Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ünəş
Ünəş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ünəş kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
Enes Kanter
Enes Kanter (türk. Enes Kanter; doğulub 20 may 1992-ci il, Sürix, İsveçrə) — türk basketbolçusu. Son vaxtlar NBA-da Boston Seltiks komandasında oynamış. 2011-ci ildə keçirilən NBA Draftın birinci raunduna 3 nömrə ilə seçilmişdir. == Bioqrafiyası == 2006-2008-ci illərdə Fənərbaxça Ülker gənclər komandasında oynamışdır. Sonra 2008-2009-cu il mövsümündə böyüklər komandasına keçdi, lakin nadir hallarda oynaya bildi. Komandanın ən azı doqquz matçında - dördü Avroliqada, beşi isə Türkiyə çempionatında oynamışdır. Fənərbaxça və Olympiakos Kanterə peşəkar müqavilələr təklif etdilər, lakin ABŞ-dəki kolleclərdən birində oynamaq istədiyi üçün imtina etdi. === Kollej === Kanter ABŞ-yə getdi və Kaliforniyanın Simi-Velli şəhərinin Stounridj hazırlıq məktəbində oynamağa başladı. 14 aprel 2010-cu ildə Kanter Kentukki Universitetinə keçdi və NCAA-da çıxış etməyə başladı.
Enes dili
Enes dili — eneslərin dili. Samodi dillərinə aiddir. Rusiya Federasiyasının Taymır rayonunun Yenisey çayı sahillərində yaşayırlar. Enes dilində 43 nəfər danışır (2010). 2002-ci ildə onların sayı 119 idi. Bir-birindən kəskin fərqlənən iki dialekti var — somatu (tundra, xantay, turuxan) və pe-bay (meşə, baixin, каrasin, маnqazey). Qrammatikası ilə nenes dilinə və nqanasan diliə yaxındır və qohum dillər sayılır. == Enes əlifbası == Əlifbası 1980—1990-cı illərdə hazırlanıb. Rəsmi surətdə qəbul edilmənib, ancaq onunla üç kitab buraxılıb (o cümlədən məktəblilər üçün rus-enes lüğəti ). «Таymır» qəzetində nadir hallarda enes dilində materiallar dərc edilir.
Enes Ünal
Enes Ünal (d. 10 may 1997; Bursa, Türkiyə) — hücumçu mövqeyində çıxış edən Türkiyəli futbolçu. 2017-ci ildən etibarən İspaniya La Liqasında mübarizə aparan "Vilyarrel" FK-da çıxış edir. Debüt oyununa 16 yaş 107 gün olan zaman, Bursasporun heyətində çıxan Enes Ünal, həmdə 2015-ci ildən etibarən Türkiyə yığmasının formasını geyinir. == Həyatı == Enes Ünal 10 may 1997-ci ildə Türkiyənin Bursa ilinin Osmanqazi ilçəsində anadan olub. Onun atası Mesut Ünal, "Bursaspor"un sabiq futbolçusudur. == Karyerası == === Bursaspor (2013-2015) === === Genk (2015-2016) === === NAK Breda (2016) === === Tvente (2016-2017) === 2016-cı il 23 iyulda "Mançester Siti" komandası Enes Ünalı, Hollandiya Erediviziyasında çıxış edən "Tvente" komandasına icarəyə verdi. O, "Tvente" komandasının heyətində birinci qollarını, 2016-cı il 21 avqustda "Qroninqen" komandasına qarşı baş tutan oyunda vurdu. "Tvente" komandasının 4:3 hesablı qələbə qazandığı oyunda Enes Ünal, 23, 26 və 39-cu dəqiqələrdə qol vurdu. Ümumi olaraq isə Enes Ünal, mövsüm ərzində "Tvente" komandasının heyətində 33 oyuna çıxdı və 19 qol vurdu.
