Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ziqota
Ziqot - dişi və erkək cinsiyyət hüceyrələrindən (qametlərdən) mayalanmış yumurta hüceyrəyə deyilir. Ziqotda öyrənilən hər alleli iki hərflə yazırlar. M.Axundov. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, səh. 44.
Ziqot
Ziqot - dişi və erkək cinsiyyət hüceyrələrindən (qametlərdən) mayalanmış yumurta hüceyrəyə deyilir. Ziqotda öyrənilən hər alleli iki hərflə yazırlar. M.Axundov. İnsan genetikasına səyahət. Bakı: Azərnəşr, 1975, səh. 44.
Boqota
Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir. Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (isp. Distrito Capital, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır. Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır. Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir.
Diqora
Diqora (diq. Дыгурæ, İron Дигорæ, ; rus. Дигора) — Rusiya Federasiyasının respublikalarından olan Şimali Osetiya–Alaniya Respublikasında şəhər, Diqorski rayonunun inzibati mərkəzi. Şəhərin adı osetin dilindəki Digoræ (Diqoriya) sözündən gəlir. Diqoriya Şimali Osetiyanın qərb hissəsində yerləşir və burada yaşayan diqorlar coğrafi və etnolinqvistik baxımdan Şimali Osetiyanın şərq hissəsində yaşayan ironlardan fərqlidirlər. Diqoranın adı bir neçə dəfə dəyişmişdir. Yaşayış məntəqəsinin ilkin adı Volno-Xristianovski (rus. Во́льно-Христиа́новский) olmuş, daha sonra Novoxristianovskoye (rus. Новохристиа́новское), Xristianovskoye (rus. Христиа́новское) olaraq dəyişdirilmiş, 1934-cü ildən bəri isə Diqora olaraq qalmışdır.
Dziguta
Dziguta (gürc. ძიგუთა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 120 m hündürlüktə, Suxumidən 2,5 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 273.
Litota
Litota — yunanca kiçiltmək, əhəmiyyətsizləşdirmək deməkdir. Litota mübaliğənin əksi olan bədii təsvir ifadə vasitəsidir. Predmetin əlamətinin əslində olduğundan daha kiçik şəkildə təqdim olunması litota adlanır. Ağzın kiçik bir püstədir. (Səməd Vurğun) Bu nümunədə gözəlin ağzı püstə şəklində təqdim edilməklə kiçidilib litota yaradılır. Və ya: Qoşa badam sığmaz dar ağızlım ("Dədə Qorqud"dan). Başqa bir misal: Döydü yağış məni, döydü qar məni, Bir qarışqa minsəm, aparar məni. (Osman Sarıvəlli) "Ədəbiyyat", Bakı, "Abituriyent", 2012.
Sığorta
Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir. Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir. Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur.
Zaqora
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Zekota
Zekota (gürc. ზეკოტა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 248 nəfər idi. 2014-cü ildə 172 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Zigana
Zigana — TİSAŞ tərəfindən istehsal olunan Türkiyə mənşəli tapançadır. Silah, 2001-ci ildə istehsalına başlanmış olub Türkiyənin xüsusi dizayna sahib ilk tapancalardan biridir. Zigana silahlarında dəyişdirilmiş brouninq tipli kilidləmə sistemi ilə kilidlənmiş slayd qısa geri çəkilmə mexanizminə malikdir. Bundan əlavə, bu silahlarda avtomatik atəş pin bloku da mövcuddur. Zigana PX-9 modeli Malayziyada Türkiyə ilə ortaq olaraq istehsal edilir. Bununla yanaşı, Pakistanda bu silahın modelləri yerli emalatxanalar tərəfindən qeyri-qanuni olaraq istehsal olunur və satılır. Zigana ABŞ-yə Amerika Tactics Import şirkəti tərəfindən daşınır və FS9 və FS40 adları ilə satılır. Bundan əlavə, Zigana K və Zigana F modelləri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən Zəfər, Zəfər-K və İnam adı ilə istehsal olunur. Azərbaycan — Azərbaycan Quru Qoşunlarında geniş istifadə olunur. Türkiyə — Bəzi hərbi hissələr və özəl təhlükəsizlik şirkətləri tərəfindən istifadə olunur.
Biota
Biota (q.yun. βιοτή - həyat) — biosenozun, assosiasiyanın, həmçinin daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). Biotanın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. Biota termini ən çox biocoğrafiyada istifadə olunur. О полифункциональной роли биоты в самоочищении водных экосистем // Экология. 2005. № 6. С. 452–459.
Ziona
Ziona — (20 iyul 1945 – 13 iyun 2021, Aidjal) Hindistanın Mizoram ştatındakı Baktavnq kəndində yaşayan Ziona Chananın 39 arvadı, 94 uşağı, 14 gəlini və 33 nəvəsi var. Ziona, 181 nəfərlik böyük ailəsi ilə 4 mərtəbəli və 100 otaqlı binada eyni dam altında yaşayır. Ailəsinin bütün kişi üzvləri dülgərliklə məşğuldur. Bir gün bütün dünyanı Hz.İsa ilə birlikdə idarə edəcəklərinə inanan və təxminən 4 min üzvü olan "Chana" adlı ailə məzhəbinin də lideri olan Ziona, "Babam tərəfindən qurulan öz məzhəbimizin varisiyəm. İnancımıza görə, istədiyimiz qədər qadınla evlənə bilərik. Atamın da 7 həyat yoldaşı vardı" deyir. İlk evliliyini 17 yaşında edən Ziona bir il içində 10 dəfə evlənib. Evdə adi bir qazanda 30 toyuq , 100 kilo düyü bişirilir, 60 kilo kartof soyulur. Ev işlərinə liderliyi Chananın ilk və ən yaşlı arvadı 69 yaşlı Zathiangi edir. Evin ətrafında dülgər atelyeləri ilə yanaşı axırlar, hin, çəltik tarlası, tərəvəz bağçaları var.
Diqora mədəniyyəti
Diqora mədəniyyəti - Diqora dərəsində (Şimali Osetiyanın qərbi), Kabarda- Balkariyanın dağlıq rayonlarında və Raçidə (Qərbi Gürcüstan) Son Tunc dövrünə (e.ə. XV-XIII əsrlər) aid arxeoloji mədəniyyət. Y.İ.Krupnov tərəfindən müəyyənləşdirilməsi (1951) mübahisələrə səbəb olsa da, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində yazılmış elmi əsərlərlə təsdiqlənmişdir. Müasir tədqiqatlara görə, Diqora mədəniyyəti Şimali Qafqaz və Mərkəzi Qafqazın qohum protokoban mədəniyyətləri ilə sinxrondur; protokoban dövrünün ikinci mərhələsinə aiddir; 2 mərhələyə bölünür. Ağac-daş konstruksiyalı sərdabalarda meyityandırma izləri var; uzadılmış vəziyyətdə dəfn olunmuş meyitlərə (bəzən torpaq quyularda) rast gəlinir. Çaxmaqdaşıdan ucluqlar, dəstəli xəncərlər, baltalar, ucluqlu (volyuta, oval və s. şəkilli) sancaqlar, lövhəşəkilli tilli qolbaqlar, qoç başlı quşabənzər piləklər, asmalar, şüşə muncuqlar, sürməli bəzək əşyaları və s. aşkar edilmişdir. Diqora mədəniyyətinin dolmen mədəniyyəti, Svaneti, Qaraçay-Çərkəz, Inquşetiya və Dağıstan abidələri (Qinçi mədəniyyəti, Qayakənd-Xoroçoy mədəniyyəti) ilə əlaqələri izlənilir. Diqora mədəniyyətinin Koban mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır.
Diqora rayonu
Diqora rayonu (oset. Дигори (Дыгуры) район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Diqora şəhəridir. Digora rayonu respublikanın qərb hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Ərazidən üç çay axır: Ursdon, Dur-Dur, Srau (Siraudon). Rayonun sahəsi - 584.51 km². Şərqdən Ardon rayonu, cənub-şərqdən Alagirski rayonu, şimaldan Kirov rayonu, qərbdən İrafski rayonu, şimal-qərbdən isə Kabarda-Balqariyanın Leskenski rayonu ilə həmsərhəddir. Urbanizasiya Şəhər şəraitində (Diqora ş.) rayon əhalisinin 55,09 % yaşayır. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: 2019-cu il məlumatına əsasən rayon əhalisinin sayı 18 283 nəfərdir. Ardon rayonunun tərkibinə daxil olan 5 kənd və 1 şəhər yaşayış məntəqəsi 6 inzibati vahidlikdə birləşir: Diqora şəhər məntəqəsi - Diqora Dur-Dur kənd sovetliyi - Dur-Dur Karman-Sincikau kənd sovetliyi - Karman-Sincikau Kora-Ursdon kənd sovetliyi - Kora-Ursdon Mostizdağ kənd sovetliyi - Mostizdağ Nikolayev kənd sovetliyi - Nikolayev.
Ekoloji sığorta
Ekoloji sığorta sisteminin əsas göstəriciləri: sığorta riski, sığorta ödənişinin həcmi, sığorta haqqı, sığorta tarifləri və s. Son illərdə sığortanın yeni növü- ekoloji sığorta növü yaranmışdır. Belə sığorta ətraf mühitə, insanların sağlamlığına ziyan vuranların məsuliyyətini artırmağa xidmət edir. Müxtəlif müəssisələrin istehsal fəaliyyəti nəinki ətraf mühitə, eləcə də insan sağlamlığına ziyan vurur. Hazırda zərərli tullantıların atmosferə, su hövzələrinə və s. yerlərə atılması ilə üzləşmək olar. Bunun səbəbi müxtəlif ola bilər. məsələn, hal –hazırda istehsalatda tətbiq olunan texnoloji proseslərin əksəriyyəti köhnəlmiş və ağlasığmaz dərəcədə ətraf mühitə zərərli tullantılar buraxır. Bunlara misal olaraq neft sənayesini və kimya zavodlarını yada salmaq kifayətdir. Məlumdur ki, hazırda ekoloji baxımdan təmiz texnologiya, yeni təmizləyici qurğular işlənib hazırlanır, əhalisi sıx olan yaşayış məntəqələrindən zərərli məhsul istehsal edən müəssisələrin şəhərətrafı ərazilərə köçürülməsi və s.
Qarant Sığorta
Rəvan Sığorta
Stara Zaqora
Stara Zaqora (bolq. Стара Загора) Bolqarıstan ərazisində yerləşən altıncı ən böyük şəhər və Stara Zaqora vilayətinin inzibati mərkəzidir. Şəhər mərkəzində yerləşən və dövlət tərəfindən mühafizə olunan qədim Roma abidələri bu şəhərin şanlı tarixini əks etdirir. Şəhərin əsası bizim eramızdan əvvəl 342-ci ildə makedoniyalı II Filipp tərəfindən qoyulmuşdur. Roma İmperiyasının mövcudluğu ərzində imperator Trayanın şərəfinə şəhər Ulpiya Avqusta Trayana adlandırılmışdır. Mark Avrelinin hakimiyyəti illərində (161-180) şəhər inkişaf dövrünü keçirmiş və öz yerləşdiyi bölgədə Trakiya və Filippopolis şəhərlərindən sonra üçüncü ən böyük yaşayış məntəqəsi olmuşdur. Bu şəhər öz statusunu və vacibliyini Septimi Sever, Karakalla və Diokletianın hakimiyyəti dövründə də qoruyub saxlamışdır. Eramızın 250-ci ilində şəhər yaxınlığında baş vermiş Beroye döyüşü qotların qələbəsi ilə nəticələnmişdi. Çox güman ki, məhz bu hadisədən sonra regionda yerləşən digər şəhərlər kimi bu şəhərin də qala divarları iki qat artırıldı. 377-ci ildə qotlar şəhərə hücuma keçmiş və buranı talan etmişdir.
Sığorta bazarı
Sığorta bazarı — sığorta xidmətlərinin təklif olunduğu maliyyə bazarının bir hissəsi. Bu bazarda sığorta xidmətləri sığorta şirkətləri tərəfindən təklif olunur. Sığorta xidmətləri bazarı üçün vacib olan sığorta fəaliyyətinin dövlət tənzimlənməsidir ki, bu da icbari lisenziyalaşdırmanı, sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsinə nəzarəti nəzərdə tutur. Sığorta bazarının təşkilinin ən mühüm prinsiplərindən biri sığorta şirkətlərinin ədalətli rəqabətinin təmin edilməsidir. Rusiya Federasiyasında sığorta xidmətləri bazarında ədalətli rəqabət meyarlarını müəyyən edən "Rəqabətin qorunması haqqında" xüsusi qanun mövcuddur. Azərbaycan müstəqillik illərindən sonra, yerli sığorta bazarı formalaşmağa başladığı vaxtdan etibarən, cəmi 2 xarici kapitalla işləyən sığorta şirkəti daha uzun dövrdə bazarda fəaliyyət göstərmişdir. Onlardan biri 90-cı illərin sonunda Azərbaycan-Türkiyə müştərək müəssisəsi olaraq yaradılmışdır (Başak-İnam Sığorta Şirkəti) və sonradan bu şirkət müstəqil yerli şirkət kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə isə maliyyə vəziyyətinə əsaslanaraq, sığorta requlyatoru tərəfindən şirkətin lisenziyası ləğv edilmişdir. Xarici şirkət olaraq, yerli bazarda 2-ci ən uzun müddət fəaliyyət göstərən şirkət isə "AXA MBASK" şirkəti olmuşdur ki, bu da Fransaya məxsus qlobal "AXA" şirkətinin törəmə müəssisəsi olmuşdur. Bu şirkət ilk olaraq, yerli "MBASK" şirkətinin səhmlərinin 51%-ni alaraq fəaliyyətə başlamış, sonrakı illərdə şirkətin səhmləri 100% qlobal "AXA" şirkətinə satılmışdır.
Sığorta daxılı
Sığorta daxılı – hər hansı eyni sığorta növünü aparan sığortaçıların həmin sığorta növü üzrə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə sığorta müqavilələri üzrə iştirakçılarının birgə öhdəliyini nəzərdə tutan hüquqi şəxs olmayan birliyi
Sığorta müqaviləsi
Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag‎) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı. Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi. Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin.
Tibbi sığorta
Tibbi sığorta — sığorta siyasətində və ya qanunda göstərilən tibbi xidmətlərin hamısını və ya bir hissəsini ödəmək üçün ümumi bir fonda ödənilən töhfələr və ya vergilər hesabına tibbi xərclərin maliyyələşdirilməsi sistemidir. Tibbi sığortası gündəlik sağlamlıq müayinələri, mütəxəssis müraciətləri, stasionar və ambulator cərrahiyyə, xəstəlik və ya xəsarət kimi gözlənilməz hadisələr və dərman resept ilə əlaqəli, lakin bununla məhdudlaşmayan sağlamlıq xərclərini əvəz edir. Tibbi sığorta siyasəti fərdi şəxs tərəfindən ödənilən, Sosial Təminat vasitəsilə bir xidmət olaraq təqdim edilən və ya bir şirkət tərəfindən işçi müavinət paketinin bir hissəsi olaraq ticari olaraq təsnif edilir. Tibbi sığortanın bəzi növləri xəstəliyə (yəni, əlillik məzuniyyətinə) və ya valideyn məzuniyyətinə görə itirilmiş iş vaxtı üçün gəlir müavinətlərini də əhatə edə bilər. "Sığortalı" tibbi sığorta siyasətinin sahibi və ya tibbi sığortası olan şəxsdir. Tibbi sığortanın növündən asılı olaraq ya sığortalı xərcləri cibdən ödəyir və kompensasiya alır, ya da sığortaçı birbaşa provayderə ödəniş edir. Amerika Birləşmiş Ştatları kimi universal səhiyyə əhatəsi olmayan ölkələrdə tibbi sığorta ümumiyyətlə işəgötürənlərin müavinət paketlərinə daxil edilir. Amerikanın Tibbi Sığorta Assosiasiyasına görə, tibbi sığorta "xəstəlik və ya yaralanma nəticəsində verilən müavinətlərin ödənilməsini təmin edən əhatəetmə kimi təyin olunur. Buraya qəza, tibbi xərclər, əlillik və ya təsadüfən ölüm və s. sığorta daxildir" Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.
Zaqora (Mərakeş)
Zaqora, Zaqura (ərəb. زاكورة‎, bər. ⵣⴰⴳⵓⵔⴰ, fr. Zagora) və ya Tazaqurt (bər. ⵜⴰⵣⴰⴳⵓⵔⵜ, fr. Tazagourt) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi. Şəhər mərkəzi dəniz səviyyəsindən 709 metr (2,326 ft) yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən 162 kilometr (101 mil) uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir. Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt (bər.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.
Azərbaycanda sığorta
1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi. Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır. Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu. 1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı. Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular. Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir.