Mübariz Qulu oğlu Cəfərov (5 noyabr 1983; Goranboy, Azərbaycan — 19 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Mübariz Cəfərov | |
---|---|
Mübariz Qulu oğlu Cəfərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Goranboy, Azərbaycan |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Goranboy |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdərə döyüşləri |
Təltifləri | 2020, 2021 |
Mübariz Cəfərov 5 noyabr 1983-cü ildə Goranboy rayonunda doğulub.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mübariz Cəfərov Ağdərə döyüşlərində savaşıb. 19 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Goranboy rayonunda torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mübariz Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mübariz Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]