Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mayko Nasu
Mayko Nasu (d. 31 iyul 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
Nabu
Nabu (akk. Na-bi-um) — Babil, Akkad və Assuriya mifologiyasında yazı tanrı.
Ansu Fati
Anssumane Fati Viyera — (isp. Anssumane Fati Vieira; 31 oktyabr 2002, Bisau) — La Liqa təmsilçilərindən olan Barselona klubunun hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Erkən illər və şəxsi həyat == Bissauda anadan olan Fati, altı yaşında böyük qardaşı Braimanın Sevilla ilə müqavilə bağladıqdan sonra, ailəsi ilə birlikdə Herrera'ya köçdü.
Bipaşa Basu
Bipaşa Basu (ing. Bipasha Basu, hind. बिपाषा बासु, d. 7 yanvar 1979) — hind aktrisası və modeli. == Həyatı == 7 yanvar 1979-cu ildə Dehli şəhərində anadan olmuşdur. Bipaşha hind, ingilis, benqal dillərində sərbəst danışır. Bipaşhanın iki bacısı var. Uşaqlıqda dərisinin qara rənginə görə onu "çirkin" deyə çağırıblar. Məktəbdə oxuyanda basketbol oynamağı sevərmiş. Ən böyük arzusu həkim olmaq idi.
Kehkaşan Basu
Kehkaşan Basu (5 iyun 2000, BƏƏ) — Birləşmiş Ərəb Əmirliyin ətraf mühit və insan haqları müdafiəçisi. 2016-cı ildə Beynəlxalq Uşaq Sülh Mükafatının laureatı olmuşdur. Ümumdünya Gələcək Şurasının ən gənc məsləhətçisi olmuçdur. Green Hope fondunun təsisçisi və prezidenti. == Bioqrafiya == Kehkaşan Basu Dubayda anadan olub. Daha sonra Torontoda (Kanada) yaşamışdır. 12 yaşında o, bütün dünyada uşaqları və gəncləri maarifləndirmək və gücləndirmək, onları Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaq prosesinə cəlb etməklə davamlı inkişafa diqqət yetirən Green Hope fondunun əsasını qoymuş və prezidenti olmuşdur. Green Hope bütün yaş qruplarını əhatə etmək üçün Ətraf Mühit Akademiyası adlı unikal təbliğat alətindən , o cümlədən təsviri incəsənət, musiqi, idman, teatr və rəqs kimi innovativ ünsiyyət yolları, həmçinin Dayanıqlı İnkişaf Məqsədlər haqqında məlumatlılığı ən sadə səviyyədə yaymaq üçün elm və texnologiya təhsilindən istifadə edir. 2013-cü ildə o, iki illik müddətə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Uşaq və Gənclər üzrə Qlobal Koordinatoru seçilir və bununla da təşkilatın tarixində bu vəzifəyə seçilən ilk azyaşlı olur. == Yaradıcılıı == 2015-ci ildə o, iqlim dəyişikliyini azaltmaq üçün hərəkətə keçən bir qızın hekayəsindən bəhs edən “Ümid ağacı” adlı qısa hekayələr toplusunu təqdim edir.
Matrakçı Nasuh
Nasuh bin Qaragöz bin Abdullah əl-Bosnavi (türk. Nasuh bin Karagöz bin Abdullah el-Visokavi el-Bosnavî, serb-xorv. Serbo-Croatian: Matrakčija Nasuh Visočak; 1480 – 1564) — miniatür sənətinin mahir ustası, tarixçi və riyaziyyatçı. Əsil adı Nasuh bin Karagöz bin Abdullah el-Bosnavi olsa da, tarix mənbələrində Matrakçı Nasuh kimi göstərilmişdir. Matrakçı Nasuh 1480-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ölüm tarixi haqqında müxtəlif fikirlər vardır. Katib Çələbi Matrakçı Nasuhun ölüm tarixi kimi 1533-cü ili göstərsədə, sonradan bu rəqəm öz təsdiqini tapmamışdır. Nasuh əfəndinin 1564-cü ildə vəfat etməsi barədə bəzi fikirlərdə vardır, ancaq fikirlərdə rəsmən təsdiqlənməmişdir. Matrakçı Nasuhun şəxsi həyatı barədə tarix mənbələrində məlumat azdır. Babasının əslən xristian olduğu, Osmanlı əsgərləri tərəfindən zorla müsəlmanlaşdırlması barədə əsaslı iddalar vardır.
