Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
MiG
MiG, rəsmi olaraq Mikoyan Gurevich (Rusca: Микоян-Гуревич, МиГ), Rusiyanın hərbi təyyarə istehsalı ilə məşğul olan şirkətdir. Arteem Mikoyan və Mikhail Gurevich tərəfindən "Mikoyan-Gurevich" olaraq yaradılmışdır. Mikoyanın 1970-ci ildə ölümündən sonra Gurevich adı qaldırılmışdır. Prefiksi MiG olaraq bilinir. Rusiya hökuməti Mikoyan, Ilyushin, Irkut, Sukhoi, Tupovlev və Yakovlevi "Birləşmiş Təyyarə Şirkəti" adı altında birləşdirmək istəyir. Firma ayrıca olaraq Kamov helikopter layihəsi kimi çeşitli texnikaların istehsalı üzərində də işləyir.
Miq.
Friedrich Anton Wilhelm Miquel (alm. Friedrich Anton Wilhelm Miquel‎; 24 oktyabr 1811 – 23 yanvar 1871) — XIX əsr Hollandiya botanik-sistematiki. == Əsərləri == De nord-nederlandsche vergiftige Gewassen. Amsterdam, 1836 (36 cədvəl) (nid.) Commentarii phytographici. Leyden, 1838—1840 (14 cədvəl) (lat.) Genera cactearum : descripta et ordinata, quibus proemissi sunt characteres totius ordinis et adfinitatum adumbratio scripsit F. A. Guil. Miquel. Roterodami, 1839 (Yoxlanılıb 1 aprel 2011) (lat.) Monographia generis Melocacti. Breslau, Berlin, 1841 (11 cədvəl) (lat.) Monographia Cycadearum, Utrecht, 1842 (с 8 таблицами) (lat.) Systema Piperacearum, Rotterdam,1843—1844 (lat.) Illustrationes Piperacearum, Bonn, 1847 (92 cədvəl) (lat.) Revisio critica Casuarinarum, Amsterdam, 1848 (12 cədvəl) (lat.) Stirpes surinamenses selectae, Leyden, 1850 (65 cədvəl) (lat.) Analecta botanica indica, Amsterdam, 1850—1852 (20 cədvəl) (lat.) Cycadeae quaedam Americanae, partim novae. Amsterdam, 1851 (lat.) Plantae Junghuhnianae, Leyden, 1851—1855 (lat.) Flora Indiae batavae, Amsterdam, 1855—1859 (2 cilddə) (lat.) Prodromus Florae Sumatranæ, Amsterdam, 1860—1861 (lat.) Sumatra, seine Pflanzenwelt und deren Erzeugnisse, Leipzig, 1862 (alm.) Choix des plantes rares et nouvelles, cultivées et dessiné es dans le jardin botanique de Buitenzorg, Den Haag, 1863 (26 cədvəl) (fr.) Annales Musei botanici Lugduno-Batavi, Amsterdam, 1863—1869 (4 cilddə, 40 cədvəl) (lat.) Prolusio Florae japonicae, Amsterdam, 1865—1867 (lat.) De Palmis Archipelagi Indici observationes novae. Amsterdam, 1868 (lat.) Catalogus Musei botanici Lugduno-Batavi.
MiG-35
Mikoyan MiQ-35 (rus. Микоян МиГ-35, NATO kod adı: Fulcrum-F) — Mikoyan tərəfindən dizayn edilmiş rus çoxməqsədlı qırıcı təyyarə. MiG-29 təyyarələrinin daha da inkişaf etdirilmiş versiyasıdır. Bu təyyarələrin Qərbli rəqibləri Rafale və EF-2000 hesab olunur. Bu təyyarələrin radarlardan qaçmaq imkanı yoxdur. İlk dəfə olaraq 2007-ci ildə Aeo India 2007 sərgisində nümayiş etdirilmişdir. Yeni məlumat sistemi, radar sistemi, nişanalma sistemi və əlavə bir sıra müasir cihazlar ilə təchiz edilmiş olan hərbi təyyarədir. Vahidinin qiyməti təxminən 40 milyon ABŞ dollarıdır. Satış üçün iki versiyası təklif olunur: MiG-35 (təkoturacaqlı) və MiG-35D (cütoturacaqlı). Silahları isə aşağıdakılardır: 1.
