Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Camal Mübarək
Qamal Mübarək (27 dekabr 1963, Qahirə) — Misirin eks-prezidenti Hüsnü Mübarəkin oğlu. == Həyatı == O da həmçinin Qahirədəki Amerika Unversitetində təhsil alıb. "Bank of Amerika"da işləyib. 2000-ci ildə hakim Milli – Demokrat Partiyasının katibliyinə daxil olub. 2002-ci ildə partiyanın siyasi komitəsinin rəhbəri təyin olunub. Elə həmin illərdə onun atasından sonra hakimiyyətə hazırlandığı barədə şayiələr yayılmağa başlayıb. 2010-cu ildə Hüsnü Mübarək xəstə olarkən şayiə yayılır ki, özünün varisi kimi Qamalı elan edəcək. Bununla bağlı Misirdə narazılıq başlanır. Etiraz aksiyası keçirilir. Qamal partiya tərəfindən 2011-ci ildə prezidentliyə ən uyğun namziəd kimi baxılırdı.
Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. == Həyatı == Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Mübarək (şəhər)
Mübarək Özbəkistanın Qaşqadərya vilayətində yerləşən şəhərdir. Mübarək əhəmiyyətli neft və qaz şəhəridir. Şəhər Mübarək bölgəsinin mərkəzidir. Mübarək şəhəri Qaşqadərya vilayətinin mərkəzi Qarşı şəhərindən 78 km məsafədə yerləşir. Mübarək 1974-cü ildən bəri şəhərdir. Mübarək 1974-cü ildən bəri bir şəhərdir. Bəzi yerli rəvayətlərə görə Mübarək adı İmam Buxarinin tərbiyəçilərindən olan Abdullah ibn Mübarak əl-Mərvazi adını daşıyan Xocamuborak kəndinin adından gəlmişdir. Mübarəkin 31 455 nəfər əhalisi var. Əhali 2002-ci ildə 28.300 nəfər idi. Əhali 2002-ci ildə 28.300 nəfər idi.
Mübarək zonası
Mübarək zonası (rus. Мубарекская зона) — 1970-1980-ci illərdə Sovet İttifaqı hökumətinin KGB-nin təşviqi ilə planladığı, lakin uğursuzluqla nəticələnən təkliflər layihəsidir. Layihə təklifində 1940-cı illərdə Fərqanə vadisinin fərqli bölgələrinə sürgün edilmiş Krım tatarlarını (sənəddə bu millətin adı keçmişdə Krımda yaşayan Tatar milləti olaraq göstərilmişdir) Qaşqadərya vilayətinə bağlı, əsasən sənayeləşməmiş Mübarək zonasına köçürməyi planlanılırdı. Təklifin məqsədi isə Krım tatarlarının yardımı ilə bölgəni sənayeləşdirmək, Krım tatarlarını Krıma geri dönmə istəklərindən əl çəkdirmək üçün onların Özbəkistanda qalıcı olaraq kök salmalarını təmin etmək və Krım Muxtar Sovet Sosialist Respublikasının təkrar qurulması yerinə, Mübarək bölgəsində yeni tatar bölgəsini qurdurmaq idi. Krım tatarları bu planı özlərini Özbəkistanda assimiliyasiya etdirmə, "Mübarək tatarlarına" dönüşdürmə, Krımdan xaricdə tutma, Krım MSSR-nın yenidən qurulmasını əngəlləmə və Krımdan uzaqda süni "vəd edilmiş torpaqlar" qurma təşəbbüsü olaraq gördülər. Dolayısıyla, yalnızca az sayda Krım tatarı bu planı dəstəklədi və ya bu təklif edilən bölgəyə köçdü. Layihəni təşviq edənlər Krım tatarlarını guya "atalarının evi" Orta Asiyada "kök salma"ğa təşviq etmə və Krım ilə olan əlaqələrini yox sayma yönündə intensiv cəhdlər etdilər. Bütün bunlara baxmayaraq, çox az sayda Krım tatarının Mübarəkə köçdüyünü və Krım tatarlarının Krıma geri dönmə istəklərindən əl çəkmədikləri aydın olunca, plan ləğv edildi. Krım tatarları ilə Kazan tatarları arasında nə qədr fərqlər olsa da, Mübarək zonası planından bir qədər öncə, SSRİ KP Mərkəzi Komitəsi "Krım tatar problemini həll etmək" üçün Krım tatarlarını Tatarıstana köçürməyi və Kazan tatarları ilə "yenidən birləşmə"yə təşviq etməyə çalışmış, ancaq bu təklif də Krım tatarları tərəfindən rədd edilmişdir.
Süzanna Mübarək
Süzanna Mübarək (28 fevral 1941, Əl-Minya) — Misirin birinci xanımı. Syuzan Mübarək 28 fevral 1941-ci ildə anadan olub. Onun ailəsi qarışıq sayılır. Atası misirli, anası iləs xristian dininə tapınan valliya xalqının nümayəndəsidir. Syuzan Qahirədəki "müqəddəs Klara" məktəbində oxuyub. Daha sonra 1977-ci ildə Qahirədə yerləşən Amerika Unversitetinin siyasi elmlər üzrə baklavr pilləsini bitirib. 1982-ci ildə "Misir şəhərlərinin sosial formalaşması" mövzusunda dissertasiya müdafiə edərək magistr olub. 1977-ci ildə onun tərəfindən "Integrated Care Society" adlı xeyriyyə çəmiyyəti yaradılıb. Syuzan Mübarək bu günə qədər Fonda rəhbərlik edir. 1978-ci ildə Mübarəklə rəsmi nikah bağlayan Syuzan prezident xanımı olduğu dövrdə də xeyriyyəçi kimi tanınıb.
Məhəmməd Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Mübarək Gəray (nurəddin)
Mübarək Gəray (krımtat. Mubarek Geray)(v. ən tezi 1632, Ədirnə, Osmanlı imperiyası) — Krım xanı I Səlamət Gərayın oğlu, Krım nurəddini. == Həyatı == Doğum tarixi dəqiq bilinmir. Krım xanı I Səlamət Gərayın oğludur. İlk illəri haqqında yetərli məlumat yoxdur. Atasının 1610-cu ildə vəfatının ardından kiçik qardaşlarıyla birlikdə İstanbula göndərildi və burada böyüdüldü. Canıbəy Gərayın 1628-ci ildə ikinci dəfə xan təyin edilib Krıma göndərilməsinin ardından Mübarək Gəray da onunla birlikdə doğulduğu torpaqlara qayıtdı. 1629-cu ilin aprelində Krıma qarşı hücumlar tərtibləyən sabiq xan III Mehmed Gəray və qardaşı Şahin Gərayı Perekop yaxınlığında məğlub edən Mübarək Gəray, döyüş meydanından qaçan Şahin Gərayı təqib etməyə davam etdi. Onun ardından üsyankar xanzadəni dəstəkləyən noqay ordası və çərkəz diyarına basqınlar tərtibləyən Mübarək Gəray bölgədə mərkəzi hakimiyyəti gücləndirdi.
Abdullah ibn əl-Mübarək
İbn əl-Mübarək kimi tanınan Əbu Abdu-r-Rəhman Abdullah ibn əl-Mübarək əl-Mərvazi (736, Mərv – 1 noyabr 797, Hit) — müsəlman ilahiyyatçı və hədis alimidir. == Bioqrafiya == Onun tam adı: Əbu Abdu-r-Rəmman Abdullah ibn əl-Mübarək ibn Vadix əl-Hanzəli at-Turki al-Mərvazi (ərəb. أبو عبد الرحمن عبد الله بن المبارك بن واضح الحنظلي، التركي ثم المرْوزي‎). Atası türk, ərəb qəbiləsinin Bənu Təmim qollarından olan Bənu Xanzalə qəbiləsindən olan tacirin azad edilmiş (məula) adamı idi. Anası xarəzmlı idi. O, 736-cı ildə anadan olub. O, 20 yaşında İslam elmlərini öyrənməyə başlayır. Onun ilk müəllimi ər-Rəbi ibn Ənəs əl-Xorasani olmuşdur. 758-ci ildən başlayaraq elm axtarışında İslam dünyasını gəzir. Süleyman ət-Taimi, Hişama ibn Urvə, Süleyman əl-Əməş, Abdullah ibn Aun, əl-Avzai, Əbu Hənifə, İbn Cureyc, Süfyan əs-Sevri, Şubə ibn əl-Həccac, Malik ibn Ənəs, əl-Leysdən ibn Səd, İsmayıl ibn Əyyaş, Süfyan ibn Uyeynə və bir çox başqalarından hədis öyrənmişdir.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi dağı — Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında yerləşən, hündürlüyü 2,114 metr olan dağ. İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qeyd edilir. Hud Surəsində "Ey yerüzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Şaqay Mübarək Gəray (nurəddin)
Şaqay Mübarək Gəray (krımtat. Şaqay Mubarek Geray)(bilinmir – 1593, Çərkəzistan) — Krım xanı I Dövlət Gərayın oğlu, Krım nurəddini. == Həyatı == Doğum tarixi bilinmir. Krım xanı I Dövlət Gərayın oğludur. Atasının Moskva knyazlığı və Lehistan üzərinə tərtiblədiyi səfərlərə qatıldı. Atasının vəfatının ardından 1577-ci ildə böyük qardaşı II Mehmed Gəray taxta çıxdı və digər qardaşı Adil Gəray kalqay elan olundu. Ertəsi il Osmanlı sultanı III Muradın Səfəvilər üzərinə səfərə çıxmasıyla Krım tatarları da cəbhəyə çağırıldı. Ancaq səhhətinin pis olmasını bəhanə edən qardaşı səfərə getməyərək tatar birliklərini kalqay Adil Gərayın rəhbərliyində Şirvana göndərdi. Şaqay Mübarək və qardaşı Qazi Gərayın da daxil olduğu 20 min nəfərlik tatar birlikləri üçün bu səfər uğursuzluqla nəticələndi. Mollahəsənli döyüşündə ağır itkilər verildi və kalqay Adil Gəray əsir düşdü.
Yeni iliniz mübarək (film, 2013)
Yeni iliniz mübarək (film, 2014)
Nur-Mübarək Misir İslam Mədəniyyəti Universiteti
Misir İslam Mədəniyyəti Universiteti Nur-Mübarək (qaz. Нұр-Мүбарак Египет ислам мәдениеті университеті ) — Qazaxıstanın Almatı şəhərində yerləşən yeganə ali İslam təhsil müəssisəsi. Universitet Təhsil və Elm Nazirliyi tərəfindən lisenziyalaşdırılıb və dövlət sertifikatından keçib. 1993-cü ildə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Misir Ərəb Respublikasına rəsmi səfəri zamanı "Misir İslam Mədəniyyəti Universiteti Nur- adı altında birgə Qazaxıstan-Misir İslam ali təhsil müəssisəsinin açılması barədə razılaşmalar əldə edildi. Mübarək (ərəb. الجامعة المصرية للثقافة الإسلامية «نور مبارك»‎, qaz. «Нұр-Мүбарак» Египет ислам мәдениеті университеті). Alma-Ata şəhərində universitetin tikintisi üçün 6 hektar sahə ayrıldı. 16 may 1993-cü ildə Prezident Nursultan Nazarbayev və Misir Əqqaf naziri Məhəmməd əl-Məhcub təntənəli bir şəkildə gələcək universitet şəhərciyinin təməl daşını qoydular. 2000-ci ildə universitetin inşaatının birinci mərhələsi başa çatdı.
Mübariz
Mübariz — Kişi adı. Mübariz İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı. Mübariz Əhmədov Mübariz Əhmədov (alim) — Azərbaycanın alimi, texniki elmləri doktoru, AMEA-nın müxbir üzvü. Mübariz Əhmədov (jurnalist) — Azərbaycan jurnalisti. Mübariz Əhmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Digər Mübariz (snayper tüfəngi) Mübariz İbrahimov adına Biləsuvar məktəb liseyi — Biləsuvarda məktəb.