Nash tarazlığı
Neş tarazlığı (ing. Nash equilibrium) oyunlar nəzəriyyəsində — iki və ya daha çox oyunçuların iştirak etdikləri qeyri-koperativ oyunlar üçün həll konseptidir. Con Neş belə bir tarazlığın mövcud olduğunu hər hansı bir sonlu oyunda qarışıq strategiyalarda sübut etdi. Bu konseptdə aşağıdakılar fərz olunur: hər bir oyunçu digər hər bir oyunçunun tarazlıq strategiyasını bilir, və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə öz qazancını artıra bilməz. Əgər bütün oyunçular öz strategiyalarını seçmişlərsə və heç bir oyunçu yalnız öz strategiyasını dəyişməklə artıq heç bir qazanc əldə edə bilmirsə, onda bu strategiyalar seçimi və müvafiq qazanclar (mükafatlar) Neş tarazlığın təşkil edir. Bu konsepsiya ilk dəfə Antuan Oqüst Kurno tərəfindən istifadə edilmişdir. Kurno oyununda Neş tarazlığı dediyimizi necə tapacağımızı göstərdi. Neş, bu cür tarazlığın istənilən sayda oyunçu ilə sonlu oyunlar üçün mövcud olduğunu sübut edən ilk şəxs idi. Bu, kooperativ olmayan oyunlar haqqında 1950-ci ildə yazdığı dissertasiyasında edilmişdir. Neşdən əvvəl bu, yalnız Con fon Neyman və Oskar Morqenştern tərəfindən 2 əlli sıfır məbləğli oyunlar üçün sübut edilmişdir.
Nasi-qorenq
Nasi-qorenq (indonez. nasi goreng, mənası "qızardılmış düyü"), İndoneziya mətbəxinin həm də Cənub-Şərqi Asiyanın milli yeməyidir. Çox vaxt İndoneziyanın "kulinariya simvolu" olaraq qəbul edilir, Qərb ölkələri də daxil olmaqla bölgədən kənarda da yayılmışdır. Plov növü olub, bitki yağında heyvan və ya bitki mənşəli əzilmiş məhsullarla qızardılmış düyü qarışığıdır. Müxtəlif növləri var. Tarixən əsas kulinariya mərkəzlərindən biri olan Yavada xüsusilə populyardır. İndoneziya və bir sıra digər regional mətbəxlərdə, Nasi-qorenq ilə birlikdə qarnir, adətən, yumurta, bir neçə manqal sate, krupuk (Çipsi), az miqdarda təzə və ya isladılmış tərəvəz və bəzən də digər qəlyanaltılar ilə tamamlanır. Nasi-qorenq, uzun əsrlər boyu Malakka yarımadasında və Malay arxipelaqının əsas taxıl məhsulu kimi becərilən düyünün ənənəvi bişirilməsi üsullarından biridir. Qaynadılmış düyünün bitki yağında qovurulması, həmçinin yeməyin əvəzedilməz tərkib hissəsi olan soya sousunun işlədilməsi təcrübəsinin burada məskunlaşmış çinlilərdən mənimsənildiyi güman edilir. Düyünün bu üsulla bişirilməsi nəinki ona xüsusi dad verir, hətta nəmli, isti havada yeməyin uzun müddət saxlanılmasına şərait yaradır.