MiQ-1
MiG-1 (Микоян-Гуревич МиГ-1) İkinci dünya müharibəsi zamanı SSRİ tərəfindən istifadə olunan bir qırıcı olmuşdur. İstifadəsi olduqca çətin olmasına baxmayaraq MiQ-3 üçün olduqca uğurlu bir baza modeli olmuşdur. Yüksək hündürlükdə uçarkən qazandığı uğurları ilə ad çıxarmışdır. MiG-1, Polikarpovdan ayrılıb MiG OKB-ni quran Artem Mikoyan və Mikhail Gureviçin öz adları altında meydana çıxarmış olduqları birinci təyyarə və əfsanə bir seriyanın başlanğıcıdır. 1938-ci ildə VVS-nin tələbi ilə dizayn üzərində işlərə start verilmiş, I-200 kodlu ilk prototipi uçuşunu 30.03.1940 tarixində reallaşdırmışdır. Yüksək hündürlükdə uçan qırıcı təyyarə olaraq 1941-ci ilin aprel ayından xidmətə qəbul edilmişdir. Ancaq SSRİ Hərbi Hava Qüvvələrinin aşağı və orta hündürlükdə uçan təyyarələrə olan güclü meyli səbəbinə və əsas üstünlüyünü Il-2 təyyarələrinə verməsi və mühərrik istehsalçısı olan Mikhulin şirkətinin AM-35 mühərriklərinin istehsalını dayandırmasına görə qısa ömürlü olmuşdur. MiG-3, MiG-1 ilə eyni aerodinamik quruluşa malikdir. Ən böyük fərqləri pilot oturacağının arxa hissəsində yerləşən zireh, daha artıq yanacaq daşımaq qabiliyyəti və qanadların altında 8 ədət hava-yer tipli raket daşıya bilməsi qabiliyyəti idi. Ümumi olaraq 3400 MiG-1 və MiG-3 istehsal edilmişdir.
MiQ-15
MiQ-15 Faqot — 1947-ci ildə Artyom Mikoyan (Anastas Mikoyanın qardaşı) və Mixail Qureviç konstruktor bürosu tərəfindən yaradılmış 1 motorlu və bir yerlik təyyarədir. Rusiyanın ilk reaktiv təyyarəsidir. Təyyarədə Rolls-Roysun Nene turboreaktiv mühərriki Klimov VK-1 adlandırılaraq istifadə edilmişdir. MİQ-15 Koreya müharibəsində istifadə edilmişdir. ABŞ-də bu təyyarəyə qarşı F-86 Thunder təyyarəsi yaradılmışdır. 1 ədəd 37 mm və 2 ədəd 23 mm-lik top və idarə olunmayan raket daşıya bilir.
MiQ-17
MİQ-17 Fresco, 1949-cu ildə Mikoyan Qureviç bürosu tərəfindən inkişaf etdirilən tək motorlu və tək şəxsiyyət bir təyyarədir. MiQ-15-in inkişaf etdirilmiş versiyasıdır. İlk dəfə bu təyyarədə AAM (Hava Hava) mərmiləri istifadə edilmişdir.
MiQ-19
Mikoyan Qureviç MiG-19 (NATO kod adı “Farmer”), Sovet istehsalı ikinci nəsil bir yerli, reaktiv motorlu ovçu təyyarəsi. Düz uçuşda səs üstü sürətə çata bilən ilk Sovet təyyarəsidir. NATO-da qarşılaşdırıla biləcəyi təyyarə North American F-100 Super Sabredir, ancaq Vyetnam müharibəsi əsnasında qarşısında daha müasir F-4 Phantom və Republic F-105 Thunderchief təyyarələriylə vuruşmaq vəziyyətində qalmışdır.