Mübarəkə
Mübarəkə — İranın İsfahan ostanının şəhərlərindən və Mübarəkə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 62,454 nəfər və 16,583 ailədən ibarət idi.
Muaran
Muaran (fr. Moirans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38239. Kommunanın 2006-cı il üçün əhalisi 7860 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Şubara
Şubara (gürc. შუბარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 500 m hündürlüktə, Suxumidən 25 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 54.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlar Barak Obama — ABŞ prezidenti. Digər Barak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Muharrak adası
Muharrak adası (ərəb. جزيرة المحرق‎) — Bəhreyn dövlətinin sahəsinə görə ikinci ən böyük adası. İnzibati cəhətdən eyni adlı inzibati vahidliyə daxildir. Ada 18 km uzunluğa və 5.5 km enə malikdir. Sahəsi 56 km², sahil xəttinin uznunluğu isə 50 km-doir. Maksimal hündürlüyü 10 metrdir. Adada 2014-cü il məlumatına görə 120 00 əhali yaşayır. Adad ölkənin ən iri hava limanı olan Bəhreyn hava limanı yerləşir. Adadan şimal-şərqdə süni Amvaj adaları, bir qədər şimalda isə Diyar Al Muharrak adası yerləşir. "Böyük torpaqla" 3 körpü ilə birləşir.
Mübariz Abbasov
Mübariz Allahverdiyev
Mübariz Qasım oğlu Allahverdiyev (19 noyabr 1942, Xocalı, DQMV) — Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru, tibb elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (20.09.2010), Qarabağ Müharibə Veteranları Birliyinin üzvü, Xocalı soyqırımını Tanıtma İctimai Birliyi Ağsaqqallar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Allahverdiyev Mübariz Qasım oğlu 1942-ci il noyabrın 19-da Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xankəndi rayonunun Xocalı kəndində anadan olub. 1957-ci ildə Xocalı 7illik məktəbini əla qiymətlərlə başa vurduqdan sonra tam orta təhsilinin bir hissəsini Şuşadakı 1 saylı orta məktəbin 8-ci sinfində, sonra isə Xankəndidəki Nizami adına 4 saylı orta məktəbin 9–10-cu siniflərində davam etdirib. 1966-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra təyinatın doğma yurdu DQMV-ya götürüb, lakin Vilayət səhiyyə şöbəsinin müdiri Atayan onu işlə təmin etməkdən imtina edib və öz yaxınları dairəsində deyib ki, İrəvandan alınan xüsusi göstərişə görə onlar türkləri (azərbaycanlıları) işə götürməməlidirlər. 1966-cı ilin oktyabr ayının 4 — də o, çətinliklə Vilayətin ermənilər yaşayan Naxçıvanik kəndinə (ermənilər ora həkim vəzifəsinə getməkdən imtina edirdilər) ilk iş yerinə göndərilib. 1967-ci ilin iyul ayının 7-də Xankəndidə törədilən qanlı-faciəli hadisədən sonra (ermənilər nahaqdan həbs etdirdikləri Qarakəndli Ərşad müəllimi və Şuşa həbsxanasının azərbaycanlı sürücüsünü məhkəmə zalından çıxandan sonra Xankəndinin mərkəzində küçədə diri-diri yandırdılar) M.Q.Allahverdiyevi Qırxqız yaylaqlarındakı maldarlıq və qoyunçuluq fermalarındakı işçilərə tibb xidməti göstərməyə göndəriblər (erməni həkimlər bu vəzifəni yerinə yetirməkdən də imtina etmişdilər). 1968-ci ilin yanvar ayının 4 — də onun Naxçıvanikdəki iş yeri məqsədyönlü şəkildə ixtisara salınıb. O, məcburən, öz doğma yurdundan didərgin düşüb. 1968-ci ilin aprel ayında Türkmənistana gedib. Orada Daşhovuz (Dış Oğuz) Vilayətinin Köhnə-Ürgənc rayonunun "Leninqrad" kolxozundakı sahə xəstəxanasında baş həkim vəzifəsinə təyin edilib.
