Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
JuHİ
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Cuhi Çavla
Cuhi Çavla (ing. Juhi Chawla, hind जूही चावला) — Hindistanın aktrisa və prodüseri. == Həyatı == Cuhi Çavla 13 noyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının Ludhiana şəhərində anadan olmuşdur. J. J. Montessori-Bombey məktəbini bitirmişdir. Onun uşaqlıqdan ən böyük arzusu aktrisa olmaq idi. 1984-cü ildə Cuhi "Miss Hindistan" titulunu qazanır və daha sonra "Dünya gözəli" yarışmasına qatılır və ən yaxşı kostyuma görə mükafat alır. Bir qədər keçmiş Cuhi Çavla model kimi çalışır və bir neçə filmdə çəkilməyə müvəffəq olur. Cuhi Çavla, Cay Mahta ilə ailə qurmuşdur. 21 fevral 2001-ci ildə qızı Canvi anadan olmuşdur. 2 il sonra – 21 iyul 2003-cü ildə Cuhi ikinci dəfə ana olur.
Dahi (kitab)
Dahi (ing.
Duha Surəsi
93-cü surə
Duha dili
Duha dili — Monqolustanın şimalında yaşayan Monqolustan əhalisini təşkil edən 24 tayfadan biri olan duhaların danışdığı ana dildir. Duha tayfası həm də Monqolustandakı dörd türk tayfasından biridir. 2010-cu ilin məlumatlarına əsasən bu dilin əsas daşıyıcısı olan duhaların sayı cəmi 282 nəfər idi. Amma bu dildə danışanlarının sayının təxminən 500 nəfər olduğu ehtimal edilir. == Mənsubluğu == Duha dili türk dillərinin Sibir qolunun Sayan qrupuna aid olan tayqa altqrupuna mənsubdur. == Sözləri == Duha dilində əsas sözlərin əksəriyyəti türk kökənlidir. Məsələn, "gis" - "qız", "hün" - "gün", "utə-" - "uyu-", "per-" - "ver" və sair. Duha dilində əsas saylar da türk kökənlidir və bunlardır: "pir" və ya "piree" - "bir", "ixə" - "iki", "üş" və ya "üüş" - "üç", "tört" və ya "töört" - "dört", "peş" və ya "peeş" - "beş", "altə" - "altı", "jetə" və ya "jeetə" - "yeddi", "ses" - "səkkiz", "tos" - "doqquz", "on" - "on", "jeer" və ya "jeersə" - "iyirmi", "üjon" və ya "üjön" və ya "üjen" - "otuz", "törton" və ya "törtön" və ya "törten" - "qırx", "pejon" və ya "pejön" və ya "pejen" - "əlli", "alton" və ya "altan" - "altmış", "jeton" və ya "jetön" və ya "jeten" - "yetmiş", "seson" və ya "sesen" - "səksən", "toson" və ya "tosan" - "doxsan", "jüs" - "yüz", "min" - "min", "saya" - "on min". Duha dilinə monqol dilindən də çox sayda alınma söz toplanıb. == Yox olma təhlükəsi == XX əsrin ikinci yarısından etibarən duha dilinə monqol dilinin təsiri daha aydın şəkildə görünməkdədir.
Duri dili
Duri dili — İndoneziyanın Sulavesi adasında Avstroneziya dili. 2010-cu ildə 123 min insan bu dildə danışırdı.
Nefud-Dahi
Nefud-Dahi — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən qumlu səhra. İnzibati cəhətdən Səudiyyə Ərəbistanı ərazisinə daxildir. Uzunluğu 500 km, eni 100 km təşkil edir. Əsasən qum barxanlarından təşkil olunmuşdur.