MiQ-21
MiQ-21 (rus. Микоян и Гуревич МиГ-21) (NATO kod adı: “Fishbed”) — SSRİ-də Mikoyan Guryeviç KB tərəfindən düzəldilən və istehsal olunan supersonik (səsdən sürətli) qırıcı təyyarədir. Təyyarənin məşhur rus telli musiqi alətinə oxşadığına görə pilotlar ona “balalayka” ləqəbi vermişdilər. İlk versiyaları ikinci nəsil qırıcı təyyarə olaraq bilinsə də sonrakı versiyaları üçüncü nəsil qırıcı təyyarələr kimi qəbul edildi. MiG-21 dörd qitədə əllidən çox ölkənin üzərindən uçmuşdur və ilk uçuşundan 50 ildən çox keçməsinə baxmayaraq hələ də bəzi ölkələrdə istifadə olunur. Bu döyüş təyyarəsi modern aviasiya tarixində ən çox istehsal olunan supersonik təyyarə, Koreya müharibəsindən bəri ən çox istehsal olunan döyüş təyyarəsi və 1959-cu ildən 1985-ci ilə kimi bütün versiyalarında ən çox istehsal olunan döyüş təyyarəsi rekordunu hələ də özündə saxlayır. MiG-21-in bütün versiyalarından təqribən 11.000 ədəd istehsal olunmuşdur. == Texniki xüsusiyyətləri == Ekipaj: 1 Uzunluq: 15.76 m (51 ft 8.47 in Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in) Qanadların uzunluğu: 7.154 m (23 ft 5.66 in) Hündürlük: 4.1 m (13 ft 5.41 in) Qanadların sahəsi: 23.0 m² (247.3 ft2) Boş halda ağırlığı: 4,871 kg (10,738 lb) Dolu halda ağırlığı: 7,100 kg (15,650 lb) Mühərrik: 1 × Tumanskiy R11F-300, normal itələmə gücü 37.27 kN (8,380 lbf), afterburner-ilə itələmə gücü 56.27 kN (12,650 lbf) == Performans == Maksimum sürət: 2,175 km/s (1,350 mph) Mach 2.05 Uçuş məsafəsi: 1,580 km (981 mil) Uçuş hündürlüyü: 19,000 m (62,335 ft) == Silah təchizatı == 1 ədəd 23 mm-lik QŞ-23 aviatop K-13,K-5,R-60,R-77,R-73,R-27 Hava-hava tipli raketlər Kh-25,Kh-31,S-24 Hava-yer tipli raketlər KAB-500KR Televizor idarəli bomba == İstifadəçilər == === Sivil istifadəçilər === Bəzi təyyarələr hal-hazırda bəzi kolleksiyaçılar tərəfindən satın alınaraq döyüş quşu (warbird) olaraq uçurulurlar. Hətta ABŞ-də bəzi idxalatçılar r və digər ölkələrdən MiG-21, MiG-15 ve MiG-17 təyyarələrini satın alaraq bunları mülki insanlara təxminən 45,000 dollara satırlar.
MiQ-23
MiQ-23 (rus. МиГ-23; NATO kod adı: Flogger) Mikoyan adına konstruktor bürosunda, Qureviç tərəfindən çıxarılan dəyişən qanad quruluşuna sahib Sovet döyüş təyyarəsi. İlk prototip uçuşu 1967-ci ildə olmuşdur. 1968-ci ildə Domodedovo Aviasiya Sərgisində Avropa ölkələrinin böyük marağına səbəb olmuşdur. Təyyarə MiQ-23S kimi 1968-ci ildə seriyalı istehsala başlamışdır. Qısa və qeyri-standart yollarda havaya qalxma xüsusiyyətinə malikdir. Ayrıca MiQ-23PD kodlu bir VTOL dikinə qalxıb-enə bilən bir modeli də mövcuddur. Rusiya Hərbi Hava Qüvvələrində 1998-ci ildən etibarən silahlanmadan çıxarılsa da, bir sıra ölkələrdə istifadə edilir. İyirmi bir ölkədə on beş ayrı modeli istifadə edilmişdir. Bir motorlu və bir yerli təyyarədir.
