Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dada Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Dedek Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Dedo Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Ceyson Mraz
Jason Thomas Mraz (23 iyun 1977)- Amerikalı müğənni-bəstəkar. O, 2000-ci ildə San Dieqoda kafedə işləyərkən diqqət çəkməyə başlayıb. Orada zərb alətləri ifaçısı Toka Rivera ilə tanış oldu. "Live at Java Joe's"-ı yayımlandıqdan sonra Rivera ilə davam etdi. 2002-ci ildə ilk albomu olan "Waiting for My Rocket to Come"-u buraxdı. Albomdakı "The Remedy (I Won't Worry)" kifayət qədər uğurlu oldu, lakin onun əsas uğuru 2005-ci ildə buraxılan Mr. O, bunu A-Z albomu ilə tutdu. Albom ilk həftəsində ABŞ-da 100.000-dən çox nüsxə satdı və Billboard 200-də beşinci yerdə debüt etdi. Onun üçüncü albomu "We Sing. We Dance.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
MRAP
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.
KrAZ
KrAZ (uk: Кременчуцький автомобільний завод; Rom: Kremençutski avtomobilni zavod; Az: "Kremençuk Avtomobil Zavodu") (АвтоКрАЗ AvtoKrAZ) Ukraynada yerləşən yük maşını istehsalçısıdır. Müəssisə 31 avqust 1945-ci ildə SSRİ dövründə yaradılmış və xüsusilə ağır yükdaşıyan yolsuzluq avtomobilləri və xüsusi avtomobillər istehsalı sahəsində ixtisaslaşmışdır.
Raz
Raz- İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Raz və Cərgəlan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,735 nəfər və 1,282 ailədən ibarət idi.
KrAZ-255B
KrAZ-255B (rus.
Muraz Cabbarov
Muraz Gülməmmədov
Muraz Məhərli
Muraz Ələkbərov
Məhəmməd Oraz
Məhəmməd Oraz (16 sentyabr 1969, Nəqədə, Qərbi Azərbaycan ostanı – 7 sentyabr 2003, İslamabad) — İran alpinisti. Everest dağın fəth edən ikinci İranlıdır.
Məmməd Araz
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı. Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Oraz Yağmur
Oraz Yağmur (türkm. Orazdurdu Yağmurov; 15 avqust 1947, Yolötən rayonu[d] – 3 yanvar 2022, Aşqabad) — tanınmış türkmən şairi, yazıçı, publisist Oraz Yağmur 15 avqust 1947-ci ildə qədim Marı vilayətinin Yolötən rayonunun Qanlıbaş kəndində doğulmuşdur. İbtidai və orta təhsilini Mərv şəhərində almışdır. Orta məktəbdə oxuyarkən ehtiyac üzündən kitabxanaçı, traktorçu kimi çalışmışdır. Aşqabadda indiki Məhdimqulu adına Türkmənistan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1967–1972). Tələbəlik illərində oxumaqla yanaşı, ibtidai məktəbdə müəllimlik etmişdir. Sonrakı dönəmlərdə müxtəlif işlərdə çalışmış, hətta dövlət katibi vəzifəsinə qədər yüksəlmişdir. Ədəbi yaradıcılıqla yanaşı Türk Dünyasının birliyi, bütövlüyü uğrunda ciddi mübarizə aparmışdır. O, Türkiyə, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Hindistan və başqa ölkələrdə keçirilən konfrans, simpozium və forumlara qatılmış, məqalələri çeşidli dərgilərdə yayınlanmışdır. Ömrünün son illəri ciddi nəzarət altında yaşamış, ölkədən çıxışına qadağa qoyulmuşdur.