Mübariz Ağayev
Ağayev Mübariz Alı oğlu (1 sentyabr 1953, Məlikumudlu, Zərdab rayonu) — 2006—2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007—2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012—2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015—2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Mübariz Ağayev 1 sentyabr 1953-cü ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979—1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987—1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989—1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991—1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995—1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib. 2006—2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007—2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012—2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı, 2015—2016-cı illərdə isə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mübariz Aşırlı
Mübariz Müstəqim oğlu Göyüşlü (23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Mübariz Bağırov
Mübariz Məmmədhüseyn oğlu Bağırov (6 noyabr 1961, Şahbuz rayonu) — İqtisadçı, iqtisad elmlər doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsini dekan müavini və Azərbaycan İqtisadçılar İttifaqının Pul tədavülü və kredit deparmentinin direktoru. Mübariz Bağırov 1961-ci ildə Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. 1968-ci və 1978-ci illərdə orta məktəbdə təhsil almışdır. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Uçot-iqtisad fakültəsinə daxil olmuşdur. 1985-ci ildə həmin institutu bitirmişdir. 1981-ci və 1982-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1986-cı və 1990-cı illərdə İqtisad Universitetinin aspiranturasında oxumuşdur. 1978-ci ildə Bakı şəhərində 2 №-li evtikmə kombinatında, 1993-cü ilə kimi fəhlə, mühəndis, böyük mühəndis, şöbə müdiri, direktor iqtisadi məsələləri üzrə müavini vəzifələrində və daha sonra Azərbaycan Sənayə-İnvestisiya Səhmdar-Konvensiya Bankının tikinti fialının müdiri olaraq işləmişdir. 1993-cü ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1995-ci və 1997-ci illər arasında Sankt Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində doktoranturada təhsil almış, 1997-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru adı almışdır.
Mübariz Cəfərov
Mübariz Göyüşlü
Mübariz Müstəqim oğlu Göyüşlü (23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Mübariz Hacıyev
Mübariz Həmidov
Mübariz Şərafət oğlu Həmidov (d. 12 iyul 1956) — Sumqayıt Dövlət Dram Teatrnın direktoru (2018–2022), Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti. Mübariz Şərafət oğlu Həmidov 12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. M. Həmidov 1975–79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1979–2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb. Nazirlikdə işlədiyi müddətdə Respublika Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə keçirilən irimiqyaslı dövlət tədbirlərinin, yubileylərin, festivalların və müsabiqələrin, incəsənət bayramlarının təşkili və hazırlanmasında fəal iştirak etmiş, respublikamızın ayrı-ayrı dövlət teatrları ilə birgə müxtəlif ölkələrdə keçirilən Beynəlxalq nüfuzlu Teatr festivallarının iştirakçısı olub. H. Əliyev adına Sarayda keçirilən çoxsaylı dövlət tədbirlərinin – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10 illiyi, Dünya Azərbaycanlılarının I qurultayı, Görkəmli el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 175 illiyi, nakam şairimiz Mikayıl Müşviqin 90 illiyi, Xalq şairi Rəsul Rzanın 90 illiyi, Dövlət Rəqs Ansamblının yaradılmasının 30 illiyi, Xalq Artisti Şövkət Ələkbərovanın 80 illiyi, SSRİ Xalq Artisti Fikrət Əmirovun 80 illiyi, Hüseyn Cavidin 120 illik yubileyi, Aşıq Şəmşirin 110 illiyi, İlyas Əfəndiyevin 90 illik yubileyi, Üzeyir Hacıbəyovun 120 illik yubileyi, SSSRİ Xalq Artisti Rəşid Behbudovun 90 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının qırx günlüyünə həsr olunmuş anma mərasiminin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mərhum akademik Zərifə xanım Əliyevanın anadan olmasının 80 illiyi, ümummilli lider, mərhum Prezdentimiz Heydər Əliyevin anadan olmasının 80 illiyi, habelə 2003-cü ilin oktyabrında Prezident seçkiləri ərəfəsində respublika stadionunda gənclərin III Forumuna həsr olunmuş Ümumrespublika tədbirinin, həmin il oktyab ayının 31-də Heydər Əliyev adına Sarayda Respublika Prezidentinin andiçmə mərasiminin, Azadlıq meydanında keçirilmiş təntənəli konsert proqramının və digər irimiqyaslı tədbirlərin ssenari müəllifi, redaktoru və təşkilatçılırından biridir. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunmuşdur. 2006-cı il yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilmişdir. M. Həmidov 2010-cu ildə Media Print MMC və AKBA Yayıncılık LTD tərəfindən İlin teatr xadimi nominasiyası ilə "İlin markası mükafatı", 2011-ci il may ayının 18-də Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı tərəfindən "Azərbaycan bayrağı" diplomu, Alman — Azərbaycan Cəmiyyəti tərəfindən "Alman – Azərbaycan dostluq ənənələrinin inkişafına görə" "Körpü" diplomu, 2012-ci ildə "Kitab evi" İctimai Birliyi tərəfindən "Kitab evi" İctimai Birliyinin teatr sənətinə xidmətinə və ictimai təşkilatçılığına görə "Vətən naminə" və "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin – Azərbaycan teatr sənətinin yüksək səviyyədə xidmətlərinə görə "Ana Yurd" fəxri diplomu , 2012-ci ilin aprel ayında Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu, İnstitutun direktoru, pedaqoji elmlər doktoru, AMEA-nın arxeologiya İnstitutunun doktorantı Nuridə Atəşi tərəfindən Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının, dilinin genişmiqyaslı təbliğinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında layiqli xidmətlərinə görə fəxri fərman, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatındakı siyasi və təşkilati işlərdəki fəaliyyətinə görə fəxri fərman, 2013-cü ilin may ayında İrəli İctimai Birliyinin Mədəniyyət və İncəsənət Mərkəzi tərəfindən keçirilən "Teatr günləri" layihəsində göstərdiyi dəstəyə görə təşəkkürnamə, iyun ayında Azərbaycan Universiteti tərəfindən fəxri fərmanla, 2013-cü ilin oktyabr ayında Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının K. S. Stanislavski adına mükafatı və Azərbaycan Respublikası Qadınlar Cəmiyyətini tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
Mübariz Mədətov
Mübariz Mədətov (d. 8 noyabr 1952, Bakı – ö. 23 noyabr 2018, Bakı) — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinin üzvü, uzaq səfərlər kapitanı, Azərbaycanın əməkdar mühəndisi. Mübariz Mədətov 1952-ci il noyabrın 8-də Bakı şəhərində doğulub. 25 mömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra o, 1968-ci ildə Bakı Dəniz Yolları Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbdə texnik gəmi sürücüsü, 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis gəmi sürücüsü ixtisaslarına yiyələnib. Əmək fəaliyyətinə 1972-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının gəmilərində matros kimi başlayıb, sonralar 1973-1986-cı illərdə müxtəlif gəmilərdə kapitanın üçüncü, ikinci, böyük köməkçisi və kapitan işləyib. Mahir gəmi sürücüsü olan Mübariz Mədətov uzaq səfərlər kapitanı kimi dünyanın onlarla ölkəsinin limanlarına səfərlər edib. 1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar xidmətinin rəisi vəzifəsinə irəli çəkilib. İki bu vəzifədə çalışıb, 1997-ci ildə Gəmiçiliyin Sosial məsələlər və təsərrrüfat xidmətinin rəisi təyin edilib.
Mübariz Mənsimov
Mübariz Qurban oğlu Mənsimov (22 mart 1968, Bakı) — Azərbaycan əsilli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi, Xəzər-Lənkəran futbol klubunun fəxri prezidenti. 6 qız və 3 oğlandan ibarət 9 uşaqlı bir ailənin üzvü olan, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.[mənbə göstərin] Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.
Mübariz Namazov
Mübariz Bəndi oğlu Namazov (2 dekabr 1952) — Azərbaycan riyaziyyatçısı. 1996-cı ildə ilk riyaziyyatdan çalışma kitabını yazan Mübariz Namazovun 60-dan çox vəsaitin müəllifidir. Hal-hazırda Bakı şəhəri Texniki Humanitar liseyində dərs deyir.