MiQ-25
MiQ-25, (rus. МиГ-25) (NATO kod adı: Foxbat Foksbet — «qanadlı») - SSRİ istehsalı olan biryerli, yüksək hündürlükdə və yüksək sürətlə uça bilən qırıcı təyyarəsi. MiQ-25 proyekti 60-cı illərdə Mikoyan-Quryeviç Konstruktor Bürosu tərəfindən yüksək sürətli və yüksək hündürlükdə uça bilən Amerikan bombardman (XB-70 "Valkyrie") və kəşfiyyat (SR-71 “Blackbird”) təyyarələrinə qarşı müdafiə məqsədi ilə başlanmış, nəticədə Sovet ordusunda MiQ-25, səsdən 3 dəfə sürətli təyyarə kimi effektiv qırıcı-kəşfiyyatçı rolunu oynamışdır. Güclü radar və dörd ədəd hava-hava roketlərilə təchiz olunmuş təyyarə bir müddət NATO üçün çox böyük təşviş yaratsa da, 1976-cı ildə Sovet pilotu Leytenant Viktor Belenkonun idarə etdiyi MiQ-25 ilə Yaponiyaya qaçması Qərb ölkələrinə bu təyyarəni analiz etməyə və sirrlərini öyrənməyə imkan vermişdir. İlk prototipi 1964-cü il mart ayının 6-sı uçmuşdur. İstismar müddəti hələ də davam edir. İstehsal miqdarı təqribən 1200-dür. == Əsas Məlumatlar == Təyyarənin hissələrinin çoxu əl ilə və olduqca kobud şəkildə qaynaq olunmuşdur. Ucuz və asan istehsal olunması üçün amerikan dizaynlarının əksinə olaraq boltların başları təyyarənin aerodinamik dizaynına təsir edə bilməyəcəyi düşünülən yerlərdə gövdəyə bastırılmamışdır. Təyyarənin elektronika sistemlərinin çox hissəsi vakuum diodlarından (lampalı dövrədən) ibarətdir.
MiQ-27
MiQ-27 (NATO-nun təsnifatına görə Flogger-D) - 1974-cü ildə Mikoyan Qureviç Konstruktor Bürosu tərəfindən yaradılan təyyarə MiQ-23-ün modernizasiya edilmiş variantıdır. Tək motorlu, bir yerli təyyarənin qanadları dəyişə bilən əyilmə bucağına malikdir. Təyyarədə: 1 ədəd 30 mm-lik top AAM (Hava Hava) vəzifələri üçün: AA-8 AGM (Hava Yer) vəzifələri üçün: AS-12, AS-14 mərmilərini istifadə etməkdədir. == Texniki xüsusiyyətləri == Uzunluğu: 16,6 metr Hündürlüyü: 8,5 metr Qanadların eni: 14,26 metr Çəkisi (boş): 11 908 kq Çəkisi (tam yüklü): 18 100 kq Uçuş yüksəkliyi: 14 000 metr Maksimal uçuş sürəti: yer səthinə yaxın: 1350 km/s 8000 m yüksəklikdə: 1885 km/s == Xarici keçidlər == MiQ-27 Dil--en Vikianbarda MiQ-27 ilə əlaqəli mediafayllar var.
