Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deh
Deh-i Əlireza — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Cövlan — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Novruz (Xuzistan) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd.
Heh
Heh Misir mifologiyasında sonsuz zamanı və əbədiyyəti ucsuz bucaqsız fəzanı tərənnüm edən abstrakt tanrı. Xaos və Apeyron onun analoqları sayılır. Qurbağa başlı insan cildində təqdim olunur.
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. == Adı == Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. == Tarixi == PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Peç
Peç bu mənaları ifadə edə bilər: Peç (Macarıstan) — Macarıstanda şəhər. Peç (Kosovo) — Kosovoda şəhər.
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. == Təyyarə pəri == Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına rəğmən vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. == Şeh nöqtəsi == Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.
Cəh-Cəh Həsrətində (1983)
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Ledi Peç
Ledi Peç (əsl adı: Ledi Araseli Peç Martin; ing. Leydy Pech; 1965) — meksikalı arıçı və mayalı ekoloqu. 2020-ci ildə Yukatan yarımadasında transgen soya paxlasının əkilməsi əleyhinə işinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. == Bioqrafiya == === Arıçılıq işi === Ledi Peç əsasən arıçılıqla məşğuldur. O, bir neçə icmada ənənəvi Maya mədəniyyətinin bir hissəsi kimi əsrlər boyu becərilən Melipona beecheii adlı amansız arı növünü saxlayır. Melipona beecheii pətəklərini içi boş oduncuqlarının içərisində qurur. Əksər arıçılar Apis mellifera növlərindən istifadə etməyə üstünlük versə də, Peç və onun icması yerli olaraq Xunaan Kab (Bal Xanımı) kimi tanınan bölgədə bu növün melipona çeşidindən istifadə ənənəsini saxlamaq üçün M. beecheii-dən istifadə edir. Ledi Peç ənənəvi üsulla bal yetişdirdiyi iki hektar torpaq sahəsinə malikdir. Peç təşkilatı arıların yetişdirilməsi və onların ballarının toplanması ilə bağlı kollektiv iş vasitəsilə icma hissini inkişaf etdirməyə çalışır. O, ailələrin birlikdə işlədiyi və sağ qalmaq üçün bir-birini dəstəklədiyi yaxınlıqdakı İç-Ek icmasını təqlid etməyi hədəfləyir.
Məh Sünbüli
Məh Sünbüli (fars. مه‌سنبلی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisi bəxtiyarilərrin Məkvəndi tayfasının Doşmənziyari tirəsinə mənsubdur, lur dilinin bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
PES 2013
PES 2013 — Konami şirkətinin hazırladığı futbol oyunu. Oyunun MAC, Windows versiyaları mövcuddur. 2012-ci ilin senntiyabr ayında satışa çıxarılıb. Futbol oyunları arasında ən məşhuru olan PES13 videooyunu dünyada ən çox satılan oyunlar sırasına daxil olmuşdur.
PES 2016
Pro Evolution Soccer 2016 və ya PES 2016 — Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, and Xbox One üçün Konami məhsulu futbol videooyunu.
PES 2020
PES Pro Evolution Soccer 2020 və ya PES 2020 — Microsoft Windows, PlayStation Portable, PlayStation 3, PlayStation 4, Xbox one, Nintendo WII, Android və İOS platformaları istifadəçilərinə yönələn futbol və Konami tərəfindən istehsal edilən videooyunudur. Tək-oyunçulu və multipleyer tiplərinə malikdir. Oyun Pro Evolution Soccer seriyasındakı 19-cu seriyadır və 10 Sentyabr 2019-cu ildə bütün dünyada satışa çıxarıldı və buna 12 Sentyabr 2019-cu ildə ilk dəfə Asiyada başlandı. Yeni oyun başlıqda simvolik olaraq "eFootball" əlavə edərək ad dəyişikliyini təqdim edir. eFootball Pro turnirlərinə diqqət yetirməklə onlayn oyun məkanında bir təkandır. Lionel Messi, Pro Evolution Soccer 2011 örtüyündəki son görünüşündən bəri nəhayət bu buraxılışın üz qabığında yer aldı, amma o tək deyil və digər 3 futbolçu səfirləriː Serj Qnabri, Miralem Pyaniç və Skott McTominay onunla birlikdə PES 2020-in üz qabığını bəzəyirlər. Ronaldinyo isə "Əfsanələr Nəşri"nin üz qabığında yer alacaq. == Klub ortaqlıqları == === Barselona === Konami və Barselona arasındakı yenilənmiş bir müqaviləyə əsasən, İspaniya futbol klubu ilə şirkətin əlaqəsinin davam etdirildiyi bildirildi. Bu elan ilə birlikdə xüsusi bir Barselona nəşrinin çıxacağı da təsdiqləndi. === Bayern Münhen === Demo elanından sonra - 30 İyul 2019 tarixində çıxan bəyanatda Bayern Münhen, rəsmi olaraq ortaq klub elan edildi.
