Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neda Rezei
Neda Ukraden
Neda Ukraden (serb. Неда Украден 16 avqust 1950, İmotski[d], Xorvatiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Xorvatiyada anadan olan və Bosniyada böyüyən serbiyalı müğənni. Neda Ukraden 16 avqust 1950-ci ildə Xorvatiyanın İmotski şəhəri yaxınlığındakı Qlavina kəndində anadan olmuşdur. O, serb əsili Duşa (1997-ci ildə vəfat etmişdir) və Angelianın ailəsində anadan olmuşdur. İki ilə qədər Viseqrad şəhərinə (Bosniya və Herseqovina) köçənə qədər, babası və nənəsi ilə birlikdə İmotski şəhərində yaşayırdı. İbtidai məktəbə burada gedir, sonra ailəsi ilə birlikdə 1992-ci ildə Bosniya müharibəsi başlayana qədər yaşadığı Sarayevoya köçür. Müharibənin başlaması ilə Neda Belqrada köçmək məcbuiriyyətində qalır. 1992-1996 illəri arasında Vyanada (Avstriya) bir mənzil kirayələyir. Müharibə zamanı ailəsinin İmotski qəsəbəsindəki evi dağıdılır. Sarayevo Universitetini bitirib.
Neka
Nika — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nika şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,152 nəfər və 11,941 ailədən ibarət idi.
Nela
Nela — ad. Nela Hasanbeqoviç — Bosniyalı heykəltəraşdır. Nela Kuburoviç — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. Nela Erjişnik — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı.
Neva
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
Nida
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsini bildirir Nidaların müxtəlif məna növləri var: Sevinc, heyranlıq, təəccüb bildirənlər: bəh-bəh, oha, əhsən, bıy, vaxsey,Allah sən saxla, afərin, aləm, mərhaba, of, ura, paho, oxqay, ay can- ay can. Məs.: Paho! Ay Salam, xoş gördük. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz. Çağırış bildirənlər: ey, ay, ya, ay aman, huyy, ədə, hey, a, ehey.
Noda
Noda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1100 nəfərdir. Əsl adının Norudi olduğu söylənilir. Oykonim talış dilindəki no (yeni, təzə) və di (kənd) sözlərindən düzəlib, “yeni kənd” mənasındadır. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi üçün 1 161 000 manat vəsait ayrılmışdır.
Eneda Tarifa
Eneda Tarifa (alb. Eneda Tarifa; d. 30 mart 1982, Tirana, Albaniya) ) — Alban müğənnisi. 2016-cı ildə Stokholmda Eurovision 2016-ya "Fairytale" ("Nağıl") mahnısı ilə Albaniyanı təmsil etmişdir. Lakin finala vəsiqə qazana bilməmişdir. == Bioqrafiyası == Eneda Tarifa 30 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 1997-ci ildə ilk dəfə Albaniyada keçirilən "Festivali i Këngës" festivalında Saimir Çili ilə birlikdə "Yjet e shpresës" mahnısı ilə iştirak etmişdir. Lakin ilk üçlüyə düşə bilməmişdir. 2001-ci ildə Eneda başqa bir alban festivalı olan «Kënga Magjike» müsabiqəsində «Ika larg» mahnısını ilə yarışa qatılmışdır. 2004-cü ildə Albaniya ilk dəfə Avraviziyanın milli seçimləri və «Festivali i Këngës 42» festivalında işrirak etdi.