MiQ-29
MiQ-29 (rus. МиГ-29) (NATO kod adı: Fulcrum – Dayaq nöqtəsi) — Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilmişdir. Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilmişdir. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaqdoldurma imkanlarına sahibdir. Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Rusiya HHQ hal-hazırda öz silahlanmasında olan mövcud flotiliyaları modernizasiya olunmuş MiQ-29SMT konfiqurasiyası ilə əvəz etmək istəsə də, maliyyə çətinliklərinə görə bu plan tamamlanmamışdır. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir.
MiQ-3
MiG-3 (Микоян и Гуревич МиГ-3) İkinci Dünya müharibəsi dövründə SSRİ tərəfindən istifadə olunan qırıcı təyyarə. İkinci dünya müharibəsində SSRİ tərəfinin istifadəsində olmuş birinci qırıcı təyyarə olmuşdur. MiQ-1 qırıcı təyyarəsindən yaradılmış olan uğurlu bir versiya olmuşdur. Yüksək hündürlükdə qazandığı uğurları ilə ad çıxarmışdır. İlk uçuşunu 29 oktyabr 1941-ci ildə həyata keçirmişdir. 1940–1941-ci illər arasında istehsal edilmişdir. 1945-ci ildə xidmətdən çıxarılmışdır. MiG-3, MiG-1 ilə eyni aerodinamik quruluşa malikdir. Ən böyük fərqləri pilot oturacağının arxa hissəsində yerləşən zireh, daha artıq yanacaq daşımaq qabiliyyəti və qanadların altında 8 ədət hava-yer tipli raket daşıya bilməsi qabiliyyəti idi. Ümumi olaraq 3400 MiG-1 və MiG-3 istehsal edilmişdir.
MiQ-31
MiQ-31 1975-ci ildə Mikoyan Qureviç tərəfindən inkişaf etdirilən iki yerli, iki motorlu yüksək hündürlükdə uçan təyyarəsi olan MiQ-25-in inkişaf etdirilmiş törəməsidir. Vəzifəsi düşmənin nüvə başlıqlı mərmilərini, cəsus təyyarələrini və borbardman təyyarələrini havadaca qabaqlamaq ya da məhv etməkdir. Dünyanın mexaniki olaraq ən yüksək performanslı havada üstünlük qazanmaq üçün nəzərdə tutulmuş təyyarəsidir. Çox yüksək sürətə və çox yaxşı manevr qabiliyyətinə malikdir, ancaq istehsalından qaynaqlanan səhvlər səbəbi ilə vəzifəsini Suxoy Su-27-ə vermişdir. Qərbdə onun bənzəri yoxdur. Təyyarədə 200 km mənzilə sahib Zaslon radarı istifadə edilməkdədir. Son illərdə modernizasiya edilərək yer hücum xüsusiyyətidə qazanan MiQ-31, müasir aviyoniklər və rəngli ekranlı kokpitə malikdir. MiQ-31 MiQ-25in konstruksiyasının əsasında inkişaf etdirilmişdir. Əsas vəzifəsi düşmənin ərazisində yuxarıdan kəşfiyyat aparmaq və düşmənin hücumlarının qarşısını almaqdır. İlk prototipləri 1975-ci ildə uçmuş, kütləvi surətdə istehsalında isə 1978-ci ildən etibarən başlanılmışdır.
MiQ-33
MiQ-29 (rus. МиГ-29) (NATO kod adı: Fulcrum – Dayaq nöqtəsi) — Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilmişdir. Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilmişdir. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaqdoldurma imkanlarına sahibdir. Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Rusiya HHQ hal-hazırda öz silahlanmasında olan mövcud flotiliyaları modernizasiya olunmuş MiQ-29SMT konfiqurasiyası ilə əvəz etmək istəsə də, maliyyə çətinliklərinə görə bu plan tamamlanmamışdır. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir.