Orxan Araz
Orxan Aras (türkcə:Orhan Aras) (1966, Quzugüdən) — Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti; Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü. Orhan Aras 1966-cı ildə Türkiyənin Iğdır şəhərinin Quzugüdən kəndində anadan olmuşdur. Yazıçının mənsub olduğu Quzugüdənli əşirəti Prof. Faruq Sümərə görə, Səlcuqlularla birlikdə Anadoluya gəlmiş, Səfəvilər dönəmində Təbrizə köçmüş, 1560-cı illərdə təkrar Anadoluya geri dönmüşlər. Akademik Ziya Bünyadovun “İrəvannın icmal dəftəri” adlı araşdırmasında isə quzugüdənlilərin İrəvan əhalisi olaraq qeydə alındığı göstərilmişdir. Yazar ilk təhsilini Quzugüdən kəndində, orta təhsilini Iğdırda, internat məktəbini isə Ərzurum tamamlamışdır. 1982-ci ildə Almaniyaya mühacirət edən Orhan Aras öncə Bochum Universitesində Prof. Herman Varinin Türkoloji dərslərinə qatılmış, daha sonra İqtisadiyyat fakültəsini bitirmişdir. Əsərlərini almanca yazan Azərbaycan yazıçısı Əsəd bəy (Qurban Səid) haqqında Berlində apardığı araşdırmalar və türkcə və almanca nəşr etdirdiyi “Əsəd bəyin həyatı və jurnalistliyi” adlı araşdırmasıyla 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 2009-ci ildə “Platform” dərgisinin düzənlədiyi şeir yarışmasında “Ağlama nə olursun” şeiri ilə birincilik ödülü alan Orhan Aras, 2020-ci ildə Avropanın ən önəmli qurumlarından olan POYAD tarafından ilin yazıçısı seçilmişdir.
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
Tufan (MRAP)
Tufan — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaratdığı Azərbaycanın ilk milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi. "Tufan"ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın 8 desant 8 daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm,hündürlüyü 2820 mm-dir. "Tufan"ın sürəti 85 km/saat, gediş ehtiyatı 900 km təşkil edir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı maye ilə soyuducunun KAMAZ EVRO 2 dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub. Sifarişdən asılı olaraq maşın istənilən digər növ mühərrik və transmissiyaya ilə təchiz oluna bilər.
Uraz (Uçalı)
Uraz (başq. Ураҙ, rus. Уразово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Uraz Kaygılaroğlu
Uraz Kaygılaroğlu (30 iyun 1987, İstanbul) — Türk aktyor və aparıcı. 1987-ci ildə İstanbulda anadan olub. Orta məktəb illərində Müjdat Gezen Sənət Mərkəzində aktyorluq kurslarına qatılıb. İstanbul Bilgi Universitetinin Reklam fakültəsini bitirib. O, aktyorluq karyerasına səkkiz seriyalı Millionda Bir serialında Berke rolunu oynamaqla başlayıb. FOX TV-də yayımlanan Harem adlı serialda Feminen Ağa, "Eski Hikaye" serialında Ömər, "Yedi Güzel Adam" serialında Adil Erdem Bayazıt, Baba Candır serialında Haluk Güney, Əmioğlu Volki rolu. Show TV-də yayımlanan "Klaviaturalı oğlanlar" serialında Gediz Işıklı, Star TV-də yayımlanan Sefirin Kızı serialında rol alıb. Çəkilişləri 2021-ci ildə tamamlanan Erşan Kuneri serialında rol aldı. Aktyorluqdan əlavə, televiziya müsabiqə proqramlarının aparıcısı olub. O, TRT 1-də yayımlanan Tam Zamanı və Quyruq viktorina verilişinin və Kanal D-də yayımlanan "İzləmə" viktorina verilişinin aparıcılığını edib.
Uraz Məhəmməd
Uraz Məhəmməd (qaz. Oraz-Muhammed, Ораз-Мұхаммед (اوراز محمد); 1572 və ya XVI əsr – 22 noyabr 1610, Kaluqa) — Qasım xanlığının hakimi. Kalmık hücumları sırasında Şığay xanın oğlu (Təvəkkül xanın qardaşı) Ondan sultan öldü. Qədirəli Cəlayiri atasız qalan 13 yaşındakı Uraz Məhəmmədi yanına alıb bütün kəndiylə birlikdə Sibir xanı Küçüm xanın yanın köç etdi. Küçüm xan o vaxtdan Qədirəlini özünə baş bəy olaraq təyin etdi. Kosım bəy davamlı Uraz Məhəmmədi yanında saxlayırdı və onu öz övladı kimi təlim-təhsil verib yetişdirdi. Qədirəli bəy Kosımoğlu, Uraz Məhəmməd və Seydak üçü sıx-sıx ovlanmağa çıxardılar. Belə bir ov sırasında (1588də) İrtiş çayı boyunda dolaşan bu üç qazaxı Sibir hərbi komendantı D. Çulkov pusqu qurub yaxaladı. Daha sonra üçünü ev-övladlarıyla bərabər Moskvaya "girov" olaraq Çar sarayına göndərdi. Uraz Məhəmməd isə 1590–1591-ci illərdə Krım xanlığı və isveçlilərə qarşı savaşlara hərbi mütəxəssis olaraq qatıldı və müxtəlif yararlıqlar göstərdi.