Nasr (raket)
Nasr — Pakistan istehsalı olan "Xatf-9" və ya "Nasr" adlandırılan raket yer-yer tipli raketdir. Bu raket sistemi 60-km dək hədəfləri məhv etməyə qadirdir. Bundan əlavə, raket sistemi əsasən düşmənin raket əleyhinə olan müdafiə sistemlərini və əhəmiyyətli inzibati obyektlərini məhv etmək üçün nəzərdə tutulmuşdur. Bu raketlərin varlığı ilə bağlı 2011-ci ildə mətbuatda ilk məlumatlar yayılmışdı. 2013-cü ildə isə Pakistan bu sistemi öz inventarına daxil etdi. Raket ilk dəfə 19 aprel 2011-ci ildə sınaqdan keçirilib. "Nasr" yer-yer tipli raket düşmənin 60 km dək uzaqlıqda olan hədəflərini məhv etməyə qadirdir. Həmçninin adi döyüş başlığından əlavə, nüvə döyüş başlığıda daşıya bilir. "Nasr" yer-yer tipli raketin dəqiqliyi çox yüksək olduğu bildirilir. Əlavə olaraq sistemə hədəfi dəqiq məhv etmək üçün elektro-optik cihazda təchiz olunub.
Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.
Tragulus napu
Tragulus napu (lat. Tragulus napu) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin maralçalar fəsiləsinin maralça cinsinə aid heyvan növü.
Yasu şəlaləsi
Yasu şəlaləsi (安の滝, Yasu no taki) – Yaponiyanın Akita prefekturasının Kitaakita şəhərinin Ani rayonunda yerləşən şəlalə. Yoneşiro çayı üzərində yerləşir. Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən 1990-cı ildə nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısına daxildir. Şəlalənin iki səviyyəsi var. Böyük hissəsi 60 metr hündürlükdən, kiçik hissəsi 30 metr hündürlükdən tökülür. Səviyyələr arasında birinci şəlalənin töküldüyü kiçik gölməçə yerləşir və gölməçəni asanlıqla ayaqla keçmək olar.
Nasr Esports
Nasr Esports – 2016-cı ildə yaradılmış, əsasən Türkiyədə fəaliyyət göstərən BƏƏ kiberidman klubu. "League of Legends", "Valorant", "Counter-Strike: Global Offensive" kimi komandaları mövcuddur. Klub 2021-ci ilin yavarında Türkiyənin "Royal Youth" klubunu satın alaraq öz "League of Legends" komandasını qurmuşdur. 2021-ci ilin yanvarında yaradılmış və 2021 mövsümündə Türkiyə Çempionluq Liqasında çıxış etməyə başlamışdır. Onlar qış splitinin normal liqasında üçüncü yeri tutmuş və 1/4 finalda məğlub olmuşdurlar. Yay splitində isə normal liqanı ikinci yeri tutmuş, finala qədər irəliləyərək "Galatasaray" klubuna 0-3 hesabı ilə məğlub olmuşdurlar. 2022 mövsümünün qış splitində komanda növbəti dəfə 1/4 finalda məğlub olmuşdur. Yay splitində normal liqanı cəmi 1 məğlubiyyətlə birinci yerdə tamamlasalar da, mübarizəni yarımfinalda dayandırmışdırlar. 2023 mövsümündə komanda ən uğursuz mövsümünü keçirərək qış splitinin normal liqasını beşinci yerdə başa vurmuşdur.
Nas surəsi
114-cü surə ən-Nas (İnsanlar) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir). Surə adını hər ayənin sonunda işlənən və insan (insanlar) mənasını verən nas sözündən götürmüşdür. Fələq surəsi ilə bu surə birlikdə qorunma surələri hesab olunur. Surədə Allahın Rəbb, Məlik, İlah ad və sifətləri vurğulanır.