MiQ-35
MiQ-5
DIS-200 və ya MiG-5, (Дальний истребитель сопровождения — "uzun mənzilli qırıcı eskortu"), SSRİ-nin İkinci dünya müharibəsi zamanında istifadə etmək istədiyi MiQ Dizayn Bürosu tərəfindən yaradılmış olan bir prototip idi. Cüt mühərrikli və cüt quyruqlu kombinasiya edilmiş olan təyyarədən sadəcə olaraq iki ədəd istehsal edilmişdir. Kəşfiyyat təyyarəsi və bombardmançı kimi istifadə edilməsi planlaşdırılmışdı, amma bu plan heç vaxt həyata keçirilməmişdir. İlk örnək T dizayn ofisi tərəfindən Mikulin AM-37 mühərriki ilə istehsal edilmişdir. İlk uçuşunu 1941-ci ilin oktyabr ayında reallaşdırmışdır. Testləri çox uğurlu olmuşdur. İkinci örnək, IT, Shvetsov M-82F motoru ilə 1942-ci ilin oktyabr ayında hazır edildi, ancaq ilk uçuş reallaşdırılmadan layihə ləğv edilmişdir. Prototipin uğuruna baxmayaraq yükgötürmə tutumu və qabiliyyətləri istehsal olunan Petlyakov Pe-2 ilə çox yaxın olduğu düşünülmüş və buna görə də layihə ləğv edilmişdir. MiQ-5 adı bu təyyarə üçün nəzərdə tutulmuş olsa da, istehsalı baş tutmadığı üçün adı DIS olaraq qalmışdır.
MiQ-9
Mikoyan-Qureviç MiQ-9 (Микоян и Гуревич МиГ-9; NATO kod adı: Fargo), Mikoyan-Qureviç şirkəti tərəfindən istehsal olunan SSRİ mənşəli reaktiv qırıcı hərbi təyyarə növüdür. Təyyarə İkinci dünya müharibəsindən sonra reaktiv təyyarəyə olan ehtiyaclara görə yaradılmış və orta səviyyəli uğurlara malik olmuşdur. Ancaq silahlar qazından dolayı çox yüksək hündürlükdə uçarkən mühərrik bölməsində yanğın çıxırdı. Buna görə təyyarədə çoxsaylı mühərriklər sınaqdan keçirilmiş, ancaq Mikoyan-Gurevich MiG-15 təyyarəsi daha üstün olduğu üçün öz yerini MiQ-15 təyyarələrinə vermişdir. 1946-1948-ci illər arasında 598 ədəd istehsal edilmişdir.
MiQ 29
MiQ-29 (rus. МиГ-29) (NATO kod adı: Fulcrum – Dayaq nöqtəsi) — Sovet İttifaqında dizayn olunmuş iki mühərrikli, çoxməqsədli, dördüncü nəsil döyüş təyyarəsi. 1970-ci illərdə Mikoyan dizayn bürosu tərəfindən konstruksiya olunmuş bu qırıcı öz ölçülərinə görə daha böyük olan Su-27 ilə birlikdə ABŞ istehsalı F-15 və F-16 tipli döyüş təyyarələri ilə rəqabət aparmaq məqsədilə hazırlanıb. MiQ-29 ilk dəfə 1982-ci ildə Sovet Hərbi Hava Qüvvələrində silahlanmaya daxil edilmişdir. Bu qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava-səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çoxməqsədli qırıcıya çevrilmişdir. Çoxməqsədli MiQ-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş MiQ-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunmuşdur ki, bunlardan da ən müasiri MiG-35 hesab olunur. İlkin modellə müqayisədə növbəti variantlar təkmilləşdirilmiş mühərrik, HOTAS uçuşu idarəetmə sistemi ilə təchiz olunmuş şüşə kokpit, müasir radar və IRST sensorları, həmçinin artırılmış yanacaq tutumu və bəzi variantlar isə havada yanacaqdoldurma imkanlarına sahibdir. Sovet İttifaqının dağılmasından sonra Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox keçmiş Sovet respublikaları bu təyyarələrdən hələ də istifadə edir. Rusiya HHQ hal-hazırda öz silahlanmasında olan mövcud flotiliyaları modernizasiya olunmuş MiQ-29SMT konfiqurasiyası ilə əvəz etmək istəsə də, maliyyə çətinliklərinə görə bu plan tamamlanmamışdır. MiQ-29 olduqca məşhur ixrac təyyarəsi də hesab edilir.
