadə olunması. Bütün digər janrlarda dramatik obrazlar və məqamlar tapmaq olar. Lakin dramatik filmlərin əsas məğzini dramatik hadisələr təşkil edir. Bu hadisələr çox zaman müəyyn insanların və ya ailənin ətrafında konfliktlərlə birlikdə cərəyan edir.
Dram (ədəbi növ)
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
Liza - Dram Kraliçası
"Liza - Dram Kraliçası" (ing. Lisa the Drama Queen) — "Simpsonlar" cizgi serialının iyirminci mövsümünün doqquzuncu seriyasıdır və ilk dəfə 25 yanvar 2009-cu ildə yayımlanmışdır. Britaniyalı kinoaktrisa Emili Blant Cülyetta obrazını səsləndirərək seriyada qonaq aktyor kimi iştirak etmişdir. Brayan Kelli seriala beş mövsümlük fasilədən sonra ssenari müəllifi kimi geri qayıtmışdır. == Məzmun == Liza incəsənət sinifində olarkən, onun kimi Coş Qrobandan xoşu gələn Cülyetta Hobbs adlı ağıllı bir qızla tanış olur. Qızlar özlərinə onları real dünyadan uzaqlaşdıran uydurulmuş dünya yaradırlar. Onlar özlərinin kraliça olduğu və hamının bərabər yaşadığı bu dünyanı "Equalia" adlandırırlar. Lakin tezliklə Liza yaratdıqları uydurma dünyaya çox aludə olur və bu səbəbdən də dərslərini pis oxumağa başlayır. Marc Cülyettanın davranışlarını izlədikdən və onun yaxınları ilə görüşdükdən sonra qızının psixi sağlamlığı barədə narahat olmağa başlayır. O, Lizanın rəfiqəsilə görüşməsinə mane olmağa çalışır.
Müsəlman Dram Cəmiyyəti
Müsəlman Dram Cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş teatr cəmiyyəti. == Haqqında == 1916-cı ilin mayında Bakıda təsis olunmuş, 1920-ci ilədək fəaliyyət göstərmişdir. Birinci iclasında Sadıq bəy Hacınski (sədr), Mir Yaqub Mehdiyev (sədr müavini), Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Bağır bəy Əlibəyov (idarə heyətinin üzvləri), Bala bəy Xocayev (katib), Əliheydər Babayev (daxıldar — xəzinədar), Əhməd bəy Hacınski, Süleyman Abdullayev cəmiyyətin üzvü seçilmişlər. Cəmiyyətin məqsədi nizamnaməsində deyildiyi kimi "teatr və səhnəni ticarət halından çıxarıb, sənət halına vəz" etməkdən, teatr qüvvələri hazırlamaqdan ibarət olmuşdur. Müsəlman Dram Cəmiyyəti 1916-cı ilin 19 oktyabrında çağırılmış növbəti iclasında Abbas Mirzə Şərifzadənin üç il müddətinə Xarkov şəhərinə Eylin studiyasının dram kursunda təhsil almağa göndərilməsi haqqında qərar qəbul etmişdi. Müsəlman Dram Cəmiyyəti üzvlərdən, xeyriyyəçilərdən alınan ianələr və teatr tamaşalarından toplanan vəsait hesabına yaşayırdı.
Rus Dram Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.