Uraz İsayev
Uraz Canzakoviç İsayev (28 may 1899, 4 nömrəli aul, Karasuu volostu, Lbişçenski rayonu, Ural bölgəsi — 29 avqust 1938) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan MSSR Xalq Komissarları Sovetinin sədri (1929–1938). SSRİ NKVD-nin xüsusi üçlüyünün üzvü idi. Uraz Canzakoviç İsayev 28 may 1899-cu ildə Qarasu volostunun 4 nömrəli aulunda anadan olub. 1920-ci ildən RCP (b) üzvü idi. 1918-ci ilə qədər Çelkar regional şurasının (Ural bölgəsi) katibi vəzifəsində çalışıb. 1919. — Ural rayonu-şəhər fəhlə və kəndli milislərində, 1919 — Lbişçenski rayon inqilab komitəsinin təlimatçısı (Ural bölgəsi), 1919–1920 — kənd şurasının katibi, katibi, Çelkar volostu şurası icraiyyə komitəsinin sədr müavini, RKSM Lbişen volostu komitəsinin təşkilatçısı (Ural bölgəsi), 1920–1921 — Həmkarlar ittifaqı bürosunun komissarı, müfəttiş, və s. Cambeytinski rayon əmək şöbəsinin müdiri (Ural əyaləti), 1921 — ÇEKA-nın Cambeytin Siyasi Bürosunun komissarı, 1921–1922 — Ural Vilayət ÇEKA-sının Əməliyyat Komissarı, 1922–1923 — RCP (b) Ural Vilayət Komitəsinin məsul təlimatçısı, 1923–1924 — RCP (b) -ın Cambeytinski rayon komitəsinin məsul katibi, Avqust-Oktyabr 1924 — RCP (b) Kazak Regional Nəzarət Komissiyası sədrinin müavini, Qazax ASSR-nin Fəhlə və Kəndli Müfəttişliyi Xalq Komissarının müavini, 1924–1925 — Qazax ASSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Aprel-Oktyabr 1925 — RCP (b) Qazax Regional Nəzarət Komissiyası sədrinin müavini, Qazax ASSR-nin Fəhlə və Kəndli Müfəttişliyi Xalq Komissarının müavini, 1925–1927 — RCP (b) -VKP (b) Qazax vilayət komitəsinin təşkilati və təlimatçı şöbəsinin müdir müavini, Qazax ASSR İşçi və Kəndli Müfəttişliyi Xalq Komissarlığının inzibati və mədəniyyət şöbəsinin müdiri, 1927–1928 — Sov. İKP (b) Qazax vilayət komitəsinin təşkilati, təşkilati və paylama şöbəsinin müdiri, 1927–1928 — Sov. İKP (b) Qazax Regional Komitəsinin Katibliyinin üzvü, 1928–1929 — Sov.
Araz Hacıyev
Araz Yaquboğlu (tam adı: Hacıyev Araz Yaqub oğlu; 1 avqust 1973, Yeni Daşkənd, Azərbaycan SSR) — tədqiqatçı, jurnalist, "Qızıl qələm" media mükafatı (2011) və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini, Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən). == Həyatı == Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub. Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur. 2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur.
KrAZ-5401
KrAZ-5401 kabovarlı yük maşını Ukraynadakı KrAZ zavodunda istehsal olunur. İlk dəfə 2013-cü ildə təqdim edilmişdir. KrAZ-5401 312 at gücünə malik YaMZ-536 mühərriki, MFZ-430 muftası və 9JS119TA mexaniki transmissiya ilə təchiz edilmişdir.