Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalisiya
Qalisiya-İspaniyanın şimal qərbində yerləşən muxtar region. A Koruniya, Lugo, Ourense və Pontevedra əyalətlərindən ibarətdir.Cənubdan Portuqaliya ilə, şərqdən İspaniyanın muxtar birlikləri Kastiliya və Leon və Asturiya ilə, qərbdən Atlantik okeanı ilə, və şimaldan Biskay körfəzi ilə həmsərhəddir.2012-ci ildə əhalisi 2,778,913 nəfərdən ibarət idi və ümumi sahəsi 29574 km² dir.
Baccharis salicina
Baccharis salicina (lat. Baccharis salicina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Inula salicina
Inula salicina (lat. Inula salicina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Nectandra salicina
Damburneya salicina (lat. Damburneya salicina) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin damburneya cinsinə aid bitki növü.
Prunus salicina
Prunus salicina (lat. Prunus salicina) — gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Qalisiya dili
Qalisiya dili (galego) — Hind-Avropa dillərinin İber-roman dilləri qolunun bir parçası olan və İspaniyanın Qalisiya bölgəsində danışılan dil. Ən çox portuqal dilinə bənzəyir.
Qalisiya döyüşü
Qalisiya döyüşü və ya Lvov döyüşü— Birinci Dünya Müharibəsinin əvvəlində Rusiya və Avstriya-Macarıstan İmperiyası arasında baş verən döyüşdür. Avstriya-Macarıstan ordusunun məğlubiyyətindən sonra ruslar Lvov şəhərini ələ keçirdilər və şərqi Qalisiya bölgəsində nəzarəti təmin etdilər. Avqustun əvvəlində Rusiya ilə müharibə demək olar ki, müəyyən olduqda, Avstriya-Macarıstan baş qərargah rəisi Conrad von Hötzendorf şimal ordularına (1-ci və 4-cü ordular) Polşa krallığına hücum etmək qərarına gəldi. Rus ordusunun tezliklə Şərq Cəbhəsi üçün böyük güc toplaya biləcəyindən qorxan Von Hötzendorf, yeganə həll yolunu dərhal əməliyyata başlamaqda gördü. Komandir Almaniyanın Polşa hücumunu da dəstəkləyəcəklərinə ümid etdi, ancaq bölgədəki məhdud sayda alman əsgərinin müdafiənin güclü olması bu ümidi pozdu. Beləliklə, Polşaya tək girməli olan 1-ci və 4-cü Avstriya-Macarıstan orduları, 4-cü və 5-ci rus orduları tərəfindən qarşılandı. Digər tərəfdən, Avstriya-Macarıstanın Lvov üzərində hərəkət edəcəyini düşünən Rusiya ordusunun cənub-qərb cəbhəsinin komandiri Nikolay İvanov 3-cü və 8-ci ordularla şərqi Qalisiya bölgəsinə hücum etməyi planlaşdırırdı. Viktor Danklın rəhbərliyindəki 3-cü Avstriya-Macarıstan ordusu Lublində 4-cü Rusiya ordusu ilə görüşdü və Baron Salzanın nəzarəti altında bu qüvvəni geri çəkilməyə məcbur etdi. Krasnik döyüşü adlanan bu qarşıdurmada 6000 rus əsgəri əsir alındı. 4-cü Avstriya-Macarıstan ordusu, Çankmdan Denkl'e doğru irəliləyərək, Komarov döyüşü zamanı Pavel Plehve komandanlığı altında 5-ci Rusiya ordusunu geridə qoydu, 20,000 rus əsgərini əsir aldı.
Qalisiya regionalizmi
Qalisiya regionalizmi — Qalisiyada siyasi cərəyan. Bu cərəyan Qalisiyanizmin təkamül prosesinin aralıq mərhələsində baş vermişdir. Qalisiya vilayətçiliyi ilə Qalisiya milliyətçiliyi arasındadır.
Qalisiya sarışını
Qalisiya sarışını (qalis. Rubia galega; isp. Rubia gallega) — İspaniyanın Qalisiya bölgəsinə xas olan inək cinsi. Adını yer aldığı bölgədən və rəngindən alan bu cins sarı və qırmızı rənglə yanaşı başqa rənglərdə də ola bilir. Çəkisi 450-500 kq olub, orta ölçülüdür. Qalisiya sarışını əsasən ətinə görə saxlanılır. Südü isə ənənəvi Tetilla pendirinin hazırlanmasında istifadə olunur. Bu cins ilk dəfə 1933-cü ildə qeydə alınmışdır. 1900-cu illərdə simmental, İsveçrə qəhvəyisi və cənub Devons cinslərinin cütləşdirilməsi ilə yarandığı güman olunur.
Damburneya salicina
Damburneya salicina (lat. Damburneya salicina) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin damburneya cinsinə aid bitki növü.
Alisiya Amxerst
Alisiya Amxerst (ing. Alicia Amherst; 30 iyul 1865, Pul, Dorset[d] – 14 sentyabr 1941, Pul, Dorset[d]) — Böyük Britaniya botaniki, bağban və ingilis bağçılığın tarixinə dair ilk elmi kitabın müəllifi. == Elmi fəaliyyəti == Alisiya Amxerst toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == "The History of Gardening in England" (1896) "Children'S Gardens" (1902) "London Parks and Gardens" (1907) "Children and Gardens" (1908) "Wild Flowers of the Great Dominions of the British Empire" (1935) "Some Canadian Wildflowers: Being the First Part of Wild Flowers of the Great Dominions of the British Empire" (1937) "Historic Gardens of England" (1938) == Şərəfinə adlandırılmalar == 1918-ci ildə Alisiya Amxerst Britaniya İmperiyası Ordeninə layiq görülmüşdür. "Hebe" cinsinə aid 'Alicia Amherst' (sinonim "H. veitchii") sortu .
Alisiya Lurteq
Alisiya Lurteq (isp. Alicia Lourteig; 17 dekabr 1913[…], Buenos-Ayres – 30 iyul 2003[…], Buenos-Ayres) — Argentina botaniki. == Elmi fəaliyyəti == Alisiya Lurteq toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == A Lourteig, Ca O'Donell. 1942. «Acalypheae argentinae (Euphorbiaceae)» Lilloa VIII A Lourteig, Ca O'Donell. 1943. «Euphoriaceae argentinae. Phyllantheae, Dalechampieae, Cluytiae, Manihoteae». Lilloa IX A Lourteig, Ca O'Donell.
Alisiya Makkormak
Alisiya Makkormak(ing. Alicia McCormack; 7 iyun 1983, Sidney) — Avstraliyanı təmsil edən su poloçusu. Alisa McKormak, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Alisa McKormak, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Alisa McKormak 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Marina Anisina
Marina Vyaçeslavovna Anisina (rus. Марина Вячеславовна Анисина; d. 30 avqust 1975, Moskva, Sovet İttifaqı) — rus əsilli Fransa buzüstü rəqs üzrə xanım fiqurçusu. Marina Anisina, Qvendal Peyzera ilə birgə 1998-ci ildə baş tutan XVIII Qış Olimpiya Oyunlarında bürünc medal, 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında isə qızıl medal qazanıb. Anisina və Peyzera cütlüyü həm də 2000-ci ildə Dünya Çempionatının, 2000 və 2002-ci illərdə isə Avropa Çempionatının qalibi olub. Marina Anisina 1998-ci ildə Fransanın Xidmətlərə görə ordeninin Kavaler dərəcəsi ilə, 2003-cü ildə isə Fəxri Legion ordeninin Kavaler dərəcəsi ilə təltif edilib.
Qalisiya (Şərqi Avropa)
Qalisiya — 1945-ci ildə edilən sərhəd dəyişikliyi nəticəsində Polşa və Ukrayna dövlətlərinin daxilində qalan tarixi bölgə. Birinci Dünya müharibəsi zamanı (1914–1918) Osmanlı ordusu müttəfiq güclər (Almaniya, Avstriya-Macarıstan İmperiyası) ilə birlikdə Rusiya İmperiyasına qarşı Avstriya-Macarıstanın bir əyaləti olan bu torpaqlarda vuruşmuşdur (1916–1917). Osmanlı ordusu Qalisiya cəbhəsində 1050-dən artıq şəhid vermiş və burada 13 ayrı yerdə türk şəhidlikləri və abidələri düzəldilmişdir.
Qalisiya taxıl anbarı
Qalisiya taxıl anbarı (qalis. Hórreo galego) — İspaniyanın Qalisiya bölgəsində qarğıdalı və digər dənli bitkiləri öyütməzdən qabaq saxlamaq üçün istifadə olunan anbar tipi. Anbarın uzun və dar quruluşu havanın içəridə dolaşmasını asanlaşdırır. Uzun boylu forması və tikildiyi material taxılı nəmdən qoruyur. Üzərində durduğu ayaqlar zərərvericilərin ona dırmaşmasını çətinləşdirir. XIII əsrdə X Alfonsonun əmri ilə yazılmış "Müqəddəs Məryəm mahnıları" kitabında bu tip anbarların sxemi tapılmışdır. Çörək üçün lazım olan qarğıdalı əkininin artması ilə birlikdə taxıl anbarlarının da sayı artmışdır. 1973-cü ildə İspaniya hökuməti Qalisiya və Asturiyadakı bütün istifadə olunmayan qədim Qalisiya taxıl anbarlarını qorumaq qərarını vermişdir. 1768-ci ildə Karnotada inşa edilən bütün taxıl anbarları tarixi abidə kimi qəbul olunur. Taxıl anbarları 20 metrə qədər müxtəlif boylarda ola bilir.
Akışına Bırak (albom)
Akışına Bırak – Mustafa Sandal-ın 2000-ci ildə çıxardığı 5-ci albomudur. == Mahnı haqqında == "Akışına Bırak"albomu Türkiyəyə məxsus "Prestij Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Albomun ilk mahnısı olan "Tek Geçerim" mahnısı hit-paradlarda böyük uğur qazanmışdır. Albomun ikinci mahnısı olan "Hatırla Beni" mahnısını Mustafa Sandal və Yunan ifaçısı Natalia ifa etmişdir.
Baxışına vuruldum (film, 2002)
Baxışına vuruldum (Rom: Akhiyon Se Goli Maare) — Qovinda, Raveena Tandon, Kader Xan, Şakti Kapur, Asrani və Conni Leverin rol aldığı 2002-ci ildə Harmesh Malhotranın rejissorluğu ilə çəkilmiş hindi dilli komediya filmidir. Film 2 avqust 2002-ci ildə nümayiş olunmuşdur. Filmin adı 1998-ci ildə çəkilmiş Dulhe Raja filminin eyni adlı mahnısından götürülmüşdür. == Süjet xətti == Akelinder və ya Bhangari Dadanın Çor bazarında qanunsuz işlətdiyi dükanı mövcuddur və o, həyat yoldaşı və yeganə qızı Kiranla bərabər yaşayır. Bhangari qızını qanqsterə ərə vermək istəyir, ona görə də belə bir bəy axtarışına başlayır. O, Şakti Dadanı tapır və onun Kiranla evlənməsini istəyir, lakin Kiran artıq cinayətlə heç bir əlaqəsi olmayan varlı iş adamı olan Racı sevir. Lakin atasını razı salmaq üçün o, Racı hələlik qanqster kimi görünməyə razı salır. Bunun üçün onlar Subramaniam adlı məşqçi axtarıb tapırlar və o, Raca qanqster kimi fəaliyyət göstərməyi öyrədir. Nəhayət, Rac özünü qanqster kimi göstərməyə müvəffəq olur, lakin Bhangarinin atasının qəfildən meydana çıxması ilə işlər dəyişir və o Kiranın qanqsterlə evlənməsini istəmir. Rac öz imicini təmizləyə biləcəkmi?