Mil Mi-10
Mil Mi-10 (rus. Миль Ми-10; NATO kod adı: Harke), Mil tərəfindən istehsal olunan Sovet istehsalı bir nəqliyyat helikopteridir. Mil Mi-6 əsas alınaraq dizayn olunan helikopter 1963-ci ildə xidmətə başlamışdır. Tikinti- quraşdırma və inşaat işlərində istifadə olunması nəzərdə tutulan hərbi nəqliyyat helikopteri Mi-10-un mülki modifikasiyası “uçan kran”dır. Bu “qısa ayaqları” və gövdə altında əlavə pilot kabinası olan bir versiyadır. İlk uçuşu 1965-ci ilin iyun ayında baş tutub və istehsalı 1975-ci ildə başlayıb. 17 ədəd helikopter istehsal edilib və onlardan dördü sonradan yenidən qurulub. Dizaynerlər xarici görünüş və platformadan imtina etdilər. Şassinin hündürlüyünü azaldaraq helikopterin çəkisinin və alın müqavimətinin azalmasına nail oldular. Helikopterin yüklənməsi və boşalması zamanı özünü doğrultmayan idarəetmə kameraları əvəzində “uçan kran” ikinci dairəvi görünüşə və üçüncü idarəetmə mexanizmlərinə malik asılma kabinə ilə təchiz olundu.
Mil Mi-17
Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur. == Əməliyyatlarda istifadə olunması == Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunmuşdur. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulmuşdur. Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunmuşdur. Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak etmişdir. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulmuşdur. Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak etmişdir.
Mil Mi-171V
Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur. == Əməliyyatlarda istifadə olunması == Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunmuşdur. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulmuşdur. Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunmuşdur. Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak etmişdir. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulmuşdur. Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak etmişdir.
Mil Mi-2
Mil Mi-2 (NATO kod adı: Hoplit) — Mil Moskva Helikopter Zavodu tərəfindən dizayn olunmuş çoxməqsədli helikopter == Konstruksiya və inkişafı == Mi-2 yalnız Polşada, Svidnik şəhərindəki WSK "PZL-Świdnik" zavodunda istehsal olunur. Mil Mi-1 modeli ilk dəfə Sovet İttifaqında 1948-ci ildə istehsal edilmişdir. S-51 və Bristol Sycamore modelləri üzrə modelləşdirilmiş və ilk sınaq uçuşları 1948-ci ilin sentyabrında Mixail Mil istehsalat sahəsində baş tutmuşdur. Model üçün xüsusi olaraq Isotov GTH-350 mühərriki hazırlanmış və Mi-1-dən xeyli üstün olan Mi-2 modelinə inteqrasiya edilmişdir. Daha sonra, Mil (Sovet İttifaqındakı adı ilə V-2) ofisi 1964-cü ildə Polşanın Świdnik qəsəbəsinə köçürüldükdən sonra inkişaflar buradan da davam etdirilmişdir. 1964-cü ildən bəri PZL-Świdnik yüzlərlə helikopterin tədarükünü həyata keçirmiş və bunların təxminən 1/3 hissəsi hərbi məqsədlər üçün satılmışdır. Mülki məqsədlərdə istifadə üçün plastik rotor bıçaqlı və geniş gövdəyə malik 10 sərnişin tutumlu Mi-2M modeli hazırlanmışdır. Onun ən mühüm istifadə sahələrindən biri də ambulans kimi istifadə edilməsidir, çünki onun həcmi 4 xərək daşımağa imkan verir. Polşada bəzi xüsusi hərbi variantları da hazırlanmışdır. Birincisi, o, dəstək və kəşfiyyat məqsədləri üçün 23 mm-lik avtomatik top və iki ədəd 57 mm-lik raket podu, dörd ədəd 9K11 Malyutka tank əleyhinə raket sistemləri və ya Strela-2 AA raketlərini daşıya bilər.
Mil Mi-26
Mil Mi-26 (ru: Миль Ми-26, NATO kod adı: "Halo") "İzdeliye 90" istehsal kodu altında istehsal olunan və Sovet İttifaqı dövründə istehsalına başlanılan Rus ağır nəqliyyat helikopteridir. Həm hərbi, həm də mülki helikopterlər arasında indiyədək istehsal olunan ən böyük və ən güclü helikopterdir. == Konstruksiya və inkişafı == Mi-26-dan daha ağır olan Mil Mi 12 (prototip adı: Mil V-12) helikopterinin inkişaf mərhələsi tamamlana bilmədikdə, 1970-ci illərin əvvəllərində yeni bir ağır nəqliyyat helikopterinin inkişafı layihəsinə başlanıldı. İlk növbədə İzdeliye 90 ("Layihə 90") adlandırılan layihə sonradan Mi-26 adlandırıldı. Bu yeni helikopterdə olması gözlənilən əsas xüsusiyyət, boş ağırlığının maksimum qalxma ağırlığının yarısından az olmasıdır. Mi-26 helikopteri, OKB-329 Dizayn Bürosunun (sonradan Mil Moskva Helikopter Zavodu adlandırıldı) qurucusu Marat Tişçenkonun köməyi ilə Mixail Mil tərəfindən hazırlanmışdır. Hərbi və mülki ehtiyacları ödəyə bilən ağır nəqliyyat helikopteri olaraq inkişaf etdirilən Mi-26, əvəz etdiyi Mil Mi-6 helikopterinin kabin həcminin və daşıma qabiliyyətinin iki dəfə artırılmış versiyasıdır. Mi-26-nın hazırlanmasında əsas məqsəd 13 tonluq amfibiya zirehli transportyor və portativ ballistik raket batareyaları kimi hərbi texnikanın Antonov An-22 və ya Ilyushin Il-76 kimi hərbi nəqliyyat təyyarələri ilə əsas nöqtələrə çatdırıldıqdan sonra daha uzaq və çatılması çətin olan ərazilərə daşınmasıdır. Mi-26 ilk uçuşunu 14 dekabr 1977-ci ildə etdi. 1983-cü ildə inkişaf mərhələsi tamamlanan vertolyot, 1985-ci ildən Sovet Hərbi Hava Qüvvələrinin və Sovet İttifaqındakı mülki təşkilatların inventarına girdi.
Mil Mi-28
Mi-28 (NATO kod adı Havoc) döyüş helikopteri Rusiya istehsalıdır. Ruslar ötən əsrdə apardığı müharibələrdə çoxlu sayda Mi-24 tipli döyüş helikopterlərindən istifadə edib. Xüsusi ilə bu özünü Çeçenistanda daha qabarıq şəkildə büruzə verdi. Bundan sonra rus mutəxəssisləri daha mükəmməl helikopter yaratmaq üçün işə başladılar. Beləliklə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Mi-28 və Ka-50 döyüş helikopterləri istehsal olundu. Silahlanması haqqında indinin özündə də çox az məlumat verilir. == Variantları == ===== Mi-28 ===== İlkin istehsal variantı. İlk uçuşunu 1982-ci ildə həyata keçirmişdir. ===== Mi-28A ===== Tank əleyhinə silahlarla təchiz olunmuş istehsal variantı. ===== Mi-28N Havoc ===== İstənilən hava şəraitində verilən tapşırığı yerinə yetirə bilir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
АМГ-10 aviasiya yağı
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir. Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl - XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi "Xəmsə"sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə"yə daxil olan "Leyli və Məcnun" və "Yeddi gözəl" poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir. Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır. Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır. Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir.
МR 1