Ruhi Bağdadi
Ruhi Bağdadi — şair. == Həyatı == XVI əsr şairlərindən biri olan Bağdadlı Ruhinin əsl adı Osmandır. Onun Sultan Qanuninin ordusunda Bağdada gedən anadolulu bir əsgərin oğlu olduğu məlumdur. Divanındakı şeirlərindən də özünün bir sipahi olduğu aydınlaşır. Ruhi Bağdadi təzkirəçi Əhdi, Füzulinin oğlu Fəzli, eləcə də başda Bağdad şairləri olmaqla övrünün bir çox dövlət xadimi, alim və şairi ilə dostluq və yoldaşlıq etmişdir. Onun yaradıcılığına Füzulinin böyük təsiri olmuşdur. == Yaradıcılığı == == Mənbə == Sosyal, Orhan, Eski Türk Edebiyatı Metinleri, Millî Eğitim Basımevi, İstanbul 2002.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. == Haqqında == Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Ruhi institutu
Ruhi İnstitut ruhani-mənəvi təhsil institutudur və onun təqdim etdiyi təhsil 50 il əvvəl Kolumbiyada bu ölkənin əhalisi üçün hazırlanmışdır. İnstitut ikili məqsəd daşıyır. Bu, bir tərəfdən cəmiyyətin rifahı və çiçəklənməsi, digər tərəfdən isə, kursu keçən insanlara bilik qazanmaqda, ruhani keyfiyyətlərini və qabiliyyətlərini inkişaf etdirməkdə, öz ətraflarına xidmət etmək bacarıqları əldə etməkdə onlara kömək etmək məqsididir. İlk silsilə kurslar 7 kitabdan ibarətdir Birinci kitab Ruhun həyatı haqqında düşüncələr adlanır. Bu kursda iştirakçılar ruhun təbiəti, insana bəxş edilmiş qabiliyyətlər, habelə gündəlik həyatlarında göstərə biləcəkləri məziyyətlər haqqında öyrənir, həyatın mənası, öz taleləri və həyat məqsədləri üzərində düşünür, dua və onun insan həyatında necə bir mühüm təsirə malik olması barədə öyrənirlər. Kursun gedişatı zamanı iştirakçılar aldıqları bilikləri praktikada tətbiq edir, bu bilikləri başqaları ilə bölüşür, dostları və yaxınları üçün həyatın ən müxtəlif hallarına aid dualar oxunan görüşlər keçirməyi öyrənirlər. İkinci kitab Bu kitabda iştirakçılar daha çox inam əldə edir, öz ətraflarını nəzərə almaqla xidmət mövzusunu daha dərindən öyrənir və öz biliklərini bölüşmək üçün ziyarətlər etmək qabiliyyəti əldə edirlər. Üçüncü kitab Bu kitab 5–7 yaşlı uşaqların ruhani tərbiyəsinə həsr olunmuşdur. İştirakçılar uşaqlar üçün sadə məşğələlər aparmağı öyrənir və ruhani keyfiyyətlərini inkişaf etdirməkdə onlara kömək edirlər. Dördüncü kitab Təlimləri ilə bəşəriyyətin həyatında yeni epoxanın əsasını qoyan iki xüsusi Şəxsiyyətin, Allahın Elçilərinin həyatı ilə tanış olur və Bu Günün(yeni vəhy dövrünün) əhəmiyyəti barədə anlayış əldə edirlər.
Ruhi xəstəxana
Ruhi xəstəxana — ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin saxlanıldığı və onların müalicəsi üçün nəzərdə tutulmuş xəstəxana. Baş verən ruhi-əsəb (depressiya, şizofreniya, bipolyar pozuntu və ağıl xəstəliyi) xəstəliklərinin növündən aslı olaraq ruhi xəstəxanaların təyinatı dəyişə bilər. Bəzi xəstəxanalar qısa müddətlik müalicə və reablitasiya xidmətləri üçün nəzərdə tutulsada, bir digər növ xəstəxanalarda isə ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər həyatlarının sonlarına kimi saxlanılırlar. == Tarixi == Ruhi xəstəxanaların tarixi şərq ölkələrindən başlanır. Ruhi xəstəxana tipli ilk mərkəz 705-ci ildə Bağdad şəhərində açılmışdır. VI Əməvi xəlifəsi I Vəlidin öndərliyi ilə açılan xəstəxana ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin bir yerdə toplanması və saxlanılması üçün nəzərdə tutulmuşdu. Növbəti bu tip xəstəxana da 800-cü ildə Qahirə şəhərində açılmışdır. 1270-ci ildə Dəməşq şəhərində isə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətlərinin öyrənilməsi məqsədi ilə ilk institut yaradılır. Dəməşqdə açılan xəstəxana daxili imkanlarına görə əvvəlkilərə nisbətən daha böyük və geniş olmuşdur. Şərq tibb dünyasında ruhi xəstələrin meditasiya, musiqi terapiyası və dərmanlarla sağaldıda biləcəyinə inanılırdı.
Ruhi Çenet
Ruhi Çenet (20 oktyabr 1990, Aydın ili) — türk youtuber və aktyor. == Həyatı və karyerası == Ruhi Çenet 20 oktyabr 1990-cı ildə Türkiyənin Aydın şəhərində anadan olub. Təhsili üçün Hindistana gedib. Hindistandan universitet təhsilini tamamladıqdan sonra 2011-ci ildə Türkiyəyə gəlib. Türkiyəyə gəldikdən sonra YouTube platforması üçün videolar hazırlamağa başladı. 4 noyabr 2022-ci il tarixinə əsasən YouTube'da 6,56 milyon abunəçisi var. == Maraqlı videoları == === Ruhi Çenet Çində === 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan koronavirus haqqında videoreportaj hazırlamaq üçün Ruhi Çenet 2 fevral 2020 tarixində Çinə getmişdir. Ruhi Çenet Çində olduğu müddətdə burdakı insanlardan reportaj götürmüş və pandemiya haqqında ətraflı məlumat əldə edə bilmişdir. === Ruhi Çenet Ermənistanda === Ruhi Çenet 11 fevral 2020 tarixində Ermənistana gedərək, burada Türklərə olan münasibət haqqında videoreportaj hazırlayır. O buradakı Ermənilərdən müsahibə götürüb, onlara bəzi suallar verib.
Ruhi Əliyeva
Ruhi Əliyeva(tam adı: Ruhiyyə Nəsrəddin qızı Əliyeva; 8 mart 1977, Tovuz) — Azərbaycanlı iş xanımı, TV aparıcı, prodüser. == Həyatı == Ruhiyyə (Ruhi) Əliyeva 1977-ci ilin 8 mart tarixində Azərbaycanın Tovuz şəhərində yerləşən Aşağıeyyublu kəndində dünyaya göz açıb. Ziyalı ailəsində doğulan Ruhi, 1983-cü ildə Tovuz şəhəri, adıçəkilən kənddə yerləşən 2 saylı tam orta məktəbə daxil olub. Orta məktəbi bitirib. === Şəxsi həyatı === Ailəlidir. İki övladı var. == Karyerası == Ruhi peşəkar səhnəyə 2007-ci ildə gəlib. Elə həmin ildə onun ilk mahnı və klipi işıq üzü görüb. 2009-ci ildə R.Əliyeva ilk və yeganə albomunu oxucu kütləsinə təqdim edir. Ramiz Rövşənin müəllifi olduğu “Mən sənsiz ölmədim” şeiri öncə mahnıya, ardınca klipə və sonra 12 musiqi parçasından ibarət diskə çevrilir.
Ruhi Ərsoy
Ruhi Ərsoy (2 dekabr 1972, Osmaniyə) — türk siyasətçisi, akademik, Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü. == Həyat və fəaliyyəti == Ruhi Ərsoy 1972-ci il 2 dekabrda Osmaniyədə anadan olub.
Ruhi Sarıalp
Ruhi Sarıalp (türk. Ruhi Sarıalp) — Üç təkanla tullanmada yarışan türk atlet. O, Avropa Atletika Çempionatları və Olimpiya Oyunları tarixində medal qazanan ilk türk idmançıdır. Ruhi Sarıalp 1984-cü il Olimpiya Oyunlarında boksçu Eyüp Can bürünc medal qazanana qədər 36 il ərzində Türkiyə üçün olimpiadalarda güləşdən başqa medal qazanan yeganə idmançı olmuşdur. Bu Əşrəf Apakın 2004-cü ildə çəkic atmada bürünc medalına qədər 56 il ərzində qazanılan yeganə olimpiya medalı idi. Ruhi Sarıalpın 1950-ci ildə Brüsseldə qazandığı bürünc medal, 2002-ci ildə Süreyya Ayhanın 1500 metr qaçışda qızıl medal qazanmasına qədər 52 il Türkiyənin Avropa Atletika Çempionatında yeganə uğuru olaraq qalmışdı. == Həyati == Manisa Hərbi Liseyində atletika ilə məşğul olan Sarıalp daha sonra Fənərbaxçaya keçib. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında üç təkanla tullanmada Türkiyəni təmsil edib və bürünc medal qazanıb. Bu medal Əşref Apak 2004 Yay Olimpiya Oyunlarında çəkic atmada bürünc medal qazanana qədər 56 il ərzində Türkiyənin atletika üzrə olimpiadalarda qazandığı yeganə medal idi. Sarıalp eyni uğuru 1950-ci ildə Brüsseldə keçirilən Avropa Atletika Çempionatında da göstərmişdi.