Fragaria nuda
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Fəda Rəhimov
Fəda Rəhimov (1957, İsmayıllı rayonu) — Bakı Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi və riyazi statistika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == 1957-ci ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olmuşdur. Evlidir, 3 övladı var. == Təhsili, elmi dərəcə və elmi adları == 1979-cu ildə BDU-nu bitirib. 1985-ci ildə "Artımları asılı olmayan təsadüfi proseslərin birinci dəfə kənara cıxma anları üçün limit teoremləri" mövzusunda dissertasiyasını müdafiə etmişdir. 2008-ci ildə "Həyacanlanmış təsadüfi dolaşmanın qeyri-xətti funksiyaları üçün limit teoremləri və onların ardıcıl statistik analizə tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Əmək fəaliyyəti == AMEA-nın RMİ-da və 1990-cı ildən BDU-nun "Ehtimal nəzəriyyəsi və riyazi statistika" kafedrasında çalışır. "Ehtimal nəzəriyyəsi və riyazi statistika", "Ehtimal nəzəriyyəsi və riyazi statistikanın əlavə fəsilləri", "Ardıcıl statistik analiz" fənlərini tədris edir 50-dən çox məqalə,2 kitabın müəllifidir, == Tədqiqat sahəsi == Təsadüfi proseslər üçün sərhəd məsələləri nəzəriyyəsi. == Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı == Daşkənd(Özbəkstan)-2005 == Seçilmiş əsərləri == Рагимов Ф.Г. Об асимптотическом поведении одного класса моментов первого выхода за границу в многомерном случайном блуждании // Теор. вероят.
Jurinea meda
Jurinea meda (lat. Jurinea meda) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kartlis Deda
Kartlis Deda (gürcücə: ქართლის დედა; "Gürcüstanın Anası") — Gürcüstan paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəl. Tiflisin yaradılmasının 1500 illiyi münasibətilə, 1958-ci ildə Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 metrdir. Heykəl əynində gürcü milli geyimi olan qadın fiqurudur. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.
Leda (peyk)
Leda (yun. Λήδα) və ya Yupiter XIII Yupiterin düz istiqamətdə dönən düzənsiz peyklərindən biridir.1974-cü il Sentyabrın 14 də Palomar Observatoriyasında Çarli Tomas Koval tərəfindən kəşf edilmişdir.Peyk Yunan mifalogiyasında Zevsin sevgilisinin adını daşıyır.Kovalın peykə təklif etdiyi ad 1975-ci ildə qəbul edilir. Leda Himalia qrupuna aiddir.Himalia qrupu Yupiterdən 11-13 Gm aralığında 27.5 ° meyillikdə 5 peykin fırlandığı qrupdur.Bu orbital elementlər haqqında məlumatlar 2000-ci il Yanvar ayına aiddir,belə ki onlar daim Günəş və planetlərdəki dəyişikliklər səbəbi ilə öz xarakteristikalarını dəyişirlər.
Naomiçi Ueda
Naomiçi Ueda (24 oktyabr 1994) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Nedao döyüşü
Nedao döyüşü — German tayfaları və Hunlar arasındakı döyüşdür. Attilanın ölümündən sonra hakimiyyətə keçən Ellakın hakimiyətinə razı olmayan Gepidlərin kralı Ardarix döyüşdə qalib gələrək onu öldürmüşdü.
Neja Bidouane
Neja Bidouane (18 sentyabr 1969, Rabat) — Əlillər arasında yarışmış keçmiş Mərakeşli atlet. 1999 IAAF Dünya Atletizm Çempionatında gümüş medal qazanmış və Afrika rekorunu 52.90 saniyə ilə qırmışdır. Abdeləziz Sahere ilə evlidir.
Neka şəhristanı
Neka şəhristanı — İranın Mazandaran ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Neka şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,753 nəfər və 26,723 ailədən ibarət idi.
Nela Erjişnik
Nela Erjişnik (xorv. Nela Eržišnik 18 iyun 1922, Banya Luka – 14 avqust 2007) — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı. Əsl adı Nevenka Marasdır. İkinci evliliyindən sonra özünə xaç adını götürmüş, soyadını isə ərinin soyadına dəyişmişdir. Nela Erjişnik 18 iyun 1922-ci ildə Banya Luka şəhərində anadan olmuşdur. İvan və Matildanın övladıdır. Marasın uşaqlığını Qоspiç və Otoçatsda keçirir. Burada ibtidai məktəbi və bir gimnaziyanın üç sinifini bitirir. 1935-ci ildə ailə Zaqrebə köçür, burada qız Qorniqrad gimnaziyasını bitirir. Müstəqil Xorvatiya Dövlətin dövründə şəhərin baş poçt şöbəsində işləyir.