Naş qolos
Naş qolos — gündəlik ədəbi, ictimai-siyasi, menşevik qəzeti. 1-ci nömrəsi 1918-ci il yanvarın 6-da, sonuncu (59-cu) nömrəsi həmin ilin martında Bakıda çıxmışdır. Qəzet redaksiya heyəti tərəfindən buraxılırdı. Erməni-daşnak silahlı dəstələrinin Bakıda Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımı (1918) günlərində "Naş qolos" şəhərdəki vəziyyəti təsvir edərək yazmışdı: "Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzəpir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. İbadətgahın təhqir olunması geniş kütlələrin qəlbini göynədir, meyitlər onları daha çox narahat edir. Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək" ("Naş qolos", 24 mart, 1918-ci il).
NASA X-43
X-43A, NASA-nın hipersonik vasitə layihəsinin adıdır. Layihənin nümayiş və sınaq vasitəsi də eyni adla adlandırılmışdır. Scramjet, kosmosa birbaşa uçmaq üçün istifadə edilə bilən nəqliyyat vasitələrinə yol açan reaktiv mühərrik tipinin adıdır. Bu ad Supersonic Combustion Ramjet sözlərinin qısaldılmasından yaranmışdır. Yanacaq və hava qarışığının səsdən daha yüksək sürətlə hazırlana bildiyi bir ramjet tipidir. Adi ramjet mühərriklərində hava alma sürətinin səsdən aşağı sürətə endirilməsi tələb olunurdu. Havanın tez girmə və çıxma qabiliyyəti bu mühərriklərə çox yüksək sürət əldə etməyə imkan verir. Belə bir mühərriklə əldə edilə bilən təxmin edilən yuxarı sürət həddi təxminən 12-24 machdır (yəni səs sürətinin 12-24 qatı). Hələ də ABŞ Hərbi Hava Qüvvələrində olan SR-71 təyyarələri 3,2 Macha kimi sürətlənə bilir. 2004-cü ilin noyabr ayında NASA-nın yeni X-43A vasitəsi sürət rekordunu üç dəfə artıraraq 9.6 Mach (saatda 7 min mil/saat) (11.000 km/saat) sürətinə çatdırdı.
Naşa Dni (qəzet)
Naşa Dni — Liberal məsləkli gündəlik qəzet. 1904-cü il dekabrın 18-dən (31-dən) 1905-ci il fevralın 5-dək (18-dək) Peterburqda nəşr edilmişdir; 1905-ci il dekabrın 7-də (20-də) qəzetin nəşri davam etdirilmiş, lakin ikicə nömrəsi çıxmışdır. Naşa Jizn (qəzet) V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147.
Naşa Jizn (qəzet)
Naşa Jizn — Liberal məsləkli gündəlik qəzet. 1904-cü il noyabrın 6-dan (19-dan) 1906-cı il iyulun 11-dək (24-dək) fasilələrlə Peterburqda çıxmışdır. Naşa Dni (qəzet) V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147.
Tragulus napu nigricans
Tragulus nigricans (lat. Tragulus nigricans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin maralçalar fəsiləsinin maralça cinsinə aid heyvan növü.
Zettai naru Isolator
The Isolator (絶対ナル孤独者, Zettai naru Aisorēta, azərb. İzolyator‎) — Şimecinin rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works 2014-cü ilin iyunundan bu yana 4 cildini nəşr etmişdir. Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. Yen Press ranobe və manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. 2019-cu ilin avqustunda alimlər Yer kürəsinin kənarından gələn və onları böyük kataklizmdən xəbərdar edən siqnallar qəbul edirlər. Bu hadisədən sonra müxtəlif Yerdənkənar həyat formaları insanlarla ünsiyyətə girməyə başlayırlar. Onlarla ünsiyyətdə olan şəxslər Üçüncü göz adlandırılırlar və müxtəlif güclər əldə edirlər. Bəziləri səs sürətində hərəkət etmək bacarığı qazanır, bəziləri poladı belə kəsən qılınc əldə edir. Hadisələrin əsas diqqət mərkəzində 17 yaşlı dərrakəli oğlan Minoru Utsuqi və supergüclərə malik şəxslərə nəzarət edən təşkilatın üzvü Yumiko Azudur.