Enes İbrahim
Enes İbrahim — Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi. == Həyatı == Enes İbrahim 1984-cü ilin 8 avqust tarixində Makedoniyanın paytaxtı Skopye şəhərində türk ailəsində anadan olmuşdur. İlk təhsilini Təfəyyüz məktəbində aldıqdan sonra Yəhya Kamal Kollecində təhsil almışdır.Ali təhsil almaq üçün Skopye şəhərində yerləşən Skopye Kiril və Metodiy Universitetinin filologiya faklütəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə sosial aktivliyi ilə seçilən Enes İbrahim Makedoniyada yaşayan türk icmasının problem və çətinliklərini ölkə gündəminə gətirməyə çalışırdı. == Fəaliyyətləri == 2008-ci ildə ölkənin ictimai çevrəsi ilə birlikdə Üfüq təşkilatını yaratmış, 2012-ci ildə həmin təşkilatın sədri seçilmişdir. Eyni zamanda təşkilatın rəsmi mətbu orqanı olan Üfüq jurnalının təşkilatda rəhbər olduğu müddət ərzində baş redaktoru kimi çalışmışdır.İctimai fəaliyyətində əsasən Makedoniya yaşayan etnik azlıqların problemlərini qabardan Enes İbrahim mövzu ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində onlarca tədbir, konfrans və platformalar təşkil etmişdir. 2012-ci ildə Türk Hərəkatı Partiyasına qoşulmuşdur və 2013-cü ildə partiyanın keçirdiyi daxili qurultayda baş katibi,2018-ci ildə səs çoxluğu ilə partiyanın sədri seçilmişdir.2014-cü ildə Makedoniyada keçirilən erkən parlament seçkilərində iştirak edərək qalib gəlmişdir. Enes İbrahim müxalif cəbhədən təmsil olunur və Makedoniya parlamentinin tək türk və müsəlman millət vəkilidir.Enes İbrahim "Ufuq" Dərnəyinə rəhbərlik etdiyi zamanlar Makedoniyada Dağlıq Qarabağ münaqişəsinin Makedoniya cəmiyyətinə çatdırılmasında böyük fəallıq göstərib. Bu gündə Azərbaycanla bağlı fəaliyyətini davam etdirir. 2016-cı ilin sentyabr ayında Azərbaycanlı jurnalist Elnur Eltürklə Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti adlı diaspor təşkilatı yaradıblar.
Tom Jones
Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord ing. Thomas John Woodward; d. 7 iyun 1940) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir. == Həyatı == Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adında oğlu və övladlığa götürülmüş Donna adında qızı var. O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür.
Vinnie Jones
Vincent Peter Jones (5 yanvar 1965, Uotford, İngiltərə) — keçmiş ingilis futbolçusudur. Futboldan sonra onun aktyorluq karyerası başlamışdır. 2011-ci ildə çəkilmiş Cross (Azərbaycan dilində: Atışma) filmində rol almışdır. == Həyatı == O, 5 yanvar 1965-ci ildə Uotfordda Piter və Qlenda (Harris) Consun ailəsində anadan olub. 1994-cü ildə Tanya Terri ilə evlənmişdir. Tanyanın keçmiş həyat yoldaşından (Stiv Terri) Kayli (1987-ci il təvəllüdlü) adlı qızı və Vinni Consdan da Aaron (1991-ci il təvəllüdlü) adlı bir oğlu vardır. Oğlu Aaron Cons Kral Hərbi Kollecində oxumuşdur. O, 2008-ci ilin avqustunda məzun olmuş və Britaniya ordusunun Sahil Mühafizəsi bölməsində xidmət edir.
İnes Melçor
İnes Melçor (30 avqust 1986) — Perulı marafonçu. İnes Melçor Perunu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İnes Melçor birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 28 dəqiqə 54 saniyəyə qət edərək 118 marafonçu sırasında 25-ci yeri tutdu. İnes Melçor növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada məsafəni sona gədər qət edə bilmədi.
Con Neş
Con Neş (ing. John Forbes Nash; 13 iyun 1928[…], Blufayld[d], Qərbi Virciniya – 23 may 2015[…], Monroe qəsəbəsi[d], Nyu Cersi) — amerikalı riyaziyyatçı və iqtisadçı. Oyunlar nəzəriyyəsindəki tədqiqatlarına görə 1994-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını Reynhard Zelten və Con Xarsani ilə bölüşmüşdür. Eyni zamanda diferensial həndəsə və qismi diferensial tənliklər sahələrindəki tədqiqatları ilə də tanınır. Nəzəriyyələri bazar iqtisadiyyatı, hesablama, təkamül biologiyası, süni intellekt, mühasibat, siyasət və hərbi nəzəriyyələrdə istifadə olunur. == Həyatı == Con Neş bakalavr və magistr təhsilini Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) tamamladıqdan sonra doktorluq dərəcəsinə yüksəlmək üçün Prinston Universitetinə getdi. 21 yaşında hazırladığı doktorluq dissertasiyası olan Oyunlar nəzəriyyəsi uzun illər sonra, 1994-cü ildə ona İqtisadiyyat üzrə Nobel mükafatını qazandırmışdı. Con Neş Con fon Neymanın kəşfi olan Oyunlar nəzəriyyəsindəki problemləri həll edib, onu istifadəyə yararlı hala gətirdi. Con Neş 30 yaşına qədər parlaq düşüncələri və gözə gəlimli şəxsiyyətinə görə sürətlə yüksələrək riyaziyyat toplumunun qabaqcıl şəxslərindən biri oldu. Massaçusets Texnologiya İnstitutunda professor olaraq işləməyə başlayarkən Alisa Lerdi ilə tanış oldu.