Qalisiya Muxtariyyət Əsasnaməsi (1936)
Qalisiya Muxtariyyət Əsasnaməsi (1936) — 1936-cı ildə Qalisiyanın İspaniya tərkibində muxtariyyət qazanması üçün yaradılan əsasnamə. Referendum yolu ilə İspaniya parlamentinə təqdim edilmişdir. İspaniya vətəndaş müharibəsinə (1936-1939) və Fransisko diktatorluğuna görə (1939-1977) bu əsasnamə hələ də həyata keçirilməmişdir. Bu əsasnamə Qalisiya Partiyası tərəfindən tərtib edilmişdir. 1981-ci ildə yeni Qalisiya Muxtariyyət Əsasnaməsi hazırlanmışdır və beləliklə, Qalisiya İspaniya tərkibində muxtariyyət qazanmışdır. XX əsrin əvvəllərində Qalisiya siyasətçiləri İspaniya ilə Qalisiya arasındakı münasibətlərə əhəmiyyət verirdilər. Onlar hesab edirdilər ki, İspaniyadan muxtariyyət qazandıqlarında müstəqillik uğrunda yol açılacaqdır. İkinci İspaniya Respublikası dövründə (1931-1939) bəzi intellektual insanlar təklif etmişdilər ki, İspaniya federal dövlətə çevrilsin, burada yaşayan müxtəlif xaqlar (qalisiyalılar, basklar, katalonlar, araqonlar və s.) muxtariyyətdən yararlana bilsinlər. Bu ideadan ilham alınaraq 1931-ci ilin dekabrında Qalisiya Partiyası qurulmuşdur. Onlar qədim Qalisiya və müasir Qalisiya millətçiliyi idealarının yer aldığı əsasnamə hazırlamışdırlar.
Qalisiya Atlantik Adaları Milli Parkı
Qalisiya Atlantik Adaları Milli Parkı (qalis. Parque Nacional das Illas Atlánticas de Galicia; isp. Parque Nacional de las Islas Atlánticas de Galicia) — İspaniyanın muxtar birliklərindən biri olan Qalisiyada yerləşən yeganə milli park. Həmçinin Qalisiyanın ilk milli parkıdır. Qalisiya Atlantik adaları Siyas arxipelaqından, eləcə də, Ons, Salvora və Korteqada adalarından ibarətdir. Milli park sahəsinin 1.200 hektarı quru, 7.200 hektarı su ərazisidir. Qoruq ərazisi İspaniyanın ən çox ziyarət olunan 10-cu milli parkıdır. İspaniyada qurulmuş 13-cü milli parkdır. Milli parkda dəniz və dəfnə meşəsi ekosistemləri mövcuddur. Burada 200-dən çox dəniz yosunu növü aşkarlanmışdır.
Yaşayış binası (Kalinina küçəsi, 1)
Kalinina küçəsi 1 ünvanında yerləşən ev – Şuşa şəhərinin iki mərtəbəli sadə yaşayış binalarının xarakterlərini özündə birləşirən tarix-memarlıq abidəsi. Küçədən evin həyətinə aparan silindrik tağlı keçid, birinci mərtəbəni iki hissəyə bölür. Birinci mərtəbənin bir hissəsi yaşayış otağı, digər tərəfi isə xidməti otaq kimi istifadə edilirdi. Həyət tərəfdən binanın fasadına inşa edilmiş pilləkən, ikinci mərtəbədə yerləşən eyvana aparır. İkinci mərtəbədə yerləşən iki otaqdan biri mətbəxdir, böyük ölçülərə malik olan ikinci otaq isə evin əsas otağı olmaqla, qonaqların qarşılanması üçün istifadə edilirdi. Həmin otağın cənub-qərb divarında yerləşən böyük buxarı oyma və qabartmalarla bəzədilmişdir. Binanın fasadlarının kompozisiyası, onu üç bir tərəfdən əhatə edən iri daşlardan hörülmüş divarlar və ikinci mərtəbənin taxta eyvanı ilə maraqlı kontrast təşkil edir. Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.