Yaşayış binası (Kalinina küçəsi, 1)

Kalinina küçəsi 1 ünvanında yerləşən evŞuşa şəhərinin iki mərtəbəli sadə yaşayış binalarının xarakterlərini özündə birləşirən tarix-memarlıq abidəsi.

Yaşayış binası
Ölkə  Azərbaycan
Şəhər Şuşa
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Küçədən evin həyətinə aparan silindrik tağlı keçid, birinci mərtəbəni iki hissəyə bölür. Birinci mərtəbənin bir hissəsi yaşayış otağı, digər tərəfi isə xidməti otaq kimi istifadə edilirdi.[1] Həyət tərəfdən binanın fasadına inşa edilmiş pilləkən, ikinci mərtəbədə yerləşən eyvana aparır. İkinci mərtəbədə yerləşən iki otaqdan biri mətbəxdir, böyük ölçülərə malik olan ikinci otaq isə evin əsas otağı olmaqla, qonaqların qarşılanması üçün istifadə edilirdi. Həmin otağın cənub-qərb divarında yerləşən böyük buxarı oyma və qabartmalarla bəzədilmişdir.[1]

Binanın fasadlarının kompozisiyası, onu üç bir tərəfdən əhatə edən iri daşlardan hörülmüş divarlar və ikinci mərtəbənin taxta eyvanı ilə maraqlı kontrast təşkil edir.[1]

  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • А. В. Саркисов, А. М. Ализаде. О некоторых архитектурных памятниках Шуши (Памятники архитектуры Азербайджана (сборник материалов), т. II). Москва-Баку. 1950.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.