Nes-Siona
Ness Ziona — İsraildə Şəhər. Əsası 1883-cü ildə qoyulub. Əhalisi 50000 nəfərdir. İcra başçısı Shmuel Boxer'dir. == Haqqında == Şəhərin əvvəlki adı Siosa olub.Buranın adı ivritcə "yəhudilər şəhəri" deməkdir.Gerbində də görüldüyü kimi şəhər ədalət məkanı sayılır.Həmçinin suptropik ərazidir.Portağalgillər ailəsindən olan bitkilərin vətənidir.
Neş tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz.Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. == Tarixi == Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir. == Riyazi tərtibi == Fərz edək ki, ( S , H ) {\displaystyle (S,H)} — n normal formadakı şəxslərlə kooperativ olmayan oyundur , burada S — saf strategiyaların məcmusu və H — qələbə toplusu.
D.L.Jones
Devid Lloyd Cons (ing. David Lloyd Jones; 1944, Viktoriya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Devid Lloyd Cons qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Native Orchids of Australia. 1988.
Malik ibn Ənəs
Mâlik bin Ənəs (Ərəbcə: مالك بن أنس) — Maliki məzhəbinin qurucusu, böyük müctəhid və mühəddis. Tam adı Əbu Abdillah Malik bin Ənəs bin Malik bin Əbî Âmir el-Əsbahi əl-Yəməni Ərəbcə: أبو عبد الله مالك بن أنس بن مالك بن أبي عامر بن عمر الأصبحي اليمني dir. 712 (Hicri 93) ilində Mədinədə doğulmuş, 795 (Hicri 179) ilində eyni yerdə vəfat etmişdir. Prof. Əbu Zəhranın araşdırmalarına görə Malik ibn Ənəs Hicri 93-cü ildə (miladi 712) Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb əsilli bir ailədə doğulmuşdu. Ona "Mədinə imamı" da deyirdilər. İmam Malikin tam adı Əbu Abdullah Malik ibn Ənəs ibn Əbi Əmir ibn Əmr ibn əl-Xaris ibn Qayman ibn Hüseyl ibn Əmr ibn əl-Həris əl-Əshabidir. Atası Yəmənli Zu Əsbah qəbiləsinə mənsub Ənəs ibn Malik ibn Əbi Əmir əl-Əsbahdır. Anası isə Yəmənin ərəb qəbilələrindən əl-Əzdi qəbiləsinə mənsub olub adı Aliyə binti Şureyk əl-Əzdiyyədir. İmam Malikin babası Malik Yəmən valisi tərəfindən zülmə məruz qaldığına görə Mədinəyə köç edərək burada Qureyş qəbiləsinə mənsub Bəni Teym ibn Murra qəbiləsi ilə qohum olmuşdu.
Number Ones (albom)
Number Ones — Maykl Ceksonun albomu.
Sam J. Jones
Sem C. Cons (ing. Sam J. Jones; d. 12 avqust 1954, Çikaqo) — ABŞ aktyoru.
Ənəs bin Nadr
Ənəs bin Nadr (ərəb. ﺍﻧﺲ ﺑﻦ ﻧﻀﺮ‎; Mədinə – Mədinə) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Bənu Adi ibn Nəccar qəbiləsindəndir və Ənəs ibn Malikin əmisidir. Uhud döyüşündə şəhid olmuşdur. İslam inancına görə onun şərəfli ölüm dərəcəsi sayılan şəhadət dərəcəsinə malik olması qəbul edilir. Quranda Əhzab surəsi 23-cü ayə Ənəs bin Nadr haqqında nazil olmuşdur. “Möminlər içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər”. Onun bədənində səksəndən çox olduğu yara olduğu görülmüşdür.