Pehr Loefling
Pehr Löflinq (Pehr Löfling; 31 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Pehr Löflinq
Pehr Löflinq (Pehr Löfling; 31 yanvar 1729 – 22 fevral 1756) — İsveç botaniki.
Pen (hərf)
𐕗 (səslənməsi /p'/, transkripsiyası Ṗ, ṗ) — Alban əlifbasının 40-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Պեն (Pen) kimi verilmişdir. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki P' səsi ilə eyniləşdirirlər.
Pep Guardiola
Xosep Qvardiola (18 yanvar 1971[…]) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi. == Klub karyerası == Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-cı ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990–2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub. Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib.
Pep Qvardiola
Xosep Qvardiola (18 yanvar 1971[…]) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi. == Klub karyerası == Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-cı ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990–2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub. Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib.
Per Forsskol
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. == Forsskolun şərəfinə adlandırılıb == Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. == İstinadlar == == Xarici keçidlər == Philippe Provençal.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Peç Universiteti
Peç Universiteti (ing. University of Pécs, hun. Pécsi Tudományegyetem, rəsmi qısaldılması PTE), Macarıstanın Peç şəhərində yerləşir və ölkənin ən qədim universitetidir. 10 fakültə, 32 klinika və s. bölmələri olan universitet, ölkənin ən böyük ali təhsil universitetlərindən biridir. Burada macar, ingilis və alman dilində təhsil proqramları tədris olunur. Həmçinin, universitet geniş beynəlxalq treyninqlər və dərəcə proqramları təklif edir, yüksək səviyyəli bilik transferi və tədqiqat platformlarını təmin edir. PTE-nin təxminən 26000 tələbə və 2000 professor və müəllim heyəti var. On fakültədə verilən geniş təhsil proqramları demək olar bütün elmi sahələri əhatə edir. Tələbələr bakalavr, magistratura və doktorantura pilləsində təhsil ala bilərlər.
Qreqori Pek
Qreqori Pek (ing. Gregory Peck; 5 aprel 1916[…], San-Dieqo, Kaliforniya, ABŞ – 12 iyun 2003[…], Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktyoru. Pek 1940–1960-cı illərdə Hollivudun ən çox tələb olunan aktyorlarından biri olmuşdur. O, "Bülbülü öldürmək" filmindəki vəkil Attikus Finç roluna görə Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı laureatı (1962). == Həyatı == Eldred Qreqori Pek 5 aprel 1916-cı ildə Kaliforniya ştatının La-Hoyya şəhərciyində anadan olmuşdur. 3 yaşında ikən valideynləri ayrılmışdılar. Pekin atası qarışıq millətdən idi: atası ingilis, anası irland idi. Hətta anası da qarışıq millətdən idi (atası şotland, anası ingilis). Qreqori Pek Los-Ancelesdəki Sent-Con hərbi akademiyasında və Kaliforniyanın Berkli universitetində təhsil almışdır. Qreqori Pek təhsil haqqını dalandar və ofisiant işləyərək özü ödəyirdi.
Rori Pek
Rori Pek (ing. Rory Peck; 1956-cı il 13 dekabr-1993-cü il 3 oktyabr) - Azad reportyor və anqlo-irland əsilli operator. == Bioqrafiya == O, Əfqanıstanda olan müharibəni işıqlandırmış, 1989-cu ildə Buxarestdə Nikolae Çauşeskunun devrilməsi ilə nəticələnən üsyanda üsyançıların tərəfində iştirak etmişdir. O, Fars körfəzi və Bosniya və Herseqovinada olan müharibəni çəkmiş və SSRİ-nin ən “qaynar” münaqişə ocaqlarında olmuşdur. 1993-cü il 3 oktyabr hadisələri zamanı Moskvada yerləşən “Ostankino” telemərkəzində Almaniyanın ARD telekompaniyası üçün çəkilişlər aparan zaman həlak olmuşdur. Rori Pek günün ikinci yarısı Rusiya xüsusi bölməsi olan “Vityaz” orqanının əsgərləri tərəfindən güllələnmişdir. Prezident Boris Yeltsinin sərəncamı ilə Rori Pek 1993-cü ilin dekabrında “Şəxsi cəsarətinə görə ” ordenlə təltif edilmişdir. == Rori Pek adına Fond və Mükafat == R.Pekin xatirəsinə xeyriyyə fondu yaradılmışdır. Bu fond tele və kino operatorları öz vəzifələrini yerinə yetirərkən qarşılaşdığı çətinliklərə görə dəstək göstərir. Jüri qalibləri 4 nominasiyada: xəbərlər, sənədli filmlər, “Sony” firmasının xüsusi prizi və 2006-cı ildə Somalidə öldürülmüş məşhur jurnalist Martin Adlerin adını daşıyan prizlə mükafatlandırılır.
Seh-Qabi
Seh Qabi — mərkəzi qərbi İranda yerləşən arxeoloji abidə. Abidə Kəngavər vadisində, Qodintəpənin 6 km şimal şərqində yerləşir.