Nast (Nomionun oğlu)
Nast (q.yun. Νομίονας) — yunan mifologiyasında personaj, Kariyadan olan hökmdar Nomionun iki oğlundan biri, Troya müharibəsi zamanı kariyalıların lideri. Troyalıların müttəfiqi kimi iştirak etmiş Axils tərəfindən Skamandros çayında öldürülmüşdür.
Akan–Maşu Milli Parkı
Akan–Maşu Milli Parkı (阿寒摩周国立公園, Akan Maşu Kokuritsu Koen) — Yaponiyanın Hokkaydo adasında yerləşən milli park. Akan–Maşu Milli parkı Daysetsudzan Milli Parkı ilə birlikdə Hokkaydo adasının ən qədim iki milli parkından biridir. Milli park 4 dekabr 1934-cü ildə qurulmuşdur. Akan xeyli sayda meşələrin və vulkanik kraterlərin yerləşdiyi ərazidir. Milli parkın sahəsi 904,81 km2 təşkil edir. Milli park kristal təmizliyinə malik göllərinə, isti bulaqlarına və böyük marimolarına görə tanınır. Bura Yaponiyada marimoların ölçüsünə görə diqqət çəkən yeganə yerdir. == Yerlər == Milli park iki hissədən ibarətdir: Kavayu və Akan. === Kavayu === Buradakı İo dağında və Kavayu onsenində təbii isti bulaqlar və kükürd fumarolaları vardır. Kaldera gölü olan Kussaro gölünün ətrafında Bihoro keçidi, Mokoto dağı və Nisibetsu dağı yerləşir.
Gümülcinəli Kürəkən Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.
Qışlaq-i Namu (Maku)
Qışlaq-i Namu (fars. قشلاق نعمو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (7 ailə).
ASUS
ASUSTeK Computer Inc. — 1989-cu ildə qurulmuş Tayvan mərkəzli bir kompüter və təchizat istehsalçısıdır. Dünyanın ən keyfiyyətli anakart istehsalçılarından biridir. ASUS 2005-ci ildə cəmi 50 milyon anakart ixrac etmişdir. Bu 2005-ci ildə hər üç fərdi kompüterdən birinin ASUS marka anakart istifadə etdiyi mənasını verməkdədir. ASUS anakartın yanında, Ekran Kartı, LCD Panel,Mobil telefon, kassa, UMPC, dizüstü kompüter sahələrində də məhsullar təqdim etməkdədir. Anakart istehsalının yanında Dizüstü Kompüter istehsalı sahəsində də olduqca müvəffəqiyyətli bir markadır.
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu. Aysu Gülməmmədli — Ukrayna ictimai-siyasi xadimi Aysu Bankoğlu — hüquqşünas və siyasətçi.
Bayu
Bayu ( /ˈbaɪ.uː, ˈbaɪ.oʊ/) — Amerika Birləşmiş Ştatlarının cənubunda adətən düz, alçaq ərazidə tapılan su hövzəsi üçün istifadə olunan termin. Bu, son dərəcə yavaş axan çaya (çox vaxt zəif müəyyən edilmiş sahil xətti ilə), bataqlıq gölə, bataqlıq əraziyə və ya dərəyə aid ola bilər. Onların tərkibində adətən balıq həyatı və plankton üçün çox əlverişli olan duzlu su var. Bayular adətən ABŞ-nin cənubundakı Körfəz sahili bölgəsində, xüsusən Missisipi çayının deltasında olur, baxmayaraq ki, onlar başqa yerlərdə də mövcuddur. == Etimologiyası == Söz Amerika ingiliscəsinə Luizianada danışılan Luiziana fransızcası vasitəsilə daxil olmuş və çokto dilində "kiçik axın" mənasını verən "bayuk" sözündən yarandığı güman edilir. İlk dəfə XVII əsrdə ortaya çıxdıqdan sonra bu termin XVIII əsr hesablarında və xəritələrində tez-tez "bayouque" və ya "bayouque" kimi istifadə olunur.