Ənəs ibn Malik
Ənəs ibn Malik (ərəb. أنس بن مالك‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Taifdəki sakif tayfasının başçısı. Mədinə qəbiləsindən olan Xəzrəcdəndir. Tanınmış hədis ravisidir. == Bioqrafiyası == Ənəsin anası Ümmü Süleym İslamı erkən qəbul edir. Bu səbəbdən əri ilə münaqişəsi yaranır və əri onu inancından döndərməyə cəhd göstərir. Əri Suriyaya gedir və bir müddət sonra orada dünyasını dəyişir. Ərinin vəfatından sonra Ümmü Süleym Təlhə ibn Ubeydullah ilə evlənir. Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı Ənəs ibn Malikin cəmi 10 yaşı var idi. Ümmü Saleym oğlunu Peyğəmbərin hüzuruna gətirərək və Ənəsi ona xidmətçi olaraq təklif edir.
Sinan ibn Ənəs
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. == Həyatı == Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbi Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Shook Ones (Part II)
Shook Ones (Part II) (azərb. "Titrəmişlər" (II hissə)‎) — Mobb Deep tərəfindən yazılan və rep qrupunun ikinci solo albomu - "The Infamous"-a daxil edilən mahnı. "Rolling Stone" dərgisi "Shook Ones (Part II)" mahnısını "bütün zamanların 50 ən məşhur hip hop mahnısı" siyahısında 35-ci yerə layiq görmüşdür.
İmam Malik ibn Ənəs
Mâlik bin Ənəs (Ərəbcə: مالك بن أنس) — Maliki məzhəbinin qurucusu, böyük müctəhid və mühəddis. Tam adı Əbu Abdillah Malik bin Ənəs bin Malik bin Əbî Âmir el-Əsbahi əl-Yəməni Ərəbcə: أبو عبد الله مالك بن أنس بن مالك بن أبي عامر بن عمر الأصبحي اليمني dir. 712 (Hicri 93) ilində Mədinədə doğulmuş, 795 (Hicri 179) ilində eyni yerdə vəfat etmişdir. Prof. Əbu Zəhranın araşdırmalarına görə Malik ibn Ənəs Hicri 93-cü ildə (miladi 712) Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb əsilli bir ailədə doğulmuşdu. Ona "Mədinə imamı" da deyirdilər. İmam Malikin tam adı Əbu Abdullah Malik ibn Ənəs ibn Əbi Əmir ibn Əmr ibn əl-Xaris ibn Qayman ibn Hüseyl ibn Əmr ibn əl-Həris əl-Əshabidir. Atası Yəmənli Zu Əsbah qəbiləsinə mənsub Ənəs ibn Malik ibn Əbi Əmir əl-Əsbahdır. Anası isə Yəmənin ərəb qəbilələrindən əl-Əzdi qəbiləsinə mənsub olub adı Aliyə binti Şureyk əl-Əzdiyyədir. İmam Malikin babası Malik Yəmən valisi tərəfindən zülmə məruz qaldığına görə Mədinəyə köç edərək burada Qureyş qəbiləsinə mənsub Bəni Teym ibn Murra qəbiləsi ilə qohum olmuşdu.
Number Ones (Maykl Cekson albomu)
Number Ones — Maykl Ceksonun albomu.
Xuana İnes de la Krus
Xuana İnes de la Krus(isp. Juana Inés de Asbaje y Ramírez de Santillana; 12 noyabr 1651, Nepantla de Sor Juana İnes de la Kruz[d], Kastiliya krallığı – 17 aprel 1695[…], Mexiko, Kastiliya krallığı) — Meksika şairəsi. == İlk illəri == Dona İnes de Asbaxe i Ramires de Santilyana 1648-ci ildə Mexiko şəhəri yaxınlığında doğulmuşdur. İspanəsilli meksikalı olan o, ispan məmur Don Pedro Manuel de Asuaxe i Varqa-Maçukanın nikahdan kənar qızı idi. 2 dekabr 1651-ci ildə İnes adı ilə xaç suyuna salınmışdır. == Fəaliyyəti == Xuana yazıçı, filosof, bəstəkar, şair olmuşdur. İspan qızıl dövründə verdiyi töhfələri səbəbilə "Onuncu muza" və "Amerika feniksi" ləqəbləri ilə tanınmışdır. "Birinci yuxu" adlı fəlsəfi silvanın müəllifi olmuşdur. Onun "Kastalida daşqını" adlı ilk sevgi poeziyası əsəri İspaniyada nəşr olunmuşdur. 1680-ci illərdə yazdığı "Axmaq kişilər" əsəri Amerika yazılmış ilk proto-feminist əsərlərdən biri hesab olunur.
Enes Batur: Real Qəhrəman (film, 2019)
Enes Batur: real qəhrəman — rejissoru Doğa Can Anafarta olan Türk komediya və macəra filmi. == Oyunçular == Enes Batur (Enes Batur) Ömer Başdoğan (Ömer) Altan Erkekli (Master) Damla Aslanalp (Işın) Kanbolat Görkem Arslan (Tan Veyder) Ebru Ojen Şahin (Ceyda) Selin Deveci (Blackear) Ramin Nezir (Blue Mask) Resul Doğan (Resul) Gökhan Güngör (Grubengas) Cansu Bulut (Yaube) Buket Dereoğlu (Alev Veyder) Rengin Samurçay (Şadiye) Seyithan Özdemir (Barut) Atilla Pekdemir (Atilla) Atakan Özyurt (Atakan) Bilal Hancı (Bilal) Fatih Yasin (Fatih) Halil Söyletmez (Halil) Ruhi Çenet (Ruhi) Şeyda Erdoğan (Şeyda) Burak Güngör (Burak) Buse Plan (Buse) Murat Sungurtekin (Enes Baturun əmisi) == Yayımlanması == 31 may 2019-da yayımlamaya girən film, ilk üç gündə 90.353 nəfər tərəfindən izləndi və 1 milyon 407 min lirə gəlir eldə etti. Yeddi həftə yayımda qalan film cəmi 7 milyon 354 min lirə gəlirə çatdı. == Həmçinin bax == • Enes Batur • Enes Batur: Xəyalmı Gerçəkmi?
Enes Batur: Xəyalmı Gerçəkmi? (film, 2018)
Enes Batur: xəyalmı gerçəkmi? — Rejissor Kamil Çətinin, Enes Batur, Ənvər Sülük və Büşra Nur Qaraxanın ssenarisi əsasında 2018-ci ildə ekranlaşdırdığı komediya filmi. Film 11 həftə kinoteatrlarda nümayişdə olmuş, 1,4 milyon nəfər tərəfindən izlənilmiş və bu müddət ərzində 17 milyon Türk lirəsi əldə etmişdir. Film bir uşağın özünü inkişaf etdirərək dünya ulduzu olmasından bəhs edir. Bu inkişafda onun xarakter dəyişiklikləri, etdiyi seçimlər və psixologiyası əsas yer tutur. Saf xarakter dünya ulduzu olduqdan sonra bu yaxşı xüsusiyyətlərini itirir. == Məzmun == Personajın adı Enes Baturdur. Enesin atası polis, anası tibb bacısı olduğundan o, davamlı tənha qalır. Ailəsi tərəfindən sevgi görmədiyindən özünə qapalı uşaqdır. Atası o, altı yaşında olarkən ona kompüter alır və filmin əsas hissəsi buradan başlayır.
The Last of the Real Ones
The Last of the Real Ones (azərb. Sonuncu xüsusi biri‎) – ABŞ rok qrupu Fall Out Boy tərəfindən buraxılmış sinql. 14 sentyabr 2017-ci ildə Şimali Amerikada, 15 sentyabr 2017-ci ildə bütün dünyada buraxılmışdır. 16 sentyabr 2017-ci ildə House of Blues konsert zalında, 18 sentyabr 2017-ci ildə "Jimmy Kimmel Live!" verilişində canlı ifa olunmuşdur. == Musiqi videosu == "The Last of the Real Ones" üçün musiqi videosu sinqlın buraxıldığı üçün gün buraxılmışdır. Videoda maşının baqajına bağlanmış Pit Vents lamalar tərəfindən kürəklə döyülür. Bu video Kanye Vestin "Flashing Lights" mahnısının musiqi videosunu xatırladır. Belə ki, həmin videoda da Kanye Vest baqaja bağlanmış vəziyyətdədir və qadın tərəfindən kürəklə döyülür. Makkoy | Meyer cütlüyü videonun rejissorları olmuşdurlar.
2NE1
2NE1 (kor: 투애니원) — ikinci nəsil k-pop qız qrupu. 2009-cu ildə YG Entertainment idarəçiliyi altında "Fire" sinqlı ilə debüt etmişdirlər. Qrup 4 üzvdən ibarət idi: CL, Bom, Minzy, Dara.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Anus
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.
Arəş
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür. Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.