Ot-Düi
Ot-Düi (fr. Hautes-Duyes, oks. Duias Autas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04177. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 32 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 22 yaş arasında (15-64 yaş arasında) 15 nəfər iqtisadi cəhətdən fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 81.3%). Fəal olan 15 nəfərdən 13 nəfəri (9 kişi və 4 qadın), 2 qadın işsiz idi.
Abdullah Al-Duri
Abdullah Al-Duri (13 dekabr 1998) — İraqlı üzgüçü. Abdullah Al-Duri İraqı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Abdullah Al-Duri birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 26.28 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 60-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Baba Kuhi Bakuvi
Baba Kuhi Bakuvi (948, Şiraz – 1037, Şiraz) — Azərbaycan da doğulmuş məşhur şair və alim. X-XI əsrin səyyahı, tədqiqatçısı, mühəndisi. == Həyatı == Bakıdan çox-çox uzaqlarda, Şiraz şəhərində yerli əhalinin və çoxsaylı zəvvarların ziyarətgahına çevrilmiş bir məzar var. Bu məzar barədə çoxlu rəvayətlər danışırlar. Həmin rəvayətlərdən birində deyilir ki, Şərqin dahi sənətkarı, böyük İran şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə bu məzarın yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş öləndə isə onun yanında dəfn olunmuşdur. Şirvanlı Baba Kuhi Bakuvi sağlığında belə böyük hörmət-izzət qazanmış və ölümündən sonrakı min il ərzində də daim dərin rəqbətlə xatırlanan şəxslərdəndir. Yeni dövrün mənbələrində ilk dəfə onun adına Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində rast gəlirik: "Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə girişmiş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər.
Dahi (teleserial, 2017)
Dahi (ing. Genius) — National Geographic telekanalında yayımlanan ABŞ istehsalı antologiya və tarixi dram teleserialı. Serialın hər mövsümündə müxtəlif məşhur dahilərin həyatları mövzunu təşkil edir.Serialın 4-cü mövsümü Disney+ platformasında yayımlanmışdır. == Mövzu == İlk mövsüm Eynşteynin həyatının ilk dövrü haqdadır. Mövsüm Eynşteynin ilk təhsili, doktrantura təhsili və nisbilik nəzəriyyəsi dövrüdür. İkinci mövsümdə Pablo Pikassonun həyatındakı iki dövr yer alır: birincisi gənclik illərində bacarığını kəşf edilməsi, ikincisi faşizmin yüksəlişi və Pikassonun məşhur sənətçi olduğu dövr. Üçüncü mövsümdə Areta Franklinin həyatındakı iki dövr yer alır: on iki yaşında həmilə qalan gənc müğənni və "Ruhun kraliçası" ləqəbini qazanan ulduz olduğu dövr. == Rollarda == === 1-ci mövsüm === Ceffri Raş — Albert EynşteynConni Flinn — Gənc Albert EynşteynSamanta Kolli — Mileva MariçNikki Hen — Gənc Mileva MariçRiçard Tapol — Friz Haber Mişel Makelhetton — Filipp Lenard Emili Vatson — Elza EynşteynQvindolin Ellis — Gənc Elza EynşteynRalf Braun — Maks Plank === 2-ci mövsüm === Antonio Banderas — Pablo PikassoAleks Riç — Gənc Pablo Pikasso Alessio Skalzatto — 14 yaşlı Pablo Pikasso Timoti Lions — 9 yaşlı Pablo PikassoFrançoiz Qilot — Klemesi Poezi Samanta Kolli — Dora Maar === 3-cü mövsüm === Kintia Erivo — Areta FranklinŞeyan Cordan — Gənc Areta FranklinKourtni Vens — Klerensi Franklin David Kross — Cerri Veksler Malkolm Berett — Ted Uayt Patrik Kovinqton — Erma Franklin Kimberli Hebert Qriqori — Rat Boven Rebekka Naomi Cons — Karolin Franklin == Mövsümlər == == İstinadlar == == Xarici keçidlər == Dahi — "Disney+" platformasında.
Dahi Ferma Teoremi
Bu teoremi Diofantın "Hesab" kitabının ikinci hissəsində, 8-ci məsələnin qarşısında yazmışdı: "Verilən kvadartı iki kvadrata ayırın". Başqa sözlə desək, verilmiş a ədədi üçün x2 + y2 = a2 tənliyini rasional həllərini tapmaq tələb olunur. Bu da ki bizlərə çox yaxşı tanış olan Pifaqor teoremidir və onun sonsuz sayda həlli var. Ferma qeyd etmişdir: "Kubu iki kuba, kvadratın kvadratını iki kvadratın kvadratına, ümumiyyətlə dərəcəsi ikidən böyük sonsuzluğa qədər heç bir qüvvəti bütün həmin dərəcəli iki qüvvətə ayırmaq olmaz. Mən bunun həqiqətən çox gözəl isbatını tapmışam, ama onun üçün yer olduqca azdır". Tutaq ki, bizə belə bir məsələ verilib: Verilmiş tam müsbət n üçün a n + b n = c n {\displaystyle a^{n}+b^{n}=c^{n}\,\!} düsturunu ödəyən a,b və c tam ədədlərini tapın(a,b,c>0). Başqa sözlə xn + yn = zn qeyri-müəyyən tənliyinin n≥3 olduqda, heç bir rasiolnal həlli yoxdur. Bu təklif Fermanın böyük və ya sonuncu teoremi adlanır. İlk baxışdan asan və ya adi görünən bu məsələ təxminən üç əsr yarım dünyanın böyük riyaziyyatçılarına meydan oxumuşdur, оnun isbatını riyaziyyatçılar 350 ildən çox axtarmalı olmuşlar. Bu məsələnin həlli Ferma Teoremi (və ya Böyük Ferma Teoremi və ya Son Ferma Teoremi) ilə bağlıdır.
İzzət İbrahim Duri
İzzət İbrahim Duri (ərəb. عزة إبراهيم الدوري‎; 1 iyul 1942, Əd-Dаur, Səlahəddin mühafəzəsi – 26 oktyabr 2020, İraq) — İraq siyasətçisi və hərbi lideri. == Həyatı == İzzət İbrahim Duri 1 iyul 1942-ci ildə İraqın Əd-Daur şəhərində anadan olmuşdur. O, 2003-cü ildə İraqın işğalına qədər İraq İnqilab Komandanlığının vitse-prezidenti olmuşdur. Duri keçmiş prezident Səddam Hüseynin yaxın müşaviri və köməkçisi olmuşdur. O, İraqın üsyançı təşkilatı Nəqşbəndi Ordusuna rəhbərlik etmişdir. ABŞ 2003-cü ildə onun haqqında məlumat verənə 10 milyon dollar mükafat verəcəyini bildirmişdir. İzzət İbrahim Duri 26 oktyabr 2020-ci ildə İraqın Bağdad şəhərində, 78 yaşında vəfat etmişdir. Ölüm səbəbi naməlumdur.
Baba Kuhi Bakuvi məscidi
== Tapılması == 1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. == Haqqında == Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Dahi azərbaycanlı (film, 2013)
Dahi azərbaycanlı — 2013-cü ildə Azərbaycan Televiziyasının “Azərbaycantelefilm” yaradıcılıq birliyində istehsal olunan ekran əsəri.“Dahi azərbaycanlı” sənədli filminə Ümummilli Liderin zəngin ömür yolunu əks etdirən yeni materiallar, xüsusilə də Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrü və gənclik illərini əks etdirən maraqlı faktlar daxil edilmişdir. == Məzmun == Film Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub.
Dahi qurucu (film, 2009)
Dahi qurucu — rejissor Almas Məmmədovanın 2009-cu ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə mərhum prezident, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs olunur. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.
Naməlum dahi (film, 2019)
== Sloqan == "Biveclər haqqındakı miflər həqiqi istedadların adsız qəbirləri üzərində qurulur". Mübariz Nağıyev == Məzmun == Film ABŞ yazıçısı Vilyan Tennin "Mornielle Metawayin kəşf olunması" hekayəsinin motivləri əsasında təbdil edilmişdir. Futuristik antiutopiya komediyası olan film istedadsız bir rəssamın gələcəkdəki şöhrəti haqda maraqlı detalları əks etdirir.
Cudi dağı
Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ. == Coğrafiyası == == Tarixi rəvayətlər == İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. == Tarixi == Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.