Nela Hasanbegoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Nela Hasanbeqoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Nela Kuburoviç
Nela Kuburoviç (serb-kiril. Нела Кубуровић; 7 aprel 1982, Sarayevo) — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. Nela Kuburoviç 1982-ci il aprelin 7-də Yuqoslaviyanın Sarayevo şəhərində anadan olub. 2005-ci ildə o, Belqrad Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 2006-cı ildən 2008-ci ilə qədər Nela Kuburoviç, Belqrad şəhərində ədliyyə orqanlarında çalışıb. 2008-ci ildən 2009-cu ilə qədər isə o, Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışıb. 2014-cü ildən 2016-cı ilə qədər ədliyyə nazirinin yardımçısı olan Nela Kuburoviç, 2016-cı il avqustun 11-dən Serbiyanın ədliyyə naziridir.
Nena (qitə)
Nena - Arktika, Şərqi Antarktika və Baltika (Afro-Avrasiya) kratonlarından yaranan superqitə. Bu qitənin təxminən 1750 və ya 1265 milyon il bundan əvvəl mövcud olduğu ehtimal edilir. Nena superqitəsi parçalandıqdan sonra Kolumbiya qitəsi yaranmışdır. "Nena" termini "Northern Europe" (azərb. Şimali Avropa‎) və "Northern America" (azərb. Şimali Amerika‎) ifadələrinin baş hərflərindən götürülmüşdü.
Neta Rivkin
Neta Rivkin — 19 iyun 1991-ci ildə İsrailin Petah Tikva şəhərində anadan olmuşdur. İsrailli bədii gimnastdır. 2011 Dünya Çempionatının bürünc, 2011 Avropa Çempionatının isə gümüş medalçısıdır. İsraili 2015-i ildə Avropa Oyunlarında təmsil etmişdir. 2015 Avropa Oyunlarının bürünc medalçısıdır. İsraili 2012 Yay Olimpiya Oyunlarında təmsil etmişdir. Neta Rivkin 19 iyun 1991-ci ildə İsrailin Petah Tikva şəhərində anadan olmuşdur. Neta Rivkinin ən böyük uğurları 2011-ci ilə təsadüf edir. O həmin il Dünya 3-cüsü və Avropa 2-cisi olmuşdur. Bu uğurdan 1 il sonra Neta İsraili 2012 Yay Olimpiya Oyunlarında təmsil etmişdir.
Nida (Nerinqa)
Nida (lit. Nida, alm. Nidden‎) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə. Kazimir Buqa qəsəbənin adını XV əsrdə Nyda (Neyde) kimi adı çəkilən Prussiya çayının adına oxşadırdı. Çünki Kelt dillərinin arealında su hovuzlarının oxşar adları (Mayna Nidda axını, Saara Niyed axını və s.) qalmışdı. K. Buqa güman edirdi ki, ola bilsin, Nida adı sanskrit mənşəlidir, burada nedati “axır, keçir” deməkdir. XIV-cü əsrin əhl-səliblərin hərbi yollarının təsvirində adı çəkilən qədim Nida, müasirindən 2 km cənubda, Baltik dənizinə yaxın yerləşirdi. XVII-ci əsrin sonunda küləklər onu qumla örtmüşdü. Bugünkü Nida üç kiçik kənd: Nida, Skruzdine və Purvinenin birləşməsi nəticəsində əmələ gəlib. XIX-cu əsrin sonunda Nidanı burada yayı keçirən alman ekspressionistləri şöhrətləndirməyə başladı və Nida rəssamlar koloniyasını (Makc Pexşteyn, Lovis Korinf, Karl Şmidt-Rotluf, Ernst Molenxauer və s.) yaratdı.
Nida (dəqiqləşdirmə)
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsi. Nida işarəsi — durğu işarəsi. Nida cümləsi Nida (Nerinqa) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə.