Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zürafə
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
Zorakı cinayət
Zorakı cinayət və ya zorakılıq cinayətləri — cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayət. Bu qrupa həm zorakılığın cinayəti başa çatdırmaq üçün bir vasitə kimi istifadə olunduğu, həm də zorakılığın cinayətin obyektiv cəhətini təşkil etdiyi cinayətlər, məsələn, qəsdən adamöldürmə və ya zorlama kimi cinayətlər daxildir. Zorakı cinayətlər silahla və ya silahsız törədilə bilər. Zorakı cinayətlərə, əsasən, hava gəmisini qaçırma, bank soyğunçuluğu, soyğunçuluq, ev oğurluğu, terrorizm, avtomobil oğurluğu, zorlama, adam oğurluğu, işgəncə, qəsdən adamöldürmə, banditizm, narkokartel və başqaları daxildir. == Ölkələr üzrə zorakı cinayətlər == Dövlətlər arasında zorakı cinayətlərin statistikasının müqayisəsi adətən problemli olur, çünki dövlətlər cinayətlərin fərqli təsnifatını aparırlar. Müqayisənin etibarlı olması üçün müxtəlif yurisdiksiyalardakı oxşar hüquq pozuntularının müqayisəsi aparılmalıdır. Lakin çox zaman bu, mümkün olmur. Yurisdiksiyadan asılı olaraq zorakı cinayətlərə aşağıdakılar aid ola bilər: adamöldürmə, qəsdən adamöldürmə, zorlama, adam oğurlama. Dövlətlər həmçinin cinayətlərin qeydə alınmasında da fərqli sistemlərdən istifadə edirlər. Avstraliyada cinayət qurbanları ilə bağlı ilk milli sorğu 2008-09-cu illərdə keçirilmişdir.
Zürafə (bürc)
Zürafə (lat. Camelopardalis) — göyün şimal yarımkürəsində zəif görünən bürc.
Burak Aksak
Burak Aksak (d. 12 sentyabr 1985, İstanbul) — türkiyəli yazar, rejissor və aktyor. İlk təhsilini Yedikule'de və orta təhsilini Koca Mustafa Paşa Liseyində tamamladı. Hal hazırda Eskişehir Anadolu Universitetində İctimai İdarəetmə Fakültəsində təhsil alır. 2006-cı ildə o, təqaüd qazanmış və Platon Film Məktəbinə daxil olmuşdur. Ekol Drama İncəsənət Məktəbində Kamera üçün aktyorluq edir. Kariyerini televiziya üzərinə əmisi Selçuk Aydemir ilə başlamış və TRT ilə "Ramazan Güzeldir" idarə etmişdir. Leyla və Mecnun seriyası nəşrdən çıxarıldı və "Ben de Ozledim" filmində ssenarist kimi işləməyə davam etdi. O, BKM tərəfindən hazırlanan və 9 yanvar 2015-ci ildə nümayiş etdirilən :Bana Masal anlat" filmin ssenari müəllifi və rejissorudur. O, 2013-cü ildən etibarən aylıq "OT Magazine" jurnalında yazır.
Burak Sevinc
Burak Sevinc (27 oktyabr 1985, Zonquldak) — Türkiyəli aktyor. == Həyatı == Burak Sevinc, 27 oktyabr 1985-ci ildə Zonquldakda anadan olmuşdur. Ulduz Texniki Universiteti məzunudur. İlk olaraq "Atam üçin" adlı serialda Alpay obrazını canlandırmışdır. == Şəxsi həyatı == Burak Sevinc, 1 Avqust 2015 tarixində Şirin Kılavuz ile evləndi. 2021-ci ilin mayında boşandılar.
Burak Yılmaz
Burak Yılmaz (türk. Burak Yılmaz, 15 iyul 1985, Antalya) — "Qol kralı" ləqəbli türk futbolçusu, Fransanın "Lill" və Türkiyə yığmasının hücumçusu, yığmanın kapitanı, Hakan Şükürdən sonra Türkiyə futbol yığmasında ən çox qol vurmuş bombardir (66 oyunda 28 qol), Sergen Yalçından sonra Türkiyənin dörd ən böyük futbol klubu olan "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor" və "Qalatasarayda" oynamış ikinci futbolçu. Bu dörd komanda ilə Çempionlar Liqasında oynayıb. == Oyun stili == Burak Yılmaz klassik mərkəz hücumçusudur, hər iki ayaqla dəqiq zərbələr endirə bilir, kəllə ilə gözəl oynuyur, fiziki gücə və topun texniki qəbul etmə qabiliyyətinə malikdir. Həmçinin penalti və standart cərimə zərbələri yerinə yetirir, hərçənd bu sahədə yüksək usta hesab olunmur. Oyun stilinə görə yüksək sürətə malik dağıdıcı forvarddır. == Klub karyerası == == Transferlər == === Antalyaspor === Burak Yılmaz peşəkar futbol karyerasına 16 yaşında "Antalyaspor" klubunda sağ vinqer mövqeyində başlayıb === Qalatasaray === 2012/2013 futbol mövsümünün başında "Trabzonspordan" "Qalatasaraya" transfer qiyməti 5 mln avro olub. === Beytsinq Quan (Beijing Guoan) === 2016-cı ildə Çinin "Beytsinq Quan" klubuna 8 mln avro müqabilində transfer olunub. === Trabzonspor === 2017-ci ildə 3,5 mln avroya "Trabzonspora" tranfer olunub. === Lill === 2020/2021 il mövsümündə Fransanın "Lill" klubuna transfer olunub.
Burak Özçivit
Burak Özçivit (24 dekabr 1984, İstanbul) — Türk aktyor və keçmiş model. == Həyatı == Əslən Qaziantepli olan aktyor, 2001-ci ildə Kazım İşmen liseyindən məzun olub. Mərmərə Universitetin gözəl peşələr fakültəsi fotoqrafçılıq ixtisasında oxuyub. 2003-cü ildə "Türkiyənin ən yaxşı modeli" müsabiqəsinə qatılmış və "gələcəyi vəd edən model" seçilmişdir. Yarışmadan sonra Uğurkan Erez agentliyi ilə işə başlamışdır. Daha sonra modelliyi buraxmış, Uğurkan Erezin agentliyində çalışmışdır. Daha sonra 2005-ci ildə müsabiqəyə yenidən qatılmış və "Türkiyənin ən yaxşı modeli" seçilmişdir. Bundan sonra "Dünyanın ən yaxşı modeli" müsabiqəsində ikinci yerə çıxmışdır. Fərrux Saraç, Abbat, Tween və Network kimi markaların xarici sərgi nümayişlərində vəzifə almışdır. 2006-cı ildə "Mənfi 18" adlı serialında gənc komissar Muradı canlandırmışdır.
Markus Zusak
Markus Zusak (ing. Markus Frank Zusak (d.23 iyun, 1975) — Avstraliyalı yazıçı. == Həyatı == Zusak, Avstarliyanın Sidney şəhərində anadan olub. Onun anası Liza alman, atası Helmut isə avstraliyalıdır. == Yaradıcılığı == O ən çox, beynəlxalq bestseller olan Kitab Oğrusu və Elçi kitabları ilə tanınır. Zusak, beş kitabın müəllifidir. O 1999-2001-ci illərdə yazdığı ilk üç kitabı olan The Underdog, Fighting Ruben Wolfe və When Dogs Cry kitabları ilə beynəlxalq səviyyədə nəşr olundu və bir çox mükafat qazandı. Birinci kitabı olan The Underdog'un nəşri yeddi il ərzində başa çatdı.
Nil Burak
Nil Burak olaraq bilinən Pembe Nihal Munsif 27 aprel 1948 Lefke) Şimali Kipr Türk Respublikası ve Türkiyənin məşhur müğənnisidir.
Zurab Ancaparidze
Zurab Ancaparidze (12 aprel 1928, Kutaisi – 12 aprel 1997, Tbilisi) – gürcü opera müğənnisi (lirik-dramatik tenor). == Fəaliyyəti == Zurab İvanoviç Ancaparidze 1928-ci il aprel ayının 12-də Gürcüstan Respublikasının Kutaisi şəhərində anadan olmuşdur. 1952-ci ildə D.Andquladzenin sinfində V.Saradaşvili adına Tbilisi Konservatoriyasını bitirmişdir (D. Andquladzenin sinfini). Böyük Teatrda da işləmişdir (1959–1970). Təhsilini bitirdikdən sonra 1952-1958-ci illərdə Z.Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının solisti olmuşdur. 1959-1970-ci illərdə Moskvada Böyük Teatrın solisti kimi çalışmış, Abesalom, Quram (“Abesalom və Eqeri”, “Latavra”, Z.Paliaşvili), Mindiya (“Mindiya”, O.Taktakişvili), German (“Qaratoxmaq qadın”, P.Çaykovski), Xoze (“Karmen”, J.Bize), Radames, Don Karlos (“Aida”, “Don Karlos”, C.Verdi), Kavaradossi (“Toska”, C.Puççini) və s. tamaşalarda əsas partiyaları ifa etmişdir. Çexoslovakiya, İtaliya, Bolqarıstan, Fransa, Kanada, Yuqoslaviya, Rumıniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. Zurab Ancaparidze 1972-ci ildə Tbilisi şəhərinə qayıtmış, V.Saradaşvili adına Tbilisi Konservatoriyasında müəllim, Ş.Rustaveli adına Teatr İnstitutunda kafeda müdiri vəzifələrində işləmişdir.
Zurab Ançabadze
Zurab Vianoroviç Ançabadze (gürc. ზურაბ ვიანორის ძე ანჩაბაძე;22 aprel 1920, Qaqra, Qara dəniz quberniyası[d] – 28 yanvar 1984, Suxumi) — Sovet tarixçisi, tarix elmləri doktoru, professor, Abxaziya Dövlət Universitetinin ilk rektoru. == Həyatı == Zurab Ançabadze 22 aprel 1921-ci ildə Qaqra şəhərində abxaz həkim ailəsində anadan olub. Açba-Ançabadze adlı qədim knyaz nəslindəndir. Nənə və anası meqrel zadəganları idi. Evdə həm gürcü, həm də abxaz dillərində danışılırdı. Zurab Vianoroviç Ançabadze 1938-ci ildə Suxumidə orta məktəbi bitirib. 1937-ci ildə onun valideynləri həbs olundu və o, bacısı ilə Tiflisdəki bibilərinin yanına köçdü. O, 1941-ci ildə Suxumi Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Ardınca, İvane Cavaxişvili adına Gürcüstan Tarix İnstitutunun aspiranturasında təhsil almışdır.
Zurab Avalaşvili
Zurab Avalaşvili (1876[…] – 21 may 1944, Münxen) — görkəmli gürcü tarixçisi, diplomat və Gürcüstan Demokratik Respublikasına xidmət etmiş hüquqşünas. == Bioqrafiya == Zurab Avalişvili 1876-cı ildə Avifişvili knyaz ailəsinin nümayəndəsi olarqaq Tiflisdə anadan olmuşdur. 1900-cü ildə Sankt-Peterburq Universitetini qızıl medalla və hüquqşünaslıq dərəcəsi ilə bitirmişdir, təhsilini 1901-1903-cü illərdə Sarbonnada davam etdirir. 1917-ci ildə Avalişvili təsis məclisinə seçilir, ancaq xidmətlərini Gürcüstan Demokratik Respublikasına təklif edir. 1918-ci ildə Gürcüstana qayıtdıqdan sonra Avalişvili xarici işlər üzrə baş məsləhətçi işləyir. Eyni zamanda Avalişvili 1918-1921-ci illərdə dərs dediyi 1918-ci ilin fevralında açılan Gürcüstan Dövlət Universitetinin qurulmasında iştirak edir. Hüquq təhsili aldıqdan sonra Zurab Avalişvili Gürcüstan konstitusiyasının qurulmasına böyük töhfə verir. Gürcüstanın baş diplomatı olaraq Avalişvili Almaniya ilə sıx əlaqələr qurmağa nail olur və bu da Gürcüstan Demokratik Respublikasının suverenliyinin tanınmasına səbəb olur . Avalişvili 1919-cu ildə Parisdə keçirilmiş sülh konfransında Gürcüstanı təmsil edir və burada Qərbi Gürcüstan torpaqlarının Gürcüstan Demokratik Respublikası tərəfindən mülkiyyətini müdafiə edir və Batum bölgəsinin üç hissəyə bölünməsinə, Batumi şəhərinin azad şəhər elan edilməsinə qarşı çıxır. Bu Millətlər Cəmiyyətinin nəzarəti altında olan bütün ölkələrin istifadə edə biləcəyi azad şəhər olması nəzərdə tutulur.
Zurab Caparidze
Zurab Caparidze (gürc. ზურაბ ჯაფარიძე; d. 1 yanvar 1976) — Gürcüstan siyasətçisi və Gürcüstan parlamentinin VIII çağırışının üzvüdür. Caparidze hal-hazırda müxalifətdə olan Birləşmiş Milli Hərəkat partiyasını təmsil edir. 2013-cü ilin iyununda onun namizədliyi həmin ilin oktyabrında baş tutacaq prezident seçkilərdə irəli sürülmüşdür. Caparidze Tbilisi Dövlət Tibb Universitetindən 1999-cu ildd və Gürcüstan İctimai Əlaqələr İnstitutunu 2005-ci ildə bitirmişdir. 1998-ci ildən başlayaraq o, Qərbin sponsorluğu ilə Gürcüstanda tətbiq edilən müxtəlif yardım proqramlarında iştirak etmişdir. 2005-ci ildən 2011-ci ilə qədər Gürcüstan İctimai Əlaqələr İnstitutunda dərs demişdir. 2010-ci ildən 2012-ci ilə qədər "Tabula" jurnalının müxbiri olmuşdur. Caparidzenin siyasi karyerası 2012-ci ilin oktyabrında onun prezident Mixeil Saakaşviliyə tərəf olan, lakin seçkilərdə səs çoxluğu toplaya bilməyən Birləşmiş Milli Hərəkatından parlamentə seçilməsindən başlamışdır.
Zurab Jvaniya
Zurab Jvaniya (gürc. ზურაბ ჟვანია; 9 dekabr 1963, Tbilisi – 3 fevral 2005, Tbilisi) — Gürcüstanın 4-cü baş naziri 3 fevral 2005-ci il tarixində müəmmalı şəkildə qətlə yetirilmişdir.
Zurab Karumidze
Zurab Karumidze (gürc. ზურაბ ქარუმიძე; 22 avqust 1957, Tbilisi, Gürcüstan SSR, SSRİ – 12 dekabr 2023) — gürcü yazıçı. == Həyatı == Zurab Karumidze Tbilisi Dövlət Universitetində "İngilis dili və ədəbiyyatı" təhsili alıb. 1984-cü ildə Con Don ilə bağlı disertasiya müdafiə edib. Uzun müddət Tbilisidəki XX əsr Ədəbiyyatı İnstitutunda çalışıb.
Zurab Muradəliyev
Zurab (Zürab) Cəfər oğlu Muradəliyev (25 avqust 1928, Bakı – 27 dekabr 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1968–1974). == Həyatı == Zurab Cəfər oğlu Muradəliyev 1928-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Bakı Dəmir Yolu Texnikumunu bitirdikdən sonra 1947-ci ildə sınaqçı texnik kimi başlamışdır. Yol xidməti mühəndisi, mühəndis-mexanik vəzifələrində işləmişdir. Paralel olaraq təhsil almış və 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Zurab Muradəliyev 1955-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Dzerjinski Rayon Komitəsinin, 1956-cı ildən isə Bakı Şəhər Komitəsinin katibi seçilmişdir. 1959-cu ildə o, partiya işinə — Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1961–1968-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1968-ci ilin noyabr ayından isə Azərbaycan SSR məişət xidməti naziri olmuşdur. 1974-cü ildən həyatının son günlərinədək Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində xarici-iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Zurab Muradəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı seçilmişdir.
Zurab Noqaideli
Zurab Temuroviç Noqaideli (gürc. ზურაბ თემურის ძე ნოღაიდელი; 22 oktyabr 1964, Kobuleti, Acarıstan Muxtar Respublikası) — Gürcüstan siyasi xadimi. 2005–2007-ci illərdə Gürcüstanın baş naziri, "Ədalətli Gürcüstan" siyasi partiyasının lideri. == Həyatı == M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1988–1991-ci illərdə Gürcüstan Elmlər Akademiyası Coğrafiya İnstitutunda çalışmışdır. 1992-ci ildə Respublika Parlamentinin üzvü oldu. 1999-cu ildə "Gürcüstan Vətəndaşlar İttifaqı" partiya siyahısı üzrə Gürcüstan parlamentinin üzvü. Parlamentin eyni adlı fraksiyasına daxil olmuşdur. Vergilər və Gəlirlər Komitəsinin sədri seçilmişdir. 2001–2002-ci illər ərzində Maliyyə Naziri idi.
Zurab Pataradze
Zurab Pataradze (gürc. ზურაბ პატარაძე; 12 fevral 1973, Batumi, Acarıstan MSSR, Gürcüstan SSR, SSRİ) — Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən) == Diplomatik fəaliyyəti == Gürcüstan prezidentinin fərmanına əsasən Zurab Pataradze 27 avqust 2018-ci il tarixindən Gürcüstanın Azəbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.
Zurab Pataridze
Zurab Aleksandroviç Pataridze (gürc. ზურაბ ალექსანდრეს ძე პატარიძე; 9 sentyabr 1928, Tiflis – 5 iyun 1982, Tbilisi) — gürcü və sovet dövlət xadimi. 1975-1982-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. == Həyatı == 1952-ci ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1955-ci ildə Kommunist Partiyasının sıralarına qoşulmuşdur. 1952-ci ilin oktyabrından Çiatura şəhərində dağ idarəsinin növbə rəisi işləyirdi. Növbəti ilin iyununda sahə rəisi, 1957-ci ildə mədən müdiri, 1958-ci ilin mayında isə idarənin baş mühəndisi vəzifələrində çalışırdı. Nəhayət 1959-cu ildən mədən idarəsinə başçılıq etməyə başladı. 1962-ci ilin mart ayında Gürcüstan Kommunist Partiyasının Çiatura şəhəri komitəsinin birinci katibi seçildi. 1967-ci ilin sentyabr ayında Sov.İKP MK-nın təşkilati-siyasi işlərin təlimatçısı vəzifəsinə təyin olunmuşdur.
Zurab Sereteli
Zurab Sereteli — sovet və rus monumentalist rəsamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti; UNESCO-nun xoşməramlı səfiri., SSRİ xalq rəssamı.
Zurab Sotkilava
Zurab Sotkilava (gürc. ზურაბ სოტკილავა, d.12 mart 1937, Gürcüstan, Suxumi — ö. 18 sentyabr 2017, Rusiya, Moskva) — Sovet gürcü və rus opera müğənnisi (tenor), Gürcüstan SSR-in (1973) xalq artisti və SSRİ xalq artisti (1979), müəllim, Moskva konservatoriyasının professoru, Böyük teatrın solisti (1974-2017), Suxuminin "Dinamo" klubunun heyətində sabiq futbolçu (1951-1955). == Həyatı == Zurab Sotkilava 1937-ci il mart ayının 12-də Gürcüstan Respublikasının Suxumi şəhərində ziyalı ailəsində anadan olmuşdur. Eliso Turmanidze ilə evliliyindən onun iki qız övladı dünyaya gəlmişdir. 2015-ci ildə Sotkilavaya mədəaltı vəzidə bədxassəli şiş diaqnozu qoyuldu və 2017-ci il sentyabrın 18-də 80 yaşında Moskva şəhərində vəfat edib. === Uşaqlığı === Onun atası 1940-cı ilə qədər məktəbin direktoru, tarix müəllimi işləmiş; daha sonra müharibə dövründə 3 qardaşı ilə birlikdə cəbhəyə getmiş, qardaşlarından ikisi şəhid olmuşdur. Zurabın qohumlarının arasında musiqiçi olmayıb, amma anası (həkim-rentgenoloq) və nənəsi gitarada yaxşı ifa edib, oxuya bilirdilər. Müharibədən sonra anasının təkidi ilə Zurab bir müddət skripka və fortepiano üzrə təhsil almışdır. Zurab gözəl bir gələcək barədə düşünmürdü, futbolla ciddi maraqlanırdı və idman sahəsində uğur qazanmaq istəyirdi.
Zurab Xizanişvili
Zurab Xizanişvili (gürc. ზურაბ ხიზანიშვილი; 6 oktyabr 1981, Tbilisi) ― gürcü futbolçu.
Zurab Çxeidze
Zurab Amvrosieviç Çxeidze (gürc. ზურაბ ამბროსის ძე ჩხეიძე; 13 may 1930 – 13 noyabr 2007) — sovet və gürcü dövlət və partiya xadimi. 1989-cu ildə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. == Həyatı == 1930-cu il mayın 13-də Gürcüstan SSR-in Zestafoni rayonunun Şoropani kəndində anadan olmuşdur. 1954-cü ildə Gürcüstan Politexnik İnstitutunu bitirmişdir. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali partiya məktəbini qiyabi bitirmişdir. Texnika elmləri namizədi olmuşdur. 1954-cü ildən Zaporjstal zavodunda işləyirdi. İki il ərzində Xarkova köçdü və burada Ukrayna Elmi-Tədqiqat İnstitutunun kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildə vətəninə qayıtdı və Rustavi şəhərindəki Zaqafqaziya metallurgiya zavodunun metallurgiya laboratoriyasının rəisi təyin edildi.
Zuran (Sərdəşt)
Zuran (fars. ‎‎زوران‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 595 nəfər. yaşayır (105 ailə).
Burak Çelik
Burak Çelik' (21 iyul 1992, İstanbul) Türkiyə'li aktyor və modeldir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır.2013-cü ildən əsas fəaliyyətinə başlayan Burak Çelik karyerasını daha da genişləndirmişdir. == Həyatı və karyerası == Atası Ordu'lu, anası isə mühacir olmuşdur. 21 iyul 1992-ci ildə dünyaya gəlmişdir. 2013 Best Model of Turkey və eyni ildə Best Model of The World qalibi olmuşdur. O, 42 ölkədən 56 modelin qatıldığı "Best Model of The World" yarışmasında "Ən yaxşı kişi model" seçilmişdir. Çelik Karagül serialında canlandırdığı Serdar obrazı ilə aktyor'luğa addım atmışdır. O, serialda 100 seriyada iştirak etmişdir. Daha sonra 2016-cı ildə ekranlara çıxan Hayat Sevince Güzel serialında baş rolda Çelik Barış obrazını canlandırmışdır. Teleserialda Səlim obrazını canlandırmışdır.